Vətəndaş cəmiyyəti
haqqında təsəvvürlər
Cəmiyyət azad olmasa, insanların əməkdaşlığı
da mümkün deyil
“Əsrlədir vətəndaş cəmiyyəti bir inistiut olaraq filosoflar, tarixçilər və digər tədqiqatçıların maraq dairəsindədir. Vətəndaş cəmiyyətini müxtəlif aspektlərdən öyrənən təqiqatçılar ilk öncə bu anlayışın mahiyyətini izah etməyə və bu bunun əhəmiyyətini insanlara çatdırmağa çalışmışlar. Bunun nəticəsidir ki, müasir dövrümüzdə vətəndaş cəmiyyəti anlayışı daha geniş məna kəsb etməyə başlayşb”. Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddi Behbud belə deyib. Onun sözlərinə görə, tdqiqatçılar vətəndaş cəmiyyəti anlayışını ilk dəfə izah edənlər arasında daha çox qədim yunan filosofu Platonun və Aristotelin adını çəkirlər: “Ukranyalı politoloq Vladimir Litvin vətəndaş cəmiyyətinə həsr etdiyi məqaləsində yazır ki, "Vətəndaş cəmiyyəti" - antik dövrün ictimaiyyətşünaslıq terminidir, qədim Roma (Siseron) və hətta qədim yunan (Platon) müəllifləri onu, "şəhər-dövlətlərin vətəndaş birliyi" mənasında işlətmişlər. Platonun və Aristotelin öz əsərlərində qeyd etdiyi bir sıra məsələlər: ideal insan cəmiyyəti, insanalara xas sosial xüsusiyyətlər, dövlət hakimiyyəti haqqındakı baxışları, dövlət və vətəndaş münasibətləri barədə mühakimələri Vladimir Litvninin yuxarıdakı tezisini əsaslandırmağa imkan verir. Aristotelə görə, insan ictimai-siyasi varlıq, dövlət isə siyasi vətəndaşlar cəmiyyətinin təbii məhsuludur. Tədqiqatlar göstərir ki, antik dövrün filosofları o zamankı mürəkkəb sosial-iqtisadi və siyasi münsaibətlərdə vətəndaş cəmiyyətini və dövləti bir-biridən fərqləndirməyi bacarmışlar. Vətəndaş cəmiyyətinin xüsusiyyətlərini aydınlaşdırmağa cəhd göstərmişlər. Müasir elmdə “vətəndaş cəmiyyəti” ifadəsini ilk dəfə XVII əsrdə Tomas Hobbs işlətmişdir.O, vətəndaş cəmiyyəti anlayışından artıq birbaşa öz mənasında istifadə edir. Lakin araşdırmalar göstərir ki, onun dövlət və vətəndaş cəmiyyət haqındakı baxışlar bəzən bir-biri ilə ziddiyyət təşkil edir. Con Lokk isə vətəndaş cəmiyyəti anlayışını izah etməyə çalışmış və mülkiyyəti cəmiyyətin, o cümlədən vətəndaş cəmiyətinin əsası sayır. Onun “vətəndaş cəmiyyəti daxilində heç bir insan həmin cəmiyyətin qanunlarından istisna edilə biməz” fikiri hələ də öz aktuallığını qoruyub saxlamaqdadır”.
O, əlavə edib ki, XVIII əsrdən başlayaraq isə dövlət, idarəçlik, hakimiyyət, cəmiyyət və digər problemləri tədqiq edən alimlər arasında vətəndaş cəmiyyəti anlayışına diqqət daha da artmağa başlamışdır. Bu sahədə XVIII əsr Franız maarifçiləri kifayət qədər seçilir. Onlardan biri olan Ş.L.Monteskyö elmə vətəndaş cəmiyyəti haqqında yeni ideyalar gətirib: “Onun fikirincə vətəndaş cəmiyyəti tarixi inkişafın nəticəsi kimi qiymətlənlidir. Monteskyö vətəndaş və dövlət qanunlarını bir-birindən fərqləndirir. Vətəndaş qanunları vətəndaş cəmiyyətinə xas münasibətləri – mülkiyyət, vətəndaşların könüllü təsisatları və s.münasibətləai reqlametləşdirir. Dövlət qanuları isə başlıca olaraq siyasi hüquqları və elə həmin vətəndaşların azadlıqlarını nizamlayır. Vətəndaş cəmiyyəti haqqında təsəvvürləri E.Kant daha da dərinləşdirib. Kanta görə vətəndaş cəmiyyəti aşağıdakı aprior prinsiplərə əsaslanır:
1) cəmiyyət üzvünün bir insan kimi azadlığı;
2) bir təbəə kimi onun digərləri ilə bərabərliyi;
3) cəmiyyət üzvünün bir vətəndaş kimi müstəqilliyi.
XVIII sərin sonu - XIX əsrin əvvəllarində alman fiolosofu Hegel vətəndaş cəmiyyəti anlayışını araşdırıb təhlil edərək onu yeni müddəlarla daha da zənginləşdirib. Hegel də vətəndaş cəmiyyətini tarixi inkişafın bir nəticəsi kimi qiymətləndirir və belə bir nəticəyə gəlir ki, vətəndaş cəmiyyəti öz tələbatlarını əmək vasitəsilə başqalarının tələbatlarına uyğunlaşdıran individiumlar sistemi kimi çıxış edir. Vətəndaş cəmiyyətinin təməlini şəxsi mülkiyyət, maraqların birliyi və vətəndaşların qanunla təsbit olunmuş formal ümumi bərabərliyi, insanın təsadüflərdən qorunması təşkil edir. Öz sələflərindən fərqli olaraq Hegel vətəndaş cəmiyyətini və dövləti müstəqil inistutlar kimi nəzərdən keçirir. Hegelə görə vətəndaş cəmiyyəti dövlətin daxilində deyil, onula yanaşı mövcuddur.
Fransız mütəffəkiri Benjamin Constant vətəndaş cəmiyyətinin mənasını izah edərkən vurğulayır ki, bu ideya yalnız müasir dünyada əhəmiyyət qazanmışdır. Qədim insanla müasir insanın azadlığı barədə Constant deyir: ”Müasir dünyanın kəşfi insanların hakimiyyətdə iştirak etmək azadlığından deyil, insanların bir-biri ilə bir araya gəlmək azadlığından ibarətdir ki, bu da ən vacib azadlıqdır”. Onun fikirincə, cəmiyyət azad olmasa, insanların əməkdaşlığı da mümkün deyil. Vətəndaş cəmiyyətinin əsas məqsədi, amalı dövlətinin cəmiyyətədəki hakimiyyətini, gücünü neytrallaşdıraraq tarazlığa nail olmaqdan ibarətdir.
Vətəndaş cəmiyyəti insanların etimadını qazanmaqla hökumətin yolunu kəsir və nəticədə hökumət insanlardan özünə qarşı loyallıq tələb edə bilmir. Vətəndaş cəmiyyətini təşkil edən QHT-lər, azad həmkarlar ittifaqları, kütləvi informasiya vasitələri və digər könüllü təşkilatlar və təsisatlar hökumətə imkan vermir ki, o insanların inandığı yeganə quruma çevrilsin”.
Onun fikrincə, vətəndaş cəmiyyəti demokratiyanın bərqərar olduğu ölkələrdə demokratikləşmə prosesinin ifadəsi, eyni zamanda mühüm və aparıcı amil olaraq onun inkişafına müstəsna rol oynayır: “Vətəndaş cəmiyyəti fəal surətdə siyasi liderlərə xatırladır ki, dövlətin ehtiyacları üçün olan xərclər və dövlət siyasəti ilə bağlı olan qərarlar qəbul edilərkən müxtəlif mənafe və maraqlar nəzərə alınmalıdır. Ona görə də fəal vətəndaş cəmiyyəti demokratiyanın inkişafı üçün əsas şərtdir. Ümumiyyətlə, vətəndaş cəmiyyəti anlayışına zaman-zaman müxtəlif təriflər verilmişdir. Cəmiyyətin, sosial-iqtisadi formasiyanın inkişafı ilə əlaqədar bu təriflərin mahiyyətin də dəyişikliklər baş vermişdir.Vətəndaş cəmiyyəti – azad isanların özlərinin, onların könüllü birliklərinin və cəmiyyətlərinin dövlət hakimiyyətinin müdaxiləsi olmadan özünü ifadə etmək sahəsidir”.
O, əlavə edib ki, dövlət müstəqilliyimizin ilk illərində formalaşmağa başlayan müasir vətəndaş cəmiyyəti ziddiyyətlərlə dolu ictimai, sosial, mənəvi və digər prosesləri demək olar ki, arxada qoyub: “Bütövlükdə vətəndaş cəmiyyətinin əsas strukturlarını təşkil edən KİV-lərin və QHT-lərin yaranması, formalaşması sahəsində görülən işlər, meydana çıxan problemlərin aradan qaldırılması bütövlükdə cəmiyyətin və dövlətin inkişafına xidmət edir. QHT- KIV münasibətlərinə nəzər salanda ilk öncə onu qeyd etmək lazımdır ki, burada qazanan və itirən hər iki tərəfdir. Əlaqələrin genişlənməsindən və inkişafında həm QHT-lər, həm də KİV maraqlı olmalıdır. Vətəndaş cəmiyyətinin inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir ki, KİV ilə QHT əlaqələrinin yüksək səviyyədə olduğu dövlətlərdə demokratik dəyərlərə də ciddi riayət olunur. Bizim cəmiyyətdə isə bu sahədə bəzi çatışmazlıqlar hələ də özünü göstərməkdədir. Bunlardan birincisi QHT jurnalistikasının istənilən səviyyədə olmamasıdır. Bu gün QHT jurnalistikasından çox danışılsa da, bu anlayış vətəndaş cəmiyyəti üçün o qədər də aydın deyil. Bu səbəbdən ictimai təşkilatlar tərəfindən həyata keçirilən tədbirlər mətbuatda yetərincə işıqlandırılmır Xarici mediada artıq illərdi mövcud olan QHT jurnalistikasının Azərbaycanda da yaranması və formalaşması əhəmiyyətli və faydalı olardı. Paralel olaraq, üçüncü sektorun təmsilçilərinin ictimaiyyətlə əlaqələri düzgün qurmaması da cəmiyyətdə informasiya kasadlığına gətirib çıxarir
Ümumiyyətlə, bu gün QHT-KİV münasibətlərini qənaətbəxş hesab etmək olmaz. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkədə üçüncü sektorun inkişafında medianın rolunun artırılması istiqamətində yetərincə konkret planlarını açıqlayıb və həmin sahədə işlər görməkdədir. Ekspertlərin araşdırmalarına görə, ölkədəki qeyri-hökumət təşkilatlarının yerinə yetirdiyi layihələrin icra prosesinin mediada işıqlandırılması, QHT-lərin ictimai sektorun digər institutları ilə əməkdaşlığı, əfsuslar olsun ki, hələ də normal səviyyədə deyil. Onların fikiricə, problemin həllində QHT fəaliyyətini işıqlandıran jurnalist şəbəkəsi mühüm rol oynaya bilər. Bu şəbəkə QHT-media əməkdaşlığının daha da inkişaf etməsinə öz töhfəsini verə biləcək və QHT-lərimiz haqqında cəmiyyətin obyektiv informasiya ala biləcəyi vasitə ola bilər. Buna isə çox ciddi ehtiyac duyulur, çünki qeyri-hökumət təşkilatlarının fəaliyyəti barədə cəmiyyətdə hələ də tam bilgi yoxdur. Bilgisizlik isə QHT-lər, xüsusilə də ölkədə demokratik dəyərlərdən tutmuş, iqtisadi yüksəlişə qədər bir çox məqsədlər uğrunda çalışan təşkilatlar barədə yanlış təsəvvürlər, iddia və gümanların yaranmasına səbəb olur.
Araşdırmalar göstərir ki, KİV və QHT təmsilçiləri bu məsələdə bir-birilərini ittiham edirlər. QHT-KİV əməkdaşlığının qurulması və inkişafında hər iki tərəfin üzərinə mühüm öhdəliklər düşür. Əvvəla, QHT-KİV münasibətlərinin inkişafına mane olan məqamları və bundan çıxış yolları öyrənilb təhlil olunmalıdır. QHT nümayəndələri medianın, xüsusilə də mətbuatın QHT-lərin təqdim etdiyi məlumatlara reklam xarakterli yanaşmalarından və məlumatların yayımlanması müqabilində maliyyə umacaqlarından gileylənirlər. Jurnalistlər isə QHT-lərdən gələn press-relizlərin qeyri-peşəkar hazırlandığını, məlumatlarda xeyli səhvə yol verildiyini qeyd edirlər”.
Əli
Xalq cəbhəsi.-2015.- 10 iyul.- S. 13.