Qarabağın işğalı Qərb
mediasında
“Kapitalist Qərb mediası xristian ermənilərə
simpatiya duyur”
“Erməni partizanlar Sovet ordusundan alınmış helikopterlərlə
azərbaycanlı kəndlərinə
hücumlar edirlər”
“Perestroyka”, “qlasnost”, Qorbaçov, Qarabağ… Bunlar hamısı SSRİ-nin
son zənginin yaxınlaşdığını
göstərən amillər
idi. Bu dəfə
Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi
haqda yazan Qərbdəki sol mediadan tərcümələri diqqətinizə
çatdıracağıq.
8 Aprel 1988 – ABŞ “Workers Vanguard” qəzeti:
“Soyuq savaş dövründə Kreml Türkiyəyə qarşı
erməni millətçilərini
qızışdırırdı. Ermənistandakı yeni şəhər və kəndlər Osmanlıdakı erməni
kəndlərinin adını
daşımağa başlamışdı.
Qərbdəki soyuq savaş
propaqandaçıları hətta
SSRİ-ni Türkiyədəki
erməni terrorçularını
həvəsləndirməkdə günahlandırırdılar. Sanki ermənilərin bunun üçün xarici təsirə ehtiyacı varmış kimi! Bununla bərabər son hadisələr
göstərdi ki, erməni revanşizmi təkcə Türkiyəyə
yönəlməyib.” “Ermənilər və azərbaycanlılar arasındakı
son ciddi münaqişə
70 il əvvəl olub. Heç Meri Matossianın The Impact of Soviet Policies on Armenia (1962) kitabında Dağlıq Qarabağdan söhbət belə getmir.”
“Əgər Sovet
hakimiyyətinin ağlı
olsaydı Azərbaycan
xalqına öz İrandakı qardaşları
arasında sosialist təfəkkürləri yaymağa
kömək edərdi.”
“Yerevanda mitinqlərdən
sonra millətçi erməni liderləri mitinqləri fevralın
27-sində bir aylıq
saxladılar. Bundan sonra çox keçmədən Qarabağda
iki azərbaycanlının
ölüm xəbəri
gəldi… Sumqayıtda
ermənilərə qarşı
hücumlar oldu… General
V. Qarayev yerli camaatın köməyi olmadan vəziyyəti nəzarət altına almağın çətin
olduğunu dedi. Azərbaycanlı ailələr erməni
qonşulara evlərini
açdılar, bir avtobus sürücüsü
bir neçə ailəni şəhərdən
kənara çıxardı.”
“Workers
Vanguard” qəzeti
ABŞ-ın “Workers Vanguard” qəzeti,
7 oktyabr 1988-ci il: “Ermənistan Daşnakları Rusiyada çarizm siyasətini dəstəkləyən yeganə
millətçi qüvvə
idi. Birinci Dünya Müharibəsi
dövründə Daşnaklar
Türkiyəyə qarşı
döyüşmək üçün
Rusiyanın xeyrinə
özləri könüllü
birliklər yaratmışdılar.
Qismən cavab olaraq, türklər sonrakı il 1 milyondan çox ermənini qırdılar.”
“Ermənilər ‘bazar
sosializmi’ ideyasının
daşıyıcılarıdırlar. Yerevanda perestroykanı
belə başa düşürlər – ermənilər
fabrik sahibləri olacaq, ruslar istehsalçı fəhlələr,
azərbaycanlılar isə
xadimələr.”
“Keçən il
ermənilər Dağlıq
Qarabağın Azərbaycan
yurisdiksiyasından çıxarılıb
Ermənistana verilməsini
tələb etdilər. Biz keçən aprel sayımızda yazmışdıq
ki, bu onların
demokratik haqqıdır.
Amma belə bir məsələ
də var ki, bu sadəcə
olaraq “Böyük Ermənistan” idealının
bir hissəsidir.
Sonrakı hədəfdə çoxluğu azərbaycanlılardan
ibarət Naxçıvan
Muxtar Respublikası
var.”
“Washington
Post” qəzeti
“Washington
Post” 12 sentyabr sayında
bir erməni meyvə tacirindən sitat gətirib:
– Azərbaycanlılar türkdür,
eyni cinsdəndirlər
və mən bir türkü görsəm, öldürərəm.
Onlar bizim babalarımızı
öldürdülər, indi
də bizi öldürmək istəyirlər.
Biz onlarla yaşaya
bilərik – əgər
insan olsalar, amma onlar heyvan
kimi davranırlar.
New York
Times Yerevandan bildirir ki, bir erməni
intellektual deyirk ki, “biz barbarlarla əhatə olunmuş bir millətik”, küçədə bir provokator “xristian xalqları müsəlman azərbaycanlılara qarşı
birləşməyə çağırır,
çünki onlar çəyirtkə kimi çoxalır”
“Sentyabrda erməni
mitinqi (yerli bürokratların köməyi
ilə) bir üsyana çevrildi. Azərbaycanlıların bir erməni avtobusuna hücumu şaiyəsindən sonra Xocalıda bir qrup azərbaycanlıya hücuma keçdilər,
50 nəfər yaralandı,
biri isə sonra vəfat etdi. Stepanakertdə ermənilər azərbaycanlıların
evinə hücum edərək 2 gün boyu o evləri yandırdı.”
26 Yanvar 1990 – ABŞ Workers Vanguard qəzeti:
“Vəhşi millətçiliyin
SSRİ-ni bölməyə
təhdidinin səbəbi
60 illik Stalinist bürokratik
siyasətin nəticəsi
və Qorbaçovun öz siyasətinin intensivliyidir. Sovet ordusunun ölkəyə
giriş səbəbi
Bakıdakı ermənilərə
qarşı qırğının
qarşısını almaq
idi. Azərbaycanlı
kütlələr – iki
il əvvəl
torpaqlarından didərgin
düşmüş olanlardan
ibarət idi – onları öldürməyə
və balkonlardan atmağa başladılar.
Bəzi azərbaycanlılar
bundan qorxdular və hətta öz canlarını riskə ataraq erməni dost və qonşularını qorudular.
“Komsomolskaya Pravda” qəzeti yazır ki, Əfqanıstanda döyüşmüş
azərbaycanlı müharibə
veteranları erməni
məhlələrini qoruyurlar.
Qırğınlar təkcə bir
tərəfə ünvanlanmayıb.
Erməni partizanlar Sovet
ordusundan alınmış
helikopterlərlə azərbaycanlı
kəndlərinə hücumlar
edirlər. İzvestiya qəzeti
yazır ki, 3000 erməni Naxçıvandakı
bir kəndə hücum edib.”
“Bəzi rus analar öz oğullarının Qafqazdakı
vəziyyəti həll
etmək üçün
göndərilməsinə etiraz etdilər”.
“Niyə Qorbaçovdan
sonra millətçi hərəkatlar gücləndi? Sovetdən gələnlər
həmişə Bakını
kosmopolit şəhər
olaraq fəxrlə göstərərdilər. Xalqın 10 faizi olan erməni
cəmiyyəti azərbaycanlı
qonşularla qorxusuz, rahat yaşayırdı.
Evliliklər olurdu, yüz
minlərlə azərbaycanlı
da Ermənistanda yaşayırdı. Qorbaçov höküməti
nə erməni, nə də azərbaycanlı fəhlələri
burjua millətçilərinə
qarşı çıxmağa
qarşı səsləmir.”
“Azərbaycanlıların gözündə ermənilər
rusların sevimlisidir. Azərbaycanlı millətçilər İrana
qoruyucu kimi baxırlar. Mitinqlərdə Xomeyni fotoları
gəzdirilir, “ermənilərə
ölüm!” şüarları
ilə birgə “İslam respublikası” şüarları səsləndirilir.
İndi də Naxçıvan müstəqilliyini elan edib və İrana
birləşmək istəyir.”
“Kommunizm azərbaycanlılara
və türkcə danışan Sovet xalqlarına daha çox şey verə bilər. Leninist hökümətdə İranda
əzilən azərbaycanlılar
Sovetə gələrdi,
azərbaycanlılar İrana
yox. Sovet Azərbaycanının Araz
çayı ətrafındakı
türk xalqlarını
birləşdirmək istəyi
Qafqazdakı milli məsələlərə daha
proqressiv yön verərdi”
Digər
qəzetlər…
“International
Socialism” qəzeti 1990-cı il bahar
buraxılışı: ““İzvestiya”
bildirir ki, Qarabağdakı etirazlar iqtisadi çətinliklərə
görə baş vermişdi. Ət və yağ
limitli idi. Kəndli ailələrin yarısının
inəyi yoxdur, üçdə birinin heyvanı belə yoxdur. Stepanakertdə gündə cəmi
bir saat su verilir.”
“Moskva xəbərləri
də 1988-ci ildə Sumqayıtdakı vəziyyətdən
yazır – kiçik şəhərdə 55 yaşayış
binası vardı və onlar bəxtəvərlərin
idi. Başqaları dəmir listlərdən
hazırlanmış daxmalarda
yaşayırlar. Əgər TV antenaları və asılan paltarlar olmasa orada insanların
yaşadığını belə düşünməzdik.”
“29 sentyabr 1988-ci ildə
Kommunist qəzeti yazırdı ki, Azərbaycanda 250.000 nəfər
işsiz var. Bakı radiosu Azərbaycan dilinin rus dili
qarşılığında istifadəsinin məqsədyönlü
azaldığını çatdırır.”
“Socialist
Review” qəzeti (1988-ci il) dekabr buraxılışında yuxarıdakı
məqalənin eynisi.
Tək fərqi “azərbaycanlıların
imtiyazlı olduğunu
demək doğru olmazdı” -cümləsinin
mövcudluğudur.
“Workers
Vanguard”, 16 iyul 1993-cü il : “Kapitalist
Qərb mediası xristian ermənilərə
simpatiya duyur. Bakıdakı ermənilərin qırılması haqqında
çox yazı dərc olundu, lakin ermənilərin apardığı etnik təmizləmə haqqında
heç nə yazılmadı!”
“Müharibə təkcə
Qarabağ uğrunda baş vermir. Keçən aprel, ermənilər on minlərlə azərbaycanlı
kəndlini evlərindən
qovdular ki, Qarabağ üçün
korridor yaratsınlar.
Əslində bu bir işğal idi. Onlar təkcə azərbaycanlıları
hədəf almırlar.
1992-ci ilin mayı
ermənilər koridor
üçün Laçını
ələ keçirdilər.
Laçın erməni ordusu
tərəfindən yandırılıb
yerlə yeksan edilərkən Qərb mediasında onun kürdlərin yaşadığı
zona kimi göstərirdilər.
“Guardian” jurnalında Jonathan Steele (25 may 1992-ci il) bir xəbər çatdırır
və Ermənistan xarici işlər nazirindən sitat gətirir – Laçının
kürd xalqı öz qapılarını
ermənilərə açdılar.
Jonathan Steele sonra bu şərhi əlavə edir – əgər həqiqətən
belə olsaydı gərək kürdlər
erməniləri qurtarıcı
olaraq qarşılayardılar,
amma oralarda kürd filan gözə dəymir.
Bu əslində elə də qeyri-adi bir hadisə
deyil. 1948-ci ildə sionistlər deyirdilər ki, Fələstində ərəblər
öz mülklərini
öz istəkləri
ilə tərk edirlər. Halbuki əslində bu
klassik etnik təmizləmə hadisəsi
idi.”
“Workers
Vanguard” (1994-cü il):
“Qərb, xüsusilə
Amerikan mediası tez-tez təkcə erməni tərəfinin itkilərindən xəbər
verir. Halbuki 1992-ci ilin mayında
45000 azərbaycanlı Dağlıq
Qarabağdan qovulub.
Sonrakı illərdə Şaumyan
və Mardakertdən
40000 erməni qaçıb.
Hər 6
azərbaycanlıdan biri
qaçqındır və
Azərbaycanın ərazisinin
beşdə bir hissəsi işğaldadır.
11 milyon nəfərdən
toplam 20000 azərbaycanlı
və erməni həlak olub. Bakıdan
350000 erməni, Ermənistandan
200000 azərbaycanlı qovulub.
1992-ci ildə ermənilər Laçını
qarət edib yandırandan sonra 20000 kürd qovulub.”
Cavid
Xalq Cəbhəsi.- 2015.- 12 iyun.- S.13