Alimlərimiz Hindistanda konfransda iştirak ediblər

 

14-16 fevral 2015-ci il tarixində AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq əlaqələr komparativistika şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli, Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Səadət Şıxıyeva Hindistanın Gvahati Universitetində elmi ezamiyyətdə olublar. AMEA-nın məlumatına əsasən, Azərbaycalı alimlər universitetdə keçirilmişÖlməz sufi şairlərinin - Sədi, Hafiz, Xəyyam Mövlananın müdriklik düşüncələrinin XXI əsrdə aktuallığımövzusunda Beynəlxalq elmi konfransda iştirak ediblər.

Tədbirdə Ş.ƏlibəylininMövlana şeirində təzad daşıyan irfani istilahların poetik dialektikası”, Nəzakət MəmmədlininƏttar Mövlana yaradıcılığında salikin mənəvi təkamül prosesi”, Səadət ŞıxıyevanınBalkanlardan Hindistandan sufi təfəkkür tarixində əlifnamənin yeri onun ezoterik anlam tutumumövzusunda məruzələri maraqla dinlənilib. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, AMEA ilə birgə əməkdaşlıq qarşılıqlı təcrübə mübadiləsinin aparılması barədə təkliflər irəli sürülüb. Konfransda Azərbaycanla yanaşı, Rusiya, İran, Pakistan, Banqadeşdən olan alimlər iştirak ediblər.

AMEA əməkdaşları, həmçininDünyanın yeddi yeni möcüzəsi”ndən biri olan Tac-Mahal türbəsini ziyarət ediblər. Təbrizdən gətirilən türk memarlarının yaratdığı bu tikili dünyanın ən gözəl möhtəşəm türbəsidir.

 

 

 

Tərlan

Xalq Cəbhəsi.- 2015.- 27 fevral.- S.15.