“Erməni işğalı altındakı
abidələrə dəyən zərər qiymətləndirilməlidir”
Faiq İsmayılov: “Azərbaycanın
çox böyük sayda tarixi abidələri ermənilər
tərəfindən tamamilə məhv edilib”
IV
yazı
...Qeyd edək
ki, dağıdılan tarixi abidələrin Azərbaycana məxsus
olmasını əcnəbi mütəxəssislər də təsdiqləyiblər.
Rusiya Siyasi Araşdırmalar İnstitutun direktoru Sergey Makarov
bildirib ki, İrəvanın sadəcə 200 yaşı var və
o, 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın
paytaxtı olub: “Buna qədər isə həmin ərazi
İrəvan xanlığının mərkəzi idi. Tarix isə
hələ də heç bir erməni imperiyası
tanımır və əgər 1918-ci ilə qədər
Qafqazda erməni dövləti olubsa, o zaman onun hara itməsindən
tarixçilər indiyə qədər niyə baş
çıxara bilmir...”
Daşınmaz tarix və mədəniyyət abidələrinin
qorunması haqqında Azərbaycanın İşğal
Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı ictimai
birliyinin sədri Faiq İsmayılov əlavə edib ki, “Azərbaycanın
işğal altındakı ərazilərində erməni
vandalizminin qarşısını almaq üçün beynəlxalq
təşkilatların vasitəsi ilə abidələrin
mühafizə edilməsinə nəzarət işləri həyata
keçirilməlidir. Çünki Ermənistan “Hərbi
münaqişələr zamanı mədəni sərvətlərin
qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni
sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında”
Paris Konvensiyasının müddəalarını
kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini
talamaqla məşğuldur. Bundan ermənilərin
əsas məqsədi, işğal altında
saxladıqları ərazilərdən Azərbaycan tarixini silməklə
özlərini bu torpaqların qanuni sahibləri kimi təqdim
etməkdir. Halbuki bu yolla onlar
1918-1923-cü illərdə Qərbi Azərbaycan ərazilərində
Ermənistan adlı dövlət yaratdılar. 1988-1991-ci illərdə isə azərbaycanlılara
qarşı etnik təmizləmə apararaq Ermənistanı təkmillətli
Respublikaya çevirdilər. Azərbaycanın
işğal altında olan ərazilərini özəlləşdirdiyini
düşünən Ermənistanın siyasi dairələri,
artıq bu əraziləri tarixi və mədəni baxımdan
da erməniləşdirmək üçün illərdir ki,
ardıcıl və davamlı fəaliyyət planı həyata
keçirir. Bu fəaliyyət planına: Toponimlərin,
yerlərin-yurdların və inzibati yaşayış mərkəzlərinin
adlarının dəyişdirilməsı; Tarixi şəxsiyyətlərin
o cümlədən, dövlət xadimlərinin, hərbi
xadimlərin, Sovet İttifaqı Qəhrəmanlarının,
Milli Qəhrəmanların, görkəmli elm və incəsənət
xadimlərinin həyatı ilə bağlı qurumlar və mənzillər
üzərindən azərbaycanlıların adlarının ləğv
edilərək milliyyətcə erməni vətəndaşlarının
adları ilə əvəz edilməsi; Monumental abidələrin
və xatirə nişanlarının, Azərbaycanın tarixi
və mədəniyyəti ilə bağlı oıan məhşurların
həyatlarını əks etdirən lövhələrin,
heykəltaraşlıq əsərlərinin, sökülərək
erməni mədəniyyətinin nümunələri və
heykəlləri ilə əvəzlənməsi; Islam dini abidələrinin,
o cümlədən qəbristanlıqların, qəbirüstü
abidələrin, qəbir daşlarının tamamilə
dağıdılaraq yerlə yeksan edilməsi;
Memarlıq abidələri üzərindən türk
simvollarının və digər bədii daş nümunələrinin
məhv edilməsi və ya götürülərək ərazidən
çıxarılması işləri və s. daxildir.
Ermənilərin
bu cür vandallıq siyasəti nəticəsində işğal
altındakı ərazilərdə Azərbaycanın çox
böyük sayda monumental incəsənət abidələri,
tarixi abidələri və islam
dövrü abidələri məhv edilərək tamamilə
sıradan çıxarılmışdır. Ərazidə
baş alıb gedən bu cür
özbaşınalıqları və vandallıq hərəkətlərini
bir çox erməni ekspertləri, analitikləri və
jurnalistləri də dolayısı ilə etiraf edir, hadisələrin
baş verdiyi yerlərdən sökülmüş və
dağıdılmış abidələrin
görüntülərini yaymaqla ermənilərin bu ərazilərdə
vandallıq etdiklərini təsdiq edir və bilərəkdənmi,
bilməyərəkdənmi bizim iddialarımıza haqq
qazandırırlar”.
Onun
fikrincə, nəzarətsiz qalmış ərazilərdə
tarix və mədəniyyət abidələrinin
korlanmasına və ya tamamilə məhv olub
dağılmasına ermənilərin vandallıq hərəkətlərindən
başqa, digər hallarda səbəb ola bilər: “Məsələn;
Azərbaycanın nəzarətindən kənarda qalan erməni
işğalı altındakı ərazilərdə
yaşayış massivlərindən uzaqlarda olan abidələrin
korlanmasına təbiət hadisələri, o cümlədən
torpaq sürüşmələri, zəlzələlər,
aşınmalar, leysan yağışları səbəbindən
uçquntular, ildırım vurmaları, eləcə də
böyük yaşayış massivlərində, yəni sənaye
müəsisələri yerləşən ərazilərdə
aparılan abadlıq-quruculuq işləri, tamah məqsədi
ilə abidə ətrafında icazəsiz qazıntı
aparılması işləri və digər hadisələr də
səbəb ola bilər. Problem ondadır ki, təbiət
hadisələri nəticəsində uçulmuş abidələrin
tikinti quruluşlarına, ornamental və bədii işləmələrinə,
divar yazılarına o qədər də zərər dəymir.
Belə ki, təbiət hadisələri nəticəsində
uçulmuş abidələrin bərpası zamanı abidəyə
aid ornamental nümumələr və və kənardan
hörgü daşlarının axtarılması tələb
olunmur. İşğalçılıq
faktından istifadə edilərək abidələrə
qarşı məqsədli şəkildə tətbiq edilən
vandalizm aktları nəticəsində isə abidənin forma
cəhətdən görünüşü tamamilə dəyişərək
onun mövcudluğunu şübhə altına alır.
Buna misal olaraq Ağdam şəhərinin bağ və
parklarında olan heykəltaraşlıq nümunələrini,
xatirə abidələrini, Şuşa şəhərindəki
böyük tarixi əhəmiyyətə malik bina və
qurğuları, M.P.Vaqifin xatirə kompleksini, Laçın
rayonunun Güləbird kəndindəki Azərbaycanın
bayatı janrının ustadı Sarı Aşığın
və Laçın şəhərinin mərkəzində
tikilmiş Böyük Vətən Müharibəsi
iştirakçılarının xatirə abidələrini
göstərmək olar. Bütün bunların əvəzində
isə ermənilər Şuşa, Laçın, Kəlbəcər,
Xankəndi, Hadrut, Martuni, Qubadlı ərazilərində,
birinci Qarabağ döyüşlərində fərqlənən
erməni terrorçularının xatirələrini əbədiləşdirmək
üçün “abidələr” tikir, kriminal aləmdə
tanınmış ermənilərin heykəllərini
ucaldırlar”.
O, bildirib
ki, işğal altındakı inzibati yaşayış mərkəzlərində
azərbaycanlılara məxsus mövcud olmuş heykəllərin
ermənilər tərəfindən dağıdılması
onların özlərinə məxsus üsulla həyata
keçirilir: “Belə ki, heykəli əvvəlcə
kiçik hissəciklərə bölür, sonra isə bir
neçə yüz metr ərazidə ətrafa səpələyirlər.
Ona görə ki, bu hissələr nə
vaxtlarsa bir yerə toplanıb yenidən abidənin bərpası
mümkün olmasın. Monumental xatirə
abidələrini isə əksər hallarda sökmür, abidənin
üzərindən lövhələri və baralyefləri
çıxararaq erməni dilində yazı lövhələri
və baralyeflərlə əvəz edirlər.
Dağlıq Qarabağ və yeddi ətraf rayonları
etnik təmizləməyə məruz qoyan Ermənistan
hökuməti, bir daha bu ərazilərdə azərbaycanlıların
yaşamayacaqlarına özlərini inandırmağa
çalışırlar. Məhz bu səbəbdən
də bir zamanlar etnik təmizləməyə məruz
qoyduqları ərazilərdə azərbaycanlılar
yaşamış kənd və şəhərlərin
xarabalıqlarında və turizm üçün əlverişli
yerlərdə erməni xaçları ilə bəzədilmiş
Monumental İncəsənət Abidələrinin tikintilərini
ilbəil genişləndirirlər. Bunda məqsəd
gələcək nəsillərə bu ərazilərin tarixi erməni
torpaqları olması görüntüsünü
yaratmaqdır. Dağıdılan Azərbaycan
mədəniyyəti fonunda bu mənzərələrin
yaradılması acınacaqlı və olduqca təhlükəlidir.
Ermənistan xarici siyasətinin çox təhlükəli
məqamlarından biri, son zamanlar ermənilər tərəfindən
Azərbaycanın milli-mədəni dəyərlərinin mənimsənilməsi
prosesinin daha da gücləndirilməsidir. Artıq
dünyanın bir çox aparıcı dövlətlərinin
sərgi pavilyonlarında Azərbaycan mətbəxinin bir
çox nümunələri erməni məhsulları kimi
nümayiş etdirilir. Bir çox ölkələrdə
isə Azərbaycan xalqına məxsus rəsm əsərləri,
bəzək əşyaları, bədii toxuculuq sənəti
nümunələri, təsviri sənət nümunələri,
mozaikalar, əlyazmalar, vitrajlar (rənglı şüşələrdən
düzəldilmiş şəkil və ya naxışlar),
musiqi əsərləri, musiqi alətləri və s. ermənilərin
milli-mədəni dəyərləri kimi təqdim edilir.
Bütün bunların vaxtında
qarşısı alınmasa getdikcə daha təhlükəli
bir prosesə çevriləcək.
Erməni vandalizminin geniş vüsət
aldığı indiki şəraitdə işğal
altındakı ərazilərdə tarixi mədəni irsin tətqiqini
zəruri edir.
Müasir şəraitdə Qarabağ abidələrinin Azərbaycan
mədəniyyətinin inkişafında böyük əhəmiyyətini
nəzərə alaraq, işğal altındakı abidələrin
xüsusiyyətlərinin öyrənilməsinin vacibliyi indi
daha çox hiss olunur. Qarabağ abidələrinin
bütün Azərbaycan xalqının həyat fəlsəfəsində
müsbət keyfiyyət müəyyən edən bədii-obrazların
tətqiqinin zəruriliyi də xüsusi qeyd olunmalıdır.
Erməni əsirliyində olan milli-mədəni
dəyərlərimiz müasir dövrdə Azərbaycanın
tarixi mədəni irs potensialının əsasını təşkil
etdiyi gənc nəslin diqqətinə
çatdırılmalıdır”.
F.İsmayılovun
fikrincə, memarlıq irsinin onun xassələrnin və dəyər
göstəricilərinin öyrənilməsi cari
dövrün əsas məsələsi olmaqla nəzəri və
praktik fəaliyyətin mövcud nəticələrinin ciddi təhlilini
tələb edir: “İşğal altında qalan tarix və mədəniyyət
abidələrinə dəyən zərərlərin qiymətləndirilməsinin
müasir problemləri xüsusən diqqəti cəlb edir. İşğal altındakı tarix və mədəniyyət
abidələrinin qorunması və istifadəsi təcrübəsi
demək olar ki, həmişə bir sıra həll edilməmiş
problemlərlə üzləşir. Bu
gün həm də sübut etməyə ehtiyac yoxdur ki,
memarlıq irsindən istifadə onun saxlanılmasının ən
yaxşı üsullarında biridir. Memarlıq abidələri
içərisində ermənilər tərəfindən ən
çox dağntılara və tələfata məruz qalan islam dini abidələri, yəni məscidlər,
türbələr və digər inanc yerləri olmuşdur.
Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində
rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin
(Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda
12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü
tamamilə, 4 məscid isə qismən dağıdılaraq
yararsız hala salınmışdır”.
Əli
Xalq Cəbhəsi.-
2015.- 21 fevral.- S13.