Hüquqi dövlət ideyası

 

Dövlət nəzəriyyəsinin maraqlı eyni zamanda əsrlər boyu mübahisələrə səbəb olmuş problemlərindən biri vətəndaş cəmiyyət hüquqi dövlətin nisbəti məsələsidir. "Politologiya" kitabında göstərilir ki, siyasi nəzəriyyələrdə uzun müddət ərzində "vətəndaş cəmiyyəti" "dövlət" termini ilə eyniləşdirilib”. Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun fikrincə, bununla belə, az qala lap qədimdən insanlar onların bir-birindən fərqləndiyini sezib, birbaşa olmasa da, dolayısı ilə, yəni başqa anlayışların köməyi ilə bu fərqi ifadə etməyə səy göstəriblər: “Belə ki, məsələn, qədim yunanlar üçün bütün ictimai həyat siyasi həyat, başqa sözlə desək, polis həyatı idi. "Polis" anlayışının köməyilə onlar həm bütün vətəndaşların məcmusunu, həm şəhər əhalisini və həm də dövləti ifadə edirdilər. Bundan əlavə, yunan cəmiyyətində vətəndaşlıq hüququ, idarəçilik forması, dövlət idarəçiliyinin konkret xüsusiyyətləri "politiya" adlandırılırdı. Nəhayət, orada əsas siyasi prinsipi, vətəndaşlığı, dövlət quruluşunuquruculuğunu ifadə edən "politeyma" anlayışı da mövcud idi. Sadalanan anlayışlar siyasi reallığın bir-biri ilə qarşılıqlı əlaqədə olan rəngarəng cəhətlərini birləşdirirdilər. Bir sıra qədim yunan mütəfəkkirləri həmin reallıqdan çıxış edərək, cəmiyyət daxilində siyasiqeyri-siyasi münasibətlər sferalarını bir-birindən fərqləndirməyi təklif edirdilər. Məsələn, Platon öz "Dövlət" əsərində yazırdı ki, dövlət daxilində insanların "qeyri-siyasi" (yeməyə, mənzilə, paltaras. olan) tələbatını fərqləndirmək lazımdır. Onun ardınca Aristotel ünsiyyətin xüsusi bir tipi olan ailəni və kəndi dövlətdən fərqləndirirdi.

Makiavellinin əsərlərində vətəndaş cəmiyyətinin cücərtilərinə rast gəlmək olur. Məsələn, o yazırdı ki, hökmdar qorxus. vasitələrin köməyilə idarə etmək imkanına malik olsa da, bu imkandan sui-istifadə edə bilməz. O, təbəələrdə özünə qarşı nifrət oyatmamaq üçün onların əmlak və şəxsi hüquqlarını pozmamalıdır. "Tit Livinin birinci ongünlüyü" əsərində Makiavelli dövləti və cəmiyyəti, siyasimülki sferaları aydın şəkildə bölür. Bütün bunlara baxmayaraq, antik dövrlərdə və orta əsrlərdə həmin mövzuda gedən ayrı-ayrı mübahisələr və sezmələr nəzərdən keçirilən problemi elmi surətdə həll etmədi. Yalnız XVII əsrdə filosoflardan Q.Qrotsinin, T.Hobbsun, C.Lokkunb. əsərlərində ilk dəfə olaraq "vətəndaş cəmiyyəti" anlayışı "dövlət"dən fərqli mənada işlədildi və bu iki termin bir-birinə qarşı qoyuldu. Sonralar XVIII əsrdə J.J.Russonun, V.Fon Humboltun, C.Vikonunb. əsərlərində bu ideya daha da inkişaf etdirildi”.

O qeyd edir ki ki, adları çəkilən mütəfəkkirlər vətəndaş cəmiyyətilə dövlət, "siyasi cəmiyyət" arasındakı prinsnpial fərqi yəqin ki, görmürdülər: “Bununla belə, onlar artıq "mülki cəmiyyəti" mövcud dövlət və ya dövlət idarəçiliyi formaları ilə eyniləşdirmirdilər. Bu zaman onlar dövlətin yaranmasının "ictimai müqavilə" variantını əsas tutur və belə hesab edirdilər ki, yalnız o hökumət qanunidir ki, bütün vətəndaşlar onu təsis etməyə və ona tabe olmağa könüllü surətdə razı olmuşlar. Hakimiyyətin hər hansı bir formada mütləqləşdirilməsi, onların fikrincə, vətəndaş cəmiyyətinin inkar edilməsinə gətirib çıxarır. Buradan çıxış edən T.Hobbs dövlət hakimiyyətinin heç nə ilə məhdudlaşdırılmayan azadlığa tabe etdirilməsini tələb edirdi.

İdarəetmədə hamının iştirak etməsi və xalq suverenliyi ideyasını əsas tutan J.J.Russo elə bir assosiasiya forması tapmağa çalışırdı ki, o, şəxsiyyət və assosiasiya üzvlərinin mülkiyyətini qoruya bilsin, onun sayəsində hər kəs hamı ilə əlaqədə olmaqla, eyni zamanda yalnız özünə tabe olsun və əvvəllər olduğu kimi, azad olaraq qalsın. Buradan göründüyü kimi, yeni dövr mütəfəkkirləri şəxsiyyəti dövlətin "əsarətindən" qurtarmağın yeganə yolunu mülki cəmiyyət formalaşdırmaqda görürdülər. C.Lokk belə hesab edirdi ki, vətəndaş cəmiyyəti siyasi cəmiyyətdir, yəni elə bir cəmiyyətdir ki, orada dövlətin özünün qanuni mənafeləri vardır. O yazırdı: "Kim ki, vahid bir tamda birləşmişdir və hamı üçün ümumi olan qanunu və məhkəmə idarələri vardır, hara ki, müraciət etmək oluronlar arasındakı mübahisələri həll etmək və cinayətkarları cəzalandırmaq hakimiyyəti verilmişdir, onlar mülki cəmiyyətdə yaşayırlar, amma bu cür ümumi divanxanası olmayanlar isə... hələ də hər kəsin hakim və cəllad olduğu təbii halda yaşayırlar..."

Ş.Monteskye "Qanunların ruhu haqqında" adlı əsərində mülki cəmiyyəti tarixi inkişafın məhsulu hesab edirdi. Onun fikrincə, vətəndaş cəmiyyəti təbii hal, ailə və qəhrəmanlıq dövründən sonra bəşəriyyətin inkişafında dördüncü mərhələdir. O yazırdı ki, mülki cəmiyyət insanların bir-birinə düşmən olduğu bir cəmiyyətdir. Bu düşmənçiliyə son qoymaq məqsədilə insanlar dövləti yaradırlar. Dövlət daxilən mülki cəmiyyətə xasdır, amma onun eyni deyildir. Mülki qanunları dövlət (siyasi) qanunlarından fərqləndirən Monteskye göstərirdi ki, birincilər vətəndaş cəmiyyətinə xas olan münasibətləri, ikincilər isə vətəndaşların hüquq və azadlıqlarını tənzim edirlər. O, mülki cəmiyyəti özbaşınalıq və diktaturadan çox yaxşı təminat hesab edirdi.

"Dövlətin fəaliyyət hədlərini müəyyənləşdirmək təcrübəsi" adlı əsərində V.Fon Humbolt insan, şəxsiyyət və dövlətin nisbəti məsələsini təhlil edərək, vətəndaş cəmiyyəti və dövlət arasında üç əsas fərq görürdü. 1. "Aşağıdan", fərdlərin özləri tərəfindən formalaşdırılan milli ictimai təsisatlar sistemi və dövlət təsisatları sistemi; 2. "Təbii və ümumi hüquq" və dövlətin verdiyi pozitiv hüquq; 3. "İnsan" və "vətəndaş". Buradan o, belə bir nəticəyə gəlir: dövlət quruluşu məqsəd deyil, o, ancaq insanın inkişaf vasitəsidir. Deməli, o, dövlət hakimiyyətinin insanın mənafe və tələbatına tabe etdirilməsinin zəruriliyi fikrini irəli sürürdü”.

İngilis siyasi iqtisadının nümayəndəsi Adam Smitin fikrincə, mülki cəmiyyət dövlətin müdaxilə etmək hüququ olmayan qeyri-siyasi sferadır: “İ.Kant belə hesab edirdi ki, hər kəsin azadlığı ilə hamının azadlığının nisbətində müəyyənedici amil vətəndaş cəmiyyətinin formalaşmasıdır. Onun fikrincə, mülki cəmiyyət aşağıdakı aprior prinsiplərə əsaslanır: cəmiyyət üzvü olan insanların azadlığı; onun digər təbəələrlə bərabərliyi; cəmiyyət üzvünün vətəndaş kimi müstəqilliyi.

Hegel üçün mülki cəmiyyət maddi həyat şərtləri sferası, təbii zərurətin məhsuludur. "Hüquq fəlsəfəsi" əsərində o, ailəni və mülki cəmiyyəti təhlil etdikdən sonra dövləti təhlil etməyə başlayır. Onun fikrincə, fərdlər qarşılıqlı əlaqələrdən və deməli, vətəndaş cəmiyyətindən kənarda qala bilməzlər. O, xüsusi mülkiyyəti mülki cəmiyyətin inkişafının zəruri şərti hesab edirdi. Xüsusi mülkiyyətdən kənarda şəxsiyyətin azadlığı yoxdur, şəxsiyyət azad olmaq üçün mülkiyyətə sahib olmalıdır, - deyə o yazırdı. Hegelin inamına görə, mülki cəmiyyət dövlətdən sonra inkişaf etməyə başlayır, çünki o, dövlətin olmasını nəzərdə tutur.

Mülki cəmiyyət haqqında geniş elmi nəzəriyyənin işlənib hazırlanması müasir politologiyanın xidməti hesab olunmalıdır. Belə ki, XX yüzildə bəşər sivilizasiyasının əldə etdiyi nailiyyətlər, ictimai münasibətlərin bütün strukturunun mürəkkəbləşməsi və i. a. dövlətlə cəmiyyət arasındakı nisbəti düzgün müəyyən etmək zərurətini ortaya atdı. Bununla əlaqədar olaraq, bir sıra müasir Qərb politoloqları həmin problem ətrafında tədqiqatlar aparmalı oldular. Prof. Kermonn yazır ki, mülki cəmiyyət müvafiq cəmiyyətin kişi və qadınlarını dövlətin müdaxiləsi və yardımı olmadan birləşdirən çoxsaylı şəxslərarası münasibətlərdən və sosial qüvvələrdən əmələ gəlir.

Vətəndaş cəmiyyəti strukturları spontan surətdə aşağıdan yaranır. Bu mənada, o, özü təşkil olunanözü inkişaf edən sistemdir. Burada subyektlər hüquqi cəhətdən müstəqildirlər, onlar azad və bərabər partnyorlar kimi əlaqə saxlayırlar. Vətəndaş cəmiyyəti üfüqi əlaqələri əlaqələndirir. Burada formal, hüquqi "mülki" bərabərlik faktik qeyri-bərabərliyin olmasını nəzərdə tutur. Demokratik rejimdə mülki cəmiyyət dövlətlə sıx əlaqədardır, totalitaravtoritar rejimlərdə isə dövlətə tabe olur, onunla (açıq və ya passiv) müxalifətə girir.

Əgər dövlət öz hakimiyyətini vətəndaşların etimadı üzərində deyil, zor hesabına qurursa, onda zorla hakimiyyət nüfuzu arasında sərhəd tamamilə dumanlı olur, dövlətlə cəmiyyət arasında isə tamamilə olmaya bilir. Burada dövlət hər yerə nüfuz edir (ictimai, bəzən isə, hətta şəxsi həyatı təşkil edir, insanlara lazım olan hər şeyi onlara izah edirs.). Beləliklə, cəmiyyəti dövlət təşkil edir, vətəndaşın inamı və fərdi rəyi nəzərə alınmır. Mülki barışığın yeganə alternativi burada dövlətin zorla qəbul etdirdiyi zəif sülh olur. Bu isə xalq üzərində hər cür eksperiment keçirməyə imkan verir. Mülki barışığın üstünlükləri dərk edilməyənədək bu, davam edir. Mülki cəmiyyətin məqsədi insana öz azadlığını həyata keçirmək imkanı verməkdir. Bunun üçün iki başlıca şərtin olması tələb olunur: birincisi, mülkiyyətə sahiblik (Aristotel yazırdı ki, mülkiyyətə sahib olmaq fəzilətə sahib olmaq deməkdir) və ikincisi, kamil şəxsiyyət.

Mülki cəmiyyət siyasi rejimin sabitliyinin əsasıdır. O, dövlət hakimiyyəti üçün təməldir. Onun zəifləşməsi cəmiyyətdə marginallaşmaya səbəb olur. Dövlət hakimiyyətinin kütləvi siyasi səfərbərliyin ən ənənəvi təsisatlarına arxalanması mülki cəmiyyətə doğru hərəkətin başlanğıc nöqtəsidir. Deyilənlər belə bir qənaətə gəlməyə əsas verir ki, mülki cəmiyyət yalnız yaxşı inkişaf etmiş hüquqi dövlət şəraitində fəaliyyət göstərə bilir. Hüquqi dövlət ideyası ilk dəfə qədim dünyada meydana gəlsə də, bu termin XIX əsrdə Almaniyada elmə gətirilib. Onun mahiyyəti konstitusiyalı və inzibati hakimiyyət orqanlarının hüquqa tabe olması və onların üzərində hüquqi nəzarətin olmasındadır.

 

Əli

Xalq cəbhəsi.-2015.- 22 iyul.- S. 13.