Əbülfəs Qarayev
Şimali Osetiya-Alaniyadan
olan nümayəndə heyətini qəbul
edib
Rusiya Federasiyasının Şimali
Osetiya - Alaniya Respublikası Hökumətinin
sədri Sergey Takoyev rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşən
nazir Azərbaycan ilə Rusiya arasında mədəniyyət
və turizm sahəsində daima sıx əlaqələrin
mövcud olduğunu və bu əlaqələrin
son illərdə daha da inkişaf etdiyini, Rusiyanın regionları ilə əməkdaşlığa xüsusi
önəm verildiyini qonaqların diqqətinə
çatdırdı.
O əlavə etdi ki, biz eyni regionda
yaşadığımız üçün xalqlarımızı
bir-birinə yaxınlaşdıran
dəyərlər vardır
və bunlara əsaslanaraq turizm, musiqi, teatr sahəsindəmübadilələrin
aparılması mövcud
əlaqələrin genişlənməsinə
təkan verə bilər.
Sergey Takoyev qəbula
görə Əbülfəs
Qarayevə minnətdalığını
bildirmişdir. Azərbaycanda gedən inkişafın
onda yüksək təəsurat yaratdığını,
ölkəmizlə əlaqələrin
bütün sahələrdə
olduğu kimi, mədəniyyət və
turizm sahəsində də genişləndirilməsində
maraqlı olduğunu qeyd etdi. O Şimali Osetiya-Alaniya Respublikasında yaşayan
çoxsaylı azərbaycanlıların
sosial həyatda fəallığını vurğulayaraq,
bu amilin gələcək münasibətlərin
inkişafında özünəməxsus
yer tuta biləcəyini vurğuladı.
Görüşün sonunda əməkdaşlıq
üçün birgə
turizm marşrutları
və konkret mədəniyyət tədbirlərinin
keçirilməsi qərara
alındı.
Tural
Xalq Cəbhəsi.- 2015.- 5 fevral.- S.15.