“1988-ci ildə Sumqayıtda törədilən
hadisələrin istintaqı qərəzli və siyasi
sifariş əsasında aparılıb”
Rüstəm Usubuov:
“Əsl cinayətkarlar məsuliyyətdən kənarda
qalıblar”
“1988-ci ildə Sumqayıtda törədilən hadisələrin
istintaqı qərəzli və siyasi sifariş əsasında
aparılıb, əsl cinayətkarlar məsuliyyətdən kənarda
qalıblar”. Bunu Azərbaycan Respublikası Baş prokurorunun
birinci müavini Rüstəm Usubov deyib. Onun
sözlərinə görə, Sumqayıt şəhərində
törədilmiş cinayətlərlə bağlı
aparılmış istintaq və məhkəmə prosesləri
zamanı onların əsl günahkarları məsuliyyətə
cəlb olunmayıb. R.Usubov qeyd edib ki, bu məsələyə
maraq ildən-ilə, gündən-günə artır. Çünki ermənilər yatmır, bizə
qarşı fəaliyyət göstərirlər. Ona görə də gənclər Sumqayıt hadisələrini,
Qarabağ münaqişəsinin tarixini, Xocalı
soyqırımını dərindən öyrənməlidirlər.
R.Usubov
bildirib ki, Sumqayıt hadisələri ilə bağlı MTN,
Baş Prokurorluq tərəfindən birgə istintaq qrupu
yaradılıbr: "İstintaq işinin gedişi göstərir
ki, hadisələrin əsl mahiyyəti açılmayıb,
gizlədilib, cinayətin bütün
iştirakçıları müəyyən edilməyib, əsl
təşkilatçılar məsuliyyətdən kənarda
qalıb, onların məsuliyyətə cəlb edilməsi
üçün heç bir tədbir görülməyib,
cinayətin baş vermə səbəbi qətiyyən
araşdırılmayıb. Ona görə də
Sumqayıt hadisələrinin yenidən
araşdırılması zərurəti yaranıb".
Baş
prokurorun birinci müavini bildirib ki, araşdırmalar göstərir
ki, yüzlərlə erməninin hadisələrin baş verəcəyindən
əvvəlcədən xəbərləri olub:” Həmin ərəfədə
yüzlərlə erməni banklardakı əmanətlərini
əvvəlcədən çıxarıblar. İş
üzrə təqsirləndirilmiş şəxs kimi 6 nəfərin
qətlində iştirak etmiş milliyyətcə erməni
Eduard Qriqoryanın isə məsuliyyətdən azad edilməsi
üçün erməni millətçi təşkilatçıları
və xüsusi-xidmət orqanları çox
çalışıblar. Təsadüfi
deyil ki, bu qədər cinayət törətməsinə
baxmayaraq, Qriqoryan Ermənistana göndərilib, sonra da
azadlığa buraxılıb”.
O, qeyd
edib ki, istintaq materiallarına əsaəsən, Sumqayıt
hadisələri zamanı 26 erməni, 6 azərbaycanlı
ölüb:”Erməni milliyyətindən olan Markaryan avtobusu
bilərəkdən azərbaycanlıların üstünə
sürüb və 4 nəfəri öldürüb. Lakin SSRİ-nin hüquq-mühafizə orqanları bu
faktın üstünü ört-basdır ediblər. Ona
görə də həmin iş də təzələnib və
istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
R.Usubovun
sözlərinə görə, ermənilər Sumqayıt
hadisələrindən azərbaycanlılar haqqında vəhşi
obrazı yaratmaq üçün istifadə ediblər və
indi də edirlər: "Halbuki azərbaycanlılar tərəfindən
Sumqayıt hadisələri zamanı yüzlərlə erməninin
həyatı xilas edilib. Həmin ermənilər
daha sonra dəfələrlə azərbaycanlılar tərəfindən
xilas edildiklərini bildiriblər".
R.Usubov
qeyd edib ki, həmin vaxt Sumqayıtda 18 minə yaxın erməninin
yaşamasına baxmayaraq, cəmi 26 erməninin ölməsi
azərbaycanlıların erməniləri qorumalarını
bir daha təsdiq edir:”Amma ermənilər faktları təhrif
edərək bildirirlər ki, ölənlərin sayı əslində
çoxdur. Lakin həmin 26 nəfərin hamısının
kimliyi haqqında dəqiq materiallar var. MTN arxivlərində
saxlanılan "Nalyotçik" adı altında məxfi
işdən müəyyən olunub ki, Sumqayıt hadisələri
ərəfəsində yerli Dövlət Təhlükəsizlik
Komitəsi (DTK) şöbəsinin nəzarətində 47 nəfər
ekstremist-millətçi erməni əsilli şəxs var və
həmin şəxslərdən biri də hadisələr
zamanı zərərçəkən siyahısında
olmayıb. Bu faktlar bir daha təsdiqləyir ki,
"Krunk" cəmiyyəti ilə əlaqə saxlayan erməni
millətçiləri sağ-salamat qalıblar”.
Baş
prokurorun birinci müavini deyib ki, Sumqayıtda "Krunk" təşkilatının
emissarlardan biri, o vaxt Qarabağdan Sumqayıta hərbi komissar
kimi dəyişdirilib göndərilmiş Kalantarov soyadlı
erməni polkovnik olub:” O, buradakı ermənilərin
hamısının sıyahısını və
ünvanlarını bilib və hadisələr ərəfəsində
iş yerini dəyişmək adı ilə aradan
çıxıb. Musiqiçilər və qumar
oynayanlar əldə edilmiş gəlirlərindən
"Krunk" cəmiyyətinə pul ötürürdülər.
Aşkar edilib ki, yaşayış binasının bir
girişinin 1, 2, 3 və 4-cü mərtəbələrində
erməni milliyətindən olan sakin var idisə, cinayətkarlar
1, 2-ci yox, 3-cü mərtəbədə yaşayan erməninin
evinə girərək hadisə törədiblər. Bəzi mənzilləri
ermənlər boşaldıb sonradan özləri
yanğın törədib və kompensasiya istəyiblər.
Bu məsələ də tam sübut edir ki, ermənlər
məqsədəyönlü hərəkət edirdilər”.
R.Usubov bildirib ki, aparılmış hazırkı
istintaqla tam müəyyən edilib ki, Sumqayıt şəhərində
zərərçəkən, öldürülən ermənilərin
əksəriyyəti Dağlıq Qarabağ vilayətində
fəaliyyət göstərən "Krunk" cəmiyyətinə
könüllü maddi vəsait köçürməkdən
imtina edənlərdir.
Onun
sözlərinə görə, həmin ərəfədə
Ermənistanın xüsusi xidmət orqanları əməkdaşlarının
Bakı və Sumqayıt şəhərlərinə gələrək
buradakı mehmanxanalarda yerləşmələri və ermənilərlə
görüşüb gizli söhbətlər aparmaları
istintaqla müəyyən edilib: "Ermənilər
Sumqayıt hadisələri zamanı azərbaycanlıların
"vəhşi" obrazını yaratmaq üçün əllərindən
gələni edirlər".
Baş
prokurorun birinci müavini qeyd edib ki, iş üzrə təqsirləndirilən
şəxs kimi cəlb edilmiş 6 nəfər ermənini qətlə
yetirən, əvvələr 1979, 1981, 1982-ci illərdə 3 dəfə
mühakimə olunub, üst-üstdə 9 il 2 ay həbsxanalarda
yatmış qatı cani, milliyətcə erməni olan
Qriqoryan Eduard Robertoviç isə təsadüfən onun tərəfindən
cinsi zorakılığa məruz qalmış zərərçəkmiş
erməni qızlar - Marina və Karina Mejlumyanlar və
onların anası Roza Mejlumyan tərəfindən
tanındığından onu məsuliyyətdən kənarda
saxlamaq havadarlarına nəsib olmayıb: "Hazırda
aparılan istintaqla və əldə edilmiş arxiv
materiallarına əsasən, 6 nəfərin qətlində
iştirak etmiş milliyyətcə erməni Eduard
Qriqoryanın məsuliyyətdən azad edilməsi
üçün erməni millətçi təşkilatları
və xüsusi xidmət orqanları çox
çalışıblar. Təsadüfi deyildir ki, Eduard
Qriqoryan uzun müddətə azadlıqdan məhrum etmə cəzasına
məhkum edildikdən az sonra hansısa xidmətlərinə
görə cəzasını çəkmək
üçün Ermənistana göndərilib və orada
azadlığa buraxılıb. Bu gün də ermənilər
Sumqayıtda kütləvi iğtişaşların fəal
iştirakçısı olmuş Eduard Qriqoryanın hadisələrdə
iştirakının olmaması, erməni olduğuna görə
onun barəsində saxta sübutlar toplanması, bəzi
hallarda isə onun ümumiyyətlə, erməni
olmadığı, anasının azərbaycanlı olması
və pasportunda milliyyətinin azərbaycanlı göstərilməsi
kimi şayiələr yaymaqla məşğuldurlar".
R.Usubovun
sözlərinə görə, Ermənilərin nə deməsindən
asılı olmayaraq, Eduard Qriqoryanın Sumqayıt şəhərində
törədilmiş kütləvi iğtişaşların fəal
iştirakçısı olması ibtidai və məhkəmə
istintaqı zamanı toplanmış sənədlərlə
kifayət qədər sübuta yetirilmiş və onun barəsində
qüvvədə olan Azərbaycan SSR Ali Məhkəməsinin
22 dekabr 1989-cu il tarixli hökmü vardır:”Həmin cinayət
işinin istintaq materiallarına əlavə edilmiş Eduard
Qriqoryanın pasportunda, pasport almasına dair 1 N°-li formada, hərbi
xidmət sənədlərində onun milliyyətinin erməni
yazılması müəyyən edilib. Hazırda
E.Qriqoryanın olduğu yerin müəyyən edilməsi məqsədilə
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən
əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
Baş
prokurorun birinci müavini əlavə edib ki, Azərbaycan ərazisində,
o cümlədən Bakı və Sumqayıt şəhərləri
ərazisində Sumqayıt şəhərindəki
iğtişaşların qarşısını almaq
üçün yetərli sayda hərbi qüvvələr
olsa da, məlum olmayan səbəbdən SSRİ rəhbərliyi
buraya Rusiyada yerləşən hərbi hissələrin
qüvvələrini yeridib, lakin onlar da
iğtişaşların qarşısını almaq
üçün yetərincə tədbirlər görməyiblər:”Vaxtında
hərbçilərə müraciət edilməsinə
baxmayaraq, onlar tərəfindən heç bir hərəkət
olmayıb”.
R.Usubov
deyib ki, o vaxtkı Sumqayıt Şəhər Milis İdarəsinin
rəis əvəzi, milis polkovnik leytenantı Xanlar Cəfərov
general Krayevdən Nasosnıda (indiki Tağıyev qəsəbəsi)
hərbi qoşunların Sumqayıta yeridilməsini xahiş
etsə də, o, "bir qrup xuliqanların öhdəsindən
qələ bilmirsiniz" deyə irad tutaraq bundan imtina edib və
nəticədə ölənlərin sayı 32-yə
çatıb. Yalnız bundan sonra komendant
saatı təyin olunub.
Onun
sözlərinə görə, SSRİ Baş
Prokurorluğunun istintaq qrupuna daxil edilmiş Azərbaycan
Respublikası hüquq mühafizə orqanlarının əməkdaşlarının
ifadələrindən görünür ki, onlar Sumqayıt
hadisələrinin istintaqını aparmış SSRİ
Baş Prokurorluğunun istintaq qrupunun tərkibində fəaliyyət
göstərib, istintaq qrupunun rəhbəri SSRİ Baş
Prokurorluğunun xüsusilə mühüm işlər
üzrə baş müstəntiqi Qalkin familiyalı bir nəfər
olub, iş üzrə əsas istintaq hərəkətlərini
SSRİ Baş Prokurorluğundan və RF-nin müxtəlif
vilayətlərindən dəvət olunmuş müstəntiqlər
icra ediblər. Aparılan istintaq hərəkətlərindən
onlar belə nəticəyə gəliblər ki, Sumqayıt
hadisələrini ermənilər və xarici dövlətlərin
xüsusi xidmət orqanları təşkil edib, istintaq qrupunun
rəhbərləri cinayətin sifarişçilərinin və
təşkilatçılarının müəyyən edilməsi
istiqamətində demək olar ki, istintaq hərəkətləri
aparmayıb, onların ifşa olunmasında maraqları
olmayıb və buna görə də əsas cinayətin
icraçıları barəsində işlərin tezliklə
tamamlanıb məhkəməyə göndərilməsini tələb
edib və azərbaycan millətindən olan müstəntiqlərin
əsas istintaq hərəkətlərinin icra olunmasından kənarda
saxlamağa çalışıblar: "Biz Sumqayıt hadisələrinin
bütün səbəbkarlarının üzə
çıxarılması və cinayətkarların öz
layiqli cəzalarına çatması üçün əlimizdən
gələni əsirgəməyəcəyik".
Əli
Xalq Cəbhəsi.-
2015.- 26 fevral.- S7.