Repressiya qurbanı olmuş müsavatçı
aktyor
İbrahim Azəri Cümhuriyyətin
ənənələrinə sadiq qalmışdı
Mərhum ədəbiyatşünas, professor Nazif Qəhrəmanlının bu
araşdırma yazısı
repressiya qurbanı olmuş müsavatçı
aktyor İbrahim Azəri haqqındadır
II yazı
Artıq 1955-ci ildə İbrahim Azəri ona bəraət verilməsi xahisi ilə Moskvaya səlahiyyətli orqanlara müraciət etməyə baslamışdı. Bu məsələ ilə əlaqədar SSRİ prokurorluğu
işin arasdirilmasına
baslamış, əməkdaşı
Kozlovaya isi arasdırmağı həvalə
etmişdi. Bu barədə
MTN-in arxivində SSRİ DTK-nin IV şöbəsinin rəisinin müavini Veretennikovun arxivə ünvanlanmış məktubu
var. Məktubun arxasında
qeyd olunub ki, İbrahim Atakisiyevin (Azərinin) isinin də daxil oldugu 50018 sayli iş çox
cildlidir və oxu zalına verilə bilməz. Onunla yerində tanış olmaq olar".
Azərbaycan SSRİ Nazirlər Soveti
yanında DTK-nin uçot-anket söbəsinin
müdir müavini
mayor Məmmədovun verdiyi
arayışda qeyd edilir ki, 1897-ci il təvəllüdlü
Atakisiyev İbrahim Ağa Kərim oglu DSİ Kollegiyasinin qərarı ilə
RSFSR-in Cinayət Məcəlləsinin
58-1 və 58-2 maddələri
ilə 10 illiyə məhkum edilib. Arayış
9 iyun 1957-ci ildə verilib.
Arxivdə "Dadas Həsənov
və basqalarının
işi" üzrə
(PR - 41065) istintaq materiallarından
çıxarışlar da
var. Bu çıxarışda "hərbi təskilatın"
rəhbəri Dadaş
Həsənov ümumən
İ.Azəri, Ə.Hacinski,
N.Rzabəyovla birgə
keçirilən iclasların
mövcudlugunu rədd
etmisdi. RP 41065 sayli arxiv-istintaq işinin 7-ci cildində Solovkiyə sürgün olunmus müsavatçılar
haqqında ayrı-ayrı
icmal arayışlar verilib. Burada 16-cı arayış (səh.71-72)
İbrahim Azəri barəsindədir. "Atakisiyev Ibrahim Ağa Kərim oglu. 29 yaşı var. Orta təhsillidir. Keçmis podporuçik. 1921-ci ildən müsavatçıdır.
Həbsədək Türk Dövlət
Akademik Dram Teatrında
aktyor kimi isləyib. Həbs və istintaqda
olmayıb. Kamenisti küçəsi
106 nömrəli evdə
yasayır. Azərbaycan SSR Cinayət Məcəlləsinin
57 və 58-ci maddələri
ilə hərbi təskilatda və əksinqilabda istirakda təqsirli bilinir. Qeyri-Leqal Müsavat partiyasının
hərbi təskilatında
1922-ci ildən istirak edib. Müsavatın Bakı Komitəsinin
üzvü Qulubəyova
yardımçı olub,
hərbi təskilata yeni üzvlər cəlb edib. Elə həmin il fəallığına
görə BK yanında
hərbi besliyin tərkibinə daxil edilib, eyni zamanda
hərbi sahələrdən
birinin rəisi olub. Atakisiyevin mənzili döyüs
sahələri özəkləri
üçün bir növ qərargah rolunu oynayıb, o burada göstərislər,
məlumatlar toplayıb,
hərbi beşliyin direktivlərini çatdırıb.
Əksinqilabda və hərbi
təskilatlarda istiraka
görə verilmis ittiham onun özünün
və sahidlərin ifadələri ilə sübuta yetirilib".
Sual doğuran
İbrahim Azəri
1950-ci illərin sonunda
bəraət ala bilmisdimi? Bu suala birmənali cavab vermək çətindir. Belə ki,
Solovki sürgünündə
olmus müsavatçıların
heç də hamısı bəraət
ala bilməmisdi. (Həmin səxslərin bir qismi yalnız
keçən əsrin
90-ci illərində bəraət
ala bilmisdilər). 1937-ci
ilin tuthatutunda Solovkidən qayıdanlarin
əksəriyyəti həbs
olundu və güllələndi. Dogrudur, Damokl
qilıncı bu dəfə İbrahimdən
yan keçdi. Amma bu toxunulmazlıq sığortalanmaq demək
deyildi və hər an onu həbs və sürgün gözləyə
bilərdi. Odur ki, onun ailə və səxsi həyat qurması da 1937-ci ildən sonraya təsadüf etdi. Övladları isə 40-ci illərdə dünyaya gəlib: iki qız, bir
oğlan.
Oglu Çingiz
rəssamdır, 1974-cü ildə
Mədəniyyət İncəsənət
Universitetini (o vaxt Teatr İnstitutu - N.Q.) bitirib. Onun atası haqqında dediklərindən:
"Atam İbrahim Azəri pesəcə aktyor olmasına baxmayaraq qaradinməz, özü və həyatı haqqında az danışan bir insan idi.
Uzunmüddətli sürgündə olmasına baxmayaraq onun qüruru sınmamışdı. Solovki sadə
sürgün yeri olmayib. Atam çox nadir hallarda sürgün epizodları danışırdı: "Səhər
dururdum ki, sağım ölü, solum ölü. Bəzən bu ölülərin arası ilə özümüzə yol açır, yaşamaq inamını itirmirdik".
Atamı
Adil İsgəndərov
vaxtilə isləmiş
olduğu Akademik Dram Teatrına dəvət etmisdi. Amma demisdi ki, dislərini düzəltsin,
fisıltı ilə danışır. Bu atamın xosuna gəlməmisdi. Onun dişləri
uzaq Simalın şaxta və dəhşətlərində tökülmüsdü.
O, bir daha Azdramaya üz tutmadı…"
90-ci illərdə SSRİ xalq artisti Qriqori
İjenov öz həyatına həsr edilmis bir sənədli
filmdə Sibir sürgünü zamanı
çəkdiyi əziyyətlərdən
danışdı. Tomsk şəhərinin teatrında
çalışan Q.İjenovun
əksər dişləri
tökülübmüs. Pulu olmadığından dişlərini
düzəltməyə də
imkanı yoxmuş.
Buna görə də tamasalara utandığından çıxa
bilmirmis. Böyük
aktyor buna görə çəkdiyi
iztirablardan ağrı
ilə söz açırdı…
Düsünürəm: Q.İjenov heç olmasa sürgünü konslagerdə,
yəni islah-əmək
düşərgəsində deyil, böyük bir səhərdə, ziyalı insanların arasında çəkirmis.
İbrahim Azəri isə
sürgünü cinayətkarların,
oğrularin, quldurların
arasında çəkmisdi.
Solovki sürgününü çəkmis,
daha sonra xaricə mühacirət etmis B.E.Ağaoglu imzalı bir azərbaycanlı 1930-cu ildə
İstanbulda çıxan
"Bildiris" qəzetində
öz sürgün təəssüratlarını "Solovkidə gördüklərim"
silsiləsindən olan
məqalələrdə əks
etdirib. İbrahim Azərinin adını çəkən və ehtimal ki, onunla
görüsmüs müəllif
Azərbaycandan ziyalıların
dəstə-dəstə Solovkiyə
gətirildiyini və orada böyük məhrumiyyətlərə və
əzablara düçar
olduğunu yazır, onlardan əvvəl gələn dəstənin
üzvlərini belə
təsvir edir: "Onlar o qədər dəyismis, o qədər solmus, o qədər üzülmüsdülər ki…
Buzlu cəhənnəmin
bütün dəhşət
və vəhsətlərini
çəkmis, keçirmis
olan bu universitet
gəncliyi ucdantutma ahıl insanlara bənzəyirdilər…"
Repressiya olunmuşlara münasibət
yalnız 1956-ci ildən
- XX qurultaydan sonra dəyisdi.
İbrahim Azərini o vaxt
Azərbaycan KP MK-nin ideologiya üzrə katibi isləyən teatrsünas Cəfər Cəfərov da yanına çağırmış,
onunla söhbət etmis, ona iş
və 4-cü mikrorayonda
mənzil təklif etmisdi. Lakin böyük əzablardan
keçmis İbrahim Azəri bu göydəndüsmə
təklifləri nədənsə
qəbul etmədi.
Kinofilmlərdə sıravi rollarda,
kütləvi səhnələrdə
çəkildi, təkliflərdən
isə imtina etdi. Sonuncu iş yeri Ordubad
teatrı oldu. İbrahim Azəri orada qısa müddət rejissor islədi. Amma burada astma xəstəliyi
tapdı və Bakıya qayıtdı.
1969-cu ildə onun xəstəliyi daha da siddətləndi,
vəfat etdi. İbrahim Azərinin savadlı bir insan, ərəb, fars, rus
dillərini yaxsı bilən bir ziyalı olması məlumdur.
Oglu Çingiz Atakisiyevin dediklərindən: “O, az insanlarla təmasda olardı. Nənəm danışırdı ki, o həbs olunandan sonra onun bütün əlyazmalarını, məktub
və sənədlərini
həyətdəki quyuya
töküblər ki,
axtarsalar, tapa bilməsinlər. Yadımdadır ki, biz Əmircanda yasayarkən Muin Niyazi, Tofiq Bayram,
Səttar Bəhlulzadə
və basqa söz və sənət adamları ilə görüsər, söhbətlər edərdi.
Onun küçədə Ələsgər
Ələkbərov, Əliaga
Agayev və basqa görkəmli sənətkarlarla səmimi
görüsməsinin sahidi
olmusam".
İbrahim Azəriyə həbs və sürgün böyük aktyor olmağa, özünü
təsdiq etməyə
imkan vermədi. O, təkcə
aktyor deyildi, ilk cumhuriyyət ordusunun zabiti idi. Əgər çar
dövründə ilk sürgün
olunmus aktyor Mirzə Aga Əliyev olmusdusa, sovet dövründə bu öhdəlik İbrahim Azərinin payına düsmüsdü.
Xalq Cəbhəsi.- 2015.- 4 fevral.- S.14.