Mədəni irsimizin təbligində QHT-lərin rolu

 

Elməddin Hacılı: “QHT-lərin əsas vəzifələrindən biri ölkə vətəndaşları arasında, beynəlxalq aləmdə mədəni irsin və milli-mənəvi dəyərlərin yayılmasına kömək etməkdir”

 

Bu gün Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olan mədəni inişaf siyasəti, milli-mənəvi dəyərlərin təbliği, tarixi mədəni zənginliyin qorunması vətəndaşların tərbiyəsində xüsusi yer tutur. Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılının fikrincə, erməni işğalından əziyyət çəkən bir xalqın Qarabağın mədəni irsini qoruyub saxlaması mənəvi borcudur. Bu istiqamətdə həm daxildə, həm də xaricdə bir sıra mühüm işlər görülsə də, bu proses daim davam etdirilməli, göstərilən fəaliyyətlər daha da təkminləşdirilməlidir. Məlumdur ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədir. Bu ərazilərdə qalan tarix-mədəniyyət abidələri, ya dağıdaraq izləri silinir, ya da erməni abidələri adı altında saxtalaşdırılır. Müxtəlif mənbələrdən toplanan məlumatlara görə, həmin ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Qalanlar isə erməni abidələri adı altında təqdim edilir. İşğal altında olan Dağlıq Qarabağda və ətraf rayonlarda 13 dünya, 292 ölkə, 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi qalıb. İşğalçılar yurd yerlərimizdə qanunsuz arxeoloji qazıntı işləri aparır, tarixi abidələrimizi, məscidləri, kurqanları və s. dağıdır, tarixi-mədəni irsi saxtalaşdırır. İşğal altındakı tarix-mədəniyyət abidələrimizin kütləvi məhvi və mənimsənilməsi 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına (hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında maddə) ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və qarşı tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunmasını, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətlərin üzərinə vəzifə kimi qoyur.

Beynləxalq hüququn bu və ya digər müddəalarında istifadə edərək beynəlxalq miqyasada konfransların, seminarların sayını artırmaq, müəyyən kitablar, informasiya bülletenlər çap etmək və xarici ölkələrdə yaymaq işini gücləndirmək lazımdır. Bundan başqa düşünürəm ki, tarixi Qafqaz Alban Kilsəsinin dünyada tanıdılması erməni saxtakarlığının qarşısını alardı. Dövlət son bir ildə bu irsin tanıdılması üçün bir çox işlər görüb. Bidiyimə görə yaxın gələcəkdə Alban Apostol Avtokefal Kilsəsinin tarixinə həsr olunan kitabın hazırlanması, Qafqaz Albaniyası ilə əlaqədar beynəlxalq səviyyəli konfransın keçirilməsi və YUNESCO səviyyəsində dünyada tanınmış məşhur fotoqraf Rza Diqqətinin alban dini-mədəni abidələrini əks etdirən foto-sərgisinin təşkil olunması planlaşdırılır.

Bildiyiniz kimi, hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir. Bu dəyərlər sisteminin mövcudsuzluğu şəraitində cəmiyyətin və dövlətin inkişafı iddiasında olmaq əbəsdir. Göstərilən səbəbdən də mədəni və milli-mənəvi dəyərlər sisteminin mühafizə olunması və inkişaf etdirilməsi, təbliği vətəndaş cəmiyyətinin aparıcı inistutlarından olan QHT-lərin vəzifələrindən biri olmalıdır. Araşdırmalar göstərir ki, son illərdə bu istiqamətdə əhəmiyyətli layihələr həyata keçrilir və keçirilməkdədir.

Yuxarıda qeyd olunduğu kimi, bu sahədə də QHT-lərin üzərinə böyük öhdəlik düşür. Dövlətlə bərabər QHT-lərin də əsas vəzifələrindən biri, həm ölkə vətəndaşları arasında, həm də beynəlxalq aləmdə mədəni irsin və milli-mənəvi dəyərlərin yayılmasına kömək etməkdən ibarət olmalıdır. Təqdirəlayiq haldır ki, mədəni irslə bağlı gələcək görüləcək bütün işlər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının “Mәdәni irsin qorunması vә sәmәrәli idarә edilmәsi” bəndində öz əksini tapmışdır. Həmin bənddə göstərilir ki, Azәrbaycan xalqının zәngin adәt və әnənələrinin təbliği, milli bayram və mәrasimlərin qorunub saxlanılması, tarixi rәmz vә sirlәrin rekonstruksiyası, milli musiqi və rəqslәrin təәşviqi, şifahi xalq yaradıcılığının qorunması, xalq oyun vəә tamaşalarının bərpası, təsviri, dekorativ və miniatür sәәtinin zәngin ənәnәlәrinin inkişaf etdirilməsi, dünyanın nüfuzlu muzeylərindә saxlanılan Azərbaycan incәsənәti nümunәlәrinin öyrənilməsi və onların Azəәrbaycana aid olmasının tәsdiqlənmәsi, UNESCO, ISESCO, TÜRKSOY və digәr beynəlxalq təşkilatlarda təәsviri sәnətimizin tәbliği vә tanıdılması istiqamәtində zəruri işlər görülәcәkdir.

Bidiyimizə görə bu istiqamətdə ölkəmizdə kifayət qədər elimi tədqiqat işləri aparılıb. Son illərdə respublikamızda tarix və mədəni irsin qorunması istiqamətində ciddi işlər görülüb. Otuzdan çox abidədə bərpa-konservasiya, 50-dən çox abidədə elmi-tədqiqat işləri aparılıb, beş tarixi ərazidə qoruqlar yaradılıb. Bütün bunlar ölkə rəhbərliyinin tarix və mədəni abidələrə diqqət və qayğısının parlaq nümunəsidir. Bura əsrlərlə yaşı olan xalçaçılıq sənəti, ədəbiyyat, Şərq-Qərb musiqisinin füsunkar harmoniyasını təqdim edən musiqi, həmçinin “donmuş tarix” adlanan Azərbaycan memarlıq abidələri daxildir. Düşünürük ki, gələcəkdə də tarix və mədəniyyət abidələrimizlə bağlı yazılan kitabların sayı artırılmalı və tədris prosesində onlardan geniş istifadə olunmalıdır. Xüsusi olaraq Qafqaz Albaniyasıının maddi mədəni tarixi ilə bağlı araşdırma və tədqiqatlara daha çox diqqət yetirilməlidir.

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməlı, vətəni sevməlidirlər. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Bu istiqamətdə də Gənclər və İdman Nazirliyi tərəfində bir sır layihələr həyata keçirilir. Bir neçə il öncə 16-21 yaş arası olan gənclər üçün "Mədəni İrsimiz-Tarixi Dəyərimiz" mövzusunda fotomüsabiqə keçirmişdir. Müsabiqəyə gənclər tərəfindən Azərbaycanın zəngin mədəni irsini, mənəvi-əxlaqi dəyərlərini, tarixi məkanlarını özündə əks etdirən fotoşəkillər təqdim olunmuşdur. Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanın mədəni irsinin, dəyərlərinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunması, gənclərdə Vətənə məhəbbət hisslərinin aşılanması olmuşdur. Bununla yanaşı, eyni dövrdə Avropa Şurasının təşəbbüsü ilə dünyanın əksər ölkələrində keçirilən "Beynəlxalq Mədəni İrs Fotoqrafiya Təcrübəsi" layhəsinin Azərbaycan Respublikasında da baş tutması əsas amillərdən biridir. Düşünürəm ki, istiqamətdə icra olunan layihələr davamlı olmalıdır. Qeyd etməkliyik ki, gənclər həm fərdi, həm də öz təşkilatları vasitəsi ilə paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində olan mədəniyyət ocaqlarına gənclərin səfərlərinin təşkili, araşdırmaların aparılması, region gəncləri arasında adət-ənənələrimizin təbliği, milli kinolarımızın nümayiş etdirilməsi, regiondakı teatrların inkişafı, bölgə gənclərinin paytaxtdakı muzeylərə səfərlərinin təşkili və s. istiqamətlərdə layihlər icra etməkdədirlər. Düşünürəm ki, bu prosesə xarici ölkə gənclərinin də cəlb olması daha uğurlu olardı.

Bu baxımdan yuxarıda göstərilənləri nəzərə alaraq ölkə QHT-lərinin qarşısında bir sıra mühüm vəzifələr durur. İlk öncə ölkəmizin tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədi ilə fəaliyyəti gücləndirmək və daha da təkiminləşdirmək lazımdır. Bu gün bu istiqamətdə fəaliyyət göstərən hər bir gəncin üzrərinə Azərbaycanın zəngin mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması kimi məsuliyyətli bir öhdəlik düşür. Hər kəsə məlumdur ki, gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu gün inkişaf etməkdə olan Azərbaycan gəncinin də amalı, ideyası vətəni, xalqı düşünmək, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün öz bacarığından maksimum istifadə etməkdən ibarət olmalıdır. Xaricə gedən gənclərin qarşısında duran digər bir məsələ Azərbaycanın dünya birliyinə inteqrasiyası kontekstində azərbaycançılıq ideologiyasının, ölkəmizdəki tolerantlıq mühitinin, Azərbaycan mədəniyyətinin, tarixinin tədqiq və təbliği, əyani vəsaitlərin, informasiya resurslarının hazırlanması və yayılmasıdır. Ekspertlərə görə çağdaş dünyadakı qlobal inteqrasiya prosesində hər bir ölkə üçün mədəni zənginliyin qorunması və inkişafını təmin edən mühüm şərt güclü milli ideyanın mövcudluğudur.

Bu gün gənclərimizin mədəni irs abidələri ilə əyani tanış etmək, onların bilik və bacarıqlarını eyni zamanda nəzəri və təcrübi əsaslarla artırmaq, alimlərimizlə seminar və görüşlər keçirmək, gənclər arasında ünsiyyəti genişləndirmək məqsədi ilə daha çox tədbirlərin təşkilinə ehtiyac var. Xüsusən televiziyalar mədəni irisin təbliği ilə bağlı siyasətlərinə yenidən baxmalıdırlar. Mədəni irsin təbliği ilə bağlı müxtəlif sosial çarxlar, qısametrajlı flimlərin sayı artırılmalıdır. Fikrimizcə, bu istiqamətdə vətəndaş cəmiyyəti ilə qarşılıqlı fəaliyyət daha effektiv olar.

 

Cavid

Xalq cəbhəsi.-2015.- 1 iyul.- S.13.