Sən getdin, elə bil dünya boşaldı...

 

Yəhudi ekspert Vaqif Səmədoğludan yazdı

 

Vaqif Səmədoğlu...Vaqif müəllim...bu gün bu böyük insanın şəxsiyyətin 76 illik doğum gününü qeyd etməli idik... Onunla ilk tanışlığım virtual şəkildə Feysbuk sosial şəbəkəsində oldu arada tez-tez yazışırdıq. Sonra mən Azərbaycanda, Bakı Beynəlxalq Humanitar Forumunda olan zaman Vaqif müəllimdən məktub aldım ki, o İsrailə müalicəyə gedir. Mən narahat oldum Bakıda işləri tamamlamayıb, İsrailə qayıtdım, çünki hiss etdim ki, bu məqamda mən Vaqif müəllimə Nüşabə xanıma məhz İsraildə lazımam.

İlk görüşdən mən Tanrıya şükür etdim ki, Vaqif müəllim kimi Azərbaycan xalqının parlaq nümayəndəsi, müdriklik həqiqi ziyalılıq mücəssəməsi olan bu nəcib nurlu insanla tanış olmağı mənə bağışladı.

İlk görüşümüzdə böyük şair tələbəlik illəri, Moskva günləri haqqında danışırdı. Vaqif Səmədoğlu Moskvaya yola düşmüş, orada əfsanəvi Yakov Fliyer onu dinləyərək ifasını bəyənmiş öz sinfinə qəbul etməyə hazır olduğunu bildirmişdi.

Fəqət gənc Vaqif musiqiçi deyil, şair olmağa hazırlaşırdı. Musiqi Vaqifin həyatında qaldı. Onun şeirləri həmişəlik qaldı. O, ilk baxışda nəzərə çarpmayan bəzən dözülməz dərəcədə çətin bir sənət seçdisöz sənətini. Vaqif Səmədoğlunun yaradıcılığında dünyanın, insanın cəmiyyətin fəlsəfi baxımdan dərk edilməsi məsələləri xüsusi yer tutur. Onun əsərləri mövzu müxtəlifliyi, poetik təfəkkürün genişliyi ilə seçilirdi.

Vaqif Səmədoğlunun poetik istedadı onun totalitar sovet sistemi dağılandan sonra çap olunmuş üç kitabındamüasir Azərbaycan ədəbiyyatında unudulmaz hadisəyə çevrilmişGünün baxtı”, “Mən burdayam, İlahiUzaq, yaşıl adakitablarında tam şəkildə üzə çıxdı.

Vaqif Səmədoğlunun 2013-cü ildən onkoloji xəstəlikdən əziyyət çəkirdi. Məhz həmin vaxtdan mən bir neçə Azərbaycanı ürəkdən sevən bacı qardşlarımCəmil Məmmədov, Hafiz Rəhimov, Səadət Şükürova, Gülya Yusuf Vaqif müəllimiağır xəstəliklə mübarizə aparan, öz nikbinliyini yumor hissini qoruyub saxlayan bu mətin insanı dəstəkləməyə çalışırdıq. Vaqif Səmədoğlu ilə hər görüşümüzdə o, yaradıcı ünsiyyəti, dostları ilə səmimi məclisləri, maraqlı söhbətləri xoşlayan, dünyəvi dəyərlərin sevincini qiymətləndirən bir insan olduğunu sübut edirdi. Hərçənd, Vaqif Səmədoğlu özünün bəzi şeirlərində sonsuz səhrada tənha dolaşan bədbin bir səyyah təsiri bağışlayırdı.

Vaqif müəllimin vəfalı ömür-gün yoldaşı Nüşabə xanım Vəkilova şairin xilaskar mələyi kimi, həmişə onun yanında olub. Bu insanların hər ikisi uzun çətin yol keçib. Nəcib gözəl insan olan Nüşabə xanım Vaqif Səmədoğlunun bu ağır xəstəliklə mübarizəsində sözün həqiqi mənasında ona dayaq arxa olub.

İki il ərzində Vaqif Səmədoğlu Nüşabə xanım mənim üçün ən doğma insanlara, ailəmin ayrılmaz hissəsinə çevrildilər. Vaqif müəllim iki il bundan əvvəl İsrailə gəldi orada bu xəstəliklə mərdanə şəkildə əsl mübarizə apardı. Bu müddətdə mən dostlarımla bərabər dəfələrlə onunla görüşüb müxtəlif mövzulardaAzərbaycan Xalq Cümhuriyyətinin tarixi onun banilərinin rolu, Vaqif müəllimin atası Səməd Vurğunun repressiyalar dövründə çətinliklə salamat qalması, Vaqif Səmədoğlunun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə şəxsi tanışlığı görüşləri haqda, həyat, sevgi ölüm barədə söhbətlər edirdik.

Vaqif müəllim İsrailə son səfəri zamanı – 2014-cü ilin dekabrında İsrail Yazıçılar İttifaqları Federasiyasının üzvü seçilib. İndiyə qədər məhz Vagif Səmədoğlu İsrail Yazıçılar İttifaqları Federasiyasının yeganə azərbaycanlı üzvüdür. Mən bu faktla fəxr edirəm. Son gorüşümüz zamanı uşaqlıq dövründən dostluq etdiyi professor Mixail Aqaronov onun həyat yoldaşı Turan xanım ilə söhbət zamanı Vaqif müəllim demişdi:

“Azərbaycan rəhbərliyinin səyləri, ilk növbədə Prezident İlham Əliyevin dəstəyi sayəsində mən yenidən İsrail klinikasında müalicə olunuram, bu xəstəliklə mübarizəmi davam etdirirəm. Bu müddətdə İsrail mənim üçün ikinci Vətən olub. Bu gün həyatımda çox əlamətdar və mühüm hadisə baş verib. Bu hadisəyə görə çox şadam. Bu mənim həyatımda son dərəcə mühüm hadisədir. Mən İsraili çox sevirəm. İsrailli həkimlər mənim yaşamağım üçün, salamat qalmağım üçün əllərindən gələni edirlər”. Hamımızın sevimlimiz Vaqif müəllim sonda dedi: “Lakin nə edəsən ki, yəhudilər də hər şeyi bacarmırlar”.

Qismət elə gətirdi ki, böyük şairin vəfatı haqqında bu dəhşətli xəbəri mən dünyanın nadir məkanında – Azərbaycanın Quba rayonunda yəhudilərin yaşadığı Qırmızı Qəsəbədə olanda eşitdim. Bu dəhşətli xəbəri eşidəndə qəlbimdə sanki bir boşluq yarandı. Müasir Azərbaycanın mədəni və ədəbi həyatında Vaqif Səmədoğlu miqyaslı şəxsiyyətlər yetişməsini hələ çox gözləmək lazım gələcək. Məhz bu cür insanları millətin vicdanı adlandırırlar.

Vaqif Səmədoğlunun həyatı və yaradıcılığı Vətənə xidmət etməyin parlaq nümunəsidir. Biz onun xeyirxahlıq dərslərini, xalqına, Vətəninə sevgi, dostluq və ətrafımızdakı insanlara hörmət dərslərini unutmayacağıq. Azərbaycanın xalq şairi, həqiqi vətənpərvər, adı böyük hərflərlə yazılmağa layiq olan bu İNSANIN xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

Bu gün - onun doğum günündə onu da qeyd etməyi özümə borc bilirəm - əgər bu həyatda gözəllik və müdriklik varsa, onlar Azərbaycan poeziyasının ustad sənətkarının yaradıcılığında və şəxsiyyətində əks olunub. Vaqif müəllim Azərbaycanın döyünən ürəyi, nurlu çırağı idi. Sevimli şairimiz, əzizimiz Vaqif müəllim dünyasını dəyişsə də, biz yenə onu sevəcəyik. Onu təkcə Azərbaycanda deyil, həm də İsraildə sevirlər. Onun çoxsaylı oxucuları və pərəstişkarları, “Facebooksosial şəbəkəsində və real həyatda dostları qalıb. Bu insanlar onu yenə dəlicəsinə sevəcəklər, çünki müdrik və sadə, zərif və sevimli, doğma Vaqif müəllim sözün həqiqi mənasında bizim adam idi.

Vaxtilə Vaqif Səmədoğlu söyləmişdi: “Xatirələrin gözəlliyi onların əlçatmaz olmasıdır”.

Hər dəfə Təl-Əvivin sahil küçəsindən keçərkən, Bakı bulvarında gəzərkən dənizi çox sevən, dalğalarainsanlara tamaşa etməyi xoşlayan Vaqif müəllimi xatırlayacam. Tamamilə əminəm ki, Vaqif Səmədoğlu əbədiyaşar insanlardandır. Onu şeirləri, əsərləri, pyesləri daim yaşadacaq. Məhz bu şeirlərin sayəsində Vaqif Səmədoğlunun istedadı Azərbaycana, onun mədəniyyətinə, musiqisinə və poeziyasına hörmət, onlara heyranlıq və sevgi duyğularına transformasiya edib.

O, həmin şeirlərində Vətəninə - doğma Azərbaycana sevgisini dönə-dönə etiraf edirdi. Azərbaycan poeziyasının bu böyük ustadı həqiqətən əsil-nəcabətlilik, lirizm, insani sadəlik mücəssəməsi idi. Bəsirət və heç nə ilə müqayisə oluna bilməyəcək həssaslıq dərəcəsinə görə onun tayı-bərabəri yox idi. İstedadının miqyasına görə Vaqif Səmədoğlu ilə müqayisə edilə biləcək yeni şəxsiyyətlərin tezliklə yaranacağını gözləməyə dəyməz.

Vaqif Səmədoğlunun ölümü Azərbaycan üçün böyük itkidir. Bu itkini qəlbin və zəkanın gücü ilə dərk etmək çətindir. Böyük Vaqif Səmədoğlunu tanıyanlar, həyatımızda nələr baş verəcəyindən asılı olmayaraq, onu heç vaxt unutmayacaqlar.

Bir məşhur mahnıda deyildiyi kimi: “Sən getdin, elə bil dünya boşaldı...”

 

Xalq Cəbhəsi.- 2015.- 6 iyun.- S.15.