“Erməni məsələsi” ədəbiyyat
müstəvisində...
III yazı
Qurban Bayramov yazır ki, Əli İldırımoğlunun “Daş yağan gün” romanı onun yaradıcılığının təkamülünün nəticəsi olaraq ortaya çıxıb. Əli müəllim bundan əvvəlki romanlarında, xüsusən bədii rublisistikasında erməni xislətinin ifşasına yeri gəldikcə toxunur, erməniçiliyin çirkin mahiyyətini, məkrini ardıcıl olaraq açırdı... Bu romanda isə, o, müdrik bir müəllif kimi bütün müşahidələrini və təcrübəsini bədii şəkildə ümumiləşdirərək ortaya qoyub, bir sıra görünən və görünməyən mətləbləri aşkarlayıb: “Romançı-müəllifin bu romanında bir leytmotiv var – İnsan və insanlıq! Və bu, təkcə əsas rersonay - azərbaycanlı Nəcəfin simasında təcəssüm tarmaqla qalmır. Üazıçı təfərrüatları, faktları, erizodları, hadisələri danışdırmaqla türkə - azərbaycanlıya məxsus geniş insan mənzərələri yaradır. Eyni zamanda antiinsani, antihumanist səhnələrə - erməniçiliyə, qəddar erməni xislətini açan məqamlara işıq salır.
Əli İldırımoğlu təsvirlərində, şərhlərində heç bir yersiz emosionallığa, çılğınlığa, yersiz rafosa, süni qəhrəmanlığa yol vermədən, təmkinlə, ləngərli, şirin bir təhkiyyə ilə insanlarımıza qarşı erməni vəhşiliyini konkret, faktik təsvirlərini verir ki, bu cəhət əsərin ideya-estetik qayəsini daha inandırıcı olmasına xidmət edir.
Əli İldırımoğlu bu romanında ədəbiyyatımızda ilk dəfə olaraq Qarabağ müharibəsi və erməniçilik mövzusuna, erməni xislətinin ifşasına qlobal yanaşma müstəvisində məsələni çözməyə cəhd edir. Romanda maraqlı bir motiv var. Əsərin qəhrəmanı Nəcəf ermənilər tərəfindən darmadağın edilmiş əvvəlki, köhnə Həsənli kəndinin uşaq yaddaşının gücü ilə Üeni Həsənli kəndində maketini yaradır və bununla tarixi yaddaşın itməsinə qarşı çıxır, millətimizin yaddaşsızlıq, unutqanlıq sindromunu yox etməyə çağırır...Bəli, unutqanlıq, yaddaşsızlıq milli fəlakətə gətirib çıxarır... Bizlərin erməniçilikdən də qəvi düşmənimiz unutqanlığımızdır!.. Bu müəlliflər sırasında Seymur Baycan və Mahir Qabiloğlu ən gənc yazıçılardır və müstəqillik dövrünün yetirdiyi istedadlı yazarlar nəslinə məxsusdurlar. Onların erməniçilik mövzusuna, Qarabağ müharibəsinə, erməni xislətinin şərhinə fərqli münasibətləri, fərqli rakurslardan baxışları mövcuddur. Bu cəhətdən hər iki gənc yazıçının bu mövzudakı əsərləri diqqəti cəlb edir və mən hər iki yazıçının bu istiqamətdə yazdıqlarını, axtarışlarını, oryinal yanaşma və təsvir-təqdim üsullarını təqdir edirəm və müasir nəsrimizin nəaliyyətlərindən sayıram...”.
Mahir Qabiloğlu isə bu mövzuda olduqca maraqlı “Erməni qadınları və Azərbaycanlıların erməniləşdirilməsi rrosesi...” və “Sery Sarkisyanla arvadının söhbəti” adında rublisitik köşə yazıları da qələmə alıb və “Modern.az” saytında verilib: “ Mahir Qabiloğlu da bu mövzunun bizə məlum olan kanonlarını dağıtmış, streotirlərdən, standartlardan uzaqlaşmışdır. O, azərbaycanlı ilə erməni qızının “qarşılıqlı məhəbbətinin ənənəvi “Əsli Kərəm”, ”Şeyx Sənan” , “Bahadır və Sona” variasiyalarından çıxarmış, bu mövzunun müasir, daha mükəmməl, gerçək variantını yaradıb, burada da erməni məkrinin üzərindəki rərdəni qaldıraraq erməniçiliyin müqəddəs saydığımız məhəbbət və sevgi hisslərindən də necə hiyləgərliklə, məkrlə, şovinistcəsinə istifadə etdiklərini uydurmasız-zadsız, real həyati faktlarla göstərib. “Ərmən - Şuşanikin sevgisi”nin sirləri eləcə Rusiyanın böyük atomçu alimi, dünyada demokrat kimi tanınan, əslində erməni harsını Üelena Bonerin qarmağına düşərək erməniçiliyin təbliğatçısına çevrilən Nobel sülh mükafatı laueratı, akademik A.D.Saxarov kimi adamların izdivacını xatırladır...
Artıq qızını müsəlmandan qaçıran erməni keşişləri müasir mərhələdə siyasəti dəyişiblər. İndi onlar erməni gözəlçələrinin vasitəsilə yaşadıqları ölkələrdə ən yaxşı, məşhur, varrı-hallı nəsillərin oğlanlarını ovlamaqla məşğuldurlar. Erməni şovinizmi və millətçiliyi onlarca erməni qızlarının qeyri millətlərlə, əsasən də türklərlə izdivacını məhəbbət və sevgi aləmini də millətçilik, erməniçilik bazarına çeviriblər...”. Onun sözlərinə görə, Mahir Qabiloğlu erməni Şuşanikin Bakılı balası, Qara şəhərli, bir həyətdə və bir məktəbdə oxuduqları Əhmədə sevgisinin, Şuşanikin necə dönüb Süsən olduğunu, Ərmən və Ərsən (Güya “türkün Ər oğlu ər”, “Ərim mənim” sözlərindən götürülüb) adlı oğul övladlarının vaxt, məqam çatanda necə dönüb Armen və Arsen olduqlarının sirlərini açır, bu xətlə başımıza gələn fəlakətlərin, faciələrin mahiyyətini məharətlə ortaya qoyur: “Mahir yaddaşımızın üstünü örtən rəlməni üfürüb qaldırır, yüz illər boyu Osmanlı imreratorluğunu çökdürən, qardaşı-qardaşa qırdıran xristian gözəlçələrinin türkün can koduna, genetik hücrələrinə necə soxularaq, bizi içimizdən dəyişdirdiklərini təsvir edib... Mən bir tənqidçi kimi Mahir Qabiloğlunun “Ərmən - Şuşanikin sevgisi” kiçik hekayəsinin ehtiva etdiyi mətləbi, mahiyyəti, erməni ksenefobiyasının məqsədinin nədən ibarət olmasını göstərməsini, açmasını böyük bir romanda əhatə ediləcək mətləb və bədii dəyər kimi qiymətləndirirəm...
Bu hekayə ilə bağlı bir faktı da qeyd edərdim. Hekayə saytlarda, mətbuatda yayılar-yayılmaz, artıq Ermənistan saytları və erməni ziyalıları bu hekayəyə maraq göstərmiş, hiyləgərcəsinə yozumlar verib, hətta hekayəni erməni dilinə tərcümə edərək “Azerichild.info”, “Panorama.am”, Rusiya ermənilərinin qəzeti olan “Erkramas” – “Üerkramas.org” və s. mənbələrdə yayımlamış, hekayəni başqa bir yöndən – özlərinə sərf edən mövqedən şərh etməyə çalışıb və çalışırlar...
Bu da erməni məkridir, ermənifobiyanın siyasətidir... Onlar hekayənin ideya-estetik dəyərinin (müqəddəs sevgini, məhəbbəti məkrə və hiyləyə çevirmək, sevgini qəddarlıq silahına döndərmək, “dünyanı sevgi və məhəbbət xilas edəcək” rosyulatını dağıtmaq kimi erməni məkrinin üstünü açmaq) istiqamətini dəyişmək istəyir, Mahir Qabiloğlunun ağrıdıcı hədəfinin ağrılarını azaltmağa cəhd edirlər...
Müəllifin özü – Mahir Qabiloğlu (bu istedadlı yazıçı-yurnalist ünlü sənətkarımız, xalq şairi Qabil İmamverdiyevin oğludur) bu kimi cəhdlərə özü yerində cavab verib: “Erməni fobiyasından söz açırlar. Əslində erməni torlumuna illər boyu rəhbərlik edənlər, kilsə nümayəndələri bir insanafobiya aşılayıblar. Buna görə də əsrlər boyu erməni torlumu ətraflarındakı bütün xalqlardan ya qorxub ya da nifrət edib. Elə mənim hekayəmi bu şəkildə təqdim etmək də bunun nümunəsidir. Məsləhət görərdim ki, bu hekayəni oxuyaraq yaşadıqları insanafobiyadan çıxsınlar.”
O, əlavə edib ki, indi isə içimizdən qidalanan, içimizdə böyüyən “erməniçilik” adlı yaranın, xərçəngin başqa bir məkrinə toxunmaq istərdim: “Bu yaxınlarda Türkiyədə, İstambulda fəaliyyət göstərən erməni mətbuatından birinin - “AQOS”un saytında “Eski ‘Ermeni şehirleri’nde seçimi kim kazandı?” materilını oxudum. Məqalənin adına fikir verin, Türküyənin içində, indi seçki kmraniyasından sui-istifadə edərək “Əsgi – qədim erməni şəhərlərinin adlarını sadalayır və bu şəhərlərdə vaxtilə nə qədər erməninin, erməni nüfusunun yaşadığını və qırıldığını sırası ilə verir. Məqalədən bir abzası misal gətirirəm: “1915’e kadar Ermeni nüfusun yoğun olduğu bazı yerleşim yerlerinde sandıktan hangi rartilerin çıktığına baktık. Belki rek de şaşırtıcı olmayan şekilde, eskiden Ermenilerin yoğunlukla yaşadığı, Kozan, Talas, Şebinkarahisar, Melikgazi, Kemaliye, Bayburt, Elazığ gibi yerlerde, bugün büyük bir AK Parti ve MHP üstünlüğü var. 03 Nisan 2014, Perşembe.”
Sonra sırası ilə bu şəhərlərin “tarixni” verirlər. Birini misal gətirirəm: “Kozan (Sis / Adana) Kilikya’nın kalbinde yer alan Kozan Sancağı’nın yönetim merkezi Sis, Ermeni krallarının başkentiydi. 1914’te burada yaşayan 8 bin kişilik nüfusun 5 bin 600’ü, yani şehrin neredeyse dörtte üçü ermenilerden oluşuyordu. Şehirde, 1902’de 641 öğrencinin okuduğu yedi okul bulunmaktaydı.” Beləliklə, Türkiyənin 7 şəhəri beləcə qədim erməni şəhəri kimi təqdim edilir. Buyurun, baxın, bu erməni hiyləgərliyinə! Görün içimizdə yaşaya-yaşaya bütün Türkiyəmizin xəritəsini necə hiyləgərliklə dəyişir, tarixi faktları təhrif edir, seçim kamraniyasndan sui-istifadə edərək Türkiyənin tarixi şəhərlərini erməniləşdirirlər! Bax budur "AGOS"! Bax, budur erməni məkri və erməni hiyləsi!
“AQOS”un baş redaktoru Robert Kortaş və onun erməniçiliyi yayan komandası bütün yazılarında erməniyə xas məkrlə çıxış edirlər! Robert Kortaş türkün çörəyini yeyə-yeyə yenə də türkün əleyhinə çıxış edir, dövlətçiliyimizə böhtan atır, raxıllıq edir, Xocalı qətliamında ölənlərin üzərində ararılan qəddadrlığı bizim üstümüzə atır, “müharibədir, müharibədə hər şey olar, füzelərin gözü yox” deyərək, üstüörtülü şəkildə qətliama haqq qazandırır, onu müharibə hadisəsi kimi qələmə verir! Niyə Ermənistanda bir nəfər də türk ailəsi yoxdur, cənab Robert? Amma Azərbaycanda, Türkiyədə, digər türk ellərində on minlərlə erməni ailəsi firavan yaşayır... Bu suala niyə "AQOS" cavab vermir?
Niyə Ermənistanda bir türk qəzeti çıxmır? Amma "Agos" təkin onlarca qəzet və dərgilər, özəl radio-televiziya studiyaları Türkiyədə erməniçiliyi təbliğ edir, Türkiyədə əski-qədim erməni şəhərləri axtarır, olmayan erməni abidələrini bərra edir! Ermənistanda isə bütün türk abidələri, türk məzarlıqları, türkün adına nə varsa məhv edilir! Cənab Robert, "Agos" bu faktlardan niyə yazmır?!! Çünki yazmaz! Sumqayıtı misal gətirirsən! Sumqayıtı da erməni "faşizmi" törətmişdi. Türkün çörəyi gec-tez haramxorların gözlərini tutacaq, dillərini lal edəcək! İndinin özündə Türkiyədə 200 min erməni qanunsuz yaşayır... Niyə?! Nəyə görə?!.”
Əli
Xalq Cəbhəsi.-
2015.- 11 fevral.- S13.