“Azərbaycanda birgəyaşayış
və multikulturalizm”
“Azadinform” İnformasiya
Agentliyinin Baş redaktoru Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və
multikulturalizm” kitabı
çapdan çıxıb. Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
tövsiyəsi çap
olunan kitabda birgəyaşayışın Azərbaycan
modeli faktlar və sənədlər əsasında araşdırılıb,
tolerantlığın milli
mentalitetimizə xas keyfiyyət olduğu çoxsaylı qaynaqlara müraciət etməklə
sübuta yetirilib.
Araşdırmanın məqsədi milli azlıqların tədqiq edilməyən və yaxud da
araşdırmaya az cəlb olunan tərəflərinin
öyrənilməsi olub.
Tədqiqatda ilk növbədə müstəqillik illərində
dövlətin bu sahəyə diqqət və qayğısı öyrənilib.
Təqdim olunan araşdırmada milli azlıq anlayışının xarakteristikası
və multikulturalizm istər dünya, istərsə də Azərbaycan alimlərinin baxış bucağından
öyrənilib. Həmçinin, birgəyaşayışda azərbaycançılıq ideologiyası
milli birliyin əsası kimi göstərilib, Ümummilli
lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü
mühüm işlər
diqqətə çatdırılıb.
Kitabda politoloqlar, etnoqraflar, tarixçilər, beynəlxalq
münasibətlər və
beynəlxalq hüquq ixtisası üzrə təhsil alan
doktorantlar, tədqiqatçılar,
xüsusən də “Azərbaycan multikulturalizmi”
fənnini tədris edən müəllimlər
və bu sahədə təhsil alan tələbələr
istifadə edə bilərlər.
Kitaba ön
sözü siyasi elmlər
doktoru, professor Elman Nəsirov yazıb, elmi
redaktoru isə filologiya
üzrə elmlər doktoru İdris Abbasovdur.
Xalq Cəbhəsi.- 2015.- 5 iyun.-
S.3.