Qavaldaş necə tapılıb?

 

Qobustanda əcdadlarımız tərəfindən qədim peşələrin ilk nümunələri yaradılıb

 

Qobustanı nəinki Azərbaycanın ilk musiqi beşiyi, həmçinin ilk rəssamlıq məktəbi, ilk rəqs meydançası adlandırmaq olar. Məhz Azərbaycanın ilk musiqi nümunələri, rəqsləri, rəssamlıq izləri ilə bu ərazilərdə rastlaşırıq. Qobustanda oyma sənətinin, kulinariyanın, ovçuluğun, maldarlığın, nəqliyyatın (araba, qayıq) və s. kimi qədim peşələrin ilk nümunələri əcdadlarımız tərəfindən yaradılıb. Musiqişünas olduğumuzdan, bu qədim ərazinin əsasən incəsənətlə bağlı məqamlarından söhbət açacaq, onu elmi şəkildə araşdıracağıq.

Qavaldaş ifa zamanı xüsusi köklənməyə ehtiyacı olmayan, özən səsli, vurulmaqla səsləndirilən idiofonlu çalğı alətidir. Qavaldaşın yaranma tarixi mütəxəssislərin

rəyinə görə, 1-1,5 milyon il əvvələ, yəni Daş dövrünə gedib çıxır. Daş alətlərin hazırlanması texnikasına, forma və tipologiyasına görə Daş dövrü 2 mərhələyə ayrılır: Qədim Daş dövrüPaleolitYeni Daş dövrüNeolit. PaleolitNeolit arasındakı keçid dövrü isə Mezolit adlanır. Azərbaycanda Mezolit dövründə

cəmiyyətin inkişafında böyük dəyişikliklər baş verib, mədəniyyət sahəsində xüsusi sıçrayışlar olub. Bunu Qobustandakı Böyükdaş, Kiçikdaş və Cingirdağın qayaüstü təsvirləri təsdiqləyir.

Qobustanşünas Cəfərqulu Rüstəmov “Qobustan dünyası” əsərində maraqlı fikirlər söyləyir: Qobustanda apardığımız arxeoloji qazıntı və tədqiqatların nəticələri göstərir ki, buradaBöyükdaşKiçikdaş dağları sahəsində qədim insanın yaşaması tarixi üst Paleolit dövrünün sonu, Mezolit (orta daş) dövrünün əvvəllərindən, ümumən 18 min il əvvəlki dövrdən başlayır. Ola bilsin ki, ondan da 3-4 min əvvəl buraya insan ayağı dəyib və hələlik o dövrün düşərgəsi qayalıqların altında qalıb və ya sadəcə olaraq aşkar olunmayıb. Lakin 30 illik tədqiqat və müşahidələrim əsasında Qobustanda həyat izinin ondan daha qədimdə olmasını güman edə bilmərəm”.

Qavaldaşın da bu dövrlərdən etibarən, 15-20 min il əvvəl ulularımıza məlum olduğu ehtimalı güclüdür. Amma deyildiyi kimi, alət bu dövrdən çox-çox əvvəllər

yaranmışdı. Qavaldaş açıq səma altında Qobustanda yerləşir və ölkəmizdə yeganə çalğı alətidir ki, onun bir sahibi var, o da Azərbaycan xalqıdır. Qavaldaşla yaxından tanış olmaq və səsləndirmək üçün 2006-cı ildə TRT Bakı təmsilçisinin bir qrup əməkdaşları ilə Qobustana yollandıq. Düzdür, ilk dəfə 1970-ci ildə orta məktəbdə oxuyarkən (onda 13 yaşım var idi) müəllimlər bizi Qobustana ekskursiyaya aparmışdılar. İndi isə Qobustan qayalıqlarının üzərindəki cizgilərə tədqiqatçı kimi diqqət və maraqla baxır, sanki burada əcdadlarımızın nəfəsini duyuram.

Xatırladaq ki, 1966-cı il sentyabr ayının 9-da Respublika Nazirlər Sovetinin 509 ¹-li qərarı ilə 4400 ha-dan artıq ərazini əhatə edən Qobustan qayalıqları Dövlət Tarixi-Bədii Qoruğu kimi qeydiyyata alınıb. 2007-ci ildə isə Qobustan qoruğuQobustan qayaüstü rəsmləri mədəni landşaftı” adı altında YUNESKO-nun ümumdünya mədəni irsi abidələri siyahısına daxil edilib. Bu, Heydər Əliyev fondunun rəhbəri, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçib.

“Azərbaycan arxeologiyası”nda qeyd olunur ki, aparılmış arxeoloji qazıntıların nəticələrinə görə, Qobustanda ilk qayaüstü rəsmlər və yazılar ən azı e.ə. XVIII-XV minilliklərə aid edilir. Qobustandakı qayaüstü təsvirləri 1939-cu ilin may ayının 12-də Azərbaycanın ə.e.x., arxeoloq İshaq Cəfərzadə (1895-1982) aşkarlayıb. O, sonrakı mərhələlərdə Qobustanı həyat yoldaşı Sofiya Qəhrəmanova ilə birlikdə tədqiq edib. 1965-ci ildən etibarən İshaq Cəfərzadə və Sofiya Qəhrəmanovanı Cəfərqulu Rüstəmov və həyat yoldaşı, qobustanşünas alim, tar.el.nam. Firuzə Muradova əvəz edib, onlar uzun müddət Qobustanda tədqiqat aparıblar.

Qobustanda (Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılıtəpə sahələrində) 6000-ə qədər qədim şəkil, 20-dən artıq Daş dövrü düşərgəsi, sonrakı dövrlərin yaşayış yerləri, çoxlu qəbir və başqa arxeoloji abidələr aşkar edilib. Böyükdaş dağında qayalıqlara həkk olunmuş latın dilində yazı var. Eramızın I əsrinə aid edilən bu yazı romalılara məxsusdur.

Yazı imperator Domisian Tit Flavinin (51-96) hakimiyyəti dövründə 81-96-cı illər) həkk olunub. Qaya üzərindəki yazı Romanın XII ildırımsürətli legionunun Qobustanda olduğunu təsdiqləyir. Yazı həmçinin o dövrdə Roma Qafqaz Albaniyasının müəyyən münasibətlərinin olduğunu da üzə çıxarır. Qobustanda Yazılıtəpə sahəsindəki 91 ¹-li daşın üzərində, orta əsrdaha doğrusu, XIII-XIV əsrlərə aid edilən başqa bir qayaüstü yazı da var. Bu yazı ərəb əlifbası ilə fars dilində 3 sətirdə yazılıb. I sətirdəİmad”, II sətirdəŞakki”, III sətirdə: “dua qoftə rəft”. Yəniİmad Şakki dua dedi, getdi” (tərcümə: fil.ü.f.d. Firudin Qurbansoyundur). İmadın kimliyini müəyyənləşdirə bilməsək , yazıdan ən azı XIII əsrdə bu ərazinin ziyarətgah olduğu aydınlaşır.

E.ə. XII-XI minilliklərdə Cingirdağda Ovçular qəbiləsi, Kiçikdaş dağında Balıqçılar, Böyükdaş dağında isə Maldarlar qəbilələri yaşayıblar. Xatırladaq ki, Daş dövründə Qobustanda iqlim indikindən fərqlisubtropik olub. İ.Cəfərzadə 1939-cu ildə başladığı tədqiqatları II Dünya (Böyük Vətən) Müharibəsi ilə əlaqədar olaraq bir müddət təxirə salır. İshaq müəllimin tələbəsi Cəfərqulu Rüstəmov qavaldaşın çalğı aləti kimi aşkarlanması ilə bağlı qeyd edir: “Qavaldaş necə tapılıb, onun musiqi aləti olduğu necə müəyyənləşdirilib? Bu haqda İshaq müəllim belə nəql edirdi ki, 1947-ci ildə axtarışda olarkən bir dəfə, yazın istisində yorulub, Cingirdağ zonasında yaxınlıqdakı çoban dəyələrinə yaxınlaşıb su istəyir. Onu yorulmuş görüb alaçığa dəvət edirlər, körəməz verirlər, içir, sonra oturub bir qədər dincəlmək istəyir. Düşərgədəkilər onun başına yığışıb işi ilə maraqlanırlar, söhbət edirlər. Bir azdan çobanların briqadiri yolda görünür (o, düşərgədə yox imiş) yaxınlaşıb sürünün harada olduğunu soruşur. Çobanlardan biri cavab verir ki, “Qaval çalan daşın yanındadır”. İshaq müəllim bu cümləni tutur soruşur: “Sürü haradadır dediniz?” Çoban cavab verir ki, “Qaval çalan daşın yanındadır”. İshaq müəllimi maraq götürür, çobanları o daş haqda sorğu-suala tutur. Deyirlər ki, bəli, Cingirdağın şimal-şərq ətəyində belə bir daş var ki, qaval kimi səslənir.

Onu nağara kimi çalıb səsləndirmək olur. İshaq müəllim xahiş edir ki, daşı ona göstərsinlər. Bir nəfər gedib daşı göstərir. İshaq müəllim deyirdi ki, çoban daşı çaldı daşdan elə bir məlahətli səs qopdu ki, az qalmışdı mən özüm oynayam. Bir deyirdi ki, mən maldarların çoxundan, qocasından da, cavanından da soruşanda ki: “Siz bildiniz ki, bu daş nağara kimi səs çıxarır onaQaval çalan daşadını kim verib? Hamısı çiyinlərini çəkib deyirdilər: “ bilim, ata-babadan, gözümüzü açandan onuQaval çalan daşdeyə, eşidib tanımışıq”.

Qobustanda bir neçə qavaldaş aləti var. Lakin bunların arasında ölçüsünə, yəni böyüklüyünə, səs tembrinə görə iki qavaldaş aləti xüsusi ilə seçilir: Cingirdağda (şimal-şərq ətəyi) Böyükdaş dağında (şimal-şərq ətəyi) yerləşən alətlər. Deyildiyi kimi, bu sahədə (Cingirdağ Böyükdaş dağı) ovçu maldarlar yaşadığından, qavaldaşdan da həmin qəbilənin üzvlərinin istifadə etdikləri zənn edilir. Deməli, bir neçə min il əvvəl bu ərazidə məskunlaşmış əcdadlarımız qavaldaşın ətrafında tonqal qurub, alətin müşayiəti iləYallı”, “Çöppügedərmişlər. Bu fikri qayaüstü rəsmlər təsdiq edir.Çöppüarxaik sözlərimizdəndir, adına Azərbaycan şairi Qətran Təbrizinin (1012-1088) “Divan” ındakı beytlərin birində rast gəlirik. Beytin izahındaÇöppüsözünün yallıyabənzər, kollektiv oyun olduğu bildirilir. Deməli, Q.Təbrizinin XI əsrdə yaşadığını nəzərə alsaq, ondan əvvəlki əsrlərdə Qobustan qayaüstü rəsmlərində təsvir edilən rəqslərə bənzərÇöppüadlı kütləvi oyunun icra edildiyi ehtimalı özünü doğruldur. Xatırladaq ki, Naxçıvanda (Şahbuz, Şərur) “Çöp-çöpüadlı vokal müşayiətli yallı növü yaxın keçmişdə (XX əsrin 60-cı illərində) oynanılırdı. Bəlkə bu rəqs adı Q.TəbrizininDivan”ında çəkilənÇöppü”nün təhrif olunmuş deyimidir sonrakı mərhələlərdə tələffüzdəÇöp-çöpü”yə çevrilib. Bir fakt aydındır ki, vokal müşayiətli yallı növü insrumental müşayiətli yallılara nisbətən daha qədimdir.

Çalğı alətləri yaradılana qədər qədim insanlar vokal müşayiətli yallıları rəqs etmişlər. Prof. Qafar (Kəndli) Herisçi (1924-1997) Cingirdağın toponimiyası ilə bağlı maraqlı məqamlara toxunur: “ “Cingirdağsözünün qədim türk dilində ayin mərasimlərində şamanların istifadə etdiyi qaval mənasını verəncingirsözündən əmələ gəldiyi ehtimal edilir”.

Deməli, Q.Herisçinin fikirlərinə istinad etsək, bu ərazi indi qavaldaş dediyimiz alətə görə Cingirdağ adlandırılması ehtimalı özünü bir fakt kimi təsbit edir. Xatırladaq ki, qədim dövrlərdə qavalabənzər dınqır adlı alətimiz olub. Lakin cingir sözü dilimizdə başqa bir fikri ifadə edir. Cingirqızılquşun növlərindən biri olan alıcı kiçik quşun adıdır. Bəlkə bu ərazilərdə (Cingirdağda) bir zamanlar cingir quşunun daha çox yayılması səbəbindən həmin yer Cingirdağ adlandırılıb. Türkoloq alim Firudin Ağasıoğlu (Cəlilov) “Azər xalqıadlı əsərindəcingirsözü ilə bağlı qeyd edir: “Cingir sözü ilə başlanan inanc yerləri (pir, ocaq) Azərbaycanda geniş yayılıb: Cingir bulaq (Cəbrayıl rayonu), Cingirdağ (Qobustan) s. Uzmanlar bu adın qədim şumer dilində keçmiş Dingir (Tenqri) sözü olduğunu yazırlar”.

Bu halda qavaldaş qədim tanrıçılıq inamı ilə bağlanır. Qavaldaş aləti həm birlik simvoludur. Qədim insanlar qavaldaşın ətrafına toplaşaraq müxtəlif dini bayram mərasimləri keçirirdilər. Onlar qavaldaşın müşayiətilə rəqs etməyi xoşlayırdılar. Şübhəsiz, qavaldaşla bərabər o dövrün qamışdan, dəri, ağac s. hazırlanmış digər çalğı alətləri səsləndirilirmiş. Əlihüseyn Dağlı (1898-1981) “Ozan Qaravəliəsərinin (III hissə) “Daş musiqi aləti, su dəmkeşi, təbii zümzüməbaşlıqlı məqaləsində qavaldaşdan geniş söhbət açır. O, həmin məqaləsində təbiətin yaratdığı nəğməli mənzərəni təsvir edir

 

Abbasqulu Nəcəfzadə

musiqişünas

Xalq Cəbhəsi.- 2015.- 20 iyun.- S.14.