Tarixdə iz qoymuş erməni xəyanətkarlığı
Ermənistan təcavüzkar, soyqırımı törədən
və separatizmi dəstəkləyən dövlət
kimi tanınmalıdır
Qarşıdan saxta “erməni soyqırımı”nın
100 illiyi gəlir. Ermənilər həvəslə bu həşirə hazırlaşsalar da, artıq dünya dövlətləri bu hadisənin cəfəngliyini
anlamaqdadır. Erməni
anadangəlmə bicdir:
tarixən onlar çox istəklərdən
yapışıblar ki,
heç olmasa, aza yetə bilsinlər.
Araşdırmaçıların fikrincə, “erməni məsələsi” Şərq
məsələsinin bir
hissəsi olduğu kimi, “Qarabağ məsələsi” də
“erməni məsələsi”nin tərkib hissələrindən biridir.
Belə ki, ilk dəfə “Dağlıq Qarabağ” ifadəsi I Dünya muharibəsindən sonra erməni-daşnak faşistləri
tərəfindən ortaya
atılan yer adı olub, siyasi məna kəsb edən coğrafi anlayışa cevrilib. Bolşevik-daşnak qaragüruhçuları tərəfindən isə
elmi-coğrafi baxımdan
deyil, volyuntarist prinsip sasında formalaşdırılan bir
qurum adı və inzibati ərazi vahidi kimi hallandırılıb.
Araşdırmacı Ə.Əroğul hesab edir ki,
“Daşnaksütyunun xaç
atası kilsələrdir.
Erməni Qriqorian kilsələrinin
ta qədim zamanlardan şər-böhtan
yuvası kimi adının hallandırılması
və ya hallanması təsadüfi
deyil, əməli fəaliyyətin nəticəsidir.
Erməni kilsəsi öz
xalqına - Allaha ibadət yolu, doğru-dürüstluk, ədalət,
mənəviyyat, barışıq,
əmin-amanlıq yolu
gostərmək əvəzinə,
din pərdəsi altında
terror, usyan və inqilab bayraqdarı kimi çıxış edir. Millətlərarası ədavəti qızışdırmaq,
insanları biri-birinə
qırdırmaq kimi faşist ideologiyasını
təbliğ edir.
Kilsələrin qapıları erməni-daşnak
faşistlərinin üzünə
daim açıq saxlanılır. Lazım gəldikdə
gizli toplantılar keçirərək, məxfi
sövdələşmələr aparmaq üçün ibadət evlərini onların ixtiyarına verirlər. Hələ erkən orta
əsrlərdə kilsələrin
bu üzdəniraq fəaliyyətləri Bizans
imperatorunun da nəzər-diqqətini cəlb
etmişdi. Erməni keşişləri,
arxireyləri, katolikosları
Allahın təbliğindən
çox Allaha şər atmaqla məşğul olmuşlar.
Bəlkə də elə yarandığı
gündən din xadimləri
kilsələri şər
yuvasına çevirmişlər,
insana, insanlığa
xidmətlə deyil, ona tor qurmaq, qan axıtmaq tədbirlərinin hazırlanması
və görülməsi
işləri ilə məşğul olmuşlar”.
Erməni kilsəsinin bizə bəlli olan tarixi, ilk xəyanət yolu tutması nə vaxtdan başlayır? “VII-VIII əsrlərdən. Daha
doğrusu, bu xəyanətin tarixi erməni ünsürlərinin,
erməni kilsə nümayəndələrinin ərəb
xilafətinin xeyrinə
satqınlıq edərək
Albaniya torpağına
ayaq basdıqları gündən intişar
tapır. Alban kilsələrinin Bizansın
tərəfində olduğunu,
daha doğrusu, Bizans imperiyasında olduğu kimi diofizit təriqətinə
mənsub olduqlarını
deyən erməni kilsəsi güclü xilafətin əliylə alban kilsəsini özünə tabe edir və beləliklə,
Albaniya ərazisində
oturuşaraq alban türklərinə qarşı
öz düşmənçilik
missiyalarını zaman-zaman
yerinə yetirməyə
səy göstərirlər.
Nəhayət, erməni Qriqorian
kilsəsinin xəyanəti
və satqınlığı
ilə ərəb xilafəti tərəfindən
Albaniya dövləti
643-cü ildən nəzarət
altına alınır,
705-ci ildə isə Albaniya dövlətçiliyi
tamamilə məhv edilir”. Ermənilərin monofizit Qriqorian
kilsəsi son məqsədinə
rusların əli ilə catır. 1836-cı ildə Peterburq Muqəddəs Sinodunun qərarı ilə alban kilsəsi rəsmi surətdə bağlanır.
1910-cu ildə isə
Alban kilsəsinə məxsus
arxivin məhv edilməsinə dair qərar verilir...
“Xilafətin zəiflədiyi
bir zamanda erməni xəyanətinə
bələd olan bizanslılar erməni kilsəsini məhv etmək məqsədi ilə kütləvi qırğınlara əl
atırlar. Lakin bu dəfə
ermənilər məhv
olmadan xilas olmaq, qorunmaq üçün bütövlükdə
o zamanlar supergüc kimi meydana atılan
Səlcuq imperiyasının
qoltuğuna sığınırlar.
Uzun əsrlər boyu isə Səlcuq imperiyasının varisi kimi çıxış edən Osmanlı imperiyasının xidmətində
dururlar. Lakin Osmanlı imperiyasının
zəiflədiyini hiss edincə,
öz çirkin vərdişlərini təkrarlamağa
başlayırlar. Xəyanət yolu tutan ermənilərin
din xadimləri dünyada
güc sahibi kimi özünü göstərməyə başlayan
Qərb dövlətlərinə
və çar Rusiyasına üz tuturlar. Vətəndaşı olduqları dövlətə
qarşı satqınlıq
və xəyanət edirlər. Erməni kilsə xadimləri
bir-birlərinin ardınca
Qərb və rus imperatorlarının qapısı ağzında
oturur, ətəklərindən
yapışır, onlardan
əl çəkmirlər.
Min cür hiylə və əxlaqsız yollarla, xristianlıq naminə Osmanlı imperiyasının zəiflədilməsi
və dağıdılması,
müsəlman Şərqinin
işğalı yollarından
bəhs edir, bu yolda öz
köməklərini, hansı
xəyanətə və
satqınlıqlara baş
vuracaqlarından danışır,
onları qəsbkarlıq
etməyə şirnikləndirirlər.
Tarixi mənbələr
göstərir ki, Qafqazın, xüsusən Azərbaycanın, onun müstəqil xanlıq dövlətlərinin Rusiya
tərəfindən işğal
olunmasında ilk növbədə
erməni keşişlərinin,
arxireylərinin, katolikoslarının
mənfur rol oynamaları kimsəyə
sirr deyil. Onlar şirnikləndirici xəyanətləri,
satqınlıqları, casusluqları,
bədnam əməlləri
və alçaq hərəkətləri ilə
nankorluğun nə olduğunu dünya tarixi qarşısında təcəssum etdiriblər.
Əllərini Qərb dövlətlərinin
ətəyindən üzüncə
çar Rusiyasına uz tutublar. Çar I Pyotrun hakimiyyəti dövründən başlayaraq,
daha doğrusu, şimal muharibələrindəki
qələbələrindən sonra Osmanlı sultanlığına arxa çevirən kimi bir-birinin ardınca aramsız olaraq kilsə topluları rus çarlarına öz xidmətlərini təklif ediblər. Satqınlığın, xəyanətin misli-bərabəri
olmayan üsullarından,
məkr və hiylənin, çirkinliyin
görünməmiş yollarından
istifadə ediblər.
Hər an qonşularının qanını
içməyə hazır
olduqları barədə
andlar içiblər.
Onlara rəhimdarlıq edib yer-yurd, sığınacaq,
çörək verənlərin
ayağının altını
qazıblar. Qonşuya xəyanət
etməyə, özlərini
məhv edib od-ocaqlarına sahib çıxmağa,
işğalçı rus
ordusunun əlaltısı
olmağa, əllərində
hər cür alətə çevrilməyə
hazır olduqlarını
bəyan ediblər.
Doğrudan da bu gün biz tarixə nəzər salarkən çar Rusiyasının adını çəkməyə
elə bir cəllad, qaniçən generalı tapmaq çətindir ki, o, işğal zamanı erməni kilsəsinin xidmətlərindən, onların
xəyanətkar rolundan
istifadə etməmiş,
erməni əlindən
su içməmiş
olsun. Hətta Qafqaz sərhədlərinə
ayaq basmamışdan öncə erməni keşişləri çar
generallarının pişvazına
cıxmışlar, onları
üzük qaşı
kimi araya almışlar. Öz çirkin
niyyətlərini, məkr
və hiylələrini
həyata kecirmək üçün onlarla oturub-durmuşlar, onlara yarınıb-yalmanmışlar, onlardan bir addım
kənarda durmamışlar.
Bütün işğal müharibələri
boyunca və sonrakı dövrlərdə
belə qəsbkarlara bələdçilik etmişlər,
yaltaqcasına onların
qulluqlarında dayanmışlar,
sədaqətlə onlara
xidmət etmişlər.
Xidmətləri müqabilində isə onların vasitəsi ilə hissə-hissə torpaqlar, kəndlər ələ keçirmişlər. İşğalçıların bu yerlərdə
dayaqlarına, tərəfdarlarına
çevrilmişlər. Rus çarları kimliyindən
asılı olmayaraq ardıcıl olaraq Qafqaz canişinlərinə
birmənalı şəkildə
imperiyanın işğalçılıq
siyasətini həyata
keçirməkdə erməni
keşişlərinin xidmətindən
istifadə etməyi, onların sədaqətinə
inanmalarını hər
zaman məsləhət
görmüşlər, tövsiyə
etmişlər. İlkin
olaraq I Pyotrun və II Yekaterinanın hakimiyyətləri dövründə
istər Matyuşkinin,
istərsə də Zubovun Dərbəndə, Bakıya təcavüzləri
zamanı erməni kilsələrinin, kilsə
numayəndələrinin oynadıqları
mənfur rolları yada salmaq kifayətdir”.
Ermənilərin kütləvi şəkildə
Rusiya tərəfindən
Azərbaycan torpaqlarına
köçürulməsi də
əməli şəkildə
çar generallarının
və erməni kilsə nümayəndələrinin
onlarla birgə fəaliyyətləri sayəsində
gerçəkləşən fakt kimi özünü
göstərib. Belə ki, gürcü
mənşəli qaniçən
çar generalı Sisianov hələ 1804-cu ildə erməniləri işğal etdiyi Gəncə şəhərinə
köçürülməsini sürətləndirmək məqsədi
ilə yazdığı
məktubda ermənilərin
arxireyi Ohandan bu işi tezləşdirməyi
xahiş edir və onlara bir çox güzəştlər edəcəyini
bildirirdi. Danılmaz faktlar,
sübut və dəlillər göstərir
ki, rus çarları
öz məqsədlərinə
çatmaq üçün
türklərlə ermənilər
arasına fitnə-fəsad
toxumunu da ilkin olaraq erməni
kilsələrinin - keşiş
və katolikoslarının
əli ilə səpiblər. Bu iki
xalqın arasında sonu olmayan ədavət salıblar. Belə ki, erməni katolikosu rus çarının fərmanı
ilə təyin olunurdu. Sinodda dini məsələlər
rus çarının xüsusi numayəndəsinin
müşahidəsi altında həll edilirdi. Bu zaman ermənilərin türk əleyhinə
düşmənçilik ruhunda tərbiyə edilməsinə
xüsusi diqqət yetirilirdi. Bu missiyanı
əməli olaraq erməni kilsələri həyata
keçirirdi. Bu minvalla erməniləri
Rusiyanın məsləkdaşından çox, Rusiyanın
havadarlığı və himayəsi altında Turkiyə ərazisində
silahlandırırdılar. Siyasi partiyalar,
xususilə Daşnaksütyun yaranmamışdan əvvəl
Türkiyədə fəaliyyət göstərən erməni
terror qruplarına rəhbərliyi prinsip etibarilə kilsələr
həyata keçirirdilər. Əgər
belə olmasaydı, 1869-cu ildə patriarx seçilən
Mkrtıc Xrimyan İstanbul ermənilərinin Milli
Şurası adından hökumətə təqdim etdiyi
şikayət ərizəsində öz məqsədlərinə
terrorla nail olacaqlarını bəyan etməzdi. Bütün bunlar 1860-cı illərdən
başlayaraq Rusiyanın təşviq və təhriki ilə
Turkiyədə ilk erməni terror qruplarının, silahlı
dəstələrinin yaradılmasına xeyir-dua verənin kilsələr
olduğunu göstərir. Erməni kilsələri
bu baxımdan terrorizmə xeyir-dua verən bəlkə də
yeganə dini mərkəzlərdən biri və birincisidir.
Dini ayinlər əvəzinə erməni-türk
düşmənçiliyi təbliğ edilir. Buna nə ad vermək olar
ki, tayqulaq Andronikin neçə-neçə günahsız
türk insanının, türk körpəsinin, türk
qadınının, türk qocasının al qanına
boyanmış, üstə tüpürüləsi
qılıncı bu gün Ücmüəzzin kilsəsində
bu insan qəssabından qalmış əziz xatirə kimi
saxlanılır, müqəddəs əşya kimi ona səcdə
edilir”...
Uğur
Xalq Cəbhəsi.-
2015.- 26 fevral.- S13.