1918-1920-ci illər
soyqırımı: faktlar nə deyir?
Ermənilərin 1918-1920-ci illərdə Azərbaycanda
törətdikləri dəhşətli
soyqırımlarla bağlı
faktlar qandondurandır;
bu gün dünyaya “erməni soyqırımı” ilə
bağlı car çəkən,
ağlayan ermənilərin
bu hərəkətləri
insansızlığın, yırtıcılığın təsdiqidir. Faktlara diqqət yetirək.
* 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakıda və Bakı quberniyasının müxtəlif
bölgələrində, eləcə
də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul,
Salyan, Zəngəzur,
Qarabağ, Naxçıvan
və digər ərazilərdə Bakı
Soveti və daşnak erməni silahlı dəstələrinin
azərbaycanlılara qarşı
törətdikləri qırğında
- Bakıda, Şamaxıda,
Qubada, Muğanda və Lənkəranda ermənilər 50.000 azərbaycanlını
(Azərbaycan türkünü
– red.) qətlə yetirib,
evlər qarət edilib, on minlərlə şəxs evlərindən
qovulub. Təkcə Bakıda 30.000 nəfər
xüsusi qəddarlıqla
qətlə yetirilib.
Şamaxıda 58 kənd dağıdılıb,
7.000 nəfər öldürülüb.
Onlardan
1.653-ü qadın, 965-i uşaq
olub. Qubada 122, Qaradağda 150, Zəngəzurda 115 kənd
yerlə-yeksan edilib.
* 19 dekabr 1918-ci il:
daşnak terrorçuları
Zəngəzurun Nüvədi
kəndinə basqın
edərək qətliam
törədiblər. Yataq xəstəsi
Əsəd bəy Abbasovun sinəsinə süngü sancıblar.
Kənddən çıxıb
qaçmaq istəyən
qadın və uşaqların ələ
keçəninin başlarını
kəsiblər;
* 20 dekabr 1918-ci il:
daşnak terrorçuları
Zəngəzurun Qarçıvan
kəndinə basqın
edirlər. 100 nəfər
Azərbaycan türkünü
arvadlı, uşaqlı
qətlə yetiriblər;
* 20 dekabr 1918-ci il:
daşnak terrorçuları
Zəngəzurun Deştahad,
Fərəcan kəndlərinə
basqın ediblər. Həmin kəndlərdə
on beş nəfər dinc sakini qətlə yetiriblər;
* 29 dekabr 1918-ci il:
daşnak terrorçuları
Zəngəzurun Qaraçimən
və Xaştab kəndlərinə basqın
ediblər. Qaraçimən
kəndində yeddi, Xaştab kəndində isə bir nəfər
dinc sakin qətlə yetirilib;
* 30 dekabr 1918-ci il:
daşnak terrorçuları
Pilimyanin və Nişanyanın başçılığı
altında Basarkeçər
və onun ətraf kəndlərinə
basqın ediblər. Həmin kəndlərdə
sayı qeydə alınmayan qətllər törədiblər, 1300 baş
davarı sürüb
aparıblar;
* 30 dekabr 1918-ci il:
daşnak terror qrupu Zəngəzurun Bollaraçür
kəndinə basqın
edir. Bir nəfər sakin qətlə yetirilir, iki nəfər isə güllə yarası alır;
* 31 dekabr 1918-ci il:
Qarakənddə məskən
salmış daşnak
terrorçuları Ağdam-Qaryagin
telefon xəttini sıradan çıxarır,
iki nəfər Azərbaycan türkünü
qətlə yetirirlər;
* 31 dekabr 1918-ci il:
daşnak terrorçuları
Cavanşir qəzasının
Qarapirim kəndinə
basqın edirlər. Cəmşidbəy Vəlibəyovun
1350 baş qoyun sürüsünü və
at ilxısını qarət
edib aparırlar;
* 31 dekabr 1918-ci il:
Cavanşir qəzasının
Dovşanlı kəndində
məskən salmış
daşnak terrorçuları
kənddəki 135 azərbaycanlı
evini mühasirəyə
alaraq onları tərk-silah edib, bundan sonra mal-qaralarını və ev əşyalarını
qarət etməyə
başlayıblar. Ev-eşiyindən
didərgin düşən
qaçqınlar sonralar
Boyəhmədli, Kəngərli,
Tarnaut kəndlərinə
sığınıb qalıblar;
* 01 yanvar 1919-cu il:
Qarakənddə məskən
salmış daşnak
terror qrupu Ağdam-Qaryagin
yolunda biçarə qaçqınlara basqın
ediblər. Sayı qeydə alınmayan qətliamlar törədiblər;
* 03 yanvar 1919-cu il:
daşnak terrorçuları
Zəngəzurun Qatar kəndinə
basqın edib, kənd əhalisini yurd-yuvasından didərgin
salıblar. Sayı qeydə alınmayan
qətliam törədiblər.
Məşədi Qələndər kişini camaatın gözü qabağında
üstünə neft töküb diri-diri yandırıblar. Kərbəlayi
Allahverdinin isə başını kəsərək
qətlə yetiriblər;
* 06 yanvar 1919-cu il: Andronikin daşnak terror qrupu Zəngəzurun Rəzdərə, Əsgərli
və Vəlili kəndlərinə basqın
etmiş, kəndlər
yerlə yeksan edilmiş, həmlədən
qaçıb canını
qurtara bilməyən əhali yaşından və cinsindən asılı olmayaraq bütünlüklə məhv
edilmişdi;
Qeyd: Ümumiyyətlə, 1917-ci ilin
dekabrından 1918-ci ilin
sentyabrınadək Tayqulaq
Andronik, Dro, Nijde başda olmaqla daşnak terror qrupları tərəfindən
Zəngəzurun 115 kəndi
yerlə yeksan olunmuş, 2276 qadın,
2196 uşaq daxil olmaqla 10.068 nəfər Azərbaycan türkü məhv edilmiş, sağ qalan əhali yurd-yuvasından didərgin salınmışdı;
* 08 yanvar 1919-cu il:
daşnak terror qrupları
Zəngəzur qəzasının
Quşçulu, Hacılar,
Ərkötü, Ağsallı,
Sağarcalan, Açaquz,
Oxçu kəndlərinə
basqın etmişlər.
Sayı qeydə alınmayan qətllər törədiblər;
* 24 yanvar 1919-cu il:
Göyçə mahalının
Çamırlı kəndinə
basqın edən daşnak terrorçuları
dörd kişinin başını, altı qadının döşlərini
kəsərək on nəfər
dinc sakini vəhşicəsinə qətlə
yetiriblər;
* 28 yanvar 1919-cu il:
daşnak terror qrupu Zəngəzurun Zoğal kəndinə basqın edir. Terrorçular tərəfindən 15 Azərbaycan
türkü qətlə
yetirilir, kənd tamamilə dağıdılır;
* 30 yanvar 1919-cu il:
daşnak terror birləşmələri
Kəvər mahalının
Bığlı, Əfəndi,
Hacı, Muğan, Əyrivənd, Ağzıbir
kəndlərinə soxulmuş,
əhalini kəndlərdən
didərgin salmışlar.
Təqiblər nəticəsində əhali yayda belə başı qarla örtülü olan Ağmangan dağının yuxarılarında
mühasirədə saxlayıb,
üç min nəfər
dinc sakin donaraq məhv olub. Hücum zamanı ələ keçirdikləri Əfəndi
kənd sakini İbrahim Hacıhüseyn
oğlunun gözlərini
çıxarmış, sonra
da diri-diri yandırıblar;
* 02 fevral 1919-cu il:
daşnak terrorçuları
Pilimyan və Hişanyanın başçılıq
etdikləri daşnak dəstələri Göyçənin
Qızıl Vəng, Subasan, Zağalı kəndlərini yandırıb
dağıtmış, əhalisini
bütövlükdə məhv
ediblər;
* 05 fevral 1919-cu il:
Göyçə mahalının
Daşkənd oymağından
olan el sənətkarı
Aşıq Nəcəf
daşnaklar tərəfindən
girov götürülüb.
Onu 2 gün ac-susuz çalıb-oxumağa məcbur
ediblər. Sonra isə
Aşıq Nəcəf
Çaxırlı kəndi
ilə Basarkeçər
kəndləri arasındakı
Kültəpə adlanan
yerdə ağır işgəncə ilə qətlə yetirilib.
Belə ki, onun kürəyinə qaynar samovar bağlayaraq küləyin əks istiqamətində qaçmağa
məcbur ediblər;
* 05 fevral 1919-cu il:
daşnak terror qrupu Göyçənin Şorça
kəndinə basqın
etmişlər. Kənddəki bütün kişilər
qılıncdan keçirilmiş,
uşaqları isə
təndirlərə atmışlar.
8 seçmə qadını
isə kənddən aparıb 20 gün saxlayıblar, şərəflərinə
toxunduqdan sonra buraxıblar;
* İlaxır çərşənbə,
1919-cu il: polkovnik Hələbyanın başçılıq
etdiyi daşnak terror qrupu Göyçə mahalının Şişqaya
kəndində xüsusi
qəddarlıq aktı
törədib, 640 nəfər
dinc, əliyalın kənd sakinini od çatıb ətrafında dövrə
vurdurduqları tonqala atıb yandırıblar;
* 13 aprel 1919-cu il: Tayqulaq Andronikin başçılıq etdiyi
daşnak terror qrupları
Göyçə mahalının
22 kəndinə, İnəkdağ
və ətraf kəndlərə basqın
edib, əhalisini yurd-yuvasından didərgin
salıblar. Söyüdlü
aşırımından Kəlbəcər
üzə aşmağa
can atan 400 ailə qara, çovğuna düşərək Sümüktökülən
dərədə kütləvi
şəkildə donvurmadan
məhv olublar;
* Yanvar-dekabr 1919-cu il:
Daşnak terror qrupları
Naxçıvan qəzasında
kütləvi terror aktları
törətmiş, 4000 nəfər
əliyalın, dinc Azərbaycan türkünü
qətlə yetiriblər;
* 04 iyun 1919-cu il:
daşnak terror qrupu Şuşa ətrafındakı
Üçmıxlar kəndində
yerləşən milli
ordu əsgərlərindən
ibarət bölməyə
basqın edib, 3 nəfəri qətlə yetirib, 4 nəfəri isə yaralayıblar;
* 17 iyun 1919-cu il:
daşnak Aşot Məlik Mosesyanın terrorçu dəstəsi
Ordubad şəhərinə
basqın edir. Şəhərdə yaşayan
erməni daşnakları
da onun dəstəsinə
qoşularaq şəhərdə
sayı qeydə alınmayan qətllər törədirlər;
* 19 iyun 1919-cu il:
Şuşanın Xanbağı
kəndinə basqın
edən daşnak terrorçuları iki nəfər günahsız
Azərbaycan türkünü
qətlə yetiriblər;
* 4 iyul 1919-cu il: daşnak terrorçusu Sasenin başçılıq etdiyi quldur dəstələri Böyük Vediyə basqın edirlər. Sayı qeydə alınmayan çoxsaylı insan tələfatı törədirlər;
* 16 iyul 1919-cu il: daşnak terror qrupu böyük Vedi kəndinə ikinci dəfə basqın edir. Sayı qeydə alınmayan qətllər törədirlər;
* 25 iyul 1919-cu il: daşnak terrorçuları Gümrü şəhərində sayı qeydə alınmayan qətllər törədirlər;
* 29-30 iyul 1919-cu il: daşnak terror qrupları Gərnibasarın Xaştab, Ağbaşyamaclar, Qocansura, Hacı Qurbanlar, Atgöz, Dəhla, Qurqərqə kəndlərinə basqın etmişlər. Həmin kəndlərdə 300 ev dağıdılıb, 58 qadın və uşaq vəhşiliklə qətlə yetirilib;
* 15 avqust 1919-cu il: daşnak terrorçuları Naxçıvan qəzasında üç kəndli ailəsini məhv ediblər;
* 28 avqust 1919-cu il: daşnak terrorçuları Vedibasarın Şahablı kəndində amansız türk qətliamı törədiblər. Kənddə bütün kişiləri qırırlar, uşaqları təndirlərə atırlar. Qadınları qılıncdan keçirirlər. Namuslarına təcavüz etmək üçün gözəgəlimli səkkiz qadını isə özləri ilə aparırlar;
* 19 sentyabr 1919-cu il: daşnak terrorçuları Cəbrayıl qəzası ərazisində terror aktı törətmişlər. Üç çobanı öldürərək (birinin başını kəsmişlər) mal-qara sürüsünü çəkib aparıblar;
* 20-25 noyabr 1919-cu il: daşnak terrorçusu Dronun rəhbərlik etdiyi nizami daşnak terror qrupları Sürməlidə 60, Zəngəzurda 40 kəndi yerlə yeksan ediblər. Həmin kəndlərin sağ olan əhalisi isti ocaqlarından, dədə-baba yurdlarından didərgin salınıblar;
* 05 dekabr 1919-cu il: daşnak terror qrupları Vedibasarın 10 kəndinə kütləvi şəkildə basqın ediblər. Sayı qeydə alınmayan xeyli adam qətlə yetirilib, 100 qadın əsir aparılıb;
* 8 dekabr 1919-cu il: daşnak terror qrupu Cəbrayıl qəzasının Arış kəndinə basqın edir. Əhalini atəşə tutub qoyun sürülərini çəkib aparırlar;
* 19 dekabr 1919-cu il: daşnak terrorçuları daşnakların sərt təqiblərindən xilas olmaq üçün İrəvanda təşkil edilmiş “Müdafieyi-məzluman” qrupunun üzvü Hüseynağa Şahtaxtinskini qətlə yetiriblər;
* 20 dekabr 1919-cu il: daşnak terror qrupu Zəngibasarın Kolanı kəndinə basqın edir. Sayı qeydə alınmayan qətl hadisəsi törədirlər. Kənd əhalisi yurd-yuvasından didərgin salınır.
* 21 dekabr 1919-cu il: daşnak terror qrupu Zəngibasarın Qarğabazar kəndinə basqın edirlər. Kənd tamamilə dağıdılır, evlər yerlə yeksan edilir. Sayı qeydə alınmayan qətllər törədirlər…
Uğur
Xalq Cəbhəsi.- 2015.- 24 fevral.-
S13.