Azərbaycan xalqına qarşı erməni terroru

 

IV yazı

 

Ötən yazımızda erməni xaraktersizliyi, erməni məsələsi ilə bağlı dünyanın tanınmış ictimai xadimlərininn fikirlərini təqdim etmişdik. Mövzunu davam etdiririk. Araşdırmaçı Yusif Qazıyev bildirir ki, “İrland mənşəli ABŞ tarixçisi Semyuel Vimsin «Ermənistan: Böyük yalan. Xristian-terrorist dövlətinin tapmacası» kitabı artıq dünyada əks-səda yaradıb. Kitabda erməni xalqının terrorçu, Ermənistanın isə ən böyük miqdarda maddi yardımı idxal, terrorçunu isə ixrac edən ölkə olduğu sübut olunur. Kitabda qeyd olunur ki, «müasir erməni terrorizmi iki əsas səbəbə görə inkişaf edir: birincisi, 1890-cı ildən etibarən erməni kilsəsi terrorizmə yardım edir. İkinci səbəbi isə bu ölkədə mövcud olan siyasi quruluşla bağlıdır».

Kitabda qeyd edilir ki, terrorizm «Hnçaq» və «Daşnaqsütyun» partiyalarının proqramı olub. Bu siyasət bu gün də davam edir. Ermənilər xristian kartı ilə alver edir və müsəlman dünyasında ermənilərin terrorçu olduğunu sübut edən heç kəs yoxdur. Semyuel Vims «Turkish Deyli Nyus» qəzetinə müsahibəsində demişdir:

«Mən Ermənistana qarşı cəza tədbirləri görməyən ölkəmin xarici siyasətinə görə xəcalət hissi duyuram». O, bir daha qeyd edir: «ABŞ Dövlət Departamentinin məlumatına görə, Ermənistanda bir dənə də məscid fəaliyyət göstərmir. Ermənilər bu gün qaranlıq orta əsr qanunları ilə yaşayırlar. Ermənistan əhalisinin 95 faizi təmiz qanlı ermənilərdir və bu nasist Almaniyanın irqçi siyasəti ilə müqayisə oluna bilər».

Kitab Ermənistan kimi cırtdan dövlətin eqoist və qeyri-düzgün fəaliyyətini və onların necə xristian dövlətlərindən xarici yardım və maliyyə almaq üçün xristianlıqdan istifadə etdiklərini göstərir. Müəllif Kolumbiya dairəsində Vaşinqton, İngiltərədə London, Fransada Paris, Rusiyada, Moskva və Türkiyədə İstanbul arxivlərində geniş tədqiqat aparıb. Lakin o, erməni arxivlərinə İrəvanda və Boston şəhərindəki arxivlərə buraxılmadığını qeyd edir. O haqlı sual verir: «Ermənilər nəyi gizlətməyə çalışırlar?» Müəllif qeyd edir ki, «Ermənistan iddia edir ki, o, 1700 il əvvəl yaradılmış dünyada ilk xristian dövlətidir. Belə bir sual ortaya çıxır: «Ermənistanın həqiqətən xristian ölkə olması hansı həqiqi xristian standartlarına görə yoxlanılır?» Kitabın «Müqəddəs terror» adlandarılmış fəslində tədqiqatın əhəmiyyəti göstərilir. Məhz ilk dəfə bu kitabda erməni Pravoslav kilsəsi adlandırılan erməni Apostol kilsəsi və onun terrorizmi dəstəkləyən dövlətdə lider rolu apardığı qeyd olunur.

Müəllif Ermənistanın həqiqətdən kənar olaraq böyük uğurla müsəlmana qarşı oynadığı dini və etnik karta malik olması və oynamaqda davam etməsi barədə aydın təsəvvür yaradır. Məsələn, 1992-ci ildə Rusiyadan milyard dollar dəyərində

hərbi kömək alan Ermənistan qonşusu Azərbaycanda heyrətlə qarşılanan bir hücum gerçəkləşdirərək, tezliklə onun ərazisinin 20 faizini işğal etdi və bir milyondan çox azərbaycanlını öz evlərindən qovub çıxardı. Əlbəttə ki, belə davranış İsa peyğəmbərin təlimində deyildiyi kimi, «özünüz kimi qonşunuzu da sevin» fikri ilə ziddiyyət təşkil edir. Sübutlar var ki, dövlət konstitusiyasına uyğun olaraq ölkənin rəsmi kilsəsi adını alan erməni kilsəsi terrorçu fəaliyyətlərinin artması və ona dəstək üzrə lider olub və olmaqdadır. ABŞ hökuməti isə Amerika vergi ödəyicisinin pulları hesabına adambaşına düşən yardıma görə dünyada əsas yerlərdən birini tutan bu cırtdan xristian dövlətə xarici yardımın göstərilməsini təmin edir. Erməni lobbisi ABŞ hökuməti adından Azərbaycanın Ermənistana qeyri-leqal blokada tətbiq etməsini bəyan edir; Azərbaycan günahlandırılır. Çünki

azərbaycanlılar ermənilərdən müdafiə olunmaq üçün Azərbaycan əleyhinə istifadə olunacaq hərbi ehtiyatların ölkə ərazisindən daşınması üçün güzəşt etmir. Müəllif deyir: «Məgər yer üzündəki hər hansı bir millət eyni bir hərəkəti etməzdimi? Ancaq ABŞ hökuməti bu xristian lobbiçilərini müdafiə etdi». Samyuel Vims soruşur: «Nə üçün ABŞ Rusiya ilə birləşib Azərbaycana qarşı eyni mövqe tutur?» Yeganə cavab “xristian»ın müsəlmana qarşı münaqişədə olmasıdır.

Xristianlar səlib yürüşləri zamanı bu gün ermənilərə kömək etdikləri kimi haqsız idilər. Müəllif soruşur: «Məgər Amerikanın Rusiya ilə birləşərək «xristian» Ermənistanına tapınan terrorun köməyi ilə qonşusunun torpağını oğurlamağa və bir milyondan çox yoxsul müsəlmanı evlərindən qovub çıxarmağa yardım etməsi müsəlman dünyasına amerikalılara nifrət etmək üçün çox ciddi əsas vermirmi?» Müəllif misallar gətirməklə ermənilərin 1890-cı ildən Erməni İnqilab Federasiyasının əsasının qoyulmasından daha öncə terrorizmdən rəsmi siyasət kimi istifadə etdiklərini sübut edir. Müəllif kitabda yerli ermənilərin Osmanlı ordusunun cəbhə xəttini pozaraq ruslara bu torpaqlara hücum etməyə kömək etdiklərini vurğulayır. 500 ildən çoxdur ki, özlərini osmanlıların dostları kimi göstərən ermənilər gündüz dost, gecə isə terrorçu rolunu oynayırdılar.

Müəllif ermənilərin Osmanlı tərəfini tərk etməsinə görə bir neçə amerikalı və britaniyalı şahid aşkar edib. Hər bir oxucunun cavab verməsi gərək olacaq sual budur: «Siz kimə inanırsız? Ermənilərin ölkəni tərk etməsini görən Amerika və

Böyük Britaniya vəzifəli şəxslərinə, yoxsa ermənilər tərəfindən tərtib olunmuş və geniş yayılmış vəhşi hekayələrə?» Ermənilər hələ də bu hekayələrdən bütün xristian dünyasında azad reklam və mərhəmət qazanmaq üçün istifadə edirlər.

Bu kitabda müəllif ermənilərin iki kitab toplusunu qoruyub saxlaması barəsində sübutlara malik olan erməni tarixçisinin fikirlərinə yer verir. Birinci toplu 1,5 milyonu insanın qətlə yetirilməsi haqqında tərtib etdikləri geniş yayılmış hekayəni dəstəkləmək, digərləri isə elə həmin 1,5 milyonu erməni qaçqını kimi göstərməyə xidmət edir. Bir qrup kitab mərhəmət əldə etmək, digəri isə heç nədən xəbəri olmayan xristianların pullarını toplamaq üçündür. 1,5 milyon erməni insanının qaçqın düşdüyü təqdirdə elə həmin qədər insanın qətlə yetirildiyini iddia etmək mümkün deyil. Eyni vaxtda həm ölü, həm də diri olmaq olmaz. Bu kitab Ermənistanın bütün tarix boyu ikili surətdə - dostlar və qonşularla iş apardığını təsvir edir və o, bu günə qədər davam etməkdədir. Bu kitab Ermənistanın terrorçu kimi ittiham etdiyi osmanlılara qarşı daha artıq terrorçu fəaliyyət göstərdiyini sübut edir. Ermənilər iddia edirlər ki, onlar «qədim vətənlərini» tələb etmək üçün mübarizə aparırlar”.

Araşdırmaçı Yusif Qazıyev daha sonra vurğulayır: “Semyuel Vims damarlarında bir damla olsun erməni, Azərbaycanlı və ya türk qanı daşımır. O, bütün ömrü boyu xristian olub. O, kilsə inancları baxımından çox fəaldır və bu yaxınlarda «Yeddi kəşf kilsəsi» adlanan videolent hazırlayıb. Semyuel Vims Ermənistanın ABŞ ərazisindəki bütün vətəndaşların təhlükəsizliyini və rifahını təhlükə altına qoyacaq fəaliyyət göstərdiyini açıq-aydın və inandırıcı şəkildə sübut edir. Halbuki ABŞ vətəndaşları Ermənistanı vergilər şəklində ödədikləri dollarla qoruyurlar. Müəllif tövsiyə edir: «Ermənistan: Böyük yalan, xristian-terrorist dövlətinin tapmacası» kitabını həqiqəti axtaran və vergi şəklində ödədikləri dollarlarının və missioner kilsəsinin pullarının necə havaya sovrulduğunu bilmək istəyən hər bir amerikalı oxumalıdır».

Müasir dövrdə ermənilər dünyada gedən hadisələrin gedişatından istifadə edərək bu yalançı mifin tanınmasına çalışırlar. Məsələn, bir dövlətdə mifin tanınması üçün ermənilərin göstərdikləri fəaliyyətlərini qeyd etmək yerinə düşər”.

İllər öncə Ermənistanın ABŞ-dakı diasporu bədnam mifi Senatın və Konqresin müzakirəsinə çıxarmaq məqsədilə güclü təbliğat kampaniyasına başladılar: “Bu işdə onlara senator Radanoviç köməklik göstərirdi. Senator Madlen Olbrayta müraciət etdilərsə də, iş baş tutmadı. Çünki bu aksiya ABŞ və Türkiyə maraqlarına uyğun deyildi. Lakin çox keçmədən ermənilər ABŞ-da yenə son prezident seçkiləri ərəfəsində fəaliyyətə başladılar. Onlar 2000-ci və 2004-cü illər prezident seçkilərində təbliğat aparırdılar ki, öz səslərini o namizədlərə verəcəklər ki, həmin adamlar fəaliyyətlərində «əzabkeş millətin milli maraqlarını da qorumuş olsunlar, «genosidi» tanısınlar və s. Belə bir təbliğatı ermənilər bütün dünya dövlətlərində aparırlar. Ermənilər özlərinin soyqırımına məruz qaldıqlarını iddia etməklə türklərə və azarbaycanlılara qarşı həyata keçirdikləri genosid siyasətini və etdikləri vəhşilikləri pərdələməyə çalışırlar.

Hətta bəzən belə münaqişələri Qərb dövlətlərinin özləri hazırlayır və onu sonradan beynəlxalq ictimaiyyətin mövzusuna çevirirlər. Bu mənada bəşəriyyətin başı üzərində bir Demokl qılıncı kimi terrorizm xofu vardır. Terrorizmi böyük dövlətlər

yaradıb və onu dəstəkləyənlər də var. Bu gün ABŞ bəşəriyyəti açıq şəkildə iki hissəyə bölür: bizimlə olanlar və bizdən olmayanlar. Sual yaranır, nəyə görə ABŞ dünənə qədər Xocalıda baş verən faciəyə göz yumurdu, amma iki bina (2000-ci ildə - red.) partladığına görə bəşəriyyəti terrorla mübarizəyə çağırır? Amerika Qarabağdakı ermənilərə yardım edir, onlar bu yardımdan terrorçuluq məqsədinə də xərcləyirlər.

Tarixə nəzər salsaq görərik ki, Şərq və Qərb arasında bir sıra qarşıdurmalar, müharibələr və bunun nəticəsində xalqların soyqırımları və deportasiyaları mövcud olub ki, bunların da əsas səbəbi Qərbin hərbi yürüşləridir. Makedoniyalı İsgəndərdən başlamış bu hərbi yürüşlər Hitlerlə tamamlansa da, onların təzahürləri müasir dövrdə də siyasi, iqtisadi, yeri gələndə hərbi yollarla davam edir. Bu mülahizəni müasir dövrdə Qərb dövlətlərinin bir çox dövlət xadimləri də etiraf edirlər”.

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 6 iyun.- S.13.