Vətəndaş cəmiyyəti nədir?

 

Burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur

 

Vətəndaş cəmiyyəticəmiyyətin inkşafının müəyyən pilləsində formalaşan insanların birliyi olub özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Vətəndaş cəmiyyəti qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, millib. münasibətlərin məcmusu olub azad vətəndaşların və könüllü formalaşmış təşkilat və assosasiyaların dövlət-hakimiyyət orqanları tərəfindən onların fəaliyyətlərinə birbaşa müdaxilələri və özbaşına reqlamentləşdirmələri qanunla məhdudlaşdıran özünümüdafiə sferasıdır.

Elmi ədəbiyyatda "vətəndaş cəmiyyəti" anlayışı öz xüsusi məzmununu müəyyən edibmüassir şərhində cəmiyyətin tipini (vəziyyətini, xarakterini), onun sosial-iqtisadi, siyasihüquqi təbiətini, inkşafyetkinlik səviyyəsini ifadə edir. Başqa sözlə bu anlayış altında tarixi təcrübə ilə əldə edilmiş, müəyyən meyarlara cavab verən cəmiyyət başa düşülür. Bu, sosial cəmiyyətin inkişafında daha yüksək pillədir. Bu fenomenin mahiyyəti çoxtərəfli, müxtəlif mənalıdır və alimlər tərəfindən müxtəlif cür şərh edilir. Lakin bir şey aydındır ki, vətəndaşlardan ibarət hər cəmiyyət vətəndaş cəmiyyəti deyil.

Vətəndaş cəmiyyəti haqqında təsəvvürlər uzun tarixi təkamül yolu keçmişdir. Onun əlamətləri haqqında ilkin fikirləri Platonun, Aristotelin, Siseronun və digər yunan-roma mütəfəkkirlərinin əsərlərində görmək olar. Bu ideyaların inkşafı intibah dövründə də davam etmişH.Qrotsinin, T.Hobbun, C.Lokkun, Ş.Monteskyenin əsərlərində öz əksini tapmışdır.

Lakin "vətəndaş cəmiyyəti" termini yalnız 18-ci əsrdən indiki mənada istifadə edilməyə başladı. Buna baxmayaraq sonralar da cəmiyyətlə dövlət arasında prinsipial fərqlər göstərilmirdi. Onları ayırmaq elə də asan deyildi. Çünki dövlət cəmiyyətin təşkilat formasıdır. Amma bu o demək deyil ki, cəmiyyət və dövlət strukturları və mexanizimləri bütövlükdə və bütün hallarda üst-üstə düşrdü. Yeni dövr mütəfəkkirləri "şəxsiyyət" anlayışını yaratmaqla yanaşı şəxsiyyətlə cəmiyyət arasında qəti ziddiyət olduğunu da dərk edirdilər. Antikorta əsrlər ideyası olan "şəxsi və ictimai"-nin eyniliyi fikri inkar edilir və dövlətə münasibətdə cəmiyyətin birinciliyi qəbul edilirdi. Artıq V.Humbolt, İ.Kant, G.Hegel, Karl Marks, M.Veberb. mütəfəkkirlər bu təzahürləri hüdudlaşdırırdılar, lakin bu barədə dəqiq nəzəriyyələr yox idi. Filosoflara müəyyən qədər vaxt lazım idi ki, dövlətlə cəmiyyət arasındakı fərqləri görsünlər və anlasınlar ki, onlardan biri digərini tamamlayır.

Onu qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti burjua dövrünun məhsulu olub insanların təhkimçilikdən azad edilməsi, onların dövlətin təəbəsindən şəxsi ləyaqət hisslərinə malik olan təsərrüfat və siyasi məsuliyyət götürməyə hazır vətəndaş-mülkiyyətçilərə çevrilməsinin nəticəsi kimi başlıca olaraq aşağıdan formalaşır. Vətəndaş cəmiyyəti adı altında münasibətlərin – başlıca olaraq əmlak, bazar, ailə, əxlaqi münasibətlərin xüsusi sferasını anlamağa başladılar ki, bunlar məlum dərəcədə dövlətdən ayrı, müstəqil olsunlar. Burada söhbət hakimiyyətin şəxsiyyətin "vətəndaş işinə", insanların şəxsi həyatına qarışmamasından gedirdi.

Vətəndaş cəmiyyəti dedikdə azad sahibkarlıq, təşəbbüskarlıq mühiti başa düşülür. Vətəndaş cəmiyyətində dövlət strukturlarından fərqli olaraq vertikal (tabeçilik) əlaqələr yox, horizontal əlaqələr üstünlük təşkil edir. Horizontal əlqələr – hüquqca azad və bərabər hüquqlu fərdlərin rəqabət və əməkdaşlıq münasibətləridir. Vətəndaş cəmiyyəti sırf bazar münasibətlərinin və rəsmi hakimiyyətlə eyniləşdirilməyən digər fəaliyyət formalarının sinonimi kimi dərk olunur. Vətəndaş cəmiyyəti o, insanların demokratik cəmiyyətidir ki, orada insanlar nəyəsə malik olsunlar. Məsələn, istehsal vasitələrinə, pul kapitalına, aksiyalara, insanlara gərəkli olan informasiyaya, intellektə və nəhayət işçi qüvvəsinə.

Beləliklə, vətəndaş cəmiyyəti məsələsi insan cəmiyyətinin daha şüurlu və məqsədəuyğun quruluşu kimi qaldırılmışdır. Burada söhbət sivilizasiyanın inkşafının yeni mərhələsindən gedirdi. Bu məsələ barədə təklif edilən bütün modelkonsepsiyalarda başlıca və ümumi müddəa – mülkiyyətin mövcudluğu və dövlətin yeganə "təşgilatcı və koordinator" rolundan imtina etməsidir.

Vətəndaş cəmiyyətinin struktur elementləri aşağıdakılardır: şəxsiyyət; ailə; məktəb; məscid (kilsə, sinaqoq, və s.); sahibkarlıq və təşəbbüskarlıq; sosial qruplar, siniflər; vətəndaşların şəxsi həyatları və onların təminatı; demokratik institutlar; ictimai birliklər, siyasi partiyalar və hərəkatlar; müstəqil məhkəmələr; təhsil sistemi; müstəqil K.İ.V-lər; qeyri-dövlət sosial-iqtisadi əlaqələr.

Vətəndaş cəmiyyətinin ən başlıca elementi olan mülkiyyət şəxsiyyətin və bütün cəmiyyətin azadlığının ilkin şərti kimi çıxış edir. Mülkiyyətə hörmət olmayan yerdə şxsiyyətə də hörmət yoxdur. Bazaröz özündə təşkilatlanan sistemdir, lakin bu o demək deyil ki, dövlət bu mexanizmin təkmilləşdirilməsində iştrak edə bilməz. O, rəqabət aparan subyektlər arasında maraqlar balansını yaratmalı və bərabrləşdirməlidir. Dövlət bazar münasdibətlrinin formalaşdırılması və qorunmasında mühüm faktordur. Vətəndaş cəmiyyətinin struktur elementlərini cəmiyyətin sferalarına görə belə təsnif etmək olar. İqtisadi sferada vətəndaş cəmiyyətinin struktur elementlərini vətəndaşların öz şəxsi təşəbbüskarlıqları ilə yaratdıqları qeyri-dövlət müəssisələri, koperativlər, icarə kolllektivləri, birliklər, aksioner təşkilatları, korporasialar və vətəndaşların digər könüllü birlikləri təşgil edir.

Vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını aşağıdakı elementlər təşkil edir: ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeriya əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünü idarəetmə orqanları. İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması və həmçinin sosial konfliktlərin həlli. Qeyri-dövlət, müstəqil KİV. Bu sferada cəmiyyətdə formalaşan maraqların konstitusiya və dövlət qanunları çərçivəsində institusional formaya salınması və qeyri-zorakı, sivil formada ifadə edilməsi təcrübəsi formalaşır.

Vətəndaş cəmiyyətinin mənəvi sferasına aşağdakı elementlər daxildir: söz, fikir azadlığı, öz mövqeyini açıq ifadə etmək imkanı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyi.

Vətəndaş cəmiyyətinin prinsiplərini yuxarıda deyilmiş fikirləri nəzərə almaqla belə ifadə etmək olar:

- İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri.

- İnsan və vətəndaşların təbii hüquqlarının qeyd-şərtsiz tanınması və qorunması.

- Qanun və ədalət qarşısında hamının bərabərliyi və şəxsiyyətin etibarlı hüquqi müdafiəsi.

- Hakimiyyətin legitimliyi demokratik xarakteri.

- Hakimiyyətin bölünməsi qarşılıqlı fəaliyyətinə əsaslanan hüquqi dövlət.

- Siyasi ideoloji pluralizm, leqal müxalifətin mövcudluğu.

- KİV-nin müstəqilliyi, fikir, söz, mətbuat azadlığı.

- Dövlətin vətəndaşların şəxsi həyatlarına qarışmaması, onların qarşılıqlı vəzifələri öhtəlikləri.

- Sinfi sülh, əməkdaşlıq milli barışıq.

- İnsanların laiqli həyat şəraitini təmin edən effektli sosial siyasət.

Vətəndaş cəmiyyəti açıq, demokratik, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar hakimiyyətə, sinfi düşmənçiliyə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Burada əxlaq humanizim prinsiplrinə, qanunlara, əxlaqa hörmət edilir. Bu cəmiyyət demokratik rejimdə dövlətlə sıx qarşılıqlı əlaqədə olur.

Vətəndaş cəmiyyətinin formalaşması onun həyatının fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu o demək deyil ki, onun dövlətə ehtiyacı yoxdur. Sadəcə olaraq burada dövlət necə deyərlər öz yerini tapmalı tutmalı, bütün problemlərin həllində totalitar nəzarətdən cavabdehlikdən əl çəkməli yalnız o istiqamətə yönəlməlidir ki, orada onun iştrakı qaçılmaz olsun. Xüsusən müdafiə, qanunvericilik, ekologiya, xarici siyasət, büdcə, rabitə, nəqliyyat, vətəndaşların hüquqlarının müdafiəsi sahəsində. Yəni burada dövlət cəmiyyətin xidmətcisi, onun inamlı nümayəndəsi kimi çıxış edir. Qısa desək, cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçündür.

İnkşaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmiş olur. Yəni cəmiyyətin sosial iqtisadi inkişafının prioritetlərinin müəyyən edilməsi əsaslandırılması; vətəndaşların ictimai faydalı fəaliyyətlərinin stimullaşdırılması onların hüquqlarının, əmlaklarının şəxsi ləyaqətlərinin qorunması; cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsi; sərhədlərin qorunması daxili qayda-qanunun təmin olunması. Sonda vətəndaş cəmiyyəti haqqında deyilənlərə yekun vuraraq demək lazımdır ki, bu cəmiyyətin mahiyyəti odur ki, o hər şeydən əvvəl vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini birləşdirir ifadə edir.

 

Cavid

Xalq cəbhəsi.-2015.- 11 iyul.- S. 13.