Azərbaycan dili başqa dillərin muzeyi deyil

 

İsmayıl Məmmədov: “Qrammatikada həll olunmamış məsələlər yazılışda çətinliklər yaradır

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik Şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədovun Trend-ə müsahibəsi

- Bəzi mütəxəssislər sizin redaktoru olduğunuz son, yəni 2013-cü ildə nəşr edilən orfoqrafiya lüğətində nöqsanların olduğunu bildirirlər...

- 2013-cü ildə çap edilən həmin lüğət İnstitutun Elmi Şurasında müzakirə olunub, bəyənildikdən sonra çap edilib. Bizim lüğətimiz 6-cı nəşrdir. 2013-cü ildə nəşr edilən son lüğət 2004-cü ildə çap edilən lüğətdən fərqlənir. 2004-cü ildə çap edilən lüğətdəki bəzi sözləri xəlbirdən keçirdik, dəyişilməsi lazım olan sözləri dəyişmişik. İçki, su, müəyyən milli musiqi, qadın, kişi adlarını da son lüğətə daxil etmişik. 2004-cü ildə çap edilən lüğətdə bir söz iki variantda verilirdi. Məsələn, həmin lüğətdəgenefondgenfond”, yaxudmexanizatormexanizatorçusözləri var idi. Belə ikivariantlı sözlərdən biri qəbul edilməlidir. Biz son lüğətdə bir çox sözlərin yazılışındakı ikivariantlılığın qarşısını almışıq.

- Yeni lüğətdə bu nöqsanlar necə aradan qaldırılacaq?

- Hazırda bizim tərəfdən yeni - 7-ci nəşr lüğətin hazırlanması üçün aparılır. Yeni lüğət institutun Elmi Şurasında müzakirə edilməli, yekun qənaətə gəlmək üçün prinsiplər müəyyənləşdirilməlidir. Bu prinsiplərin bəziləri üçün Azərbaycan dilinin qrammatikasında yeniləşmə aparılmalıdır. Çünki qrammatikada hələ həll olunmamış məsələlərin qalması bəzi sözlərin yazılışında çətinliklər yaradır. Dilin qrammatikasında, morfologiyasında, sintaksisində elə məsələlər var ki, onlar hələ həll olunmayıb. Bunların hamısını müəyyənləşdirmək lazımdır. Problemlərin aradan qaldırılması üçün dilçi alimlər bir yerə toplanıb bu məsələləri müzakirə edərək ümumi razılığa gəlməlidirlər? Mən istəsəm bunu tək edə bilmərəm.

- Qrammatikamızda hansı dəyişiklikləri aparmaq lazımdır?

- Qrammatikamızda dilçiliyin müasir səviyyəsi baxımından, yeni mövqedən müəyyən dəyişikliklər olmalı, təkmilləşdirilmələr aparılmalıdır. Təkmilləşdirilmə dilin vəziyyətinə uyğun aparılmalıdır. Müəyyənləşdirilməlidir ki, dilin bugünkü vəziyyətində norma nədir? Məsələn, görməməzlik - görməzlik, bilməməzlik - bilməzlik. Burada “-ma” şəkilçisi ixtisar olunmalıdırmı? Dildə həmişə qənaət prinsipi olur. Dil gərək həmişə sadələşməyə doğru getsin. Bu baxımdan biz dildə sadələşmə aparmalıyıq. Nəzərə almalıyıq ki, Azərbaycan dili iltisaqi dillərdən biridir. Bizdə sözün kökü dəyişmir. Məsələn, yazı - yazıçı - yazıçılarımız. Amma alman, fransız, ingilis, rus dilləri bu baxımdan fərqlidir. Məsələn, rus dilindəxoroşoluçşedeyilir s.

- Azərbaycan dilinin qrammatikasında olan bu məsələlər əsasən, hansı sözlərin yazılışında problemlər yaradır?

- Bəzi sözləri xalq danışıq dilinə uyğunlaşdırmaq lazımdır. Əsas məsələ sözlərin hansı prinsiplə yazılmasıdır. Yəni əcnəbi sözlərə münasibət necə olmalıdır, onları necə yazaq? Həmin dilə, yoxsa öz dilimizə uyğun yazaq? Elə sözlər var ki, onların yazılışı ayrı, deyilişi tamam ayrı cürdür. Ona görə qalmışıq belə. Biz gərək ingilis, fransız başqa xarici dildən olan sözləri Azərbaycan dilinə uyğunlaşdıraraq onların yazılışını verək. Məsələn, almanlar Haynrix deyir, biz Henrix yazırıq. Amma əvvəl Qenrix idi. Bizdə “h” olduğundan onu dəyişib Henrix edirik. İohan, Yeohan, Yohan yazılır. Biz bunları dəqiqləşdirməliyik. Türklər “sport” sözünü deyəndət” atırlar. Demək, onlar dildə müəyyən əməliyyat aparırlar. Biz çalışırıq ki, “-ailə qurtaran sözləri, xüsusilə terminləri “a” sız yazaq. Amma bəzilərini “-asız yazmaq olmur. Çünki onda məna tamam dəyişir. Ona görə biz müəyyən məsələləri nəzərə alırıq. Məsələn, “metanimiyasözünü biz “metanimyaza bilmirik. Amma müəyyən alınma sözləri, xüsusilə müəyyən təşkilat, şirkət adlarının yazılışını Azərbaycan tələffüzünə uyğunlaşdırmaq lazımdır. Onları necə gəldi yazmaq düzgün deyil. Bəziləri deyirlər ki, alınma sözləri öz əslinə uyğunlaşdıraq. Amma Azərbaycan dili başqa dillərin muzeyi deyil. Biz hər şeyi oraya yığmalı deyilik.

- Dilin sadələşdirilməsi üçün bəzi sözlərdə qoşa “y” samitlərindən birinin ixtisar edilməsi təklif edilir....

- Bizdə orfoqrafiyanın 3 prinsipi var. Birincisi, fonetik psinsipdir. Söz necə deyilirsə, elə yazılır. Elə sözlər var ki, biz onun yazılışında tarixi ənənəni gözləməliyik. Bu prinsip tarixi-ənənəvi prinsip adlanır. Başqa dillərdən alınan sözlərdə əsas məsələ yazı ilə deyil, tələffüzlə bağlıdır. “-iyyət, ” şəkilçisi fars ərəb mənşəli sözlərə əlavə edilir. Dilin orfoqrafiyası ilə orfoepiyası fərqlənir, tələffüz ayrı, yazı ayrıdır, hər birinin özünün normaları var. Bəzi sözlərdə qoşa hərfləri azaltmışıq. Amma “-iyyətşəkilçisi artıq neçə ildir ki, qalıb. Bəlkə vaxtsa, “-iyyətşəkilçisindəy”lardan birinin ixtisarı məsələsinə daha çox adam tərəfdar olacaq. Dilçilər bu məsələ ilə bağlı öz sözünü deməlidir. Akademik İsa Həbibbəyli (bu təklifi AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qaldırıb-İ.İ. ) o mənada haqlıdır ki, qoşa “y” yazılsa da, “y” samitlərinin biri sözdə tələffüz olunmur. Ammaiyyətşəkilçidir, göstəricidir. Mən özüm bir vaxtlar təklif vermişdim ki, bəzi sözlər deyildiyi kimi, “müdirdeyil, “müdür”, “müxbirdeyil, “müxbür”, “münbitdeyil, ”münbütyazılsın, amma bu məsələyə sonra laqeyd yanaşıldı. Gürcü dilində orfoqrafiya ilə orfoepiya eynidir. Bu, bəzi məsələləri asanlaşdırır.

- Bizdə orfoqrafiya ilə orfoepiyanın eyniləşdirilməsi prosesinə doğru getmək olar?

- Dövlət Dil Komissiyası razılaşsa, bu məsələni hüquqi sənədlərə daxil etmək üçün təkliflər hazırlaya bilərik. Amma bu, təhsil sistemində tədris olunmalıdır, bunun üçün baza yaradılmalıdır. İndi biz yeni dövrü yaşayırıq, yeni yaranan dərsliklər milli ideologiyaya, milli konsepsiyaya uyğun olmalıdır. Biz bunu nəzərə almalıyıq.

- Son vaxtlar dilimizlə bağlı müəyyən tənqidi məsələlərin gündəmə gəlməsi Dövlət Dil Komissiyasının toplanmasını zəruri etmir ki? Komissiyanın son iclası zaman keçirilib?

- Komissiyanın iclası əvvəllər keçirilirdi. Amma son vaxtlar komissiya üzvlərinin hər biri bir müəssisədə çalışır. Bəzən mübahisəli məsələlər olanda biz həmin məsələni institutun Elmi Şurasında müzakirə edirik. İclası rəsmi olaraq, Dövlət Dil Komissiyasının iclası adi altında keçirməsək , müəyyən toplantılar keçiririk, fikirlərimizi deyirik, mübahisəli məqamları təhlil edib razılığa gəlirik.

 

Xalq cəbhəsi.-2015.- 10 iyul.- S. 15.