Vətəndaş cəmiyyətinin inkişafı mərhələləri

 

Belə cəmiyyət insanların ədalətli, azad, demokratik, ləyaqətli ictimai həyatda yaşamaq haqqını təsdiq edir

 

“Vətəndaş cəmiyyəti” dedikdə cəmiyyətin xüsusi tipi, özünəməxsus sosial-iqtisadi, siyasi, hüquqi təbiəti, inkişafyetkinlik səviyyəsi olan cəmiyyət nəzərdə tutulur. Vətəndaş cəmiyyəti bir növ “dövlətsizləşmiş cəmiyyət olub dövlət və hüququn tarixi inkişafında müəyyən bir mərhələni təşkil edir. Qeyri-dövlət münasibətlərinin məcmusu olan bu cəmiyyətdə azad vətəndaşların könüllü birləşmiş strukturları mövcuddur və cəmiyyətə dövlətin müdaxiləsi qeyri-mümkündür. Vətəndaş cəmiyyəti insanların sosial, iqtisadi, dini, əxlaqi, mədəni maraqlarının formalaşdığı, reallaşdığı və müdafiə edildiyi sosial əlaqələr sistemidir”. Bu fikirləri Azərbaycan Milli ElmlərAkademiyası, Fəlsəfə, SosiologiyaHüquq İnstitutununEtika” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov öz yazısında qeyd edib. 0nun fikrincə, hələ XVIII-XIX əsrlərdən başlayaraq “vətəndaş cəmiyyəti” anlayışı insanların digər birlik formalarından ayrıca öyrənilməyə başlanıb: “Yeni dövrdən başlayaraq Qərbdə vətəndaş cəmiyyəti yaranıb. Bu cəmiyyətin gerçəkləşməsi üç mərhələdən keçib: XVI-XVII əsrləri əhatə edən birinci mərhələdə vətəndaş cəmiyyətinin siyasi, iqtisadiideoloji zəmini formalaşıb. XVIII-XIX əsrləri əhatə edən ikinci mərhələdə vətəndaş cəmiyyəti xüsusi mülkiyyətə, azadlıq və liberal-demokratiyaya əsaslanan ictimai münasibətlər şəraitində inkişaf edir. Bu dövrdə suveren, hüquqi, demokratik dövlət, parlament yaranır, vətəndaş cəmiyyəti üzvlərinin hüquq və azadlıqları qorunur.

Vətəndaş cəmiyyətinin inkişafında üçüncü mərhələ müasir dövrü - XX əsri və XXI əsrin əvvəllərini əhatə edir. Bu dövrdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem həyata keçirildi.

Vətəndaş cəmiyyətini qeyri-siyasi, iqtisadi, demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirirlər. Bu cəmiyyətin siyasi cəmiyyətin alternativi və əksi kimi yarandığını iddia edənlər də var. Vətəndaş cəmiyyəti dar mənada “mülki cəmiyyət” kimiqeyd olunur. Mülki cəmiyyət dedikdə, qeyri-dövlət quruluşu, dövlətin müdaxiləsinə məruz qalmayan, azad və bərabərhüquqlu adamların cəmiyyəti başa düşülür. Burada azad, sahibkarlıq, təşəbbüskarlıq mühiti hakimdir.

XX əsrin sonlarında Şərqi Avropapostsovet məkanında baş verən köklü dəyişikliklər, totalitarizmdən demokratiyaya, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yol açdı. Sosial əsasını vətəndaş cəmiyyətinin təşkil etdiyi hüquqi dövlət quruculuğu gedişində qanunun aliliyi, hamının qanun qarşısında bərabərliyi, hüquqi mədəniyyət və hüquqi savadlılıq dərəcəsinin yüksək olması gerçəkləşir. Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir. Vətəndaş cəmiyyəti üzvləri üçün birgə yaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır”.

Alimin fikrincə, vətəndaş cəmiyyətində dövlətdən fərqli olaraq tabeçilik əlaqələr deyil, üfüqi əlaqələr, yəni hüquqca azad və bərabərhüquqlu insanların əməkdaşlıq və sağlam rəqabət münasibətləri üstünlük təşkil edir, ictimai həyatda kompromiskonsensus, dövlət üzərində ictimai nəzarət hökm sürür: “Vətəndaş cəmiyyətinin struktur elementləri sahələrə görə aşağıdakı kimi təsnif edilir: İqtisadi sahədə qeyri-dövlət müəssisələri, birliklər, aksioner təşkilatları, korporasiyalar, sahibkarlıq, təşəbbüskarlıq və digər könüllü birliklər və qeyri-dövlət sosial-iqtisadi əlaqələr və s.

Vətəndaş cəmiyyətinin sosial-siyasi sahəsində struktur elementlərini aşağıdakı şəkildə təsnif etmək olar: ailə, şəxsiyyət, ictimai-siyasi təşkilatlar və hərəkatlar, siyasi partiyalar, məktəblər, məscidlər (kilsə, sinaqoqs.), sosial qruplar, siniflər, müstəqil məhkəmələr, təhlil sistemi, müstəqil kütləvi informasiya vasitələri, ictimai özünüidarə orqanları və s. Bu sahədə sosial konfliktlərin həlli, vətəndaşların maraqları konstitusiyaqanunlar vasitəsilə qeyri-zorakı və sivil formada tənzimlənir, konsensus mühiti yaranır.

Vətəndaş cəmiyyətinin mənəvi sahəsinə bu elementləri aid etmək olar: söz, fikir azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı, yaradıcılıq azadlığı, öz mövqeyini açıq ifadə etmək azadlığı, yaradıcı, elmi birliklərin müstəqilliyi və dövlətdən asılı olmaması.

Vətəndaş cəmiyyətinin aşağıdakı prinsiplərini göstərmək olar: 1. İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri. 2. İnsan və vətəndaşların təbii hüquqlarının qeyd-şərtsiz tanınması və qorunması. 3.Qanun qarşısında hamının bərabərliyi. 4. Demokratiklegitim hakimiyyətin mövcudluğu. 5. Hüquqi, demokratik, sosial, sivil dövlətin formalaşması. 6. Siyasi, ideoloji plüralizm, leqal müxalifətin mövcudluğu. 7. Müstəqil kütləvi informasiya vasitələri, azad mətbuat, söz, fikir azadlığı. 8. Dövlətin şəxsi və ictimai həyata müdaxilə etməməsi, vətəndaş və dövlətin qarşılıqlı vəzifələri, məsuliyyət və öhdəlikləri. 9. Milli barışıq, sinfi konsensus, kompromis, qarşılıqlı əməkdaşlıq. 10. Şəxsiyyətin ləyaqətli həyatını təmin edən səmərəli sosial siyasət”.

Vahid Ömərov qeyd edir ki, vətəndaş cəmiyyətinin əsas subyekti insan və dəyərlər sistemidir: “Bu cəmiyyətin əsas məqsədi şəxsiyyətin tələbatlarını ödəmək, mənafeyini və hüquqlarını qorumaqdır. Vətəndaş cəmiyyəti və hüquqi dövlətin arasındakı qarşılıqlı münasibətlərdən danışarkən, burada şaquli əlaqələrin üfüqi əlaqələrə və əksinə, çevrilməsi prosesi baş verir. Dövlət strukturlarının bəzi elementləri vətəndaş cəmiyyətinin qurumlarına, əksinə, bəzi vətəndaş cəmiyyəti strukturları - parlamentsiyasi partiyalar dövlət strukturlarına çevrilir. Demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır. Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəldikdə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır. Vətəndaş cəmiyyəti bəşəriyyətin ideal cəmiyyət arzusu olsa da, burada ayrı-ayrı sosialsiyasi qüvvələr, dövlət və xüsusi maraqlar arasında ziddiyyətlər və münaqişələr də baş verir. Bu münaqişələr aradan qaldırılır, həll edilirkonsensus, kompromis yaranır. Beləliklə, vətəndaş cəmiyyəti vətəndaşın suverenliyinə, hüquqi, demokratik dövlət quruluşuna, azad sahibkarlığa, yerli özünüidarəçiliyə, parlamentarizmə, insanların könüllü birləşməsi birliklərinə, qeyri-dövlət, qeyri-siyasi münasibətlərə, azad rəqabətə, əməkdaşlığa, müxtəlif mülkiyyət formalarına, konsensus və kompromisə, özünütəşkilə və sinergetik başlanğıclara, tolerantlığa, humanizmə, fərdlərin uyğunlaşdırılmış fəaliyyətinə, qarşılıqlı yardıma, azadlığa, demokratiyaya əsaslanan, yüksək inkişaf etmiş, xüsusi tipli açıq cəmiyyətdir. Qərb dünyasında təşəkkül tapanindi dünyanın bütün demokratik ölkələrində formalaşmaqda olan vətəndaş cəmiyyəti bəşəriyyətin uzun əsrlər boyu arzuladığı ideal cəmiyyət - “cənnət” axtarışının gerçəkləşdiyi, həyata keçdiyi ümumbəşəri sərvət, ümumdünya fenomeni olub insanlığın ədalətli, azad, demokratik, ləyaqətli ictimai həyatda yaşamaq haqqını təsdiq edir. Bu cəmiyyəti qurmaq bütün bəşəriyyətin əzəli, əbədi, müqəddəs məqsədidir.

Ekspert Elşən Nağıyev isə vurğulayıb ki, vətəndaş cəmiyyətinin yaradılmasında vacib amillər aşağıdakılardır: “Çoxşaxəli iqtisadiyyat, müxtəlif mülkiyyət formaları və tənzimlənən bazar münasibətləri. Hakimiyyətin bölünməsi, siyasi plüralizm, vətəndaşların dövlət və ictimai işlərdə iştirakı, qanunun aliliyi və hər kəsin onun qarşısında bərabərliyi. Mənəvi ideologiyanın və dünyagörüşünün olmaması və vicdan azadlığı. Beləliklə, vətəndaş cəmiyyəti – bu ictimai münasibətlərin, formalqeyri formal strukturların (qruplar, kollektivlər), spesifik maraqların birləşmiş (iqtisadi, etnik, mədəni) məcmusudur. Bütün bunlar insanın həyat fəaliyyətini təmin edən və müxtəlif maraq və təlabatların dövlətdənkənar təmin edilməsidir.

Vətəndaş cəmiyyəti və dövlət biri-birini tamamlayır və biri-birindən asılı olur. Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi, demokratik dövlət qurmaq mümkün deyildir, çünki məhz azad vətəndaşlar şüurlu insan birgəyaşayışının ən səmərəli formasını yarada bilər. İnkişaf etmiş Qərb ölkələrində vətəndaş cəmiyyətinin və hüquqi dövlətin qarşılıqlı fəaliyyətinin müəyyən mexanizmi mövcuddur.

Bu mexanizm üç elementdən ibarətdir: Hakimiyyətin qanunverici, icraedici və məhkəmə olmaqla bölünməsinin prinsipləri həyata keçirilir; Hakimiyyət orqanlarına seçkilərdə partiyaların qarşılıqlı əlaqələr sisteminin yaranması; Dövlətin və cəmiyyətin arasında mövcud olan əlaqə və münasibətlərin inkişafında müxtəlif təşkilatlar, komutələr və komissiyalar iştirak edirlər. Belə mexanizm dövlətin və vətəndaş cəmiyyətinin uzun sürən təkamülü nəticəsində yaranır.

Siyasi sistemin müvəffəqiyyətlə fəaliyyət göstərməsi üçün yeganə yol dövlətin və vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqə və münasibətlərində, üstünlük güclü dövlət və onu tamamlayan vətəndaş cəmiyyətinin səmərəli fəaliyyətində olmalıdır”.

 

Əli

Xalq cəbhəsi.-2015.- 17 iyul.- S. 13.