“Erməni məsələsi” ədəbiyyat müstəvisində...

 

Qurban Bayramov: “Erməni məsələsi” mövzusu Azərbaycan ədəbiyyatında üç stereotip istıqamətdə olub

 

Ermənilər və onların törətdikləri hadisələr ədəbiyyat müstəvisində də öz əksini tapıb. Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov deyir ki, “erməni məsələsi” və bu məsələ ilə bağlı Azərbaycan ədəbiyyatında əksini tapan mövzuların təşəkkülü, tarixi və təkamül mərhələlri, demək olar, elmi şəkildə dəyərincə öyrənilməyib, əlahiddə tədqiqat mövzusuna çevrilməyibdir. Bu sahədə də “ləngimişik” və ya məsələni sovet dövrününxalqlar dostluğuideoloji prinsiplərinə uyğun tərzdə, təhriflə öyrənmişik: Amma bizdən fərqli olaraq erməni diasporunun təhriki və millətçi-şovnist erməni ziyalıları tərəfindən körükləndirilərək alovlandırılan və böyük qarşıdurmalarla, qırğınlarla, müharibələrlə, faciələrlə nəticələnən erməni-türk qarşıdurması erməni ədəbiyyatında geniş şəkildə öz əksini tapıb. Son illərdəki hadisələrin təsiri ilə bu məsələ bizim bədii və ədəbi düşüncəmizin diqqət mərkəzindədir... Məlumdur ki, bədii sözün təsiri olduqca qüvvətlidir və bundan erməni şovnist yazarları məharətlə istifadə etmiş və yararlanmışlar. Təkcə, son mərhələdə, lap sovet dövründə erməni xalqını bəd əməllərə sövq edən Zori Balayanların, Silva Kapitukyanların, Aqambekyanların yazılarını, əsərlərini, çıxışlarını xatırladası olsaq, məncə kifayət edər. Həmin mərhələdə biz bunların yalan üzərində qurulmuş “ədəbi təxribatlarına” qarşı mükəmməl bir əsər qoya bildikmi?.. Qətiyyən yox! Çünki, həm buna imkan verilmirdi, həm də keçən əsrin 37-sinin yaratdığı xof dumanı ədəbi-bədii beyinləri çuğlamışdı...Bunun başqa bir sosial-milli mahiyyəti də ondan ibarət idi ki, biz heç kimi düşmən hesab etməmişik, heç kəsin torpağında, əmlakında gözümüz olmayıb, içimizdə yaşayan ermənilərin zaman-zaman baş qaldıran xəyanətkar hərəkətlərinə isə ötəri yanaşmış, “it hürər, karvan keçər” prinsipini mülayimliklə, saymazyana qəbul etmiş, ədəbiyyatımızda da erməni-türk münasibətlərini üzun illər yumşaldıb, humanizm və beynəlmiləlçilik mövqeyindən təqdim etməyə çalışmışıq... Türk qövmünə məxsus biganəçilik də buna az təsir etməyib”.

Onun fikrincə, “erməni məsələsi” mövzusu Azərbaycan ədəbiyyatında üç streotip istıqamətdə olub: “Poeziyanın yaşı digər ədəbi janrlara nisbətən ədəbiyyatımızda daha qədimdir. Xistian əsilli gözəllərə şeir həsr edilib, onların gözəlliyi vəsf olunub. Bu şeirlərin əksəriyyəti erməni qızlarına, bir qismigürcü qzlarına həsr edilib. İmadəddin Nəsimidən tutmuş, M.P.Vaqif, A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadənin, S.Ə.Şirvani, M.H.Şəhriyara qədər sənətkarlarımızın erməni-gürcü gözəllərinə yazdıqları qəzəl, müxəmməs, qoşmalar bədii faktlardandır... Bu motivin əsas mahiyyətini və cövhərini ehtiva edən aşağıdakı bu bəndlər bariz nümunədir:

 

XIX əsr, S.Ə.Şirvani:

 

Yıxıldım, huşdən getdim, tutuldu nitq Musa tək,

Təcəlla nurunu çün vadiyi-Sinadə gördüm.

Müsəlmanzadə idim, döndüm axır bütpərəst oldum,

Məhəmməd nurunu çün ol büti-zibadə gördüm.

 

XX əsr, S.M.Şəhriyar:

 

Getmə tərsa balası mən də sənə sayə gəlim,

Damənindən yapışım mən də kəlisaya gəl.

Ya sən islamı qəbul eylə mənim dinimə gəl,

Ya da təlim elə mən məzhəbi - İsaya gəlim

...Yox sənəm! Anlamadım, anlamadım, haşa mən,

Buraxım məscidimi, sənlə kəlisayə gəlim?

Gəl çıxaq ture-təcəllayə, sən ol celveye-tur,

Mən Musa kimi, o turə təcəllayə gəlim.

 

2. Azərbaycan məhəbbət dastanları sırasındaƏsli Kərəmmövzu modeli sonra yazılı ədəbiyyatdaBahadır Sonapovestinin, “Şeyx Sənandramının, “Mahmud Məryəmromanının digər bu qəbildən əsərlərin əsasını təşkil etdi... Bu tipli süjet-modellərdə erməni kilsə məkrinin törətdiyi nakam məhəbbətin faciələri bədii təcəssümünü tapırdı...

3. XIX əsrin ikinci yarısından başlayaraqerməni məsələsiadlandırdığımz bu problem ədəbiyyatımızın müxtəlif janrlarında əksini tapıb. Bu da realist sənətin tələbindən doğurdu içimizdə yaşayan ermənilərin müxtəlif səpgili obrazları istər-istəməz ədəbi nümunələrdə əks olunurdu. M.F.AxundzadəninSərgüzəşti mərdi-xəsis” (Hacı Qara) komediyasında Yüzbaşı, onun köməkçisi yazıq erməni kəndliləri (Ohan, Sərkis, Qəhrəman, Karapet, Mkrtıç Arakel sürətləri daxildir. Onlardan Ohan, Sərkis, Karapet ermənilərdən düzəlmiş sərhəd-gömrük qaravulları, Mkrtıç Arakel isə adi əkinçilərdir), həmiçininAldanmış Kəvakibpovestindəki motiv, N.VəzirovunYağışdan çıxdıq, yağmura düşdükkomediyasında Qıdı kirvə, C.MəmmədquluzadəninKamançapyesində kamançaçı Baxış, “Usta Zeynalhekayəsində Muğdusi Akop obrazları, eləcə felyotonlarda, xüsusən yazıçınınErməni müsəlman övrətləribaşlıqlı silsiləsində, Ü.Hacıbəylinin, Ə.Haqverdiyevin ədəbi publisistikasında, yuxarıda adını çəkdiyimiz N.NərimanovunBahadır Sonaromanında başqa əsərlərdə ermənilərə məxsus qorxaqlıq, hiyləgərlik, xəbislik kimi xasiyyətlər kövrək şəkildə, üstörtülü bildirilsə , onların xarakterləri humanist mövqedən, maarifçilik ideyasına uyğun bir tərzdə öz əksini tapıbdır. Burada erməniyə nifrət, qəzəb, düşmənçilik hissiləri zərrə qədər yoxdur. Bir çox hallarda, əksinə zəmanəyə uyğun erməni ayıqlığı, elmə-təhsilə münasibətləri, gördükləri işlərə asta-üsta münasibətləri nümunə kimi təqdim edilir. Hətta müsəlman din xadimlərilə, erməni keşişlərinin əməllərində, millətə münasibətlərindəki müqayisələrdə bu cəhət qabarıq izlənilir. Bu əsərlərin qayəsində əsasən M.Ə.SabirinBeynəlmiləlşeirinin ideya-estetik xətti müxtəlif mövzular siferasında inkişaf etdirilir. Məni həmişə düşündürüb ki, niyə 1905-ci 1920-ci illərdə ermənilərin törətdikləri qırğınlar ədəbiyyatımızda tutarlı şəkildə, bütün reallığı ilə öz əksini tapmayıb? Hətta Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Cümhuriyyəti dövründə bdii ədəbiyyatın bu mövzuda mükəmməl faktı yoxdur. Təəccüblüdür ki, M.S.OrdubadininQanlı sənələrədəbi-publistik tarixi-xronikal əsərini nəzərə almasaq bu ciddi milli faciə ədəbiyyatın mövzusuna çevrilməyib, heçsandıq ədəbiyyatı”da yoxdur! Sonrakı mərhələ sovet dövrünə düşdü. Bu mərhələdəsosialist realizmədəbi metodunun tələblərinə uyğun olaraq, ancaqxalqlar dostluğuideyası tələb olunurdu. Zaqafqaziya respublikalarında müxtəlif millətlər bir yerdə yaşayırdılar, amma ən müsibətli həyatı azərbaycanlılar keçirdilər. Yeganə olaraq azərbaycanlılar dəfələrlə deportasiyaya uğradılar, Ermənistan Respublikasından böyük köçlər oldu, yenə bu faciələri əks etdirən əsərlər yazılmadı. Əksinə, süni xalqlar dostluğunu əks etdirən əsərlərdurna qatarınaçevrildi əksər əsərlərdə müsbət rus, erməni, gürcü obrazları yaratmaq zərurətə tələbə çevrildi. Təəccüblü bu idi ki, məlum tarixi hadisələrdən bəhs edən əsərlərdə (“Dumanlı Təbriz”, “Səttərxan” “Babək”, “Qaçaq Nəbi”) bu hərəkatlara, qəhrəmanlara xəyanət edən, öldürən, satan məlum erməni satqınlarının adları, etdikləri xəyanətlər kölgədə, gizlində qalırdı. Təkcə bubuzlağı” 1956-cı ildə cəsarətli yazıçı Əyyub AbbasovZəngəzurromanını yazmaqla qismən yumuşalda bildi. Amma sovet dövründə bu mövzuda yazılan, erməni xislətini real səhnələrlə ifşa edən ilk son roman olaraq qaldı. Müstəqillik illərində isə bu romanın Azərbaycan rus dillərində təkrar nəşrləri isə mühüm ədəbi hadisəyə çevrildi. Zəngəzurda ermənilərin törətdiyi qanlı qırğınları gözləri ilə görən, ağır müsibətlər yaşayan, valideynlərini, bacı-qardaşlarını, mənsub olduğu nəslin, doğulub dünyaya göz açdığı el-obasının əksər hissəsini bu qətliamlarda itirən Əyyub Abbasov bu hadisələri əks etdirən monumental, iki hissəliZəngəzurromanını yazır erməni vəhşiliyini, vandalizmini btün reallığı ilə təsvir edə bilir”. Onun sözlərinə görə, erməni daşnak dəstələrinin Zəngəzurda azərbaycanlılara qarşı törətdikləri qırğınlar “Zəngəzur” romanında son dərəcə ətraflı və geniş şəkildə öz əksini tapıb: “Yazıçı təkcə baş verən qırğınların bədii təsvirini verməklə kifayətlənməyib, bəzən açıq, bəzən də üstüörtülü şəkildə daşnakların məkrli siyasətinin “haradan qaynaqlandığını” ustalıqla qələmə alıb, daşnakların alçaq niyyətlərini həyata keçirməyə can atan Andronik, Karo, Njde kimilərinin mürtəce və qaniçən əməllərini ifşa edib. Lakin təəssüf ki, bu roman da zaman keçdikcə gizlinlərdə qalıb, lazımınca təbliğ edilməyib, təkrar nəşrinə qadağa qoyulub. Ədəbiyyatda “erməniçilik” mövzusu və erməni xislətinin ifşasının sonrakı, özü də ən zəngin mərhələsi müstəqillik illərinə düşür. Bu dövr Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin, Dağlıq Qarabağın və ətraf rayonlarımızın - ərazimizin 20 faizinin işğalı, Xocalı soyqırımı, erməni vandalizmi, terroru mərhələsi kimi tarixə düşüb, proses hələ də davam edir. Bu dövrün ağrı-acıları, xalqımızın düçar olduğu faciə və fəlakət istər ədəbi publisistikada, istər poeziya və nəsrdə, istərsə də dramaturgiyada əsas, aparıcı mövzulardan olmuş, bədii səviyyələri fərqli olan onlarla əsərlər yaranıb. Bu əsərlərin mövzu müxtəlifliyinə baxmayaraq başlıca və aparıcı motiv faktlar əsasında erməni faşizminin təsəvvürə belə gəlməyən vəhşiliklərini bədii sözün gücü ilə canlandırmaqdan ibarətdir. Bu qəbildən Nigar Qarayevanın «Daş hasar», Nüşabə Məmmədlinin «Zəngulə» , Əli Əmirlinin «Ölü doğan şəhər»,. A.Rəhimovun «İkili dünyam», Sabir Əhmədlinin “Ömür urası”, Aqil Abbasın “Dolu” , “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, Əli İldırımoğlunun “Daş yağan gün”, Taleh Şahsuvarlının “Canlanma”, Seymur Baycanın “Quqark” romanlarını, Mahir Qabiloğlunun “Ərmən - Şuşanikin sevgisi”, “Debil Armen” hekayələrini, adını çəkmədiyim onlarla digər əsərləri qeyd edərdim...

Bu əsərlərin hamısına münasibət bildirmək imkanında olmadığımızdan, bizim üçün ən səciyyəvi olan Nigarın “Daş hasar”, Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, Əli İldırımoğlunun “Daş yağan gün”, Seymur Baycanın “Quqark”, Mahir Qabiloğlunun “Ərmən Şuşanikin sevgisi” əsərlərinin üzərində qismən dayanmaq istərdik...

Bu qabartmağa çalışdığımız əsərlər, fikirimizcə, həm mövzu və məzmun etibarı ilə toxunacağımız problemi – erməni xislətini və psixologiyasını daha səciyyəvi əks etmək baxımından, həm də müxtəlif yaş senzinə malik yazıçılar tərəfindən qələmə alındığından ədəbi prosesin imkanlarını olduğu kimi əhatə baxımından maraq doğurur...

Əvvəlki on illiyə nisbətən, son dövrdə Azərbaycan ədəbiyyatında Dağlıq Qarabağ mübaribəsi və erməni təcavüzü mövzusuna marağın artması aşkar müşahidə edilir. Bu istiqamətdə qələmə alınmış əsərlərdə erməni terrorçusunun, işğalçısının obrazlarının yaradılması, onların insanlıqdan kənar məkrlə, qəddarlıqla dolu xislətlərinin verilməsi, ədəbi-bədii təhlili xüsusi maraq doğurur.

Bu obrazların əksəriyyəti bizim öz içimizdə yaşayan, duzumuzu-çörəyimizi yeyən, kirvə-kirvə deyə qılığımıza girən erməni obrazlarıdır ki, birdən-birə bunlar quzu cildindən çıxıb yırtıcı, vəhşi çöl donuzuna dönürlər...

Nigarın “Daş hasar” (1997) romanı, bəlkə də bu cəhətdən ilk qələmə alınan əsərdir. Və onu da qeyd edim ki, bu əsər barəsində, elə “Erməni xislətinin ifşası...” başlığı ilə isti-isti ilk məqaləni də mən yazmış, bu istilahı ədbi tənqidə gətirmişəm...”.

 

Əli

 

Ardı var...

Xalq Cəbhəsi.- 2015.- 7 fevral.- S.11.