“Ordumuz hər cəhətdən
ermənilərdən güclüdür”
Dadaş Rzayev: “Ermənilər
Azərbaycan tərəfinin
hər an hücuma keçəcəyindən
qorxurlar”
Son günlər cəbhədə
erməni təxribatları
intensiv xarakter alıb. Amma buna baxmayaraq
Azərbaycan ordusu təxribatların qarşısını
alır. Qeyd edək
ki, son bir neçə gün ərzində Azərbaycan
ordusu düşmənin
üç pilotsuz uçan aparatını məhv edib.
Buna münasiubət bildirən
sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev deyib ki,
ermənilər kəşfiyyat
məqsədi ilə öz pilotsuz uçan aparatlarını
Azərbaycan tərəfinə
göndərirlər: “Onlar
bu yolla Azərbaycanın nə vaxt hücuma keçəcəyini öyrənməyə
çalışırlar. Düşmən tərəfi artıq Azərbaycanın hücuma
keçəcəyindən qorxmağa bağlayıb.
Mən bir general və keçmiş nazir kimi deyə bilərəm ki, bizim ordu erməni
ordusundan 10 dəfə
güclüdür. Onlar bizim
ordunun gücündən
qorxuya düşüblər.
Ermənilər Azərbaycan
tərəfinin hər
an hücuma keçəcəyindən qorxurlar”.
D.Rzayev ermənilərin
Azərbaycan tərəfinə
göndərdikləri uçuş
aparatlarının qiymətlərindən
söhbət açıb:
“Onların qiyməti çox yüksəkdir. Bununla da biz bir daha
ermənilərə və
onları müdafiə
edənlərə sübut
etdik ki, Azərbaycan ordusu hə an öz torpaqlarını işğaldan
azad etməyə hazırdır. Ermənilər Azərbaycan ordusunun gücündən qorxuduqları
üçün pilotsuz
aparatları bizim tərəfə göndərirlər.
Azərbaycan ordusu günü-
gündən güclənir.
Həmin
pilotsuz aparatları ermənilərə Rusiya verir. Bununla da ordumuz ermənilərə sübut
edir ki, Azərbaycan öz torpağını onlara verməyəcək”.
Milli Məclisin
Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli qeyd edib ki,
Ermənistanın hazırkı
iqtidarı ölkədə
iqtisadi, siyasi durumun ağırlığını
görüb, bunun qarşısını ala bilmədikdə
hansısa bir yolla cəbhədə hadisələr törətməklə
xalqın fikirlərini
başqa səmtə yönləndirir. Heç bir halda Ermənistan müharibə
edə biləcək durumda deyil. Çünki hakimiyyət öz
ixtiyarlarında deyil ki, istədikləri zaman müharibəyə başlasın. Xalqa söykənməyən
bir hakimiyyət müharibə etsə belə, nəticələri
olduqca ağır olar. İkinci bir tərəfdən
isə onlar yaxşı bilir ki, Azərbaycan bu gün hansı
səviyyədə siyasət
yürüdür və
hərbi cəhətdən
qat-qat onlardan üstündür. Hesab edirəm
ki, gündə bir pilotsuz təyyarə
uçurmaqla Serj Sarkisyan ölkəsində
siyasi sabitliyi bərpa etməyə cəhd göstərir”.
“Ermənistanda vəziyyət
gec-tez belə dəyişəcəkdi. Çünki
xalqın güvənmədiyi,
inanmadığı bir
qrupun idarəçiliyi
uçuruma yuvarlanmalı
idi və bu gün həmin
durum göz önündədir”,- deyən millət
vəkili qeyd edib ki, Sarkisyan
və onun rejimi tamamilə kənardan idarə olunan, saxta yolla
hakimiyyətə gələn
bir qrupdur: “Onun apardığı siyasət Ermənistanda iqtisadi durumu ağırlaşdırmaqla, xalqın
sosial vəziyyətinin
daha da pisləşməsinə
gətirib çıxarıb.
Bu baxımdan xalq hakimiyyətə münasibətini aksiyalarla,
piketlərlə ifadə
etməyə vadar olub. Təbii ki, Ermənistan
xalqı öz sözünü deməklə
kənardan idarə olunan bu qrupu
hakimiyyətdən getməyə
təhrik edəcək
ki, bu gün
də olmasa sabah hakimiyyət dəyişikliyi baş verəcək”.
Əli
Xalq cəbhəsi.-2015.- 9 iyul.- S. 7.