Qriqoryanın
Sumqayıtdakı təxribatları: 27 il sonra...
Sumqayıt hadisələrinin 27-ci ildönümü münasibətilə
konfrans keçirilib
"Azərbaycana qarşı
Sumqayıt təxribatı
- "Qriqoriyan işi"
kitabının təqdimatı
keçirilib. Trend xəbər
verir ki, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında (DİA) Sumqayıt
hadisələrinin 27-ci ildönümü
münasibətilə təşkil
edilmiş konfransda
"Azərbaycana qarşı
Sumqayıt təxrinatı
- "Qriqoriyan işi"
kitabının təqdimatı
keçirilib.
Kitab Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü
və AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının qərarına əsasən
ərsəyə gəlib. Kitabın elmi
redaktoru akademik Ramiz Mehdiyev, müəllifi jurnalist, Azərbaycan Dövlət Televiziyasının sədr
müavini İbrahim Məmmədovdur.
Qeyd edilib ki, kitab
335 səhifədən, 4 fəsildən
ibarətdir və Azərbaycan xalqının
yaxın tarixində qaranlıq mərhələ
təşkil edən Sumqayıt hadisələri
haqqında jurnalist təhqiqatının məhsuludur.
Müəllif kitabda ciddi araşdırmalar apararaq ciddi faktlar və sənədlər əsasında
sübüt edir ki, 26-sı erməni və 6-sı azərbaycanlı
olmaqla, 32 nəfərin
ölümünə səbəb
olan bu hadisələr
erməni fitnəkarlarının
və SSRİ Dövlət
Təhlükəsizlik Komitəsinin
Azərbaycana qarşı
çox qəddarlıqla
düşünülmüş təxribatı, ermənilərin
tarixən qonşu xalqlara, birinci növbədə Qafqazın
türk-müsəlman əhalisinə
qarşı həyata
keçirdikləri təcavüzkarlıq
siyasətinin mühüm
halqalarındən biridir.
DİA-nın rektoru,
akademik Urxan Ələkbərov bildirib
ki, rəhbərlik etdiyi təhsil müəssisəsində kitabın
tədris vəsaiti kimi istifadə edilməsi nəzərdə
tutulur. O, həmçinin
qeyd edib ki, kitab Sumqayıt
hadisələrinin əsl
mahiyyətinin, onların
əsl təşkilatçılarının
kimlərin olduğunun
dünya ictimaiyyətinə
çatdırılmasında mühüm rol oynaya bilər.
Kitabın müəllifi İbrahim Məmmədov qeyd edib ki, bütün
fakt və sənədlərlə sübut
edilib ki, Sumqayıt hadisələri
zamanı 6 erməninin
qətlində iştirak
etmiş Eduard Qriqoryanın
özü də ermənidir. Bunu hətta Qriqoryanın özü də etiraf edib: "Araşdırmalar zamanı
müəyyən edilib
ki, ermənilər və SSRİ xüsusi xidmət orqanları bu hadisələrə əvvəlcədən hazırlıq
görüblər. Əldə edilmiş
faktlar sübut edir ki, Sumqayıt
hadisələri Azərbaycana
və Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış
təxribatdır".
Müəllif bildirib ki, kitabda SSRİ və Azərbaycan SSR Prokurorluqlarının
əməkdaşları tərəfindən
aparılmış istintaq
materiallarından, cinayətin
icraçılarının, zərərçəkənlərin və digər şahid ifadələrindən,
həmçinin məhkəmə
materiallarından istifadə
olunub. Bununla belə, uydurma
"Böyük Ermənistan"
problemi, "erməni
məsələsinə" həsr olunmuş çoxsaylı ədəbiyyatdan
istifadə edilməklə,
hadisələrin səbəb
və nəticələri,
cinayətin bəzi icraçılarının cəzalandırıldığı
da göstərilir.
Nəşrdə Sumqayıt iğtişaşlarının
yaranma səbəbinin
izahını verən,
iştirakçılarını ifşa edən müəlliflərin öz
obyektivliyi və subyektivliyi ilə seçilən fərziyyə,
mühakimə və mülahizələri də
yer alıb. Kitab artıq Azərbaycan dili ilə yanaşı,
rus və ingilis dillərinə tərcümə olunaraq nəşr edilib.
Azərbaycan Respublikası Baş
prokurorunun birinci müavini Rüstəm Usubov bildirib ki, "Azərbaycana qarşı Sumqayıt təxribatı - "Qriqoriyan
işi" kitabı
1988-ci il fevralın 28-də Sumqayıt
şəhərində baş
verən hadisələrin
gedişinin sistemli şəkildə öyrənilməsi
baxımından xüsusi
əhəmiyyətə malikdir.
O, həmçinin qeyd
edib ki, Sumqayıt hadisələrinin
əsl səbəbkarlarının
və cinayətkarların
tapılaraq layiqli cəzalarının verilməsi
üçün Azərbaycanın
hüquq-mühafizə orqanları
tərəfindən iş
aparılır. R.Usubovun sözlərinə
görə, araşdırmalar
əsasında artıq
Eduard Qriqoryanın yeri
də müəyyən
edilib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix
İnstitutunun direktoru,
millət vəkili Yaqub Mahmudov deyib ki, bu
kitab erməni terrorçuluğunun, işğalçılığının
tarixində, onların
təcavüzkar psixologiyasında
çox kiçik bir epizodu ifadə
edir. Əslində istər 1988-ci Sumqayıt,
istər 1990-cı il Bakıdakı 20 yanvar hadisələrinin dərin tarixi kökləri var. Ermənilər
niyyətlərini həyata
keçirmək üçün
yüzillər boyu planlaşdırılmış, sistemli və təşkilatlanmış şəkildə
iş aparıblar.
Konfransda
çıxış edən
digər alim və tədqiqatçılar
kitabın dünyada
"erməni mifi"nin dağıdılmasında,
onların yalanlarının
ifşa olunmasında əhəmiyyətli rol oynayacağını vurğulayıblar.
Xalq Cəbhəsi.- 2015.- 26 fevral.- S4.