“Kitabi-Dədə Qorqud”
saz və söz
işığında
Fevralın 20-də
AMEA-nın Əsas binasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə
21 fevral
- Beynəlxalq Ana Dili Gününə həsr olunmuş
“Kitabi-Dədə Qorqud” saz və
söz işığında”
mövzusunda tədbir keçirilib.
AMEA-nın
məlumatına görə,
məşhur qorqudşünasların,
türkoloqların, araşdırmaçıların
iştirak etdikləri
tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bu il Azərbaycan şifahi xalq ədəbiyyatının
qədim yazılı
abidəsi olan Oğuz türk dastanı - “Kitabi-Dədə
Qorqud”un alman şərqşünası, türkoloq
Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması
və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümü
olduğunu bildirdi. Qeyd etdi ki, dastanın
“Təpəgöz” boyunun
1815-ci ildə elmi müstəviyə çıxarılmasının
200-cü ildönümü ilə əlaqədar ilboyu təbliğatının
aparılması məqsədilə
ölkə daxilində
və xaricdə tədbirlərin keçirilməsi
nəzərdə tutulur.
Akademikin
sözlərinə görə,
dastanın elmi müstəviyə çıxarılmasının
200-cü ildönümünün dünya səviyyəsində
qeyd olunması Azərbaycan tarixi və mədəniyyətinin
təbliğində çox
önəmlidir.
Akademik İsa Həbibbəyli ölkə Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud” dastanına böyük önəm verdiyini diqqətə çatdırdı:
“Cənab Prezident Azərbaycanın bütün
mənəvi dəyərləri
ilə yanaşı,
“Kitabi-Dədə Qorqud”
dastanının da təbliğinin, öyrənilməsinin
dünya mədəniyyəti
xəzinəsinə daxil
edilməsinin tərəfdarı
və təşəbbüskarıdır.
“Kitabi-Dədə Qorqud” abidəsinin
açılış mərasimində
cənab Prezident dastanı Azərbaycan xalqının milli sərvəti adlandıraraq,
hər bir azərbaycanlı üçün
əziz olan bu əsərdə xalqımızın keçmiş
həyat tərzi, məişəti, psixologiyasının
əks olunduğunu qeyd edib”.
Sonra Dilçilik
İnstitutunun direktoru,
akademik Tofiq Hacıyev “Kitabi-Dədə
Qorqud”: dilimiz, düşüncəmiz”, AMEA-nın
müxbir üzvü Zemfira Səfərova “Kitabi-Dədə Qorqud”un musiqi dünyası” mövzularında məruzələrlə
çıxış etdilər. Tədbirin
bədii hissəsində
Azərbaycan Respublikasının
Əməkdar artisti Mehriban Zəki və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
solisti, “Savalan” qrupunun bədii rəhbəri Novruz Novruzlunun iştirakı ilə “Kitabı-Dədə
Qorqud” dastanından maraqlı bədii kompozisiyalar təqdim olundu.
Tərlan
Xalq Cəbhəsi.- 2015.- 21 fevral.- S.15.