“Birinci
Avropa Oyunlarıı...”
Vüqar
Bayramov: “ Yalnız
geosiyası deyil, eyni zamanda iqtisadi
əhəmiyyətə malikdir”
İqabal
Məmmədov: “Sülhsevər
və qonaqpərvər
xalqımızı dünya
ictimaiyyətinə tanıtmaq
baxımından olduqca
əhəmiyyətlidir”
Vahid Əhmədov: “Azərbaycana
həm iqtisadi, həm də siyasi baxımdan böyük faydalar verəcək”
Ramiz Alıyev: “Bunun kimi böyük idman yarışlarının
ölkəmizdə keçirilməsi
Azərbaycana olan inamın və etibarın təzahürüdür”
Birinci Avropa Oyunların ölkəmizdə
keçirilməsi ilə
bağlı müxtəlif
beynəlxalq təşkilatların
apardığı qərəzli
"qara piar" kampaniyaları iflasa uğrayır. Azərbaycanda sözügedən oyunlara yüksək hazırlıq səviyyəsi
və bu təşəbbüsün yalnız
geosiyasi, mədəni
deyil, eyni zamanda strateji iqtisadi təsirləri bir daha təsdiq
edir ki, ölkəmiz qlobal baxımdan möhtəşəm
tarixi hadisəni reallaşdırır. Bu fikirləri iqtisadçı
alim Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, açılış
mərasimində iştirak
etmək üçün
ölkəmizə gələcək
rəsmi şəxslər,
jurnalistlər və artıq tursitlərin Bakıda artan sayı, eləcə də bu oyunların
tanıdılması ilə
bağlı dövlətimiz
tərəfindən aparılan
tanıtım kampaniyaları
Birinci Avropa Oyunlarının sadəcə
Azərbaycan deyil, eləcə də qitə üçün əhəmiyyətini göstərir:
"Oyunlar dünyanın
aparıcı mətbu
orqanları tərəfindən
yayımlanması ilə
bağlı əldə
edilən çoxsaylı
razılaşmalar isə
bir daha ölkəmizə qarşı
qərəzli piar kampaniyası aparan beynəlxalq təşkilatlarının
bütün cəhdlərinin
iflasa uğradığını
göstərdi".
Vüqar
Bayramov deyib ki, qərəzli qara piar kampaniyalarında
guya bu layihənin
ölkəmiz üçün
iqtisadi baxımdan əlverişli olmadığı
bildirilsə də, bizim apardığımız
eknometrik qiymətləndirmə
göstərir ki, cari və strateji
gəlirlər də nəzərə alınmaqla
bu təşəbbüs
tamamilə rentabelli bir proqramdır: "Bu təşəbbüs idman
yarışları olaraq
yalnız geosiyası deyil, eyni zamanda
iqtisadi əhəmiyyətə
malikdir. Bu yarışların
iqtisadi əhəmiyyətini
qiymətləndirən zaman
təəssüf ki bəzi hallarda sadəcə xərcləri
cari gəlirlər ilə müqayisə edilir. I Avropa
Oyunları Azərbaycan
üçün iqtisadi
baxımdan çox rentabellidir. Bu Oyunların iqtisadi qiymətləndirməsini aparsaq,
I Avropa Oyunları Azərbaycan üçün
cari və strateji gəlirlər deməkdir. Belə möhtəşəm idman yarışlarının
iqtisadi əhəmiyyəti
heç bir halda oyunların təşkil edildiyi müddət ilə məhdudlaşdırılmamalıdır.
Bu təşəbbüs iqtisadi-strateji layihədir və ölkə iqtisadiyyatın bə layihədən uzun müddət faydalanmasına
imkan verəcək".
İqtisadçı alim əlavə edib ki, qərəzli
qara piar kampaniyalarına baxmayaraq ölkə, vətəndaşlarımız
üçün əhəmiyyətli
olan belə digər möhtəşəm
tədbirlər gələcəkdə
də Azərbaycanda uğurla təşkil ediləcək.
Millət
vəkili İqbal Məmmədov bildirib ki, Birinci Avropa
Oyunlarının Azərbaycanda
keçirilməsinə nail olmaq tarixi bir
hadisədir: “Çünki
başqa qitə oyunlarından fərqli olaraq, bu oyunlar
heç vaxt keçirilməyib”. O, deyib
ki, bu tarixi
nailiyyət cənab prezident başda olmaqla Azərbaycan xalqınındır: “Ölkəmizdə
keçiriləcək bu
tədbir, Avropanın
50 Milli Olimpiya Komitəsini birləşdirən
Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən
keçirilir. Burada 50 ölkədən
20 idman növü üzrə 6000-dən çox
idmançının yarışacağı
gözlənilir. Baş
Assambleyada iştirakçıların
arasında keçirilmiş
gizli səsvermə nəticəsində 48 səsdən
38 səs ilə İlk Avropa Oyunlarının Bakıda
keçirilməsi barədə
qərar qəbul edilib. Bütün bunları qeyd
etməkdə məqsədim
bu oyunların nə dərəcədə
mötəbər bir tədbir olması və ölkəmizin aldığı yüksəs
səs faizinin beynəlxalq aləmdə qazanmış olduğu nüfuzunu diqqətinizə
çatdırmaqdır.
Belə mötəbər bir tədbirin Azərbaycanda, ümumiyyətlə hər
hansı bir ölkədə keçirilməsinin
əhəmiyyəti haqqında
kitab yazmaq olar. Amma mən yenə
də qısaca bir-iki cümlə ilə qeyd edim.
Birinci Avropa oyunları, ölkəmizin
hazırki dünya siyasətindəki rolu və mövqeyinə verəcəyi dəstək,
müasir, demokratik və təhlükəsiz
olduğunu bir daha təsdiqləmək, beynəlxalq arenada ölkəmizin xarici dövlət və təşkilatlarla əlaqəsini
daha etibarlı etmək, sülhsevər və qonaqpərvər xalqımızı dünya
ictimaiyyətinə tanıtmaq
və s. baxımından
olduqca əhəmiyyətlidir”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisadçı
ekspert Vahid Əhmədov bildirib ki, İlk Avropa
Oyunları Azərbaycana
həm iqtisadi, həm də siyasi baxımdan böyük faydalar verəcək.
Onun sözlərinə
görə, Avropa Oyunları Azərbaycan üçün siyasi baxımdan böyük əhəmiyyət kəsb
edir. V.Əhmədov deyib
ki, Avropa Oyunları inkişaf edən, sabit və tolerant ölkə kimi Azərbaycanın dünyada tanınmasına
əlverişli fürsət
yaradıb: “Bu oyunlar vasitəsilə Azərbaycanı
dünyaya daha yaxşı tanıtmaq olar. Eyni zamanda, da Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı dünyaya
həqiqətləri çatdırmaq
imkanı yaranıb.
İqtisadi baxımdan da,
əlbəttə ki, böyük faydaları olacaq. Çünki Avropa Oyunlarında
50-yə yaxın dövlətdən
6 mindən çox idmançı iştirak edəcək. Bütün bu
insanlar öz ölkələrində Azərbaycandakı
inkişafdan, reallıqlardan
söz açacaqlar.
Təbii
ki, bütün bunlar da Azərbaycanın
tanınmasına xidmət
edəcək. Bundan əlavə,
Avropa Oyunlarını
izləmək üçün
Azərbaycana turist axını olacaq. Onlar Azərbaycanın gözəl guşələri
ilə tanış
olacaqlar, Azərbaycan mədəniyyəti, mətbəxi
və tarixi ilə maraqlanacaqlar. Bunlar isə Azərbaycan üçün çox önəmlidir”.
Deputat qeyd edib ki,
indi hər hansı xarici investor bir ölkəyə vəsait yatırmaq istəyirsə, ilk növbədə
həmin ölkədə
sabitliklə bağlı
maraqlanır: “Şükürlər
olsun ki, Azərbaycanda sabitlik var və gələcəkdə
bu stabilliyi daha da yüksəltmək
mümkündür”.
Politoloq Ramiz Alıyev deyib ki, I Avropa
Oyunları kimi böyük idman yarışlarının ölkəmizdə
keçirilməsi Azərbaycana
olan inamın və etibarın təzahürüdür. Onun sözlərinə görə,
bunu ölkəmizin və dövlətimizin illərdir apardığı
müstəqil və qətiyyətli siyasətin,
tolerantlığın, ölkədə
hökm sürən ictimai təhlükəsizliyin,
iqtisadiyyatımızın getdikcə
artan inkişafının,
idman ölkəsinə
çevrilməmizin nəticəsi
kimi qiymətləndirmək
lazımdır: “Əlbəttə,
I Avropa Oyunlarına ölkəmizin ev sahibliyi etməsindən yaxşı mənada yararlanmalıyıq. Bu imkandan həm dövlətimiz, həm də bütün Azərbaycan vətəndaşları
bəhrələnməlidir. Belə ki, bizə verilmiş
olan bu imkandan
maksimum yararlanıb ölkəmizin, dövlətimizin
inkişafını təbliğ
etməliyik. Xüsusilə, Azərbaycanın ən böyük və ağrılı problemi olan Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri, real məlumatları
həm ölkəmizə
gələn qonaqlara, həmçinin də yarışları işıqlandıracaq
xarici kütləvi informasiya vasitələrinin
nümayəndələrinə təqdim etməliyik.
Hesab edirəm ki, hər kəs üzərinə düşən
şəkildə bu məsuliyyəti bölüşməyə
borcludur. Çünki bu borc vətəndaşlıq
mövqeyindən irəli
gəlir”.
R. Alıyev bu idman yarışının
iqtisadi əhəmiyyətindən
danışaraq qeyd edib ki, I Avropa
Oyunlarını izləmək
üçün Azərbaycana
çoxlu sayda turist gələcək və onlar da
özləri ilə, hər halda xərcləmək üçün
müəyyən maliyyə
vəsaiti də gətirəcək: “Bu da
o deməkdir ki, taksi sürücüsündən
tutmuş digər xidmət sahələrində
çalışanların hər birinin büdcəsinə əlavə
maliyyə vəsaiti daxil olacaq və
hər kəs bundan gəlir əldə edəcək. Digər tərəfdən,
bu yarışlardan sonra ölkəmizin artan nüfuzu nəticəsində gələcəkdə
xarici iş adamlarının Bakı və digər regionalarına müəyyən
investisiyalar edəcəyi
də gözləniləndir.
Əsas məsələlərden biri
də budur ki, bir ay müddətində
bütün Avropa və dünyanın bir çox ölkəsi Azərbaycandan,
onun inkişafından
və idman ölkəsi olmasından,
yarışları yüksək
şəkildə təşkil
etməsindən danışacaq”.
Əli
Xalq Cəbhəsi.- 2015.- 4 iyun.- S.6.