Uşaqların dünyasını necə
qoruyaq?
İnsan uşaqlığın gözəlliyini
dadmamış gəncliyin selinə, tufanına düşür
İnsan ömrünün üç əsas dönəmi var: uşaqlıq, gənclik, qocalıq. Tarix boyunca demək olar, bu dönəmlərin üçünü də insanlıq mahiyyətinə uyğun yaşayan barmaqla sayılacaq sayda insanlar olub. Çünki adamlar daha çox arzulayıblar, ancaq gerçəkdə istəklərinə yetə bilməyiblər. Uşaqlığın şirinliyi gedir, əlçatmaz romantikası itir, insan uşaqlığın gözəlliyini dadmamış gəncliyin selinə-tufanına düşür. Özül (təməl) düzgün qurulmadığından gənclik dönəmi də düz yaşanmır. Ailəsizlik fəlakəti özünü açıqca göstərir. İnsanın özüylə, həyatla, dünyayla birliyi baş tutmur, yadlıq baş alıb gedir. Qocalıq yaşına yetən insan qocalığın ucalığına qovuşa bilmir, onda yaşamaq bütünlüklə dəyərsizləşir. Çox zaman insan uşaqlıq çağından bəri darıxır, özünü tapa bilmir. Hiss edir ki, “nəsə çatmır”: dərdini deməyə bir kəs yox, orta məktəbdə sənə az qala bütün elmləri öyrədirlər, insanın anatomiyasını belə bilirsən, ancaq özünün insani-mənəvi cəhətlərini bilmirsən. Təhsil müəssisəsi – məktəb məbəd sayılmayınca bu, belə olacaq.
Orta və ali məktəbdə öyrədilən təhsil insana çatmır, onu var etmir. Gərək öyrədən insanlığın mahiyyətinə yetsin ki, başqasına da öyrədə bilsin. İnsan yaşamının ayrı-ayrı dönəmləri var, mahiyyəti isə birdir – insanlıq. Ona görə də ayrıca “uşaq ədəbiyyatı”, “uşaq musiqisi”, “uşaq rəssamlığı” anlayışları və s. uşaqlıq hikmətinin aşkarlanmasına qarşı olur. Çünki bu cür yaradıcılıq ölçüləri uşağı uşaq saxlayır, uşaqlıq hikmətinə qovuşmağa qoymur.
İnsan uşaqlıq hikmətinə necə yetə bilər? Uşaqlığın mahiyyətini anlamaqla. Uşaqlıq hikmətinə yetən gəncliyin, qocalığın da mahiyyətini anlamış olur. Gənc gəncliyin mahiyyətinə nə zaman yetməlidir? Əgər qocalanda da yetməyəcəksə? İnsan ömrün yetkin çağında ömrün məqamlarının mahiyyətini dərk edə bilər. İnsanlığın mahiyyət üstə yaşam təcrübəsi yarandıqca uşaqlıq hikmətinin dərki də tezləşəcək. Özünə, insanlığına yetən başqalarının da insanlığa yetməsinə yardımçı olacaq.
Hər il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi qeyd olunur. Ancaq hələ ki, dünyada uşaqların müdafiəsi problemi həll olunmayıb. Əgər dünyada qan-qada, müharibə gerçəkliyi qalırsa, uşaqların hansı beynəlxalq müdafiəsindən danışıla bilər? Dünyada insan alveri tüğyan etməkdədir ki, bunun da qurbanı daha çox uşaqlar və qadınlar olur. Əgər dünyada insansızlıq insanlığı üstələyirsə, o zaman uşaq mövzusuna belə münasibət dünyanın təbii səviyyəsi sayılmalıdır.
Uşağa insani münasibət ilk sırada ailədən başlayır. Müasir zaman ailəçiliyə qarşıdır. Yüzillərdir ki, incəsənətin müxtəlif sahələri sirli-sehrli qadın dünyasının əsrarəngizliyi, özünəməxsusluğu barədə yazır, mövzu bitmək bilmir ki, bilmir. Qadının ən böyük hünəri analıqdır. Dünyanın bir tərəfində baş verən hadisə az sonra o biri tərəfində insanda reaksiya doğurur. Bunun zərbəsi isə ilk növbədə ailələrə, ailələrdə böyüyən uşaqlara dəyir. Zamanın bütün dəyişkənliyinə, ziqzaqlarına davam gətirmək, ailəni qorumaq, milli mentalitetin tələblərinə daim əməl etmək son dərəcə çətin məsələdir. Ancaq bu, həm də olduqca vacibdir. Müxtəlif yönlü informasiyalar ailələrdə stresslərə də səbəb olur. Uşaqların sağlamlığını qorumaq və gigiyena qaydalarına ciddi əməl etmək valideynlərin borcudur. Şəxsi gigiyena çox məsələləri əhatə edir: səmərəli gündəlik reyim, bədənə qulluq (dəriyə, ağız boşluğuna, saçlara, əllərə, ayaqlara qulluq və s.), geyimin gigiyenası, zərərli adətlər və onlarla mübarizə tədbirləri və s. Mütəxəssislərin fikrincə, günün reyiminə düzgün əməl etdikdə orqanizmin yaxşı inkişafı təmin olunur, uşaqların sağlamlığı möhkəmlənir, qüvvəsi, təhsilə həvəsi artır, xəstəliklərə və kəskin iqlim dəyişmələrinə qarşı davamlı olurlar. Bu reyimi pozmaq və ya vaxtını dəyişmək yaxşı nəticə vermir. Uşaqların düzgün qidalanmasının da böyük əhəmiyyəti var.
Uşaq dünyası sirli-sehrli olur. Bu dünyanın ifadəsi ilə bağlı Azərbaycan ədəbiyyatında xeyli nümunələr yaradılıb. Azərbaycanda uşaq ədəbiyyatının tanınmış araşdırıcısı, professor Qara Hamazovun fikrincə, müstəqillik illərində çap olunan uşaq əsərlərini ənənəvi olaraq 3 qismə bölmək olar: yeni yaranıb çap olunan uşaq əsərləri, klassiklərimizin uşaq əsərlərinin təkrar nəşri və dünya uşaq ədəbiyyatından tərcümələr. Yusif Həsənbəyin "Sular ayna olanda", Ələkbər Salahzadənin "Yanıltmaclı əlifba", Davud Aslanın "Ağ göyərçinim", Əziz Kərimin "Çəkməli ayı", Qaçay Köçərlinin "Qanlı hekayələr", Tofiq Qaraqayanın "Uçan nəğmə", Nizami Paşa Saraclının "Balam niyə bal dadır?", Teymur Elçinin "Babalar, nənələr, nəvələr", Gülhüseyn Hüseynoğlunun "Kişi kimi", Zahid Xəlilin "Odlar yurdunun paytaxtı", Pərviz Hadinin "Qaranquş yuvası", Mahirə Əliyanlının "Türk oğlu, türk qızıyam", Aləmzər Əlizadənin "Göyün işığı", Sultan İsmayılın "Ağ gül, Ağa gül, Ay gül", Rafiq Yusifoğlunun "Aylı cığır", Əzizə Əhmədovanın "Göz kürəsi hörümçəklər ölkəsində", Rüzgar Əfəndiyevanın "Lalənin ləçəyi", Əliağa Yasinzadənin hərbi vətənrərvərlik mövzusunda sənədli hekayələri və rovestlərini, Əli Səmədlinin
müxtəlif yaşlı uşaqlar üçün yazdığı hekayə, povest, nağıllar, ryeslər, "Çinarlı şəhərin nəğmələri" şeirlər torlusunu və s.-i göstərmək olar. Bu müəlliflərin bəziləri 20-30 ildir ədəbi yaradıcılıqla məşğul olur, oxucular arasında çoxdan tanınır. Uşaq poeziyasını yaradanlardan xüsusilə İlyas Tapdıq, Məstan Günər, Məmməd Aslan, Zahid Xəlil və başqaları elə bil yeni nəslə mənəvi-estetik zövq vermək üçün yaranıblar".
Uşağın uşaqlıq hikmətini aşkarlaya biləcək nümunələr o qədər axıcı, ruhlu, inandırıcı olmalıdır ki, onu oxuyan uşaq orada gələcək həyatını görə bilsin, həyata, yaşamağa inamı daha da artsın. Ədəbi nümunələr o dərəcədə əbədiliyə, sonsuzluğa hesablanmalıdır ki, o, uşaqlıq hikmətini də, uşaq ağlını, istəyini də özündə yaşatsın, təsdiq eləsin. Ən azı bu cür nümunələr çox ciddi olmalıdır. Qəşəm Həcəfzadənin fikrincə, uşaq ədəbiyyatı da böyük ədəbiyyatın içərisindədir və ədəbiyyatdır. Kim deyə bilər ki, Cəlil Məmmədquluzadənin məşhur "Buz" hekayəsi uşaqlar üçündür, böyüklər üçün deyil? Yaxud da "Saqqallı uşaq". Ənvər Məmmədxanlının "Buz heykəl"i təkcə uşaqlar üçündürmü? Yəni xüsusi olaraq "uşaq ədəbiyyatı", "böyük ədəbiyyatı" termini yoxdur. Sadəcə olaraq belə mövzular dərsliklərə salınanda bunların pedaqoyi tərəfi - uşaqların yaş səviyyəsinə uyğun şərti olaraq adlanma meyarları olur. Səhhətin, Şaiqin, Sabirin yaratdıqları obrazlar onlara məxsusdur. Bu şeirləri o vaxt yazıblar ki, o zaman indiki səviyyədə dəftər-kitab yox idi. Məqsəd uşaqların dilini inkişaf etdirmək idi. İndi internet əsridir, passiv düşüncə tərzindən uzaqlaşmaq lazımdır. Uşaqlar üçün daha fərqli obrazlar tapılmalıdır. Uşaq ədəbiyyatı uşaq folklorundan uzaq düşməməlidir. Zaman-zaman uşaq ədəbiyyatını da şişirdilmiş, üfürülmüş, yalançı pafoslar, uşaq qəhrəmanları ilə doldurublar. Bu mənada uşaqların anlaya biləcəyi daha ciddi və daha ağıllı nümunələr yaradılmalıdır".
Qara Namazov: "Bu gün biz hiss və duyğularımızı oxuyub-yazan kompüter zamanında yaşayırıq. Bu gün bəşəriyyətin ən yeni kəşflərini elmə bələd olan qələm sahibləri adi anlaşılan hekayələr vasitəsilə yeniyetmələrə öyrətməlidirlər. Dünya günü-gündən dəyişir, dünənki yenilik bu gün köhnəlir, insanlar daha yenisini gözləyir".
Heç bir insan anadan
bilikli, kamil doğulmur. Ona görə də
hər bir insan məktəb keçir, müəllimlərdən
təhsil alır, onda həyat, insani münasibətlər,
təbiət, dünya
haqqında təsəvvürlər
yaranır, möhkəmlənir.
Təhsilin mayasında ilk növbədə
inam durur. Ümumiyyətlə, inam olmasa, insan addım ata bilməz. İnanırsan ki, yeriyirsən,
inanırsan ki, oxuyursan, oxuduğuna inanırsan. Bilik insana
məhz insanilik üçün, özünü
əvəzsiz, müstəqil
varlıq olaraq təsdiq etmək üçün gərəkdir.
İnsanilik tələbi insanı
Vətənə sevgi
üstə kökləyir.
Təhsilin xüsusən uşaqların,
gənclərin həyatında
rolu təkcə sistemli bilgi verməkdənmi ibarətdir?
Nədən bu gün məktəbə münasibət
əvvəlki kimi ehtiraslı deyil? Bu gün hətta
ən imkansız ailə belə balasına məktəbli forması, dəftər-kitab
alır, maddi ehtiyaclarını həll
edir. Ancaq hamı məhz
əvvəlki onillərin
təhsilini nostalyi ilə xatırlayır.
Səbəbi hər şeydən
əvvəl insan xarakterinin biryolluq köklənməməsi ilə
bağlıdır. Bugünkü təhsil adamlara tam çıxış yolu göstərə bilmir, mənimsənilmiş biliklər
insanın yenilməz dünyabaxışının formalaşmasına
gərək olmur, dəyişkən əhval
biliyə ardıcıl
yiyə dura bilmir. Bilik çoxluğu səhrada
qumun çoxluğundan
fərqlənmir. Yəni beləliklə,
çox şeyi bilən əslində özünü bilmir.
Təhsilimiz insanı anatomik
cəhətdən öyrənir,
ancaq onun insani-mənəvi dünyasını
böyük mənada
öyrənməyə cəhd
etmir. İndi neyləməli? Müəllimin ciddi, müqəddəs
obrazının yaradılmasını
necə gerçəkləşdirməli?
Uşaq özünə,
qeyri-adi imkanlarını
aşkarlayacağına inanmasa,
oxuduğu kitabı özümləşdirməyəcək, ona görə təhsilin effekti az olacaq.
Nədən fanat müəllimlərimiz
azdır? Nədən
Azərbaycan məktəbi
məbəd səviyyəsində
şagirdə, müəllimə,
lar elə
valideynlərə doğmalaşmır?
Məhz uşaqların təhsidlə
sevgisinin yaradılması
ilk növbədə insan
amili, onun dəyərləndirilməsi ilə
bağlıdır. Bu gərəkli məsələdə
Azərbaycanın milli
təhsili köməkçi
olmaq istəyirsə,
ilk növbədə məktəbin
mənəvi təməlinin
möhkəmləndirilməsinə yönəlik addımlar atılmalıdır: milli
dəyərlərə münasibət,
xalqın müqəddəsliyinə
münasibət amili öndə olmalıdır.
Sonda
professor Qara Mustafayevin
bir fikrini xatırlayaq: "İnsan
heyvandan fərqli olaraq təbiətin qanunlarından uzaqdır. Hesab edirəm ki, insan cəmiyyətləri
həmişə düz
olmayan qanunlarla yaşayıb. Bu qanunlar da insanları
çətinliklərdən azad edə bilmir.
İnsan
balası dünyaya gələrkən onu bağrına basıb böyüdür. Baxmır ki,
bu, normaldır, ya şikəstdir. Baxırsan ki, xəstə adamlarla sağlam adamlar ailə qururlar, nəticədə
yeni nikahlardan çoxlu şikəst uşaqlar doğulur.
Belə-belə şikəst, xəstə
nəsillərin yaranması
davam edir, cəmiyyətimiz isə bu səbəbdən daim problemlərdən qurtula bilmir. Qəribədir ki, cəmiyyət
bu sarıdan problemlərini artırdığı
dərəcədə təbiətin
inkişafı daim özünü təmizləməklə
müşaiyət olunur".
Uğur
Xalq Cəbhəsi.- 2015.- 2 iyun.- S.15.