Uşaqlara qarşı cinsi zəmində hər hansı cinayətə yol verən şəxslər...”

 

Gövhər Baxşəliyeva:”Hətta cəzalarını çəkmiş olsalar belə, illər sonra fürsət tapanda yenə o cinayətləri təkrarlayırlar

 

Milli Məclisin (MM) deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevanın müsahibəsini təqdim edirik.

- Gövhər xanım, may ayının 29-da Milli Məclisin (MM) yaz sessiyası öz işini tamamladı. Siz bir parlamentari olaraq, yaz sessiyasının yekunlarını necə qiymətləndirirsiniz?

- Parlamentin yaz sessiyası da əvvəlki sessiyalar kimi məhsuldar olub. Bütövlükdə sessiya zamanı ölkəmiz xalqımız üçün böyük əhəmiyyət kəsb edən 134 qanun layihəsi müzakirə edilərək qəbul edilib, ölkəmizin qanunvericilik bazası xeyli möhkəmlənib, beynəlxalq konvensiya, saziş protokollar müzakirə edilərək ratifikasiya olunub. Milli Məclisin beynəlxalq fəaliyyəti uğurlu olub, deputatlarımız müxtəlif beynəlxalq təşkilatlarda ölkəmizi ləyaqətlə təmsil edib, Azərbaycanın mənafeyini müdafiə edən bir sıra sənədlərin qəbul edilməsinə nail olublar. İkitərəfli parlamentlərarası əlaqələr səmərəli inkişaf edib, xalqımızın haqq səsinin ucaldılması, Xocalı faciəsinin insanlığa qarşı cinayət kimi tanıdılması, XX əsrdə xalqımıza qarşı erməni qəsbkarları tərəfindən soyqırım aktlarının törədilməsi, 1915-ci il bədnamerməni soyqırımı”nın ifşası sair istiqamətlərdə xeyli görülüb.

- “Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqındaqanun layihəsinin müzakirəsi zamanı bir sıra ağrılı narahatedici məqamları dilə gətirdiniz, xüsüsilə , pedofiliya pedofillərlə bağlı...

- Əvvəla qeyd edim ki, sözügedən qanun layihəsi ilə valideyn, övladlığa götürən, müəllim, nəzarəti həyatakeçirən digər şəxslər tərəfındən uşaqları əxlaqsız əməllərə cəlb etməyə görə xüsusi məsuliyyət daha ciddi cəzalar müəyyən edilir. Məsələn, “Seksual xarakterli hərəkətlərə məcbur etməadlı 151-ci maddədəƏmlakının məhv edilməsi, zədələnməsi ya götürülməsi hədəsi ilə yaxud zərərçəkmiş şəxsin maddi ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə görə əvvəlki variantdabeş yüz manatdan min manatadək miqdarda cərimə ya iki ilədək müddətə islah işləri ya üç ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulurdusa, hazırda bu əmələ görə bir ildən iki ilədək müddətə islah işləri ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyənləşdirilib.

Mən isə söz alaraq bildirdimindi də bildirmək istəyirəm ki, bu kimi, xüsusən azyaşlılara qarşı törədilən cinayətlərə görə nəzərdə tutulan cəzalar hətta yeni variantda belə törədilmiş cinayətlərə adekvat deyil, onlar ictimai təhlükəliliyi nəzərə alınaraq daha da sərtləşdirilməlidir. Digər təklifim Cinayət Məcəlləsinin 152 və 153-cü maddələrinə aid oldu. Belə ki, qəbul edilən yeni variantda qanunun 152.3 maddəsində “Bu Məcəllənin 152.1 və ya 152.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbiya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə-üç ilədək müddətə müəyyən vəzifə tutmaya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, - nəzərdə tutulur.

Yaxud Qanunun153.3 maddəsində: Bu Məcəllənin 153.1 vəya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyanşəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirməkvəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi vəya digər müəssisənin müəllimivəya digər işçisi tərəfindən törədildikdə -üç ilədək müddətə müəyyən vəzifə tutmaya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə ikiildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, - kimi cəza müəyyənləşdirilir. Bildirdim ki, bu tipli cinayətlərə görə şəxsin cəzasını çəkəndən sonra 3 il müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə kifayət etmir.

Ümumiyyətlə, uşaqlara, azyaşlılara qarşı istənilən pozğunluq hərəkətinə yol vermişbuna görə məhkum olunmuş şəxs, nəinki 3 il sonra, ümumiyyətlə, heç vaxt, heç bir halda bir daha azyaşlılarla işə buraxılmamalıdır, uşaqlarla onlara tamamilə qadağan olunmalıdır.

Bu dünya praktikasıdır. Pedofiliya ağır cinayətdir, biz böyüklərin vəzifəsi isə uşaqlarımızın fizikipsixi təhlükəsizliyini hər vasitə ilə qorumaqdır. Təcrübə göstərir ki , uşaqlara qarşı cinsi zəmində hər hansı cinayətə yol verən şəxslər, hətta cəzalarını çəkmiş olsalar belə, illər sonra fürsət tapanda yenə o cinayətləri təkrarlayırlar.Tibb elmi bunu birmənalı şəkildə təsdiqləyib

Bu günlərdə Pirallahı rayonunda baş vermiş hadisə - 5 yaşında uşağın zorlanaraqöldürülməsi hamımıza çox ciddi xəbərdarlıqdır. Cəmiyyət ciddi cəhdlə pedofillərə ömürlük cəza verilməsini tələb edir.

 

Xalq Cəbhəsi.- 2015.- 9 iyun.- S.9.