Ermənilər özləri soyqırımın təşkilatçısı və icraçıları olublar

 

Düşmənlərimiz bu gün öz məkrli niyyətlərindən əl çəkməyiblər

 

Tarixən xalqımıza qarşı düşmən olan ermənilər bu gün öz məkrli niyyətlərindən əl çəkməyiblər. Dünya mahiyyətcə siyasət, antiinsanilik üstə yaşadığından erməniçilik özünü rahat hiss etməkdədir. Dr. Mehmet Rihtimin araşdırmasında vurğulayır ki, insan həyatında baş verən hər bir hadisənin özünə məxsus tarixi var. Lakin tarixdə «erməni məsələsi» ya başqa sözlə desək, erməni saxtakarlığı - tarixin birbaşa özünə edilən saxta müdaxilədir, ermənilər özləri bunu böyük siyasət hesab etsələr onun əsl mahiyyəti düşmənçilik, nifaq, özünün yaşadığı yerlərdə silahı münaqişə, hiylə, özü günahkar ikən, dünyaya öz məsumluğu haqqında car çəkmək, xəyanət. sairdir. Onun tarixi çox qədimdir bu gün davam etməkdədir: “Bu mənfur, bədxah niyyətlərin acı meyvəsi göz qabağındadır: talan olmuş şəhərlər, öldürülmüş ya şikəst edilmiş qurbanlar, öz yurdunda, ölkəsində qaçqına dönmüş yerli əhali, müharibələrin doğurduğu aclıq, məhrumiyyət”.

Bu yerdə o, erməniçiliyin üzünü açan bir kitab haqqında fikrini bölüşür: “Erməni məsələsi. Yalanlar. Gerçəklərkitabının müəllifi Yusif Qazıyev özü əslən Qərbi Azərbaycandan olub, 1988-ci ildə vətənindən zorla köçürülmüş, erməni haqsızlığına uğramış, öz gözlərilə erməni vəhşətini görmüş, qırğın talanların canlı şahididir. Müəllif erməni daşnaqları tərəfindən türk-müsəlman xalqlara qarşı həyata keçirilən soyqırımların çox geniş mənzərəsini verməklə Qafqaz, Anadolu, bugünkü İran ərazilərində - Cənubi Azərbaycan bölgələri üzrə bu qətliamın, qana susamış erməni daşnaqların qəddarlıqlarının dəqiq bütöv miqyasını göstərir. Kitabda ermənilərdə düşmənçilik, xəyanət, xain niyyətlərin formalaşması, qan qoxuyan «milli» komitələrin fəaliyyəti, bu mənada böyük dövlətlərin əlində onların qorxunc alətə çevrilməsi, ermənilərin bu istiqamətdə həyata keçirdiyi qanlı tədbirlər, erməni terror təşkilatları geniş ölçüdə təqdim olunur. Kitabın Bakı qırğınına, Şamaxı faciəsinə həsr olunmuş, belə çətin zamanda köməyə yetişən Qafqaz İslam Ordusunun qurtuluş hərəkatına həsr olunan səhifələri həyəcanla oxunur.

İndi belə kitablara böyük ehtiyac hiss olunur. Türk müsəlman əhaliyə qarşı baş verən tarixi haqsızlıqlara, xalqın düçar olduğu faciələrə, ermənilərin zaman-zaman törətdiyi qanlı ixtişaşlara düzgün qiymət vermək, ermənilərin yerli türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi cinayətkar əməllərinə siyasi, hüquqi qiymət verilməlidir.

I Dünya müharibəsi cəbhələrində rus ordusu tərkibində, ələlxüsus Qafqaz cəbhəsində ermənilər vuruşurdu. Eləcə Osmanlının özündəki ermənilər dinc oturmurdular, silahlarını götürüb qaçaraq rus ordusuna qoşulurdular. Min ilə yaxın türklərin idarəsi altında çox rahat, firavan bir həyat yaşayan, hər cür insani haqdan hər kəsdən çox faydalanan ermənilər, həmişə ölkənin ağır vəziyyətində xəyanət yolunu tutmuşlar. Ruslara ölkəni parçalamaq niyyəti bəsləyən digər böyük dövlətlərə arxalanaraq özlərinin yaşadığı məmləkətə öz içindən zərbə endirmişlər. Ölkənin şərqində quldur həyatı keçirən ermənilər köməksiz qalan türk kəndlərinə xaincəsinə basqın edirdilər. Ölkənin şərq bölgələrində ermənilərin fəaliyyəti gizli quldur hərəkatı xarakteri daşıyırdısa, Van Bitlisdə açıq mübarizə aparırdılar. Burada Van mərkəz olmaqla ermənilər dövləti deyil, öz milli komitələrini tanıyırdılar. Rusların Türkiyə sərhədlərini pozub keçməsiylə ermənilər açıq müharibəyə keçdilər.

Əslində ermənilər özləri soyqırımın təşkilatçısı icraçıları olmuşlar. Çar ordusunda rus komandası altında hərəkət edən erməni quldur birləşmələri kənd şəhərləri xarabaya çevirmiş, təkcə Şərqi Anadoluda deyil, müsəlmanlar yaşayan Tiflisdə, Batumda, Azərbaycanda, İranın Xoy Səlmas bölgələrində kütləvi qırğınlar həyata keçirmişlər. 1919-cu il 25 fevralda sədrəzəm Tevfiq Paşa Paris konfransındakı məruzəsində rus ordusunun Şərqi Türkiyənin işğalı zamanından bu tarixə qədər ermənilərin 1 milyon türkü öldürdüklərini bildirirdi. Get-gedə ermənilərin törətdiyi qətl-qarətlərin miqyası genişlənməyə başlayır, talan və soyqırım böyük vüsətlə irəliləyir”.

Artıq Rusiyada bir-birini təqib edən çevrilişlərdən sonra əmələ gələn qarışıqlıqlar nəticəsində Bakıda hakimiyyəti ələ keçirən bolşevik hökumətinin komissarı seçilən Şaumyanın fəaliyyətə başlaması ilə silahlı erməni birliklərinin Bakıya cəlb olunması işi də sürətlənir: “Mart qırğını ərəfəsində artıq Bakı partlamağa hazır olan bir neft çəninə bənzəyirdi. Ermənilər Azərbaycanda 1918-ci ilin mart-aprel aylarını əhatə edən kütləvi qırğınlar keçirdilər. Bakını, Şamaxı, Qubanı, Qarabağı və Azərbaycanın bir çox bölgələrini günahsız insanların qanı ilə suvardılar, yüzlərlə kəndi od-alovlar içində yandırıb məhv etdilər. Erməni vəhşətinin tüğyan etməsindən başlayan bu qanlı tarix özünün 100 illiyinə çatdı. Bu müddət ərzində erməni daşnaqları öz məkrli və xəyanətkar hərəkətlərini zaman-zaman davam etdirməkdədir.

Kitabda 1905-1907 ci il qırğınları, I Dünya müharibəsi dövründə erməni vəhşiliyi, Azərbaycan bölgələrində baş verən kütləvi qırğınlar, Stalin irticası dövründə öz daşnak paltarlarını sovet qulluqçusu libası ilə dəyişmiş, məfkurəsi məsləki türk-müsəlman düşmənliyi olan bu mənfurların xəyanəti, Qərbi Azərbaycanda Azərbaycan türklərini elliklə çıxarmaq qərarları və onların acı nəticələri işıqlandırılır. Kitabda artıq şahidi olduğumuz hadisələr, acısını yaşadığımız bugünkü məhrumiyyətlər, ağır faciələr, 20 Yanvar qırğını, Xocalı faciəsi, Ermənistandakı əsir düşərgələri, erməni terror təşkilatlarının vəhşətləri, 20 faiz torpağını itirən Azərbaycanın qayğıları, həmin doğma ərazilərdə məhv olan maddi-mədəniyyət abidələrinin üzüntüləri fonunda həqiqətən tarixin bağrına zorla yeridilmiş “erməni məsələsi”nin riyakar, saxta həm də qanlı mahiyyəti üzə çıxır. Bu, həqiqətən müəmmalı bir düyün, qanlı bir nifaq kimi qarşıda duran bir problemdir, saxtalıqla yoğrulmuş, bədxah niyyətlərin doğurduğu zalımanə bir sualdır.

Az qala bütün Avropa dövlətlərinin onun yalan ağlaşmalarına inandığı, bütün tökülən qanlara səbəb olan, yıxıq evlərin, yandırılan yurd-yuvanın əsil səbəbkarı olan qana susamış ermənilər digər tərəfdə ürəyindəki səmimiyyəti, təmiz niyyəti dillərinə gətirib deyərkən də kimsədən bir kömək, təsəlli görməyən günahsız bir xalq. Yalanları, gerçəkləri sanki ayırmaq bu qədər çətinmiş? Əsərdə bu üzdən az qala drammatik səhnələr təsiri bağışlayan hissələrə də rast gəlinir.

Kitabda ermənilərin xəstə ideyaları olan «Böyük Ermənistan» sayıqlamaları, saxta erməni soyqırımı nağılının ifşası hər zaman mərkəzdə dayanır. Habelə sovet hakimiyyəti illərində Azərbaycan türklərinin həyatında baş verən faciələr, 1918-ci ildə Azərbaycan bölgələrində həyata keçirilən soyqırımı tədqiq edən fövqaladə təhqiqat komissiyasının qənaətləri, erməni terroruna aid ətraflı məlumatlarla bağlı bölmələrin də maraqla qarşılanacağı şübhəsizdir. Əsər geniş bir dövrü əhatə etməklə özlüyündə çox kəskin və ziddiyyətli hadisələrin cərəyan etdiyi, olduqca mürəkkəb bir zamanı təsvir edir”.

Vüqar Əhmədin fikrincə, heç bir tarix kitabı xalq şeirlərindəki kimi bizim tariximizi bu qədər aydın, anlamlı şəkildə bizə anlada bilmir:

 

Xalqa qətliyam olub,

Dəhşətli qiyam olub,

Dığaların hər işi

Allaha qiyam olub.

 

Dığalar süləkdilər,

Yırtıcı köpəkdilər,

Şamaxıya od vurub

Bakıya dağ çəkdilər.

 

“Bu bayatılar 1918-ci il daşnak-bolşevik neofaşist ordu birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən, Bakıda, Şamaxıda, Qubada və başqa yerlərdə Azərbaycan xalqına qarşı törətdikləri insanlığa sığmayan soyqırım zamanı ixtiyar bir insanın dilindən deyilib. Məlumdur ki, Sovetlər dönəmi zamanı erməni cəlladları tərəfindən törədilən bu soyqırım riyakarcasına ört-basdır edilir, onun əvəzində isə tarixçilər uydurma tarixlər, yazıçı-şairlər azərbaycan-erməni qardaşlığından uzun-uzadı poemalar, romanlar, povestlər yazır, Azərbaycan xalqını qırğından, genosiddən xilas eləməyə gələn Qafqaz İslam Ordusu, onun başçıları Ənvər paşa, Nuru paşa, Qarabəkr paşa haqqında isə ağıllarına gələni uydurur, necə deyərlər, bişmiş toyuğun gülməyi gələn böhtanlar yazırdılar. Lakin xalqın dilində gəzən xalq poeziyası nümunələri nəsildən-nəslə ötürülür və bununla da xalq əsl tarixini məhz bu bayatılardan, xalq poeziyası nümunələrindən öyrənirdi. 1918-ci ildə Bakıda və Bakı kəndlərində yeniyetmələr, gənclər tez-tez xorla bu bayatıları oxuyurlarmış:

 

Əzizim Nuru Paşa,

Gözümün nuru, Paşa.

Məhv etməkçün daşnakı,

Şir tək girdin savaşa.

 

Girdin meydana Paşam,

Döndün aslana Paşam,

Şanlı İslam qılıncın

Çaldın düşmana Paşam.

 

Türküm gəldi təpərlə,

Qalib gəldi hünərlə,

Çünki türkün savaşı

Daim bitib zəfərlə.

 

Göründüyü kimi, bu bayatılar 1918-ci ildə erməni daşnaklarının törətdikləri soyqırımların, eyni zamanda Qafqaz İslam Ordusunun qəhrəmanlığının, daşnak-bolşevik ordu birləşmələrinin üzərindəki şanlı zəfərlərin mənzərəsini olduqca aydın bir şəkildə bəyan edir. Xalqın dilindən deyilmiş bu səpkili xalq şeiri nümunələri kifayət qədərdir.

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 2 iyun.- S.13.