Biz bir
dərya qan vermişik…
Hərarətli vətənpərvərlik duyğuları
Yəhya Şeydanın
bütün şeirlərində
ifadə olunub. Lakin şair
nə yazırsa yazsın, bütün yaradıcılığında obrazlarda konkret, hissi-emosional ifadəliliyi məzmun olaraq seçib və ona uyğun formalar yaradıb. Obrazlı şəkildə desək,
forma məzmuna bədii
don geyindirir, onun bədii-estetik təsirini gücləndirir. Əlbəttə, şairlər əsasən
öz əsərlərini
ilham pərisinin cövlanə gəldiyi müddətdə yaratdıqlarına
görə məzmun,
forma, ümumiyyətlə, belə şeylər haqqında fikirləşmirlər,
daha doğrusu, şeir yazmaq üçün layihə
hazırlamırlar. Bu,
onlarda fitrətən doğulur. Yəni əgər şair
istedadlıdırsa, daha
doğrusu, əsl şairdirsə, onda bütün bunlar olduqca düzgün bir şəkildə nizama düzülür və ədəbiyyatşünaslıqdan
başı çıxan
oxucuyua elə gəlir ki, həmin şair şeiri yazmamışdan qabaq onun forma və məzmununu seçib hazırlayıb.
Lakin bu qətiyyən belə deyil. Şair yalnız mövzunu düşünür və
mövzu onu necə deyərlər, tərpədirsə, dərhal
yaradıcı ilhamı,
təbi coşub qələmə əl atır, əsərin təhlinini ədəbiyyyatşünasların
üzərinə buraxır.
Məhz buna görə də şair məzmuna uyğun forma seçib deyəndə,
biz hökmən onun bu formanı fitrətən seçdiyini
nəzərə almalıyıq
və ilk növbədə
şairin hansısa ədəbiyyat universitetini
bitirib-bitirmədiyi ilə
deyil, onun yaradıcı qüdrəti
ilə maraqlanmalıyıq.
Bu baxımdan Cənubi Azərbaycan şairlərinin
mənbəsini xalq yaradıcılığından, el ədəbiyyatından götürən
və daim bulaq kimi qaynayan
əsərlərini təhlil
edərkən, xüsusiulə
də 1950-1980-ci illərdə
yazıb-yaratmış şairlərin
əsərlərini süzgəcdən
keçirərkən onların
bir sovet vətəndaşı deyil,
İran vətəndaşı
olduqlarını nəzərə
almalı və təhlili sosializm ideologiyasının tələbləri
əsasında yaradılan
əsərlərin təhlili
kimi deyil, hakim təbəqələrin cəlladlığının,
fars şovinizminin iti qılıncı altında yazılan əsərlər kimi nəzərdən keçirməliyik.
Yəni
1950-1980-ci illərdə yazıb-yaratmış
güneyli şairdən,
həmin dövrdə
yazıb-yaratmış quzeyli
şairdən tələb
olunan forma və yaxud məzmun gözləmək olduqca gülüncdür. Çünki yuxarıda qeyd olunduğu kimi, bədii əsərin məzmunun mahiyyəti, poetik mündəricəsi
əsasən dövrün
hadisə və əhvalatlarından, obrazlardan,
ictimai-siyasi hadisələrdən,
onlarla əlaqəli
hiss və duyğulardan
doğur. Məlum məsələdir
ki, həmin illərdə Şimali Azərbaycanda tamamilə başqa, İranda isə tamamilə başqa ictimai-siyasi hadisələr baş verib. Düzdür, Cənubi Azərbaycandakılar
şimaldakı qardaşlara
qovuşmağın vüsalının
həsrətiylə, eyni
zamanda Şimali Azərbaycandakı şairlər
də qovuşmaq ümidindən başqa cənublu qardaşlarının
başına gələn
münasibətlərə, haqsızlığa öz
münasibətlərini bildirmişlər.
Bu, həmin şairlər
böyük təzyiqlərə
məruz qaldığı
üçün ədəbiyyatın
əsas predmetinə çevrilə bilməyib.
Lakin həm şimallının,
həm də cənublunun qəlbində
bir azərbaycanlı ruhu yaşayıb ki, bu da
hər bir elmi termindən qat-qat üstün olaraq onlara gələcək
nəsillər üçün,
gələcəyin Azərbaycan
xalqı üçün
bir-birindən dəyərli
töhfələr yaratmağa
sövq edib.
“Azərbaycanın Gülüstan
müqaviləsindən bəri
iki yerə parçalanması xalq musiqisi kimi bütövlüyü
daha çox qoruyub saxlaya bilən folklorda da müəyyən ayrılıqlar, fərqli
cəhətlər, spesifik
ifadə çalarları
meydana gətirib. Dastanlarda, tarixi
mənzumələrdə, atalar
sözlərində, zərbi-məsəl
və lətifələrdə
tapmacalarda olduğu kimi bayatılarda da Cənuba məxsusluğun müəyyən
əlamətləri, nişanələri,
zahiri və fikri-mənəvi spesifikliyi
nəzərə çarpmaqdadır.
Bu və ya
digər nümunədə
Cənub spesifikası
nə qədər qabarıq görünsə
də, “Cənub folkloru”, “Cənub bayatıları”, Cənub
dastanları” və sair ifadələr son dərəcə şərtiliklə
işlədilir. Bədii
sözün, xüsusən
də vahid xalqın bədii sözünün isə müstəqim mənada sərhəddi ola
bilməz”. (“Cənubi
Azərbaycan Ədəbiyyatı
Tarixi”. XIX-XX əsrlər. Nizami adına Ədəbiyyat
İnsitutu Cənubi Azərbaycan Ədəbiyyatı
Şöbəsi”. I cild. 2009. səh.41).
1950-1980-ci illərdə Cənubi Azərbaycan poeziyasının həm mündəricəsinin həyatiliyində,
xalqın mübarizəsini,
gündəlik həyatını,
arzularını əks
etməsində, həm
də lirik qəhrəmanın real (burda
real deyiləndə materialist realizminin əsasları deyil, sadəcə, gerçək anlamı nəzərdə tutulur) psixoloji cizgilərlə təsvirində, poetik formasının xalqa yaxın olmasında özünü göstərib. Buna görə də biz bu dövrdə yaranan poeziyanın forma xüsusiyyətlərdən geniş
surətdə danışmalıyıq.
1950-1980-ci illərdə Cənubi Azərbaycanda yaranan poeziyada mündəricə ilə
forma vəhdəti daha
parlaq şəkildə
gözə dəyir və bu əsərlər
yalnız mündəricəsi,
materialı ilə deyil, formasının da xəlqiliyi, xalq danışıq dilinə və təfəkkürünə yaxınlığı,
sadəliyi və təbiiliyi ilə başqa əsərlərdən
seçilir. Diqqətli təhlil göstərir
ki, bu poeziya
bədii forması və gedişləri ilə də yalnız və yalnız gerçəyi əks etdirən poeziyadır, eyni zamanda həqiqət üzərində ifadə
olunub. Əfsuslar
olsun ki, 1950-1980-ci illərdə cənublu şairlərimizin o vaxt ərzində qələmə
aldığı irfan
poeziyası nümunələri
əlimizə demək
olar, gəlib çatmayıb...
Professor
Elman Quliyev ustad Şəhriyarı irfani bir şair kimi
xarakterizə edərək
həm də çox gözəl mərsiyə ustası adlandırır: “Onu da qeyd edək
ki, şairin hər hansı siyasi-ictimai münasibətlərlə
əlaqədar yazılmış
dini əsərləri
İslam inqilabı ilə bu və
ya digər dərəcədə əlaqədardısa,
mərsiyələri isə
bu cür əlaqələrdən uzaqdır.
Maraqlı hal odur ki, ayrı-ayrı sənətkarlar tərəfindən
yazılmış bütün
mərsiyələr mövzu
və ideya baxımından eyniyyət
təşkil edir.
Böyük ustad Məhəmmədhüseyn
Şəhriyar, Şimali
Azərbaycanın ən
görkəmli şairlərindən
biri “Süleyman Rüstəmə cavab” şeirində, Şimali Azərbaycana, Azərbaycan
xalqına, onun sənətkarlarına öz
intəhasız sevgisini,
məhəbbətini bildirməklə,
“gəraylı” formasında
olan bu əsərdə
mündəricə ilə
formanın nümunəvi
şəklini yaradaraq,
o taylı, bu taylı Azərbaycanın
bir çox dərdlərini, bəlalarını
olduqca məharətlə
misralara köçürərək
gözümüzün önündə
canlandırır:
Gün çırtdadı, göz
qamaşdı,
Araz mənlə
xosunlaşdı.
Eşqim
ayaqyalın qaçdı,
Səsin
gəldi, Süleymanım!
Sənə qurban mənim canım!
Mən ölmüşəm, ağlayan
yox,
Gözlərimi bağlayan yox,
Bir od yaxıb
dalayan yox,
Soyuq bizi kiridibdi,
Şaxta bizi qurudubdu.
Biz millətin var
harası?
Hardan sağalsın
yarası?
Öz şeytanı,
öz barası.
Buna deyir: “Qaç çaparı”,
Ona deyir: “Vur şikarı!”.
Bir əl silah, bir əl yalın,
Biri tünük,
biri qalın.
Deyir ki, haqqızı alın!
Amma hansı
kömək ilə?
Yemək olur demək ilə?!
Millət
yıxan-öz qalası,
Sərbaz
kimdi?-öz balası.
Öz qanıdır,
öz colası.
Necə
deyim çal çatlasın,
Qovuq kimi vur partlasın?
Qorxum budur oyun ola,
Millət
yenə qoyun ola,
Kimdir bizə boyun ola?
Ki, qurdu biz qova bilək,
Qurdun şərrin
sova bilək?!
Millətə varmı faydası?
Hər qab sınır-öz badyası!
Bu, şeytanın öz qaydası,
Dədəm mənə kor deyibdi,
Hər gələni
vur deyibdi.
Amma bizim mücahidlər,
Hər biri min cana
dəyər.
Topa, tanka baxar məyər?
Qan-qan deyir hayxırması,
Acıqlı bir şir balası.
Köməkləşən gədir maha
Bizə
kömək yoxdur daha,
Bizimki qalmış
Allaha.
Şeytan
quluymuş şahımız,
Bizim də var Allahımız.
Biz bir dərya qan vermişik,
Zindanlarda
can vermişik,
Qırx
nəsil qurban vermişik,
Şəriəti tək insanlar,
Təxti kimi pəhləvanlar.
Biz etisab etdik tamam,
Əli yalın etdik qiyam,
Qoyun gəliz, naib-imam!
Cəhad
desə dartılaruq,
Qırılsaq da qurtularuq.
Səsin
mənə nəfəs
oldu,
Qəbir
genə qəfəs oldu,
Bir balaca həvəs oldu,
Dedim genə durum yazım,
Gənə də bir qəbir
qazım.
Hərdən belə səsin
gəlsin,
Gözümüzün yaşın silsin,
Mənim də bir üzüm
gülsün.
Haçan səni görə billəm?
Qol boynuva hörə billəm?!
Qardaşların gözündən öp,
Bəxtiyarın üzündən öp,
Səmədin də sözündən öp.
Mən də təkəm sizə qurban,
Tək canım hammuza qurban!
(“Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası” 4-cü cild.Bakı,1994).
Vüqar Əhməd,
Professor
Xalq Cəbhəsi.- 2015.- 10 iyun.-
S.14.