Qondarma “erməni soyqırımı” əfsanəsinin
arxasında real türk soyqırımı dayanır
Qərb
şərqşunası Pyer Duman: “Qoy siyasətcilər tarixə
mudaxilə etməsinlər, onların müdaxiləsi
saxtakarlıqla müşayiət olunur”
Dünyanı
çaşdıran, aldadan “erməni soyqırımı” cəfəngiyyatının
iç üzü gündən-günə daha aydın bilinməkdədir.
Tarix yalanlardan, zordan xali olmasa da, yalan tarix yazan
xalqların yalançılığı gec-tez bilinir. Ermənilərin kimliyini, sifətini aşkarlamaqda
özləri də dünyaya “yardımçıdılar”.
Çünki “mələk” maskaları tamam
yırtılıb. Adətən ermənilər bizim bir
məşhur məsəldə olduğu kimi “Tutar qatıq,
tutmaz ayran” prinsipi ilə hərəkət edirlər
. Aydan arı, sudan duru adamlar kimi
daş atıb baş tuturlar, haray-həşir, səs-küy
qoparırlar. Elə ki, yalanları üzə
çıxdı, uydurmaları uğursuzluğa
düçar oldu, utanıb-qızarmadan, həyasızcasına
növbəti yalana, fırıldağa, iftiraya, şərə-böhtana
əl atırlar, təzə yalana, saxtakarlıqlara meydan verirlər.
Araşdırmaçıların fikrincə, Qərb
və Rusiya üçün “erməni məsələsi”
barmaqda oynadılan qəlp bir həlqəyə bənzəyir.
Nə ucu var, nə də sonu. Araşdırmaçı Ə.Əroğul deyir ki,
“ucu, sonu bilinməyən bu qəlp həlqə
açılandır, qapanan deyil. İstənilən
super dövlət bu həlqəni barmağına keçirərək
dünya arenasında Türkiyə əleyhinə bir vasitə
kimi fırladır. Erməni
saxtakarlığından və Türkiyə əleyhinə
olan ziyankarlığından kifayət qədər
faydalanırlar. Əgər belə
olmasaydı, erməni-daşnak terrorçularının
törətdiklərini demirəm, sənədlərlə
bağlı cinayətlərini belə bunca müdafiə etməzdilər.
Axı sənədlərin
saxtalaşdırılmasının özü də dövləti
cinayətdir. Hər bir dövlətin cinayət
məcəlləsində saxtakarlara qarşı maddə, cinayət
məsuliyyətinə cəlbolunma tələbləri var. Bəs
görəsən, həmin ölkələrin qanun
keşikçiləri nə üçün erməni
saxtakarlığına hüquqi qiymət vermirlər?! Nə
üçün özlərini sivil ölkə adlandıran,
demokratiyanın flaqman hökumətləri, onun ali
qanunvericilik orqanları - parlamentləri ermənilərin
törətdikləri cinayətləri müdafiə edirlər?!”
Cəzasızlıq şəraitindən istifadə edən
erməni-daşnak faşistləri peşəkarcasına
terror aksiyaları törədirlər. İnsan qatilləri cəzalandırılmaq
əvəzinə mudafiə olunurlar, sərbəst
buraxılırlar: “Yoxsa Amerika, Qərbi Avropa parlamentariləri
bizimlə oyun oynamaqdan həzz almazlar. Bütün
bunlardan azğınlaşan erməni-daşnak faşistləri
özlərinin uydurduqları saxta soyqırımlarını
başqa millətin uzərinə atırlar. Hətta iddia edirlər ki, erməni genosidi yəhudi
soyqırımının müjdəcisi olub. XX əsrin ilk soyqırımıdır. Erməni-daşnak faşistləri isə ilkin
dövrlərdə şişirdilmə ilə qeydə
alınan “300 min erməni öldürülüb” ifadəsindəki
rəqəm göstəricisini ilbəil dəyişdirir,
artırırlar. “Böyük qırğın” adı
altında guya 1915-ci ildə 2,5 milyon erməninin
öldürüldüyünü iddia edirlər. Bu rəqəm dildən-dilə kecir,
kağızdan-kağıza köçürülür.
Çox güman ki, erməni
saxtakarlığı dünyadakı ermənilərin sayı
hərgah 6 milyon və ya ondan çox olsaydı,
utanıb-qızarmadan bu rəqəmi 6 milyonluq yəhudi
genosidinə catdırar, bəlkə də bu rəqəmi
arxada qoymuş olardılar. İnsan həyasını
itirəndə ondan hər nə desən, gözləmək
olar. Görün bir iş nə yerə catıb ki, erməni
saxtakarlığı, habelə A.Hitlerin adına
ünvanlanan, əsli olmayan sitatlar, uydurma mülahizələr
ABŞ dövlətinin bir cox ştatlarının orta məktəblərində
dərs kimi tədris olunur. ABŞ-ın ali qanunvericilik orqanlarında
yuva qurmuş ermənipərəst senator və konqresmenlər
küpəgirən qarılar sayaq qondarma “erməni
soyqırımını” İran saqqızı kimi çeynəməkdən,
ərəb təsbehi kimi daşlarını o yan-bu yana
çevirməkdən, saymaqdan yorulmaq bilmirlər. Erməni yalanına cürbəcür, çeşid-çeşid
don biçirlər, dünya ictimaiyyətini həqiqətdən
yayındırmağa çalışırlar. Fransada, İsveçrədə hətta erməni
saxtakarlığını inkar edənlərə
qarşı ölkənin CM-də müvafiq maddələr də
təsbit edilir. Bu gün “erməni məsələsi”
ABŞ-da prezident seckilərində namizədlər
üçün səs toplamaq vasitəsinə, senatorlar,
konqresmenlər, qubernatorlar üçün isə varlı erməni
diasporlarından və beynəlxalq təşkilatlardan pul
çəkmək məsələsində bir oyuna
çevrilib. Oyunbazlıq göstərməkdə
Fransanın əldə tutduğu “erməni məsələsi”
bir oyun, bir marionetkadır. Rusiya
üçün isə bu məsələ Qafqazda oturacaq yerinə
işlətdiyi söykəksiz kətildir”.
Hər il
aprel ayının 24-də dünyanın aparıcı ölkələrində
əlləri yüz minlərlə türkün qanına
boyanan, qatı şovinistliyi ilə tanınan, türk
düşmənçiliyini dövlət siyasətinə
çevirən erməni-daşnak faşistləri uydurma “erməni
soyqırımı” yalanını ucuz şou-tamaşayla qeyd
edirlər. Erməni millətini “məzlum”, “əzabkeş”,
“cox təcavuzlərə məruz qalan”, “qurbanlıq quzu”
qismində dünya birliyinə sırıyırlar. Kimsə
demir ki, 1915-ci ildə 1,3 milyondan az erməninin
yaşadığı bir ərazidə bu ərazinin 11 milyon
türk əhalisini məhv edib bu torpaqları Rusiyanın tərkibinə
qatmaq və ya hansısa uydurma monoetnik erməni dövləti
yaratmaq hansı məntiqə sığır?! Haqq-ədaləti
bunca tapdamaqmı olar?!”
Bu paradoks
“erməni məsələsi”nin bir hissəsi
olan qondarma, süni surətdə yaradılmış və
qabardılmış Qarabağ probleminin həlli məsələsində
də özünü göstərir. Daha
doğrusu, bu problemin həll edilməsi məqsədi ilə
yaradılmış Minsk qrupunun süründürməçilikləri,
yarıtmaz fəaliyyəti göz qabağındadır.
Ötən illərdə nəyəsə muvəffəq
olunmayıb: “ Minsk qrupunun həmsədrləri
haqqında düşünməyinə dəyər. Bundan o tərəfə yol yoxdur. Qoy öz qürurunu itirmiş Qərb parlamentariləri
Qərb şərqşunası Pyer Dumanın - “Qoy siyasətcilər
tarixə mudaxilə etməsinlər. Onların
mudaxiləsi saxtakarlıqla müşayiət olunur” xəbərdarlığını
sırğa edib qularlarından assınlar. Bu xəbərdarlığı
qulaqardına vurub qondarma “erməni soyqırımı”nı tanımaq lehinə səs verməklə
haqqı danmasınlar, vicdanlarına kölgə
salmasınlar. Onsuz da öz əməllərinə
görə ermənilər hər xalq, hər dövlət
üçün bir cür mənalandırılan,
unvanlandırılan ayamalar qazanmışlar. İngiltərə erməni məsələsindən
kifayət qədər, yetərincə istifadə edib. İmperiya siyasətində I Pyotrdan üzü bəri
Rusiya üçün haylar işğalçılıq vasitəsi
olub, olaraq da qalır. Əlbəttə,
“erməni məsələsi” mahiyyət etibarilə Avropa məsələsidir.
Əgər o, XIX əsrin sonu – XX əsrin əvvəllərində
böyük dövlətlərin Osmanlı imperiyasını
parçalamaq işinə xidmət edirdisə, bu gün AB-yə
can atan Türkiyə Cümhuriyyətini zəif salmaq, daha
asanlıqla iradələrini ona diqtə etdirmək, əldə
saxlamaq cəhdlərinə xidmət edir. Bu
gün “erməni məsələsi” Rusiya Federasiyası
üçün daha böyük, çar və sovet
Rusiyası donəmindəkindən ikiqat artıq əhəmiyyət
kəsb edir. Bütün
gücü-qüvvəsi ilə əlini bu məsələnin
üstünə qoyub. Ermənistanla birgə
hərbi qruplaşmalar, hava hücumundan vahid müdafiə
sistemi yaradır. Azərbaycan və
Gürcüstan ərazilərindən
çıxardığı hərbi bazaların canlı
qüvvələrinin və döyüş texnikasının
böyük bir qismini Ermənistan ərazisinə
köçürüb. Ermənistana 1994-1996-cı illərdə
təmənnasız olaraq 1 milyard ABŞ dolları dəyərində
döyüş silah-sursatı verib...”
Bu gün qondarma, uydurma “erməni soyqırımı” əfsanəsi
erməni-daşnak faşizminin apardığı ideoloji
mübarizənin ana xəttini təşkil edir. Bu isə cox mətləblərdən
xəbər verir və analoqu olmayan bir siyasətdir: “Birincisi,
bu uydurma soyqırımı davamlı olaraq artan xətlə
böyük dövlətlərin parlamentlərində bu və
ya başqa şəkildə muzakirəyə
çıxarılır və gündəmdən düşməyə
imkan verilmir. Bu da erməni xəyanətini və
erməni-daşnak faşistlərinin Azərbaycan türklərinə
qarşı apardıqları etnik təmizləmə siyasətini
və soyqırımını pərdələyir. İkincisi, bununla belə, erməni-daşnak
faşistləri Azərbaycan türklərinin
soyqırımını davam etdirmək niyyətində
olduqlarını numayiş etdirirlər. Üçüncüsü,
uydurma soyqırımı dünya birliyinə tanıtmaqla
Türkiyə Cümhuriyyətindən təzminat almaq, torpaq
qoparmaq iddiasından əl çəkmək fikrində
olmadıqlarını acıq-aydın bəyan edirlər.
Uydurma “erməni məsələsi” uzun illər
öz adıyla tarixləşsə də, bəli, bu gün
qondarma “erməni soyqırımı” adıyla
yaşadılır. “Əzabkeş və məzlum”
erməni obrazı yaradılır, “erməni
soyqırımı” əfsanəsinin tanıdılması
uğrunda gedən mübarizə səngimək bilmir, gündəlik
müzakirə mövzusuna çevrilir. Hətta
bununla bağlı bir sıra Qərb ölkələrinin
qanunvericilik orqanları beynəlxalq hüquq normalarına zidd
olan əsassız və ədalətsiz təsiretmə
aktları qəbul edirlər. Bunun kölgəsində
erməni-daşnak faşistləri öz məkrli niyyətlərini
həyata keçirirlər. İşğalçılıq,
etnik təmizləmə və soyqırım, dövlət
terrorizmi kimi siyasətlərini pərdələyirlər.
Halbuki qondarma “erməni soyqırımı” əfsanəsinin
arxasında real türk soyqırımı dayanır. Axı tarixə yanlışlıq verə-verə
erməni-daşnak faşistləri hara kimi yalan addımlar
atacaqlar, nə qədər məsafə qət edəcəklər?!
Detalları şübhə doğuran, tarixi köku, sübutu
olmayan uydurma “erməni soyqırımı” hec nədən
yaranan, xristian himayəsinə sığınan erməni-daşnak
faşistlərinin ortaya atdığı ədalətsiz
işğalçılıq müharibəsinə haqq
qazandırmaqdan, məkr və hiylədən başqa bir
şey deyil.
Vaxt gələcək, tarix öz mizan tərəzisini ortaya qoyacaq. Kimin kim olduğunu incələyib tarixi həqiqətin nədən ibarət olduğunu bütün dünya anlayacaq. Türkün qayəsi insandır. Bu tarixi haqqımızı dünya birliyinə tanıtmaq, çatdırmaq, öz haqqımızı əldə etmək üçün ardıcıl, sarsılmaz, əzmkar mübarizə yolu qarşımızdadır. Bu yol bizim haqq yolumuzdur...
Uğur
Xalq Cəbhəsi.-
2015.- 17 fevral.- S13.