Türklərə qarşı yönəlmiş
“erməni məsələsi”
Bu gün dünyada erməni həşirçiliyi daha
da artıb. İnsani dəyərlərdən uzaq, heç bir bəşəri
dəyər yaratmayan, xarakteri satqınlıqdan və
minüzlükdən yoğrulmuş ermənilər
dünyanı ardıcıl yalanlarına inandırmaqla özlərinə
hər kəsdən qayğı umurlar. Araşdırmaçıların
fikrincə, nəinki “erməni məsələsi”, həm də
“erməni milləti” məfhumunun özü belə Avropa
arenasında 1850-ci illərdən sonra işlənən ifadələrdir.
Həmişə də rus-türk müharibələrinin
(1855, 1859, 1864, 1866, 1870, 1877-ci illər) yekun nəticələrində
sülh müqavilə və aktlarında səslənməyə
başlayıb. İlk dəfə isə
söz olaraq Krım müharibəsində Türkiyənin
Rusiya üzərindəki müvəqqəti qələbəsinin
yekun sənədində, 1856-cı ildə kecirilən Paris
konfransında ermənilərin hüquq və
azadlıqlarına mülayim bir formada və Avropanın super
dövlətlərinin maraqları çərçivəsində
işarə vurulması ilə yazılı sənəddə
öz əksini tapmışdı.
Araşdırmaçı Ə.Əroğul: “Bu isə bəri
başdan Rusiya və Avropanın xristian dövlətlərinin
bir növ gələcəkdə Osmanlı imperiyasının
Anadolu torpaqları üzərində hərbi əməliyyatlara
qərar verməsi demək idi. Onsuz da
böyük dövlətlər Turkiyəni daha asanlıqla
aradan götürmək, sıradan çıxarmaq
üçün onun mərkəzdənqaçma qüvvələrini
arayıb-araşdırmağa, tapıb gücləndirməyə,
ölkəni içəridən zəiflətməyə
çalışırdılar. Hər biri
öz aləmində, öz növbəsində öz dövlətlərinin
mənafeləri baxımından “erməni məsələsi”
əsnasında siyasətlərini formalaşdırmağa və
bundan bir dayaq noqtəsi, təsir vasitəsi kimi istifadə etməyə
can atırdılar. 1877-78-ci illərin
rus-türk müharibəsində Turkiyənin məğlub
olması Rusiyanın bu sahədə ilk rəsmi addım
atması ilə nəticələndi”.
“Erməni
məsələsi” adı 1878-ci il fevral ayının
19-da Rusiya ilə Türkiyə arasında Bolqarıstanın
sahil qəsəbəsi olan San-Stefanoda bağlanan sülh
müqaviləsinin 16-cı paraqrafına daxil edildi:
“Rusiyanın bu sahədə əməli fəaliyyətə
keçməsi Qərb dövlətləri arasında əks-səda
doğurdu. Zəif düşmüş Osmanlı imperiyasını
parçalamaq, pay-puruş etmək, daha çox pay mənimsəmək
məqsədi ilə dünyanın altı nəhəng
xristian dövləti diplomatiya siyasəti sahəsində, habelə
silah gücüylə öz məqsədlərinə catmaq
uğrunda yarışa və vuruşa qalxdılar. İlkin olaraq isə hər biri özü-özlüyündə
“erməni məsələsi”ndən Türkiyəyə
qarşı əlverişli silah, təsir gücünə
malik bir siyasət vasitəsi kimi istifadə etməyə
önəm verdilər. Beləliklə,
“erməni məsələsi” çar Rusiyasının, Qərbin
imperialist dövlətlərinin və zamanın hökmüylə
bu sayaq beynəlxalq status aldı. Xüsusilə
İngiltərə, Fransa, Rusiya tərəfindən Şərq
məsələsinin tərkib hissəsi kimi ortaya
atıldı. Şərq məsələsi əsas
etibarillə bu regionda, daha doğrusu, müsəlman
dünyasında kiçik dövlətlər, tayfa dövlətləri
yaratmaq, iri dövlətlərin meydana gəlməsinə qətiyyətli
surətdə imkan verməmək, aralarında daim ziddiyyətlər
yaratmaq, xüsusilə super dövlətlər
sırasında dura biləcək güc şəklində
çıxış etmələrinə əsla imkan verməmək
siyasətinin məcmusudur. “Erməni məsələsi”
də Osmanlı imperiyasının daxildən zəiflədilməsinə
hesablanan bir siyasət oldu. Artıq bu dövrlərdə
Rusiya liberal hərəkatının təsiri altında Moskva
və Tiflis şəhərlərindəki erməni millətçiləri
nəinki bu şəhərlərdə, habelə Türkiyənin
özündə mətbuat və təşviqatçılar
vasitəsilə ermənilər “özünüdərkin
oyanması” və hətta döyüşkən millətçilik
təbliğatı aparmağa başlamışdılar”.
Erməni
şovinistləri yaxşı dərk edirdilər ki,
böyük dövlətlərin dəstəyi olmadan onlar nə
dövlət qura bilər, nə də müstəqil bir
dövlət kimi əsla köməksiz yaşaya bilməzlər:
“Bütün ümid və istəklərini böyük
dövlətlərin onlara verə biləcəkləri
şanslara dikirdilər. Bir sözlə, “erməni məsələsi”nin həm zahiri, həm də daxili mahiyyətində
bir məqam - Türkiyənin süqutu həlledici istiqamət
sayılırdı. Bu sahədə istər
super dövlətlərin, istərsə də erməni millətçilərinin
bədnam niyyətləri ust-ustə düşürdü.
Bir tərəfdən də böyük dövlətlərin
milli mənafeləri baxımından “erməni məsələsi”nə
müdaxilə etmələrinə rəğmən əl
qoymaları bu məsələni günü-gündən daha
da mürəkkəbləşdirirdi. Rusiyanın
Qara dənizi, Bosfor və Dardanel boğazlarını zəbt
etmək səyləri “xristianları müsəlman Türkiyəsinin
zülmündən xilas etmək uğrunda mübarizə”
şüarları ilə pərdələnirdi. San-Stefano ilkin sülh müqaviləsinin 16-cı
paraqrafına görə Türkiyə erməni vilayətlərində
dərhal lazımi islahatları həyata keçirməliydi.
Və bu işlər görülüb qurtaranadək
rus qoşunlarının Anadolu Turkiyəsində işğal
etdikləri torpaqları öz əllərində saxlamaqda
davam edəcəkləri nəzərdə tutulurdu. Rusların təşəbbusu və təhriki ilə
“erməni məsələsi” beynəlxalq toplantılarda
muzakirə obyektinə çevrildi. Rusiya
artıq Turkiyəni taqətdən salıb parcalamaq yolunda ilk
addımını atdı. Xac sungusunə
çevrilmiş “erməni məsələsi”ni
katalizator rolunda oynatdı. Erməni millətçiləri
isə Rusiyanın dəstəyindən istifadə edəcəklərində
israrlı idilər.
Musbət nəticə əldə edəcəklərinə
özlərində bir əminlik, yəqinlik hissi hasil edirdilər. Milli-siyasi
müqəddəratı müstəqil təyin etmək məqsədi
ilə rus işğalına bel bağlayırdılar. Odur ki, həmin istiqamətdə təşviqat-təbliğat
işini gucləndirdilər. Ermənilərin
Rusiyadan kömək istəmələri türk-erməni
münasibətlərini də kəskinləşdirdi. Türkiyə hökuməti ermənilərə
münasibət məsələsində kəskin surətdə
dönüş etdi. Halbuki türk hökuməti 1877-ci il rus-turk müharibəsinədək erməniləri
nəinki təqib eləmirdi, əksinə, adlı-sanlı
ermənilərin böyük dövlət vəzifələri
tutmalarına isti münasibət bəsləyirdi. Ermənilərin Rusiya işğalının xeyrinə
etdikləri xəyanət Turkiyənin əleyhinə yönəlmiş
vətəndaşlarının dövləti cinayəti idi”.
Hadisələr ermənilərin istəyincə
davam etmədi. Şübhəsiz ki, Rusiyanın “erməni
məsələsi”ndən təkbaşına istifadə edib
Türkiyənin içərilərinə doğru real
addımlar atması Qərb dövlətlərini
qıcıqlandırmaya bilməzdi: “Çar Rusiyasının
bu niyyəti onun Yaxın Şərqdəki əsas rəqibi -
İngiltərənin ciddi müqavimətinə tuş gəldi.
Çar Rusiyasının “erməni məsələsi”ndən
təkbaşına istifadə etmək cəhdi İngiltərə
tərəfindən qətiyyətlə dəf edildi. İngiltərə erməni millətçilərinin
də saqqızını oğurlamağa muvəffəq oldu.
Çunki həmin dövrlərdə çar Rusiyası
ermənilərin başını sığallasa da, bununla bahəm
Zaqafqaziyada ruslaşdırma siyasəti də yeridirdi. Vaxtı ilə Rusiya “Asiyada ermənilərin müstəsna
üstünlüklərə malik olacağı ərazi
yaradılması” ideyasını irəli sürməsinə
baxmayaraq, indi onun əleyhinə açıq-aydın əməli
fəaliyyət göstərirdi. Rusiyanın
Bolqarıstan məsələsində ağzı
yanmışdı. Bolqarıstan çar
Rusiyasının köməyilə azad edilsə də, indi
çar Rusiyasının vassalına cevrilmək istəmirdi.
01 iyun 1878-ci ildə Berlin konqresində San-Stefano ilkin sulh
müqaviləsinə baxılarkən İngiltərə
öz istəyinə nail oldu. San-Stefano müqaviləsinin
16-cı paraqrafı Berlin konqresinin 61-ci maddəsi ilə əvəzləndi.
Bu maddəyə görə, Turkiyə
höküməti erməni vilayətlərində lazımi
islahatlar keçirməyə borclu olduğunu təsdiq edirdi.
Lakin həmin islahatların həyata
keçirilməsi üzərində nəzarət təklikdə
Rusiyaya yox, Berlin konqresinin iştirakçısı olan
altı böyük dövlətdən ibarət “birliyə”
verilirdi. Berlin konqresinin qərarı erməni
millətçilərinin də damağına şəkər
əzib tökürdü. “Milli erməni dövləti”nin yaradılması uğrunda mubarizəyə
təkcə Rusiya tərəfindən deyil, bütün
böyük dövlətlər tərəfindən kömək
gostəriləcəyi iştahlarını birə on qat
artırırdı. İngiltərə
diplomatiyası isə öz işini görürdü.
Onun əsas məqsədi çar Rusiyasına özünün
Yaxın Şərq siyasətində “erməni məsələsi”ndən
təkbaşına istifadə etməsinə imkan verməmək
idi və buna da nail oldu.
Turkiyə hökuməti erməni vətəndaşlarının
xəyanəti və satqınlıqları ilə
üz-üzə qalmışdı. Erməni millətciləri
isə siyasiləşən nasionalist partiyalar yaradaraq, təşkilatlanmaq,
mütəşəkkil şəkildə terror aktları həyata
keçirmək və silahlı mubarizə aparmaq yoluna qədəm
qoydular. İlkin olaraq “Armenakan” və
“Qncaq” partiyaları bu yolda təşəbbus gostərdilər.
Sonucda isə Daşnaksutyun meydana atıldı.
Yarandığı gundən böyük
dövlətlərdən kömək almaq ümidini itirən
erməni-daşnak faşistləri Türkiyədə
üsyanlar qaldırmağa başladılar. Ancaq onlar yaxşı bilirdilər ki, türk
hökuməti ilə mübarizədə qalib gələ bilməzlər.
Erməni-daşnak faşistlərinin
qarşısında ilk və böyük əngəl - Anadolu
türk yurdunu parçalamaq istəməyən Osmanlı
türklüyü dururdu. Üsyanlar
törətməkdə məqsədləri isə ancaq
böyük dövlətlərin diqqətlərini “erməni
məsələsi”nə cəlb etmək istəyi oldu.
Böyük dövlətlər isə ancaq Türkiyə ilə
bağlı problemləri ortaya cıxandan-cıxana “erməni
məsələsi”ni yada salırdılar. Erməni muəllifi S.Makosyanın təbirincə desək,
“erməni məsələsi” Avropa diplomatiyası
üçün komediya, ermənilər üçün isə
faciə idi””.
Araşdırmaçı bildirir ki, Avropanı ilgiləndirən erməni millətinin taleyi deyildi, “erməni məsələsi” onlara Turkiyənin həyat şirəsini sormaq uçün lazım idi. Erməni xalqı artıq Türkiyədə öz faciəsini yaşayırdı. Daşnaklar 1884-cü ildə Sasunda kortəbii şəkildə baş verən üsyanın siyasiləşən variantda davam etdirilməsinə yeni təkan verdilər: “Əsas rolu ələ alan Daşnaksutyun partiyasının təxribat dəstələri, terror qrupları Asiya Turkiyəsinin ərazisini buruyən üsyankar ocaqlar yaratdılar. 1895-ci ildə Zeytunda, 1896-cı ildə Vanda silahlı üsyanlar təşkil edən erməni-daşnak faşistlərinin qazancı sonucda ancaq qırğınlar oldu. Bu illər ərzində heç nə qazana bilməyən ermənilər ancaq dəstə-dəstə Qafqaza axın etdilər. Dərd ondaydı ki, özləri ilə elə “erməni məsələsi”ni də Qafqaza gətirdilər. Burada öz istəklərini həyata keçirmək üçün münbit şərait vardı. “Erməni məsələsi”ni silah gücünə həll etmək konsepsiyasına hakim kəsilən erməni-daşnak faşistləri Türkiyədə edə bilmədiklərini Rusiyanın əsarəti altında olan Azərbaycan torpaqlarında Azərbaycan türklərinə qarşı etdilər. 1905-1907-ci illərdə XX əsrin ilk soyqırımı hadisəsini törətdilər. Əliyalın, dinc, hec bir torpaq, hakimiyyət iddiasında olmayan Azərbaycan türklərinin qətliamlarını təşkil etdilər. Onları etnik təmizləmə siyasətinin gunahsız qurbanlarına cevirdilər”.
Uğur
Xalq Cəbhəsi.-
2015.- 13 fevral.- S13.