Cənubi Azərbaycan ədəbiyyatı ozan ənənələri üzərində
köklənib
Güneyli şairlərimizin gözəl
xüsusliyyətlərindən biri canlı xalq dilinə yaxınlığıdır
Şəhriyar elə bir sənətkar
olub ki, yaradıcılığında zəif əsərə rast gəlmək mümkün deyil. Şəhriyarın yaradıcılığını izləyərkən biz daim
həm klassik poeziyanın gözəl ənənələrini, həm
də xalq şeirinin billur ənənələrini görürük.
Klassik poeziya şübhəsiz, farsa, türkə ayrılan bir poeziya deyil. Fars dilində yazılanda
da, türk dilində qələmə
alınanda da sənətkarlarımız Şərqin
ümumi poeziya ənənələrinə riayət
etmişlər. Nəsimi,
Füzuli, Xətai kimi dahilərin üstünlüyü onda
olub ki, onlar hər iki dili olduqca
mükəmməl biliblər
və hər iki dildə bir-birindən dəyərli
incilər yaradıblar.
Ərəb dilində gözəl
şeir nümunələri
meydana gətirən klssiklərimizin poeziyasını
hələ də təhlil eləmirik, şairlərimizin bu dildə yaratdıqları
inciləri Azərbaycan
dilinə çevirib xalqımıza çatdırmırıq.
Mənə elə gəlir
ki, artıq bu barədə də düşünməyin
vaxtı gəlib çatıb. Biz hökmən arxivlərdən
klassiklərimizin ərəb
dilli poeziyasını
araşdırıb tapmalı
və zaman-zaman elmi tədqiqat əsərləri yazıb,
eyni zamanda o əsərləri dilimizə
çevirməliyik.
Heç şübhəsiz, xalq poeziyası formalarından
söhbət gedirsə,
ədəbi dili də qətiyyən unutmaq olmaz. Bəzi
mütəxəssislər Azərbaycan
ədəbi dilinin iki norma
variantında formalaşmasını,
ədəbi dilin Cənub variantının klassik dilin tarixi
ənənələrini inkar
edərək formalaşdığını
iddia edirlər.
Əlbəttə, bir çox cənublu şairlərin əsərlərinə nəzər
yetirsək, bu mütəxəssislərin mülahizələri
nəzəri baxımından
etiraz doğurmur, ancaq Şəhriyar, Sahir, Sönməz, Savalan kimi sənətkarların
şeir nümunələrinə
diqqət yetirsək, bu bizə fərqli
nəticələrə gəlmək
üçün əsas
verir. Ədəbiyyat tariximizə nəzər salarkən görürük
ki, Azərbaycan ədəbi dili əsasən XVI əsrdən
başlayaraq Şah İsmayıl Xətayinin şifahi xalq ədəbiyyatı, Mövlanə
Məhəmməd Füzulinin
isə klassik formada yaratdıqları əsərlərin təsirilə
inkişaf edərək,
zaman-zaman qüdrətli
sənətkarların orijinal
dil üslubu ilə inkişaf mərhələlərindən keçərək dövrümüzə
gəlib çatıb.
1950-1980-ci illərdə yazıb-yaradan cənublu şairlərin əksəriyyəti,
başda Şəhriyar
olmaqla Şah Xətaidən və Mövlanə Füzulidən
gələn ənənələrə
sadiq qalaraq Azərbaycan ədəbi şeir dilini qoruyub saxlamaqla yanaşı ona yeni bəzəklər vurublar. “Cənubda ədəbi dilin bədii üslubunda 50-ci illərdən etibarən folklor təfəkkür tərzinin bilavasitə təsiri ilə canlanma müşahidə edilir. M.Şəhriyarın məşhur “Heydərbabaya
salam” şeiri yazılır. Yuxarıda qeyd
olunduğu kimi, Azərbaycan xalq şeirinin kökündə
aşıq şeiri durur. Cənubi Azərbaycan şairlərinin
isə xalq yara¬dıcılığına, xalq şeirinə mükəmməl bələd
olması Təbrizin, Ərdəbilin, Zəncanın,
Urmiyanın, Əhərin
və başqa bölgələrin aşıqlar
yurdu, aşıqlar məskəni olmasıdır.
Bu yerlərin ədəbiyyatı, ozan ənənələri üzərində
köklənib. Cənubi
Azərbaycanda Azərbaycan
dilində məktəb
olmamasına baxmayaraq,
hər yeni dil açan körpə artıq həyatı dərk eləməyə başlayan
andan analarından laylalarla, oxşamalarla, ağbirçəklərdən, ağsaqqallardan nağıllarla
yanaşı, qoşma,
gəraylı, təcnis,
dübeyti, divani, müxəmməs, məsnəvi,
dodaqdəyməz, diltərpənməz
və sair kimi müxtəlif şeir nümunələri
eşidir. Bu da
ki, şübhəsiz,
gələcəyin şairinin
xalq ədəbiyyatı
kökləri üstündə
formalaşmağına gətirib
çıxarır.
Biz xalq yaradıcılığına,
xalq ədəbiyyatına
dərindən minnətdar
olmalıyıq ki, uzun illər Şimali Azərbaycanda rus dilinin, Cənubda
isə hələ də fars dilinin
tüğyan elədiyinə
baxmayaraq, doğma dilimizi unutmamağımızda
və nəinki unutmamağımızda, onun
incəliklərinə bələd
olmağımızda çox
böyük rol oynayıblar. Biz klassik
ədəbiyyatımızın da bizim üçün
mislilsiz bir töhfə olduğunu çox yaxşı bilirik. Bu ədəbiyyatda
da bizim tariximiz, təbiətimiz, mədəniyyətimiz, mənəviyyatımız
əks olunub. Lakin xalq ədəbiyyatı həm də bizim dilimizin saflığında böyük
rol oynayıb. Bilindiyi kimi, klassik poeziyada ərəb-fars tərkibli
sözlər mövcud
olub və bu, sənətkarlıq baxımından çox yaxşı olsa da, ərəb, fars dilini
bilməyən adamlar üçün bəzən
böyük çətinliklər
törədib. Xalq ədəbiyyatı
isə tamamilə başqa dillərə qarışmadan, olduğu
kimi nəsillərdən-
nəsillərə, əsrlərdən-əsrlərə
ötürülüb. Bundan əlavə xalq ədəbiyyatı, xalq şeiri bizim türklüyümüzə bir
sübutdur. Yuxarıda da
qeyd olunduğu kimi, xalq şeiri
bütövlükdə aşıq
ədəbiyyatı üzərində
köklənib. Aşıqlara bir zamanlar ozan
deyiblər. Ozanlar isə
bilavasitə türk xalqlarında mövcud olub və ümumiyyətlə,
çox qədimlərdə
qopuzu, sonralar sazı sinəyə basıb qafiyələnmiş,
rədiflənmiş, cinaslanmış
mənalı, məntiqli
söz işlətmək,
hikmətli ifadələr
söyləmək yalnız
türk xalqlarının
təxəyyülünün məhsuludur. Başqa xalqlar
belə üsullardan istifadə etməyiblər.
19-cu əsrdə Qafqaza köçürülən
ermənilər aşıq
sənətini azərbaycanlılardan
öyrənməyə çalışsalar
da, buna nə istedadları, nə də qüdrətləri çatmayıb.
Ermənilərin ən məşhur
aşığı hesab
olunan Sayat Nova isə saz yox,
kamança çalırmış
və oxuduğu havacatları yalnız Azərbaycan türkcəsində
oxuyurmuş. Çünki yuxarıda qeyd olunduğu kimi, aşıq sənəti bilavasitə türklərə
aid olan bir şeydir, çünki bir əlində qılınc, bir əlində saz tutmaq yalnız türklərə aid olan bir keyfiyyətdir. Ermənilər isə daim burunları girməyən
yerə başlarını
soxmaq istədikləri
üçün həmişə
rüsvayçı vəziyyətə
düşüblər və
düşməkdədilər. 1950-1980-ci illərdə yazıb-yaratmış cənublu
şairlərin ən
gözəl xüsusliyyətlərdən
biri də canlı xalq dilinə yaxınlığı,
bu dilin qaynar bulağından su içməsidir. Sözü xalq kimi təbii,
xalq kimi mənalı və diləyatan şəkildə
demək böyük ustalıqdır. Lakin bunu
da unutmaq olmaz ki, xalq
yaradıcılığının, xalq şeirinin kökündə də aşıq yaradıcılığı
durur.
“Belə bir fikir tam ədalətli səslənir ki, ağır irtica illərində ən çox təqibə məruz qalan da, xalqın əhval-ruhiyyəsini öz
sədəfli sazının,
gəraylı və qoşmaların sətirləri
qoynunda yaşadan da aşıq ədəbiyyatı olub. Sındırılan sazların, qadağan edilən aşıq mahnılarının, qəhrəmandan
məhrum edilən qəhrəmanilərin, gözəli
zorla əlindən alınan gözəlləmələrin
xalqın köksündə
açdığı yaraların
yeri hələ də sağalmayıb.
Qanlı müstəbid
Rza şah və onun oğlu
Məhəmməd Rza
şahın hakimiyyəti
illərində İranda
Azərbaycan dilini, Azərbaycan ədəbiyyatını
sönməyə, zəifləməyə
qoymayan ən qüdrətli mənbələrdən
biri xalq yaradıcılığı, aşıq
ıdıbiyyatı, canlı
və müdrik aşıqlar olmuşlar”
(İbrahimov M. “Cənub
sovqatı, Azərbaycan
1981, N-5).
Aşıq ədəbiyyatı, aşıq
poeziyası yuxarıda
da qeyd olunduğu
kimi, bilavasitə klassik ədəbiyyata da öz təsirini
göstərib. Azərbaycan klassikləri, doğma
dildə poeziya nümunələri qələmə
alarkən xalq ədəbiyyatının, xüsusən
aşıq poeziyasının
motivlərindən, obraz
və təşbehlərindən
istifadə ediblər.
Məhz bu göstəricilər də həmin klassiklərin azərbaycanlı-türk
olduğunu şərhsiz
sübuta yetirib.
Çünki fars dili nə qədər gözəl, eyni zamanda poeziya dili olsa da,
şairin fars dilində əsər yaradarkən həmin obraz və təşbehlərdən
istifadəsi qeyri-mümkündür.
Hamıya məlumdur ki, aşıq poeziyasındakı obraz və təşbehlər,
fars dilindəki
fonetik normalara uyğun gəlmir. Məhz bundan ötrü də bir çox hallarda şairlərimiz fars dilindən
tərcümə edərkən
quru ifadələrə
bağlanaraq, fars dilində mükəmməl
bir şəkildə yazılmış əsərin
effektini tamamilə itirirlər.
Ümumiyyətlə, Azərbaycan poeziyasında
folklor dili ilə klassik dilin milli əsaslar
üstündə ifadə-obrazlar
imkanına görə
qovuşub və bütün formalardan maksimum istifadə olunub. Lakin bununla yanaşı
köhnə formaların
yeni ifadə imkanları üzə çıxıb.
Vüqar Əhməd
Xalq cəbhəsi.-2015.- 16 iyul.- S. 14.