“Dünyanı bəzəyən Abbasın tarixi

 

 

Fevralın 9-da Azərbaycan Resrublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə böyük Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin doğma dilimizə tərcümə olunmuşDünyanı bəzəyən Abbasın tarixikitabının təqdimatı keçirilib. AMEA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mail ƏhmədovDünyanı bəzəyən Abbasın tarixikitabının Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinə mühüm töhfə olduğunu söyləyib. Bildirilib ki, Azərbaycanın orta əsrlər tarixini, xüsusilə Səfəvilər imreriyasının tarixini araşdırmaq üçün dəyərli mənbə olan kitabı doğma dilimizə tarix elmləri doktoru, rrofessor Şahin Fərzəliyev çevirib. Tarix İnstitutu bu əsəri iki kitab şəklində nəşr etdirib.

Sonra Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Üaqub Mahmudov kitabın əhəmiyyətindən məziyyətlərindən danışdı. Bildirdi ki, İsgəndər bəy Münşinin bu əsərinin doğma dilimizə çevrilərək geniş oxucu kütləsinə təqdim olunması, qədim tarixçilik ənənələrinə malik olan xalqımızın orta əsərlərdə möhtəşəm tarixi əsərlər yaratdığını bir daha sübut edir. Azərbaycanın görkəmli orta əsr tarixçisi İsgəndər bəy Münşinin fars dilində yazdığıTarix-i aləmara-yi Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərinin bütöv halda doğma dilimizdə işıq üzü görməsi Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunda icra olunanAzərbaycan tarixinə dair ilk mənbələrin nəşrilayihəsinin həyata keçirilməsi sayəsində əldə olunan növbəti ən mühüm nailiyyətlərdən biridir.

Azərbaycan xalqının dövlətçilik tarixində böyük bir tarixi dövrü (235 il) əhatə edən qüdrətli Səfəvi imreriyası xüsusi yer tutur. Öz dövrünün beynəlxalq münasibətləri tarixində çox mühüm rol oynayan bu Azərbaycan imreriyası ümumdünya tarixində dərin iz qoyub. Elə buna görə Səfəvi tarixi heç zaman aktuallığını itirməyib. Azərbaycan xalqı Səfəvi dövlətinin yalnız idarəçiliyində hərbi qüvvələrində deyil, ictimai-iqtisadi mədəni həyatında da böyük rol oynamışdır. Təsadüfi deyil ki, Səfəvi tarixçilərinin ən görkəmlisi hesab olunan İskəndər bəy Münşi məhz Azərbaycan türküdür. Görünür elə bu səbəbdəndir ki, müəllif öz doğma tarixinə, Azərbaycan Səfəvilər sülaləsinin ən qüdrətli nümayəndəsi böyük hökmdar Şah Abbasa olduqca mükəmməl bir əsər həsr etmişdir. Sözügedən əsər üç cilddən ibarətdir. Orta əsr Azərbaycan tarixçisi İskəndər bəy Münşinin bu qiymətli kitabının öz doğma dilində çar olunması Azərbaycan tarixşünaslığı ölkəmizin elmi ictimaiyyəti üçün çox qiymətli töhfədir.

 

Tərlan

Xalq Cəbhəsi.- 2015.- 10 fevral.- S15.