Azərbaycan, neft XXI əsr

 

“The Hill”: “Bu ölkə İpək yolunun yarandığı vaxtlardan bəri tarix yazıb

 

 

“The Hill”də Raul Lourinin müəllifi olduğu yazıda Azərbaycan iqtisadiyyatını özülünü təşkil edən neft neft siyasətindən söhbət açılır. Müəllif yazır ki, 2015-ci ildə neft enerji deməkdir, təbii qaz enerji deməkdir; neft təbii qaz isə birlikdə pul, güc XXI əsrə giriş deməkdir.

“Biz Cənubi Qafqaz dağlarında, cənubda İranla, qərbdə Türkiyə Ermənistanla, şimalda isə Rusiya Gürcüstanla sərhəd olan Azərbaycanda bunun doğru olduğunu görürük. Bu ölkə İpək yolunun yarandığı vaxtlardan bəri tarix yazıbdeyə məqalədə qeyd edilir.

Müəllif daha sonra yazır: “Mən 800 il əvvəl tikilmiş müsəlman məscidini ziyarət etdim Bakıda İçərişəhərin azərbaycanlıların fars ruslarla yüz illərlə mübarizə apardığı qala divarlarına toxundum. Azərbaycanın paytaxtı Bakıda tarixi qala divarları otellər, ofis binaları tamamilə müasir bir şəhərlə əhatələnib.

1271-ci ildə Marko Polonun Avropa Asiya arasında İpək yolunu məşhur edərkən gəzdiyi torpaqlarda gəzdim. Marko Polonun vaxtında at dəvələrlə dolu olan İpək Yolu indi “Mercedes-Benz”, “BMW”, “Honda”, “Ford”, “Chevrolet”, “Volkswagen” “GMC” markalı avtomobillərlə doludur.

Bakı 1880-ci illərdən bu yana neft istehsalında dünya lideri olub. Bakı nefti olmadan Sovet İttifaqı ikinci dünya müharibəsində nəinki aylarla, heç həftələrlə almanlara müqavimət göstərə bilməzdi. Müharibə ərzində Sovet ordusu tərəfindən istifadə olunan neft qazın 80 faizi Azərbaycanda istehsal olunub.

Hitler Bakıya onun neftinə gedən yolda yüz minlərlə alman əsgərini ölümə göndərdi, lakin onlar istədiklərinə nail ola bilmədilər.

1990-cı ildə Sovet lideri Mixail Qorbaçov Bakıda dinc əhahilini qırmaq üçün ordu göndərdikdən sonra Sovet İttifaqının tənəzzülünü labüd etdi. Həmin gecədən sonra müstəqil Azərbaycan yarandı.

Yarandığı dövrdən bəri yalnız iki illik demokratiya təcrübəsi olan Azərbaycan üçün müstəqillik ən başda çaşdırıcı oldu.

Azərbaycana hücum edən erməni işğalçıları minlərlə kvadrat mil ərazinin, xüsusilə , ermənilərin məskunlaşdığı Dağlıq Qarabağın özlərinə məxsus olduğunu iddia etdilər. Azərbaycan vətəndaşlarının ikinci dünya müharibəsindən bu yana görünməmiş etnik təmizləmə ilə zorla çıxarıldığı işğal olunmuş ərazilərdə ermənilərə Rusiya qoşunları yardım etdi, İran isə logistik baxımdan dəstək verdi. Bu haqda Tomas de Vaal “Qara Bağ( Thomas de Waal “Black Garden” ) adlı kitabında məlumat verir.

Azərbaycan torpaqlarının hardasa beşdə biri hələ Ermənistan işğalı altındadır. BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın işğalı ilə bağlı bir neçə qətnamə qəbul edib, lakin Ermənistan bu qətnamələrə məhəl qoymur.

Buna baxmayaraq, Azərbaycan torpaqlarının Ermənistan işğalı altında olmayan 80 faizi müasir bir ölkəyə çevrilib. Bu ölkənin enerji inşaat üzrə əldə etdiyi inkişafın dünyanın çox az insanın haqqında məlumatı olan bir hissəsində rəqibi yoxdur. Modernizasiya ölkənin müstəqillik əldə edildikdən sonra ilk qanuni prezidenti olan Heydər Əliyevin dövründə başlayıb.

Neftlə zəngin olan Xəzər dənizində neft istehsalı stabilləşib, lakin yeni neft təbii qaz yataqlarının aşkar olunması nəticəsində milli neft şirkəti ARDNŞ rəhbəri bildirib ki, yeni yataqlar kəşf etməsələr belə, xüsusilə Avropaya yüz il daha neft qaz təmin edə bilərlər.

İçərişəhərin qala divarlarından kənarda, şəhərin hər yerində yeni tikinti işlərini görməkdən göz yorulur. Hər yerdə parıldayan hündür binalar var. Yeni otellər, yeni ofis binaları 55 min dollara satılan yeni mənzillər bütün şəhərə yayılır.

Binalardan daha önəmlisi isə insanlardır. Azərbaycanda əhalinin 90 faizi müsəlmandır. Ancaq bu ölkə yazıçının ABŞ-dan sonra qarşılaşdığı müxtəlif din irqdən olan insanların ən çox olduğu ölkədir. Mən bir gündə iki məscid; Çexiyada anadan olmuş birbaşa Papa qarşısında cavabdeh olan keşişlə Roma Katolik Kilsəsini; Rus Pravoslav Kilsəsini Bakının mərkəzində bir sinaqoq ziyarət etdim.

Sinaqoq yəhudi icmasına hədiyyə edilib. Söhbət etdiyim iki yəhudi tolerant Azərbaycan haqqında çox böyük enerji şövqlə danışdı. Sovet dövrünü çıxmaq şərtilə, yəhudilər heç bir təqibə məruz qalmadan Azərbaycanda hardasa 2 min il yaşayıblar.

Qafqaz dağlarının ətəklərində yaşadıqlarına görə özləriniDağ yəhudiləriadlandıran bir qrupa məxsus yəhudilərdən biri mənə sovet dövründə yaşadığını, lakin o dövrdə indi olduğu kimi azad yaşaya bilmədiklərini dedi. Onun Qubada yerləşən icması 3000 min nəfərdən ibarətdir. Ölkə səviyyəsində isə bu rəqəmin 30 min olduğu hesablanıb. Azərbaycanda yaşayan yəhudilər artıq azad xoşbəxtdirlər. Onlar bu ölkənin vətəndaşı olmaqdan qürur duyurlar.

Hər yerdə tikinti işlərinin getməsindən başqa, ölkənin fəal olmasının ən son nümunəsi 68 min nəfər tutumu olan stadion da daxil olmaqla, yeni qurulmuş obyektlərdə yarışacaq 6 min idmançının iştirak etdiyi ilk Avropa oyunlarının məhz burda keçirilməsidir. Avropa Oyunlarında ödənişli işçilərin sayı 2000-dir. Oyunlarda üç min rəsmi, on min könüllü çalışır. Ölkə eyni zamanda gələn il İslam Həmrəylik Oyunlarına da ev sahibliyi edəcək.

İsrail Avropa Oyunlarında iştirak etmək üçün ticarət tərəfdaşı olan, yəhudi sakinlərini dəstəkləyən müsəlman ölkəsindədir. Hətta bu oyunlarda müharibədə olmalarına baxmayaraq, Ermənistan da iştirak edir”.

Kafedə oturub yoldan keçən qədər azərbaycanlı qadının digər müsəlman ölkələrində tələb edildiyi kimi baş örtüyündə olmaması müəllifi təəccübləndirib. Bu, müasir Azərbaycanın dünyəvi tolerant bir dövlət olmasının canlı sübutu idi.

Azərbaycan xüsusi əhəmiyyətə malik olan, qədim tarix, dini tolerantlıq dünyəvilik üzərində qurulmuş multikultural bir ölkədir. Müasir dünyəvi Qərb dünyasının bir hissəsi olmaq istəyən bu ölkə bunun üçün ciddi şəkildə çalışır.

 

 

Cavid

Xalq Cəbhəsi.- 2015.- 18 iyun.- S.11.