“Erməni
soyqırımı” cəfəngiyyatı nədən
qaynaqlanır?
XX yüzilin əvvəllərində
ermənilərin soydaşlarımıza
qarşı həyata
keçirdikləri amansızlıqların
miqyası artdı, dəhşətli şəkil
aldı. Artıq ermənilər nəinki
məskunlaşdıqları ərazilərdə möhkəmlənmək,
yeni torpaqlar ələ keçirmək,
başlıcası isə
yaşadıqları ərazilərdə
soydaşlarımızı qırmaq istəklərini
gerçəkləşdirmək üçün imkan axtardılar. Danılmaz tarixi
faktlar göstərir ki, vaxtilə ermənilərə sığınacaq
vermiş Azərbaycan
turklərini erməni-daşnak
terror qrupları və
ya qruplaşmaları silah gücünə ev-eşiyindən cıxarıb
ayağı yer tutunca qovmağa başladılar. Ələ keçəni
uşaq, qadın, qoca demədən xüsusi qəddarlıqla
qətlə yetirirdilər.
Torpaqlarını, yer-yurdlarını isə mənimsəyirdilər.
Birinci rus inqilabını söndürmədən çar
Rusiyasının bu qətliamların qarşısını
almamasının, daha
da qızışdırıcı
mövqeydə durmasının
səbəbləri məlum
idi. Bu yolla
əsarətdə olan
xalqların fikir-diqqətini
inqilabi mübarizədən
yayındırırdı. Bu, imperiyanın klassik “parcala, hökm et” siyasətinin qanlı şöləsi idi.
Yalnız Azərbaycan türklərinin
soyqırımı ilə
kifayətlənməyən erməni-daşnak faşistləri
bölgələrdə hakimiyyəti
ələ kecirməkdən
belə çəkinmir,
yolları və körpüləri partladır,
nüfuzlu ictimai xadimləri, dövlət məmurlarını terror yolu
ilə qətlə yetirirdilər. Araşdırmaçı
Ə.Əroğul bildirir
ki, I Rus inqilabının süqutundan
sonra çar Nikolay həddini aşmaqda olan erməni-daşnak terrorçularına
bir balaca qulaqburması verdi.
Məsuliyyətə cəlb edilənlər
oldu. Arada uzun çəkməyən
dartışmalardan sonra
erməni-daşnak faşistləri
yenə də “erməni məsələsi”nin ilkin dayaq bazasına - Rusiyaya uz tutdular:
“I Dunya muharibəsi ərəfəsində çar
hökuməti böyuk
məmnuniyyətlə erməni-daşnak
faşistlərini qəbul
etdi. Rus diplomatları açıq
şəkildə “məzlum
ermənilərin mudafiəsi”
uğrunda çıxışlar
etməyə başladılar.
Türkiyə hökumətindən ermənilər yaşayan şərq vilayətlərində
islahatlar kecirilməsi
tələbini irəli
sürdülər. Türkiyə hökuməti 26 yanvar
1914-cü ildə Rusiyanın
nəzarəti altında
həyata keçirilməsi
nəzərdə tutulan
islahatlar haqqında saziş imzalamağa məcbur oldu. I Dunya müharibəsinin
başlanması ilə
yanaşı erməni-daşnak
faşistlərinin iştahı
yenidən on qat artdı. Fransa erməni dövlətini
Türkiyə ərazisində,
Rusiya isə bu dövləti I Pyotr zamanından Cənubi Qafqazda qurmaq istəyini yenidən ortaya qoydu. Hər iki dövlətin
niyyətindən bəhrələnmək
istəyən erməni-daşnak
faşistləri ruhlandılar.
Onlar yenidən “Böyük Ermənistan” dövləti
qurub-yaratmaq eşqinə
düşdülər. Və bu xəyali dövlətin xəritəsini
belə cızdılar.
Beləliklə, erməni xalqını
əbədi məhrumiyyətlərə
sürükləmiş oldular.
Bununla sonu görünməyən
türk düşmənçiliyinin
bünövrəsini qoydular.
Özlərini isə super dövlətlərin
sandıq tulasına cevirdilər. Erməni-daşnak faşistləri bütün
güclərini terrorçu
dəstələr düzəldib
Türkiyə ərazisinə
göndərilməsinə, onların pozuculuq fəaliyyətləri göstərmələrinə,
könüllü hərbi
hissələr təşkil
edib rus komandanlığının sərəncamına
vermək işinə
yönəltdilər. Ancaq nə qədər qırğınlar törətsələr
də, sonucda yenə də məğlubiyyətin acısını
daddılar”.
Məlum
olur ki, I Dunya muharibəsindən sonra “erməni məsələsi” beynəlxalq
muzakirələrdə tədricən
özünə yeni unvan tapdı. Daha doğrusu, uydurma “erməni soyqırımı” əfsanəsinə
kompensasiya edildi: “Əslində uydurma “erməni soyqırımı”
əfsanəsi yalan uzərində qurulmuş
“torbada pişik” oyununun davamı idi. Erməni xalqının təqvimində
24 aprel günü rəmzi məna daşıyır. Bu gün bir erməninin
burnu belə qanamayıb. Bəs onda
nə üçün
qətliam günü
olsun?! “24 aprel” gününün özü bu soyqırımın saxtalığına
dəlalət edən
danılmaz və qaçılmaz bir faktordur. 1915-ci ilin 24
aprel günü Türkiyə hökuməti
tərəfindən dövləti
içindən parçalamağa
cəhd edən bir qrup vətən
xaininin və satqınının - məqsədyönlü
şəkildə türk
torpaqlarına təcavüz
edən qərb imperialistlərinə və
artıq Şərqi Anadolunu işğal etmiş, tərkibində
250 min erməni könüllü
silahlısı olan və Türkiyə əleyhinə vuruşan çar Rusiyasına xidmət edən erməni təşkilat və cəmiyyət rəhbərlərinin göz
altına alınmasına
dair fərman verilib. Onlar öz cinayətkar
fəaliyyətlərinə görə ədalət məhkəməsi qarşısında
cavab verməli olmuşlar. Vətənin
taleyinin həll edildiyi bir vaxtda,
olum-ölüm dilemması
qarşısında qaldığı
çətin bir zamanda etnik ermənilərin
xəyanət və satqınlıqlarının kütləvi
hal aldığını
nəzərə alan,
ölkənin təhlükəsizliyini
təmin etmək üçün Türkiyə
hökuməti 24 aprel
tutqusundan təxminən
bir ay sonra, daha doğrusu, mayın 15-də ermənilərin
yerdəyişməsi haqqında
qərar qəbul etmək məcburiyyətində
qaldı. Müxtəlif dövlət və
ölkələrin tarixində
bu cür faktlar yuzlərlədir.
Ancaq günün günortaçağı
erməni fitnəsinə,
saxtakarlığına uyanlar
- qatığa qara deyən Qərb parlamentariləri dərk etmək istəmirlər ki, 24 aprel günü
erməni qanı axıdılmayıb. Osmanlı
dövlətçliyinin əleyhinə
iş aparan, xəyanət yolu tutan bir sıra
erməni təşkilatlarının
rəhbərləri qanuna
muvafiq qaydada göz altına alınıblar. Onlar dərk etmək istəmirlər ki, may ayında yerdəyişmə haqqında
qanun qəbul edilməsəydi, ya türk dövləti tam məhv edilərdi, ya da olum-ölüm
savaşı gedən
döyüş meydanında
bir erməni insanı belə sağ-salamat qalmazdı. Əslində bu yerdəyişmə
erməni xalqının
xilası kimi dəyərləndirilməli və
özünün həqiqi
qiymətini almalıdır.
Əgər bu tədbir Osmanlı dövləti tərəfindən
həyata kecirilməsəydi,
indi nə dünyəvi dövlətlərdə
oturuş tapan erməni diasporu yaranardı, nə bu qədər gucə malik erməni toplumu meydana gələrdi, nə də erməni-daşnak faşistləri
özlərində cəsarət
tapıb Türk Dünyasına qarşı
meydan sulamaq eşqinə düşmüş
olardılar. Erməni-daşnak faşistləri öz
çirkin oyunlarından
əl cəkmək fikrindən uzaqdılar”.
100 il əvvəlki
hadisələri dərindən
təhlil edərkən
bu qənaətə gəlmək olur ki, türklərin ermənilərə inam göstərməmək üçün
tam əsasları vardı:
“Ermənilər döyüş
gedən ərazilərdən
köçurülməsəydi, Turkiyə hökuməti öz varlığını
saxlamaq imkanını
əldən vermiş
olardı. Təkcə
bir erməni nəfərinin satqınlığı
ucbatından “Allahu əkbər” dağında
90 min turk əsgərini rus işğalcıları məhv
etmişdi. Habelə rus ordusunun Türkiyə
sərhədini kecib Şərqi Anadoluya daxil olmasıyla bahəm Türkiyə ordusunda xidmət edən 50 min erməni mənşəli türk əsgəri xəyanət
yolu tutaraq rusların tərəfinə
kecmiş və türklərə qarşı
döyüşmüşdülər. Ümumiyyətlə, I Dunya müharibəsində
ermənilərdən qat-qat
çox türk əhalisi qırılmışdı.
Belə ki, N.Sokolskinin 1923-cu ildə yazdığına
və statistik məlumatlara görə,
1915-ci illərdə Turkiyədə
cəmi 1 mln. 285 min nəfər erməni yaşayıb.
Köçürülənləri, qaçqınları, Türkiyədə
qalıb yaşayanları
bu saydan cıxsaq, aydın olur ki, bu
dövrdə ölən
ermənilərin sayı
10 minlərlə, ölən
türklərin sayı
isə 100 minlərlə
olmuşdu. Lakin erməni-daşnak faşistləri öz törətdiklərini əks
tərəfin uzərinə
qoymaq kimi qarayaxmayla, qaraçı qanlarından irəli gələn hay-küylərinə
burada da don geydirməkdən usanmaq bilməmişlər. Hazırda 24 aprel
gününü uydurma
“erməni soyqırımı”
günü kimi bütün dünya dövlətlərinə tanıtmağa
cəhd göstərirlər”.
Bu gün beynəlxalq arenada fırladılan qondarma və uydurma “erməni soyqırımı” əfsanəsi umumi erməni saxtakarlığının apogeyidir. Yalan yalana soykənir. Uydurmalar bir-birinə calana-calana sonu görünməyən və olmayan bir həddə catdırılıb. İlk öncə “erməniləri məhv etməklə bağlı Tələt paşanın teleqramı var” - deyə-deyə erməni-daşnak faşistləri haray-həşir qopardılar. Sənədlər əsasında isbat olundu ki, bu teleqram əsli olmayan, uydurma bir köçürmədir.
Ermənilər uydurma “erməni soyqırımı” hadisəsindən 70 il sonra daha bir fırıldağa, iftiraya əl atıblar. 1985-ci ildə səs salmışlar ki, guya müasir Turk Cumhuriyyətinin qurucusu M.K.Atatürk 22 iyun 1926-cı ildə İsvec jurnalisti Emil Xilderbranda verdiyi müsahibəsində “erməni soyqırımı”nı tanımasını bəyan edib. Əlbəttə, əgər doğrudan da ermənilər deyən belə bir fakt olsaydı, uydurma erməni soyqırımının tarixi həqiqətliyi üçün bu bəyanat çox ciddi arqument ola bilərdi. Araşdırma zamanı məlum olub ki, M.K.Ataturk 22 iyun 1926-cı il tarixdə İzmir şəhərində olub, ancaq bu səfəri zamanı kiməsə müsahibə verməyib. Ümumiyyətlə isə onun 20 illik hakimiyyəti dövründə Emil Xilderband adlı İsvec vətəndaşının Türkiyə Cümhuriyyəti ərazisində olması subuta yetirilməyib”.
Erməni saxtakarları tərəfindən bir-birinin ardınca düşünülmüş şəkildə ortaya atılan, lakin mənbəyi olmayan bu sayaq uydurmaların sayı-hesabı yoxdur. Bununla belə, erməni-daşnak faşistlərinin təbliğat maşını, təşviqatcıları uydurma “erməni soyqırımı” ilə bağlı hər cür saxtakarlıqları yaymaqda davam edirlər. Hər cür dələduzluğa baş vururlar. Xüsusilə onların məşhur rus rəssamı Vasili Vereşaginin “Muharibə apofeozu” adlı rəsm əsəri ilə dələduzluq etmələrindən danışmamaq olmur. Hazırda rəssamın müharibə mövzusunda kətan parça üzərində işlədiyi bu sənət əsəri Moskva şəhərinin məşhur Tretyakov adına rəsm qalereyasında saxlanılır. Rəssam bu rəsm əsərini 1871-ci illərdə işləyib, özü isə I Dunya müharibəsi başlanmazdan on il əvvəl ölüb. Rəsm əsərinin obyekti hec vaxt ermənilər olmamışdı və ola da bilməzdi. Bu sənət əsərinin I Dunya muharibəsi ilə, ermənilərlə hec bir bağlılığı, əlaqəsi yoxdur. Lakin erməni-daşnak faşistləri dələduzluq yolu ilə bu əsəri mənimsəmişlər. Əsərdə insan kəllələrindən toplanmış qalaq təsvir olunur. Erməni dələduzları bu rəsm əsərinin fotoreproduksiyasını cıxararaq altında “1915-1917-ci illər” yazıb və kağız üzərinə rəssamın saxta imzasını köçürüblər. Bu kəllələr guya türklər tərəfindən soyqırıma düçar edilən ermənilərə məxsusdur. Uydurma “erməni soyqırımı” ilə hec bir əlaqəsi olmayan bu reproduksiyanı poçt markalarında, təbliğat plakatlarında, reklam vərəqələrində yerləşdiriblər, ayrı-ayrı kitab üzlüklərində bolluca nəşr və cap ediblər”.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 14 fevral.- S13.