Qarabağın
atüstü oyunları
Onlar özündə
qədimliyi, zənginliyi və rəngarəngliyi ehtiva edir
II yazı
K.A.Ditriõsin
və başqa tədqiqatçıların əsərlərində
ÕVIII-ÕIÕ əsrlərdə mövcud olmuş Qarabağ
atlarının sadalanan tipiklik əlamətlərindən
aşağıdakılar õüsusən diqqəti cəlb edir:
“İlk növbədə dağlıq mənşəli atlara
õas olan bədənin bütün hissələrinin harmonik və
sıõ surətdə əlaqəli olması, başın
boyuna nisbətən mütənasib olması ilə
yanaşı peysər hissəsinin güclü olması,
dırnaqların möhkəmliyi, belin düz olması və
yəhər yerinin hiss olunması, boyun kiçik olması, hərəkətlərində
ağırlıq mərkəzini çevik saõlamaq qabiliyyətinin
olması və bununla ən sürətli qaçış
zamanı belə ani olaraq korpusun vəziyyətini dəyişərək
dayanmaq qabiliyyətinin olmasıdır”.
Belə xüsusiyyətlər atın
oyunda iştirakı üçün çox vacibdir. Atın
da oyun üçün münasibliyi Qarabağın
atüstü oyunların oynanıldığı əski ənənəvi
məkanlardan biri olmasını şərtləndirir. Bu
baxımdan da Qarabağ atla oynanılan oyunların ən əski
məkanlarından biridir. Atla oynanılan Çövkan
oyununun da vətəni Qarabağdır. Ona görə də
Qarabağın atüstü oyunları (o cümlədən
oyun xarakterli at yarışları) atlı mədəniyyəti
(at sürmə sənəti, atın və atlının məharəti)
və atın ənənəvi mədəniyyətdəki
iştirakı, yeri və rolunun səciyyəvi cəhətlərini
öyrənmək üçün zəngin qaynaq hesab oluna
bilər. Atla oynanılan oyunlar bir tərəfdən oturaq mədəniyyətin
köçəri variantlarını təşkil edir, digər
tərəfdən də bu oyunlarla gəncləri zəruri həyat
şərtləri üçün hazırlayırlar.
Oyunların heyvanlarla birlikdə keçirilməsi qətiyyən
təsadüfi deyil. Oyunda iştirak edən heyvanlar o xalqın
həyatında mühüm rol oynayır. Ona görə də
at, uzunqulaq, dəvə, keçi kimi heyvanların türk mədəniyyətində
önəmi nəzərə alınmalıdır. Məsələn,
“Ənzəli” oyunu da ata (və ya eşşəyə) minmək
vərdişlərini uşaqlara öyrədir. Oyunda
keçinin rolu çox genişdir, lakin keçi ilə
bağlı bir sıra oyunlar arxaikləşib. Atın isə
türk mədəniyyətindəki yeri olduqca önəmlidir.
Çünki burada at gerçək mənada “igidin
qardaşıdır” və türk həyat tərzi atla birlikdədir,
ondan ayrılmazdır. “Quş qanadıyla, adam atıyla”
deyilir Kaşqarlının “Divan”ında.
2012 və
2014-cü illərdə Qarabağda ezamiyyətdə
olduğumuz zaman topladığımız folklor nümunələri
içərisində xalq oyunları və onlar haqqında olan
məlumatlar xüsusi yer tuturdu. Ezamiyyətdə olduğumuz
zaman onu da öyrəndik ki bölgədə bir çox xalq
oyunlarını – “Çövkan”, “Dirədöymə”,
“Çiling ağac”, “Top al qaç”, “Sərrast vur”,
“Motal-motal”, “Qələndar, ay Qələndar”, “Əl üstə
kimin əli”, “Bənövşə-bənövşəni” və
s. indi də uşaqlar, həm də gənclər həvəslə
oynayırlar. Qarabağ folklor nümunələrindən ibarət
toplularda “Tərəkəmə oyunları” adı altında təsnif
edilən “Papaq oyunu”, “Dəsmal oyunu”, “Keçipapaq oyunu”,
“Çoban oyunu” və s. haqqında məlumatları da
bölgə söyləyicilərindən
aldığımız məlumatlarla genişləndirdik.
Qaynaqlar Qarabağda həm atçılığın, həm
də atla oynanılan oyunların tarixinin qədim olduğunu təsdiqləyir.
At yarışları atüstü oyunların əsas
komponenti, hətta onun bazasıdır. Çünki əksər
atüstü oyunlar cıdır vəziyyətində
gerçəkləşir. Burada əsas faktorlardan biri sürətli
hərəkət və çevik manevrlərdir.
Qarabağ atı bu xüsusiyyətlərə
malik bir atdır. Kaşqarlı “Divanı”ndakı at
yarışları haqqında məlumatlardan
görünür ki, Türk Dünyasında belə
yarışlar geniş yayılıb. Bu yarışların
bir çoxunun oyun xarakterli olduğu müşahidə edilir.
Məsələn, bu oyunlarda “dovşan qoyub at çapmaq” və
ya “at qoyub at yarışmaq” ənənələri mövcud
olub. Belə stimullaşdırıcı mükafatlar oyunun
prinsipal keçməsinin əlaməti kimi diqqəti çəkir.
“Divan”da
verilən bir xalq şeiri örnəyində deyilir: “Tokız
atın yarıştım, aydım emdi al utar”. Buradan aydın
olur ki, oyunçulardan biri digərindən yarışaraq
doqquz at udmuşdur və ona “acıq vermək”
üçün “indi də al, öz atlarını otar” –
deyir. Başqa deyilişlə, bu “öz uduzduğun atlara
ilxıçılıq et” deməkdir. Təqdim edilən məlumatlar
təkcə oyunu statik olaraq təsvir etmir, onun emosional effekti
haqqında da təsəvvür yarada bilir. “Kitabi-Dədə
Qorqud”da Bamsı Beyrək və Banu Çiçəyin
qarşılaşmasında da at yarışı və əski
mədəniyyətdəki rituallar müşahidə olunur.
Hazırda bir çox türk xalqlarında, tatarlarda,
başqırdlarda, çuvaşlarda, altaylarda, qazaxlarda,
qırğızlarda və başqalarında bayram mərasimlərində
atüstü oyunlar icra edilir. Qaynaqlardan aydın olur ki, uzun məsafəyə
yarışlar (bayqa), at üstündə güləş
(sais, oodarış), keçi cəmdəyini əldə etmək
uğrunda mübarizə (kökpar, koqkari, ulak), topla oyun
(çövkan, quy bozi) və s. oyunlar müasir ənənədə
davam etməkdədir. Bunların içində “kızkuu”,
“çövkan”, “sürpapaq”, “isindi”, “papaq oyunu”, güc
sınama oyunları “kökpar”, “oodariş”, at
yarışları “bayqa” və başqa oyunlar var. Atla
oynanılan oyunlar fərdi və kollektiv şəkildə
olur. Bu oyunlarda qaliblər üçün mükafatlar da nəzərdə
tutulur. Belə mükafatlandırma müasirliklə
bağlı olmayıb, ənənədən gələn bir
hadisədir. Bu oyunlarda oyunun zamanı və məkanı
müəyyənləşdirilir. Oyun hakim tərəfindən
idarə olunur. Belə yarışlarda müxtəlif cinslərədən
olan atlar iştirak edirlər. Yarışa daxil olan atların,
yəhəri, yüyəni, tapqırı, üzəngisi,
quşqunu yerində olmalıdır və bunlar yarış
öncəsi yoxlanılır. Atla oyunların bir xüsusiyyəti
də ondan ibarətdir ki, bu oyunlarda iştirak edən atlar
minik atları olmalıdır. Xüsusilə, yük
yabılarının bu oyunda iştirakı məqsədəuyğun
deyil.
İgidlik (cigitlik) adlı atüstü
oyunlarda at sürənin (atlının) at sürmə məharəti
nümayiş etdirilir. Bu oyunda atlı at üstündə
müxtəlif akrobatik hərəkətləri yerinə
yetirir. Məsələn, sürətlə gedən atın
üstündə, yəhərin üstündə ayaq üstə
durur, (hətta bizim söyləyicilərdən biri yəhərdə
başı üstə durub at çapan adam haqqında
danışdı), atın qarnının altından
keçir, yerdən müxtəlif əşyalar
götürür və s. tryukları yerinə yetirir. Belə
oyunlar üçün təxminən 300 metr məsafəlik
bir cıdır nəzərdə tutulur. Bu oyunların yerinə
yetirlməsi zamanı atın büdrəməsi, dayanması
və ya atlının yerə yıxılması məğlubiyyət
sayılır.Yerdən dəsmal (pul) götürmə. Bu
oyuna qazax və qırğızlar “tənqəlü” də
deyirlər. Bu da pul mənasında olan “tənqə”
sözü ilə əlaqəlidir. Çünki oyunun əsas
komponentini yerdən götürüləcək “tənqə”
təşkil etməkdədir. Bu oyun atlıya yəhərdə
oturarkən yüksək manevr etmə imkanı
qazandırır. Atı idarə etmək üçün də
cəld hərəkətlər formalaşdırır. Oyun Azərbaycanda,
o cümlədən Qarabağda geniş yayılıb. Komanda
şəklində oynandıqda hər komandada üç
atlı iştirak edir. Hər bir uğurlu hərəkət (dəsmalı
götürmə) müsbət xal, hər bir uğursuz hərəkət
(dəsmalı götürə bilməmək) mənfi xal
qazandırır, yəni xal itkisinə səbəb olur. Beləliklə,
oyun yarış xarakterini qoruyur və oyunda udan və uduzan
komandalar olur.
Papaq
götürmə (papaq oyunu). Azərbaycanın digər
bölgələri üçün də xarakterik olan bu komik
oyun Qarabağ tərəkəmələri arasında da
geniş yayılmış oyunlardan biridir. Bu oyunun əsas məqsədi
başındakı papağı qorumaq və rəqibin
papağını götürməkdir. Oyunda beş oğlan
və bir qız atlı iştirak edir. Oyunun qaydasına
görə qız atlı oğlanların papağını
götürə bilər, oğlanlar isə qızın
baş geyimini, yaylığını götürə bilməzlər.
Oyun 200 metrlik cıdır meydanında icra olunur. Oyunun müddəti
təxminən 10 dəqiqədir. Oyunun sonunda başında
papağını qoruya bilməyən atlıların atı əllərindən
alınır və özləri də papaqla döyülərək
meydandan qovulurlar. Oyun zamanı atı itələmək,
papağın yerdən qaldırılmasına mane olmaq olmaz.
Oyunun dinamikliyini təmin etmək üçün atla
yavaş hərəkət etmək də qadağandır.
Sürpapaq oyunu (papaq götürmə).
Bu oyun 150-200 metr uzunu və 60-120 metr eni olan meydançada
oynanılır. Meydanın hər iki başında 3 m
hündürlüyündə dirək və onun da üzərində
50 sm halqa olur. Qoyun dərisindən olan üstü yunlu və
içi taxta yonqarı ilə doldurulmuş papağla bu oyun
oynanılır. Oyuna hər ikisi 6 nəfərdən ibarət
iki komanda iştirak edir. Onlardan 4-ü hücumçu, 2-si isə
müdafiəçi olur. Oyun 10 dəqiqəlik iki taymdan və
aradakı 10 dəqiqəlik fasilədən ibarətdir. Oyunda
papağı oyunçular bir-birinə ötürərək
nəhayət, onu dirəyin başındakı halqadan
keçirməyə çalışırlar. Bu həndbol
oyununa bənzər bir oyundur. Oyunda meydançadan
çıxmaq, papağı oradan atmaq, papağı əlində
4 saniyədən artıq saxlamaq, papağı atmadan əldən-ələ
vermək, rəqib oyunçunu və ya atını vurmaq qadağandır.
Qaydaların pozulması halında cərimə zərbəsi
təyin edilir və ya qayda pozan oyunçu oyundan
çıxarılır.
Qızqovma oyunu (kızkuu, kızkumay).
Bu oyun Orta Asiyada, Qazaxstanda və Qırğızıstanda
geniş yayılıb. Digər türk ölkələrinin
oyun ənənəsində də bu oyuna rast gəlinir. Oyunda
bir neçə cütlük iştirak edir. Burada atlı
oğlanlar və qızlar iştirak edirlər. Atlı qız
öndə getməli, atlı oğlan isə ona
çatmalıdır. Əgər oğlan ona 300-400 metrlik
cıdır məsafəsində çata bilməsə, geriyə
doğru qız oğlana çatmalıdır. Əgər
qız ona çatarsa, o zaman onu əlindəki qamçı
ilə vurur. Bu oyunun variantları çoxdur. Bir variantda
oğlan qıza çatıb onun əlindəki dəsmalı
almalıdır. Oyun komanda ilə oynanılır. Hər
komandadan 2-3 cütlük bu oyunda iştirak edir. Atlı qız
üçün iki at boyu qədər ara məsafə verilir
ki, o öndə getsin. Oyunda at sürmək məharəti,
geyim, oyunçu rolunun mahir ifası, atın
görünüşü, ara məsaəfəsində
çevik hərəkətlər və s. qiymətləndirilir.
Boz qurd
oyunu (kokpar). Orta Asiya türklərində atüstü
oyunlardan biridir. Oyun olduqca qədimdir. Hazırkı vəziyyətində
o, atsürmə vərdişlərinin gücləndirilməsinə
xidmət edir. 50-60 metr məsafədə bir ağacdan bir
keçi cəmdəyi asırlar və bir dəstə
atlı o cəmdəyi götürmək uğrunda
yarışır. Kim cəmdəyi götürürsə o,
qalib olur. Audarsıpak oyunu at sürərkən bir-birinə
mane olmaq, onun yolunu kəsməkdən ibarət olub, daha
güclü və daha çevik at seçiminə imkan verir.
Kume alu oyununda atla çaparaq yerdən pulları yığmaq
lazımdır. Yarışda kim çox pul yığsa, o da
qalib sayılır. Alaman bayqa oyununda da əsas məsələ
at seçimidir. Bu oyun uzun məsafəli at
yarışıdır. Məsafə uzun olduğu
üçün hər at bu yarışa davam gətirə
bilmir. Ona görə də bu oyunda həm ənənəvi
atlı-köçəri mədəniyyətinin adətləri
qorunur, həm də uzaq məsafə üçün
davamlı at seçimi həyata keçirilir. Belə oyunlar əlamətdar
günlərdə, böyük bayramlarda təşkil olunur.
Ağaverdi
Xəlil,
Filologiya
üzrə fəlsəfə doktoru
Xalq cəbhəsi .-2015.- 19
fevral.- S.14.