“Erməni məsələsi” - soyğunçuluq, qan, nifrət, dəhşət və fəlakətlər mənbəyi

 

I yazı

 

Ermənilərin çoxüzlüyü, vəhşiliyi, fürsətcilliyi haqqında kimlər yazmayıblar? Ingilis səyyahı Vilson yazır: «Ermənilər acgöz tamahkardırlar, fitnəkar araqarışdırandırlar, heç kəsi bəyənmirlər». Araşdırmaçı Yusif Qazıyev yazır ki, «Dəmir Aşot» romanında «erməni xəstəliyi»nin qorxunc simvoluna çevrilən Aşot deyir: «Mənim qılıncımdan türk qanı axıb töküləndə mən o qanı tapdalayanda rahat olacağam». Bu sözlər ermənilərin əbədi amalı, qantökmə hərisliyi, çirkin ehtirasıdır: “Ermənilərin «azadlıq fədaisi» hesab olunan Nalbandyan erməni gənclərinə vəsiyyətində yazır: «Ey erməni, əgər sən küçədə zəhərli ilan görüb öldürməyibsənsə, eybi yoxdur, ilandır... Lakin türk görüb öldürməyibsənsə, satqınsan, vicdansızsan, xalqının düşmənisən, sən erməni deyilsən...»

Erməni gəncliyinin beyinlərinin zəhərlənməsində, onların amansız terror tədbirlərinə qoşulması işində «tərbiyəvi» əsərlərilə mənfur rol oynayan Silva Kaputikyan - «Erməni uşağının beşikdə qulağına pıçıldamaq lazımdır ki, ey Tiqran, sənin əsas düşmənin türkdür» deyə artıq fikri dumanlanmış «Hayk oğullarına» iblisvari vəsiyyətini təlqin edir. Zori Balayan «Ocaq» əsərində türkləri insan əti yeyən, qaniçən kimi göstərmiş, onları ermənilərin böyük düşməni kimi qələmə verib. Dəhşətlisi isə odur ki, küyə düşmüş erməni xalqı da belə sərsəmlərin felinə uyaraq «Ocaq» əsərini qızlarına cehiz verirlər. Müasir dövrdəerməni məsələsibəşər həyatına bir bəla, «başağrısı» kimi daxil olub”.

Araşdırmaçıerməni məsələsi”nin mahiyyətini açır: “Erməni məsələsi soyğunçuluq, qan, nifrət, dəhşət fəlakətlər mənbəyi mənalarını ifadə edən bir məfhumdur ki, bu xəstə ideya uğrunda çarpışmalardan Yaxın Şərqdə, Anadoluda Qafqazda insanlar əsrlərlə əziyyət çəkmiş hələ yeni-yeni zülmlərə düçar olmaqdadırlar. Beləliklə «Erməni məsələsi»nin əsas komponentləri olaraq bunları götürmək olar: terrorçuluq, soyqırım deportasiya, qonşu xalqların mədəniyyət nailiyyətlərini özününküləşdirmək, qonşuların torpaqlarını zəbt edib əhalisini isə qırğına məruz qoymaq, paxıllıq məkrlilik, bu mənada ictimaiyyətdə hipnozçuluq saxtakarlıq, yalançılıq, talançılıq, qərəzçilik oğurluq, eqoizm kimi bəd hərəkət əməllər. Erməni qatı millətçiliyi şovinizminin tarixi Urartu dövlətinin dağılmasından başlasa da onun çiçəklənən dövrü Romanov sülaləsinin Rusiyada hakimiyyətə gəlməsindən başlayır. Bu, rus imperatoru I Pyotrun çarlığı dövründə daha geniş vüsət aldı ki, sonrakı rus çarları da bu kursu davam etdirdilər.

I Pyotr Cənuba göndərdiyi agentlərinə tapşırırdı ki, orada Rusiyanın arxalana biləcəyi qüvvə ya toplumu müəyyən etsinlər. Elə o vaxtlar aşkar edildi ki, satqınlıq xəyanət etmək xüsusiyyətlər ermənilərə xasdır. Erməni şovinizmi müasir dövrdə bütün dünya siyasətinə sirayət edir, imkan tapdığı dövrlərdə təxribatçılıq, terrorçuluq, böhtançılıq fəaliyyətini əldən qoymur. Onun əsas təzahür formalarından biri ondan ibarətdir ki, yaşadıqları dövlətlərin siyasi, iqtisadi, ideoloji durumuna zərbə endirmək, onlardan öz maraqları üçün istifadə etmək”.

Yusif Qazıyev bildirir ki, son iki əsr Azərbaycan türklərinin həyatında ən ağır dözülməz işgəncələr, qırğınlar deportasiyalarla yadda qalıb. Bu da təsadüfi deyil: “1801-ci ildə rus qoşunlarının Lori-Pəmbək bölgəsində İrəvan xanlığının ərazisinə daxil olması anından soydaşlarımız qaçqınlıq faciəsini yaşamağa məcbur olublar. Məhz həmin vaxtdan etibarən indi Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarından soydaşlarımız planlı şəkildə, mərhələ-mərhələ deportasiya edilib, soyqırımlara kütləvi repressiyalara məruz qalıblar. Azərbaycan türklərinin tarixi-etnik torpaqlarından didərgin salınması nəticəsində həmin ərazilərdə dünyanın hər bucağından köçürülüb gətirilən ermənilər məskunlaşdırılıb. 1828-ci ildə çar Rusiyası İran arasında imzalanmış Türkmənçay sülhündən sonra Azərbaycan əraziləri kütləvi şəkildə gəlmə ermənilərin «vətəninə» çevrilməyə başladı. İstər aparılan tədqiqlərdən, istərsə arxiv materiallarından məlum olur ki, 1826-1828-ci il Rusiya-İran 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən sonra Qərbi Azərbaycan ərazisinə köçürülən ermənilərin sayı süni şəkildə yerli türk-müsəlman əhalisinin sayına çatdırılmışdı. Təkcə İrəvan şəhərində köçürülmədən sonra 11436 nəfərlik əhalinin 6000-ə yaxınını ermənilər təşkil edirdi. Ümumilikdə isə 1828-1830-cu illərdə Azərbaycan ərazilərinə Türkmənçay müqaviləsinə (1828) əsasən 40.000 İran ermənisi, Ədirnə sülh müqaviləsinə (1829) əsasən isə 84.000 Türkiyə erməniləri köçürülmüş onların da böyük hissəsi Yelizavetpol İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirilmişdi. Məhz bu dövrdən başlayaraq Azərbaycanın qərb torpaqlarında ermənilərin yerləşdirilməsi yaxın gələcəkdə yerli azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlardan, soyqırımı deportasiyadan xəbər verirdi. Bu baxımdan erməni soyqırımı mifinin erməni terrorunun araşdırılması, eləcə ifşası artıq dövrün aktual probleminə çevrilib.

Bizim eranın son iki əsri (1801-1991) ərzində Qafqazda müsəlmanlara qarşı çar Rusiyası tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə soyqırımı siyasəti nəticəsində Azərbaycan xalqı, o cümlədən Qafqazın digər müsəlman türk soylu xalqları (Ahıska türkləri, qaraçaylılar, kabardalılar, balkarlar, noqaylar, inquşlar, çeçenlər, avarlar, tatarlar s.) ağır mərhumiyyətlərə, milli faciələrə məruz qalıblar. Hətta çar Rusiyasının müstəmləkələrdə apardığı ruslaşdırma siyasətinin nəticəsi olaraq bir çox kiçik etnik xalqların izləri belə itib. Etnik təmizləmə çar Rusiyasının, həmçinin onun sonrakı varisi Sovet İttifaqının dövlət siyasəti səviyyəsində başlıca proqramı olub.

I Pyotrun hakimiyyəti dövründən başlayaraq XX əsrin sonunadək (1991) davam edən dövrdə rus sovet imperiyaları Azərbaycan Anadolu türklərinin torpaqlarının işğalına onların soyqırımına girişiblər. Belə ki, I Pyotr Rusiya imperatoru elan edildikdən sonra, Qara dənizə, dənizə, Qafqazlara Xəzəryanı ərazilərə yönəltdiyi siyasətin nəticəsində 1723-cü ildə Bakının, Şimali Cənubi Azərbaycanın bir çox əyalətlərinin (Dərbənd, Gilan, Mazandaran) zəbt edilməsinə nail oldu. I Pyotrun vəsiyyətnaməsindən aydın olur ki, Türkiyə və İranla bərabər müsəlman ölkələrinin, o cümlədən Avropada Prussiya və Avstriyanın ərazilərinə də göz dikilib. Pyotr Orta Asiya və Əfqanıstandan Hind okeanına çıxmaq fikrində idi. O, imperiya planları uğrunda əlindən gələni əsirgəmirdi. Mənbələrin birində deyilir ki, 1711-ci ildə Prut yürüşü əsnasında Rusiya çarı I Pyotr türk qoşunlarının mühasirəsinə düşür, sağ qalmaq üçün paşalara yalvarır…

I Pyotr general-mayor Matyuşkinə tapşırıq vermişdi ki, ruslar tərəfindən zəbt edilmiş Azərbaycan torpaqlarından müsəlmanları köçürüb əvəzinə orada rusları, erməniləri, yaxud digər xristian xalqlarından olan adamları yerləşdirsin. Həmçinin o, özünün İstanbuldakı səfiri Rumyantsevə tapşırmışdı ki, əgər Osmanlı Türkiyəsi etiraz etməzsə, ruslar tərəfindən zəbt edilmiş ərazilərdə yaşayan müsəlmanlar Osmanlı türklərinin ölkəsinə köçə bilərlər. Bu məqsədlə türklərə hər vasitə ilə yol tapmaq lazımdır.

I Pyotrun işğalçılıq siyasətini sonrakı rus çarları (xüsusən II Yekaterina, I Aleksandr, I Nikolay) müntəzəm olaraq zəbt edilmiş ərazilərdə yerinə yetiriblər. II Yekaterina 1796-cı ildə Azərbaycana yürüş edən rus generalı Qraf Valerian Zubova belə bir tapşırıq vermişdi ki, «Muğanı ələ keçirdikdən sonra orada bir qala tikdirsin, adını «Yekaterina serd» («Yekaterinanın ürəyi») qoysun və orada iki min cavan rus əsgəri məskunlaşdırsın. Həmin əsgərləri erməni və gürcü qızları ilə evləndirsin, onları xüsusi torpaq sahəsi və silahla təmin etsin”.

Araşdırmaçı Y.Qazıyev bu qənaətə gəlir ki, türk soyqırımları düşünülmüş və planlaşdırılmış şəkildə, tarixi məqamlardan və baş vermiş şəraitdən asılı olaraq mərhələlərlə həyata keçirilib. Belə ki, Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının parçalanmasının, onun tarixi torpaqlarının bölünməsinin əsasını qoydu. Ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.

Çar Rusiyasının Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirdiyi işğalçılıq və soyqırımı siyasətinin carçılarından olan Rusiyanın İrandakı səfiri Aleksandr Qriboyedov Peterburqa öz hesabatında yazmışdı: «... Bu millət birdir və hamısı özünü türk sayır. Azərbaycanı ya biz bütövlükdə işğal etməliyik, ya da parçalayıb Arazdan şimalda yaşayanlara «Oğuz» və ya «Tatar» adı qoymaqla onlara bir-biri ilə ayrı-seçkiliyi təbliğ etməliyik».

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında «Erməni vilayəti» adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində Azərbaycan türklərinin öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu; bu zamandan mənfur «Böyük Ermənistan» ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma xəyali dövlətin Azərbaycan torpaqlarında yaradılmasına «bəraət qazandırmaq» məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edir. I Dünya müharibəsi nəticəsində Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz başabəla iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular”.

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 3 iyun.- S.13.