Milli mətbuatımız milli mübarizə
tariximizdir
Milli mətbuatımızın 140 yaşı tamam oldu. Bu, söz
yaradıcılığının, fikir və
düşüncə sənətkarlığının
bayramıdır. Sözümüzün
tarixi isə özümüz və özülümüz qədər
dərindir. Hələ milli mətbuatımızın
yaranmasından əvvəl Azərbaycan ictimai fikir tarixi min ildən
çox dövrü əhatə edən böyük bir təkamül
yolu keçmiş və söz
yaradıcılığının misilsiz ənənələrini
yaratmışdır. Dədə Qorqud qopuzunun sədasından
doğub, Nizami, Nəsimi, Fizuli kimi söz
dühalarının cilasından keçən və Mirzə
Fətəli yaradıcılığında artıq milli
ideyanın ifadəçisi səviyyəsinə yüksələn
Azərbaycan sözü məhz 140 il öncə Həsən
bəy Zərdabinin “Əkinçi”si timsalında
“materiallaşdı” və milli mətbuatımızın ilk
nümunəsini ərsəyə gətirdi. Əşyaların
adlandırılmasından başlayıb, milli ideyanı
yetişdirməyə qədər yüksələn milli
söz XIX əsr maarifçilərimizin fikir və
düşüncələrində yetkinləşən milli
ideologiyamzı ictimai şüurun aparıcı qüvvəsinə
çevirə bildi. Sözdən düşüncələrə
hoparaq, oradan də əməllərə keçən milli
ictimai şüur isə ilk milli dövlətin yaranmasına gətirib
çıxarması ilə dahi Fizulinin vəsf etdiyi “Əlahəzrət
Söz” ün qüdrətini və təntənəsini
nümayiş etdirdi. 140 yaşlı Milli mətbuatımız,
Sözün və söz sənətkarlığımızın
öz funksiyasında ən yüksək əməli nəticələrə
gətirib çıxardığı bu uzun yolun yeni dövr
mərhələsidir.
Milli mətbuatımızın yarandığı
dövr tarix üçün də yeni bir dövr idi. Bu,
Sözün sentimental və ruhani hissiyatların təsvirindən
real həyat düşüncələrinin ifadəçisinə
çevrildiyi, mifik qəhrəmanlığı göylərə
yüksəldən mücərrəd saray poetikasından
insanların düşüncəsinə nüfuz etməklə
ictimai şüuru təkmilləşdirən, milli
dünyagörüşünü formalaşmağa istiqamətləndirən
və bununla da söz yaradıcılığına
ictimai-siyasi çalarlar gətirən realist
yaradıcılıq mərhələsinə keçdiyi bir
dövr idi. Söz və fikir tariximizin bu mərhələsi
-140 illik mətbuat dövrü mübarizə, təkamül və
qələbələr dövrüdür. Ilk mətbu orqanımız
“Əkinci”nin işıq üzü
görməsindən dərhal sonra bir-birinin ardınca
açılan qəzetlərimiz ağır təzyiqlərlə
üzləşərək qısa müddətdən sonra
bağlanmalı olurdular. Buna baxmayaraq,
“Əkinçi”, “Ziya”, “Kəşkül”, “Kaspi” kimi mətbu
orqanlarımız ictimai-siyasi şüurun inkişafına əhəmiyyətli
təkan verdilər, insanların yeni həyat idealları
uğrunda mübarizəsinə yol aça bildilər. Həsən
bəy Zərdabi, Səid və Cəlal Ünsizadələr,
Seyid Əzim Şirvani, Sultan Məcid Qənizadə, Firudin bəy
Köçərli, Məmməd Kəngərli kimi milli ideya
daşıyıcılarımız milli mətbuatımızın
məktəb və ənənəsini yaratmağa nail ola bildilər. Heç təsadüfi
deyil ki, o zamankı naşirlər və qəzetçilər
peşə baxımından jurnalist deyildilər, lakin mətbuat
onlar üçün xalqın, millətin şüuruna
çatdırmaq istədikləri mütərəqqi
ideyaların yayılmasına və keyfiyyətcə yeni bir cəmiyyətin
yaranmasına nail olmaq üçün istifadə edə biləcəkləri
ən müasir vasitə idi. Ona görə
də XIX əsr ziyalılarımızın demək olar ki,
hamısının həyatı mətbuatla sıx
bağlı idi. XX əsrin əvvəllərində isə
Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə,
Üzeyir Hacıbəyli və digər ziyalılarımız
bu ənənəni davam etdirərək “Şərqi-Rus”, “Həyat”,
“Açıq söz”, “Molla Nəsrəddin” və digər məşhur
mətbu orqanlarımızı yaratmaqla artıq möhkəmlənməkdə
olan milli şüuru dövlətçilik şüuruna
yüksəldə bildilər. Məhz bu
insanların fədakarlığı və əzmkarlığı
sayəsində Azərbaycan milli şüuru elə yeni
dövrün başlanğıcında özünün
intibah mərhələsinə yüksəldi və tarixdə
ilk türk cümhuriyyətini – azad insan və demokratik cəmiyyət
nümunəsini yarada bildi. Mövcud olduğu qısa
zaman kəsiyində “İnsanlara hürriyyət, Millətlərə
istiqlal” bəyan etmiş ilk milli Cümhuriyyətimizdə
milli mətbuatımız azadlıq coşqusu ilə yüksəldi,
böyüdü və gənc dövlətdə sürətli
quruculuq və yaradıcılıq marafonuna əvəzsiz
töhfələr verdi. 1920-ci
ildə müstəqilliyimizə son qoyan imperiya milli mətbuatımızın
da müstəqilliyinə son qoydu. Imperiya nəzarəti
altında yaranan yeni sovet mətbuatı isə yalnız
bolşevik ideologiyasının imkan verdiyi özünəməxsus
formatda mövcud ola bilərdi. Buna baxmayaraq, milli mətbuatımız mübarizə
yolundan dönmədi. ictimai-siyasi
hadisələrə obyektiv münasibət bildirməyin
mümkün olmadığı ən çətin zamanlarda
belə milli mətbuatımız öz səylərini əhalinin
savadlanması, milli mədəni dəyərlərimizin qorunması
və ən başlıcası isə doğma ana dilimizin ədəbi
dil kimi təkmilləşməsi işinə yönəltdi. Milli-mədəni sərvətlərimizin, milli-mənəvi
dəyərlərimizin qorunub saxlanmasına misilsiz xidmətlər
göstərdi.
1991-ci ildə dövlət müstəqilliyimizin bərpası
Həsən bəy Zərdabidən gələn keşməkeşli
milli mətbuat yolunu yenidən işıqlandırdı və
artıq onlarla deyil, yüzlərlə mətbu orqanı millətin
azadlıq coşqusundan doğan əzmkarlıqla yeni cəmiyyət
quruculuğuna qoşuldular. 1998-ci ilin avqustunda
ümummilli liderimiz Heydər Əliyevin mətbuat üzərində
senzuranın ləğv olunması haqqında tarixi Fərmanı
isə milli mətbuatımızı əbədi
azadlığa qovuşdurdu, onun inkişaf yolunda intəhasız
üfüqlər açdı. Prezident
Heydər Əliyevin mətbuata özəl münasibəti, mətbuat
nümayəndələrinə qarşı sonsuz səmimiyyəti
və qayğıkeşliyi elan olunmuş müstəqilliyin hələ
kifayət qədər möhkəmlənmədiyi bir dövrdə
milli mətbuatımızı dövlət quruculuğu
işlərinə töhfələr verməyə sövq
edirdi. Lakin bir tərəfdən, ölkədə
hökm sürən müharibə şəraiti və digər
tərəfdən, yaranmaqda olan yeni iqtisadi münasibətlər
çərçivəsində maddi vəsait
çatışmazlığı milli mətbuatımızın
sərbəst inkişafını mümkünsüz edirdi.
Cari istehsal fəaliyyəti üçün mətbu
orqanlarının dövlət qurumlarına yaranmış
külli miqdarda borcları çoxsaylı qəzet və jurnalları
bağlanmaq təhlükəsi qarşısında
qoymuşdu. Ən çətin zamanlarda
milli mətbuatımıza xüsusi təəssübkeşliklə
yanaşan Heydər Əliyev o zaman da milli mətbuata dövlət
qayğısının unikal nümunəsini yaratdı.
Dövlət başçısının bu
borcların silinməsi haqqında sərəncamı mətbu
orqanlarına öz fəaliyyətini davam etdirmək
üçün yeni və daha geniş fürsətlər
yaratdı. Yeni ictimai-siyasi şəraidə meydana
çıxan fikir plüralizminin, çoxsaylı partiya və
qrup mənafelərinin, mətbuata xarici və daxili təsir cəhdlərinin
bir-birinə qarışdığı mürəkkəb,
lakin kifayət qədər geniş bir rəqabət
meydanında milli mətbuatımız “çəkişməklə
bərkişmək” mərhələsini də yaşadı.
Ən müasir dövrümüzdə isə Prezident
İlham Əliyevin mətbuata münasibətdə sərgilədiyi
səmimi dostluq münasibətləri milli mətbuatı və
mətbuat nümayəndələrini dövlətçilik mənafeyi
naminə ümummilli maraqlar ətrafında birləşməyə,
xalqın mənafeyinə xidmət etməyə səfərbər
etməkdədir. Bu gün Azərbaycan söz və fikir
azadlığının tam bərqərar olduğu, hər
bir vətəndaşın istənilən mətbuat orqanına
maneəsiz çıxışının təmin
olunduğu bir məkandır. Əhalinin
75%-nin internet istifadəçisi olduğu bir cəmiyyətdə
yeni texnologiyalara əsaslanan elektron kütləvi informasiya
vasitələrinin inkişafı mətbuatın daha
çevik, daha operativ fəaliyyət göstərməsi
üçün ideal şəraiti təmin edir. Lakin mübarizə davam edir. Çağdaş
dövrümüzdə yaranmış sərbəstlikdən
sui-istifadə etməyə çalışaraq, dövlətçiliyimiz
əleyhinə gizli-aşkar fəaliyyət göstərən
bir sıra xarici təşkilatların və 5-ci kolon nümayəndələrinin
bəzi mətbuat orqanlarını öz təsiri dairəsinə
salmaq cəhdləri bu günümüzün danılmaz
reallığıdır. Beynəlxalq
arenada öz milli maraqlarını qorumaqla müstəqil siyasət
yeritməyə cəhd edən yeni nəsil dövlətləri
üçün xarakterik olan bu hal ölkəmizdə də
müşahidə olunur. Bunun səbəbləri
də bəllidir. Əslində, dünya
siyasətinin cilovunu öz əllərində saxlamağa
çalışan güc sahibləri yeni inkişaf mərhələsinə
qədəm qoymuş ölkələr haqqında beynəlxalq
mətbuatda dezinformasiyalar yaymaqla həmin dövlətləri
müstəqil siyasət yürütməkdən çəkindirməyə
və beləliklə də, özlərinin siyasi təsir dairələrində
saxlamağa çalışırlar. Yerli-yersiz
ölkəmizdə mətbuat azadlığının
mövcudluğuna kölgə salmaq istəyən bəzi beynəlxallq
təşkilatların vaxtaşırı hücumları da məhz
bu məqsədə xidmət edir. Lakin belə
cəhdlərin əvvəl-axır uğursuzluğa məhkum
olacağı artıq heç kimdə şübhə
doğurmur. Çünki ötən illər
ərzində Azərbaycanda dövlət-mətbuat-cəmiyyət
üçbucağının elə bir konstruktiv
konfiqurasiyası formalaşmışdır ki, bu
qarşılıqlı münasibətlər sistemində Azərbaycanın
müstəqilliyinin qorunması, Azərbaycan xalqının mənafeyinin
və milli maraqlarının müdafiə edilməsi
bütün tıərəflər üçün prioritet
hesab olunur. Mövcud münasibətlər
sistemi hər bir vətəndaşın fərdi
maraqlarından, hüquq və vəzifələrindən
başlayaraq dövlətin milli maraqlarına və vətəndaş
qarşısında öhdəliklərinə qədər
ictimai-siyasi həyatın bütün səviyyələrində
qarşılıqlı etimadı özündə ehtiva edir.
Məhz belə bir münasibətlər sistemi
dövlət-cəmiyyət vəhdətinin təməlini təşkil
edir. Dövlətlə xalq arasında
hökm sürən vəhdət isə öz növbəsində
Azərbaycan müstəqilliyini əbədi, dönməz və
sarsılmaz edən başlıca amildir. Azad cəmiyyət
və güclü dövlət tandeminin döğurduğu bu
vəhdətin daha da möhkəmlənməsində milli mətbuatımızın
rolu həlledicidir
Cavanşir Feyziyev
Fəlsəfə doktoru, millət vəkili,
Azərbaycan Mətbuat
Şurasının İdarə Heyətinin üzvü
Xalq cəbhəsi.-2015.-
23 iyul.- S. 5.