Yusif Səmədoğlunun qızı:
“Atam gözəlliyi sevirdi”
Xalq yazıçısı
Yusif Səmədoğlunun qızı Mehriban Ziyadovanın
“Kulis”ə müsahibəsini oxucularımıza təqdim
edirik.
- Ənənəvi
sualımız var: ilk yadınıza xatirə...
- Məndə
ayrıca belə bir xatirə yoxdur. Papayla
ağlım kəsəndən dünyadan köçənəcən
yaşadığım hər ən mənim üçün
böyük xatirədir. Bu insan
başdan-ayağa maraqlı idi. Bilsəm
papa belə tez gedəcək onunla daha çox vaxt keçirərdim.
Mənə elə gəlirdi əbədi
yanımızda qalacaq.
-
Böyük övladısız?
- Bəli.
Mən böyüyəm. Humay
bir yaş baılcadır.
- Yusif
müəllim ata kimi necə idi?
-
Yumşaq insan idi. Həddindən artıq.
Sözün esl mənasında alicənab
idi ailə üzvlərinə qarşı. Ümumiyyətlə
insanlar arasında fərq qoymazdı. Bizə
heç vaxt ağır söz deməyib. Bununla
belə biz ondan çəkinirdik. Başa
düşürsüz... o bizimlə elə bir münasibət
qurmuşdu, bəzən anamıza deyə bilmədiklərimizi
ona deyirdik. Açıq qəlbli adam
idi.
- Dost
idiniz?
- Bəli.
Özü də gözəl dost. Bəzi
qızlar əsasən ana ilə yaxın olur. Anam bir az sərt xasiyyətlidir.
- Ananız
nəçidir?
-
Hüquqşünas. Hüquq fakültəsində
oxuyub. Amma axıracan oxumağına atam
icazə vermədi. Ali məktəbdən
çıxdı.
- Səbəb?
-
Qısqanc idi atam.
- Necə
tanış olublar?
- Xavər
xanım anamın anasını tanıyırdı. 1959-cu il idi, anamın böyük bacısının
toyu idi. Xavər xanımı dəvət edirlər
o toya. Atamla getmək istəyir, nədənsə
atam razı olmur. Xavər xanım başlayır
narazılıq eləməyə: “Səməd rəhmətə
gedib, tək qalmışam.” Bu sözlərdən
sonra atam heç üzünü qırxmamış gedib həmin
toyda anamı görüb. Təsəvvür
edin, 7 günə üzük gətiriblər.
- Necə
qısqandı: xanım işləməz, yoxsa siz işləməyin?
-
Xanım işləməz yox. Məhz anam
işləməsin. Deyib ki, evdə otur.
Anam da qulaq asıb. Sonra da
heç peşman deyildi.
- O vaxtlar
Yusif Səmədoğlu ən aristokrat yazıçılardan
hesab olunurdu. Amma həm də onda klassik kənd
kişisinə məxsus sanbal vardı.
- Hə,
elə idi. Ondan da başqa dilini çox sevirdim.
Mənim anam rusdilli olub, Azərbaycanca pis
danışıb. Anam bizi rus məktəbinə
qoymaq istəyirdi, buna görə atamla sözü əməlli-başlı
çəpləşib. Atam deyib ki, mənim
uşaqlarım Azərbaycan dilində oxumalıdır. O
cümlədən də nəvələrim...
- Arada
Qazax ləhcəsinə danışırdı...
- İstəyəndə danışırdı. Təmiz Azərbaycanca
danışırdı əslində. Bizə Qazaxdan bir
qohum, tanış gələndə bu
insanın danışığı dəyişirdi. Elə bil Qazaxdan gəlib. Çox
da şirin alınırdı onda. Məsələn,
bizdə alınmır.
- Sizi
aparırdı Qazağa?
-
Qazağa ancaq babanın yubileyi olandan-olana gedirdik.
- Sonuncu dəfə
nə vaxt olmusuz orda?
- 2006-da
-
Hansı yeməkləri sevirdi?
- Yeməyə
tələbkar deyildi. Anam qabağına nə
qoysa, yeyirdi hələ bir də tərifləyirdi. Badımcan dolmasını xoşlayırdı.
- Yusif
müəllim həm də yeyib-içən, gəzməyi, əyləncəni
sevən biri kimi tanınıb.
- Həyatsevər
insan olub ümumiyyətlə. Səyahəti
çox sevirdi.
- Bəzən
işə getmirmiş. İşdə ola-ola
birdən xəbər gəlirdi ki, Moskvadadır.
- O,
heç vaxt elə işdə işləməyib ki, doqquzdan
altıya qədər işə getsin. Yaradıcı
insan idi. Milli Məclisə iclaslar olanda,
Yazıçılar İttifaqına yalnız Anara dəyməyə
gedirdi. Qısası,
özü-özünə məxsus idi. Mən
də hardasa ona bənzəmişəm, ona görə işləmirəm.
İşləyə bilmirəm. Ümumiyyətlə, gözəlliyi sevirdi.
Qadın gözəlliyini, gözəl geyimləri...
-
Yaraşıqlı idi həm də. Ananız
onu qısqanmırdı? Bildiyim qədər
çox qadınlar sevib onu.
- Bəlkə
də qısqanırdı. Doğrudur,
qadınların xoşuna gəlirdi, sevirdilər. Çoxlu məktublar da alırdı. Yəqin ki, qısqanırdı anam. Ancaq bu qısqanclıq dava-dalaş, söz-söhbət
həddinə qalxmırdı.
- Şərqşünassınız.
- Bir il oxudum, sonra filologiyaya keçdim. İkinci
kursda praktika olmalı idi və biz bir il ərəb
ölkələrinə getməli idik. Evdən
qoymadılar.
-
Atanız icazə vermədi?
- Anam
qoymadı. Atam bəlkə də icazə verərdi.
- Şərqşünaslığı seçəndə atanızın fikri nə oldu?
- Bir
söz dedi: “Ağırdır, getmə ora”. Mən dedim istəyirəm.
- Mane
olmadı?
- Qətiyyən.
O, demokratik insan idi. Qarşı
çıxmırdı bizə, ancaq öz fikrini bildirirdi.
Mənə dedi ki, ərəb dili çətindir, sənə
ağır gələ bilər.
- Evinizdə Quran vardı?
- Bizim
evimizdə Quran həmişə olub. Atam Allaha
inanırdı, amma dindar olmayıb.
-
Hansı dildə idi?
- Ərəb.
- O Quran Səməd
Vurğunun olub görəsən?
- Bilmirəm.
-
Bilirsiniz niyə soruşdum: “Bir mömin babayam Quran görməmiş”
- yazırdı Səməd Vurğun... Dedim, bəlkə
görüb, özü elə yazıb.
- Bu barədə
heç bir fikrim yoxdur.
- Şərti
olaraq belə deyək: bir oğlan sevirsiz, valideynlərinizlə
tanış eləmək zərurəti
yaranıb. Atanızla bu haqda danışa bilərdiniz?
- Əlbəttə. Deyərdim, ata, xoşuma gəlir. Yüz faiz deyərdim
və o da məni anlayışla qarşılayardı. İndi mən özüm də övladlarımla bu
cürəm. İki oğlumun ikisiylə də
dostam.
- Bildiyim
qədərilə həyat yoldaşınızı çox
istəyib...
-
Çox. Atam xəstələnib Almaniyaya gedəndə
onlarla Aqşin də getdi. Həyat
yoldaşım. Əvvəldən çox
istəyirdi, orda da lap isinişmişdi. Bir dəfə
uzandığı yerdən mənə dedi ki, Aqşinin qədrini
bil, yaxşı oğlandı. Aqşin də
onu çox istəyirdi.
- Bəlkə
sizin yoldaşınızla oğul boşluğunu doldururdu?
- Ola bilər.
- Siz ailə
quranda necə oldu? Kim dedi bu barədə Yuisf müəllimə?
- Anam.
- Oğlu
olmasını çox istəyib.
-
Çox istəyirdi oğlan. Nəslin
davamçısı, soyadın daşıyıcısı
kimi. Mən doğulanda xəbərim
oğlan kimi gəlib çatıb atama. Çox
sevinib. Sonra məlum olub ki, səhv bilirlər.
Anam danışır ki, bundan sonra atam çox pərt olub, həkimlərə
deyib: “Yaxşı-yaxşı baxın, bəlkə
oğlandı”. Amma bir dəfə söhbətini
eşitdim, deyirdi, iki qızım var, yüz oğula dəyişmərəm.
- Ona yemək
hazırlayırdınız?
- Hə,
həmişə. Badımcan dolması
hazırlayırdım arada. Yemək
zövqü yaxşı idi, amma qurman deyildi.
-
Özü necə, bişirə bilirdi?
- Yox. Bəzən biz anamla hardasa olur, gec gəlirdik. Deyirdi, acından ölürəm. Anam deyirdi, ay Yusif, soyuducudan qazanı götür,
iki dəqiqəyə qızdır, ye də. Eləmirdi. Bir az ərköyün
idi. Gözləyirdi ki, biz gəlib eləyək.
-
Yazıçılıqda da ərincək olub, çox az yazıb.
-
Çox... Çox... Tənbəl idi. Bir az yazırdı, bir də görürdün,
getdi tətilə, qayıtdı, yarım il keçdi, sonra
yenə başladı yazmağa. Elə bil ona nəsə
vəhy gəlirdi, onda başlayırdı yazmağa.
- Nə
vaxt yazırdı?
- Gecə.
Səhər saat 4-ə, 5-ə qədər
işləyirdi.
- İçən idi.
-
Yaxşı içkiləri sevirdi. Ən çox da viski... Konyakla da arası yaxşıydı. Araq da içirdi hərdən.
- Sizinlə
içirdi?
- Bəzən.
Ad günləri, bayramlar-filan...
-
Kitabxanası hardadır indi?
- Evdə.
Yarısı da məndədir. Bağda saxlamışam. Mütaliəni
də mən ondan öyrəndim. Çox
oxuyurdu.
- Kimi
çox oxuyurdu?
-
Soljenitsıni. Qadağan olunmuşdu o vaxt.
Hardansa gətirtmişdi, gecəylə oxuyurdu.
Sonra Bulqakovu...
-
Bulqakovun kitabını kitabxananın hansı hissəsində
saxlayırdı? Yadınızda qalmayıb?
-
Xatırlamıram düzü.
-
Ümumiyyətlə, xüsusi seçilən yerlərə
hansı kitabları qoymuşdu?
- Fikir
verməmişəm. O vaxtdan çox vaxt ötüb. Otağı xeyli dəyişilib.
- Deyirlər,
“Qətli günü”, “Master və Marqarita”nın
təsiir ilə yazılıb...
- Bəli,
mən də eşitmişəm.
- “Qətl günü”nü nə vaxt oxumusuz?
- Atam
yazdıqca anamla birlikdə oxuyurduq. Hərdən
özü də oxuyurdu bizə.
- Makinada
yazırdı?
- Hə. Komüterə keçə bilmədi.
- Redaktə
işini çox eləyirdi?
- Yox. Ona
dedilər dəyişiklik eləmək lazımdı, atam da
prinsipə getdi, dedi, bir dənə sözü də dəyişməyəcəm.
- Ordakı Xəstə obrazı məncə həm də
öz obrazı idi. Bir az da Səməd Vurğun...
- Elədir,
hə. Məncə də.
- Qəhrəmanları
hökmdara qarşı idi...
- Bir dəfə
demişdi ki, yazıçı yaşadığı
quruluşla əks olmalıdır.
- Amma
özü bütün hakimiyyətlərlə dost idi...
- Dost idi,
hə. Onu çox istəyirdilər. Müalicəsini də dövlət təşkil eləmişdi.
-
Eşitdiyimə görə yaxşı pul-para qazanan,
iş düzəldən olub.
- Kim? Atam? Nə
danışırsız? Qətiyyən.
Nə pul? Ola bilsin kimisə
işə qoyub. Çox adama kömək
edib. Amma elə pulu olmayıb heç vaxt.
-
Özünü kasıb hesab edirdi?
-
Kasıb da deyildi, zəngin də.
- Ədəbi cameədə belə bir qənaət var
ki, Rəsul Rza ailəsindən fərqli olaraq Səməd
Vurğun ailəsinin bəxti gətirmədi. Sizcə niyə
belə deyirlər?
- Ola
bilsin erkən ölümlərə görə deyirlər.
Atam 62 yaşında... Səməd Vurğun 50
yaşında... Yadımdadır, atam 50
yaşını keçəndə sevindi ki, atamdan çox
yaşamışam.
- Amma Səməd
Vurğun 50 yaşında daha yaşlı
görünürdü.
-
Yaradıcı insanlar fərqli olur, onlar adi insanlar kimi deyil. Belə sakit görünsələr də, içlərində
həmişə mübarizə gedir.
-
Atasını çox sevib.
- Mən
artıq böyük qız idim, hardasa 80-lərin sonu, atam
deyirdi Səməd Vurğunun fotoşəkillərinə və
videolarına indi-indi baxa bilirəm. Biz də belə
olmuşuq. O, atasının vaxtsız ölümünə
alışa bilmədiyi kimi, biz də
atamızın yoxluğunu qəbul edə bilmirik.
- Səməd Vurğundan sizə şeir oxuyurdu?
- Oxuyurdu.
- Siz necə,
Səməd Vurğundan əzbər şeir bilirsiz?
- Bilirəm.
Bir-iki şeirini bilirəm.
- Səməd
Vurğun, Vaqif Səmədoğlu, Yusif Səmədoğlu... Bunların hansını daha istedadlı hesab edirsiz?
-
Üçünü də.
- Birini
seçməyə məcbur olsanız?
- Vaqifin
poeziyası üçün ürəyim gedir. Atamın
hər cümləsi bir fəlsəfi fikirdir. Səməd Vurğun da ki, Səməd Vurğundur.
Mən necə deyə bilərəm?
- Biz
kulisdə sorğu keçirdik. “Qətl
günü” 20-ci əsrin romanı seçildi.
- Mənə
də elə gəlir ki, çox güclü romandır.
- Sizcə,
ən çox hansı cəhətinə görə?
- Mürəkkəbliyinə
görə... Belə də maraqlı
romandır.
- Yusifin
adını daşıyan övlad var?
- Var. Mənim kiçik oğlum.
-
Oxşayır?
- Qətiyyən
oxşamır. Böyük oğlum
oxşayır.
- Səməd Vurğunun adı yoxdur?
- Var. Humayın oğlu. Bizdə Səməd
var, Yusif var, Vurğun var. Aygünün oğludur Vurğun.
Özü də Vəkilovdur.
- Siz də
familiyanı dəyişməmisiniz?
- Dəyişmişəm.
Ziyadovayam.
- Baba kimi
necə idi?
- Oyy, nə
danışırsız? Əla! Əla! Çox-çox
qayğıkeş. Babaların babası
idi.
- Bir dəfə
eşitdim ki, ananızdan Yusif müəllim haqqında
soruşublar, danışa bilməyib...
- Elə
indinin özündə də danışa bilmir. Görün
neçə il keçib üstündən...
- Yəqin
böyük sevgi olub...
-
Çox. Anam işləmirdi. Rəfiqələri də yox idi. Həyatını atama həsr etmişdi. Deyim ki, peşman da deyil.
-
Danışığınızdan hiss elədim ki,
ananızın bu sevgisi sizi təəccübləndirib.
- Etiraf
edirəm, mən anam kimi deyiləm. Bəlkə
o kişidən də asılıdır. Hərdən
anama deyirəm ki, xoşbəxt qadınsan, çünki sənin
yanında elə kişi olub, elə ər
olub, elə münasibət, qayğı görmüsən ki,
bu çox nadir halda olur
Xalq cəbhəsi.-2015.-
9 iyul.- S. 11.