Ermənilərin Azərbaycan
torpaqlarına köçürülməsi...
Ermənilərin Qafqaza, o cümlədən
Azərbaycana miqrasiya prosesi mərhələ-mərhələ
əsrlər boyu davam etmişdir
Düşmənlərimiz XX əsrdə 2
milyon azərbaycanlını
terror, deportasiyalar, soyqırımları
vasiətsilə məhv
ediblər
III yazı...
Rusiyada oktyabr çevrilişindən sonra
Cənubi Qafqazda çoxhakimiyyətlilik yarandı. Sovetlər, Milli
Şuralar və müvəqqəti hökumətin
orqanları arasında
hakimiyyət uğrunda
mübarizə qızışdı.
Bolşevik Rusiyası Almaniya
bloku ölkələri
ilə Brest Litovskda sülh bağladı.
Rus-türk cəbhəsi dağıldı.
Dinc əhaliyə qarşı
törətdikləri soyqırıma
görə cəzasız
qalmayacaqlarından qorxaraq
rus ordusu ilə geri çəkilən
erməni silahlı dəstələri Anadoluda
və Cənubi Azərbaycanda etdikləri kütləvi qırğınları
bu dəfə Borçalıda, İrəvan
quberniyasında və
Cənubi Qafqazın digər yerlərində törətməyə başladılar.
1917-ci ilin noyabrında
Bakıda elan edilmiş sovet hökuməti əksinqilabi
ünsürlərlə mübarizə
adı altında
1918-ci ilin mart ayında
bütün Bakı quberniyasında azərbaycanlıların
məhvinə yönəldilmiş
planı həyata keçirməyə başladı.
İdeoloji fərqlərə baxmayaraq, Daşnaksütyun
Partiyası bolşeviklərlə
birgə hərəkət
edirdi. Minlərlə azərbaycanlı yalnız dini və etnik mənsubiyyətinə
görə Azərbaycanın
Bakı ilə yanaşı, Şirvan, Qarabağ, Zəngəzur,
Naxçıvan, Quba,
Lənkəran və digər bölgələrində
kütləvi surətdə
məhv edildilər.
Tiflisdə yaradılmış Transqafqaz Seymi qırğınların qarşısını
ala bilmədi. Kəskin
ziddiyyətlər ucbatından
1918-ci il mayın 28-də Transqafqaz
Seymi dağıldı.
Azərbaycan Xalq Cümhuriyyəti
quruldu. Bütün müsəlman Şərqində
ilk dəfə olaraq Azərbaycan xalqı cümhuriyyət idarə üsulunu qurdu. Azərbaycan Xalq Cümhuriyyətinin əhalisi 4 mln. 617 min nəfər, ölkənin ərazisi
113895. 97 kv. km idi.
Mayın 28-də ermənilərin Qafqazda heç bir zaman mövcud olmayan dövlətinin qurulduğu elan edildi. Ararat Respublikası adlandırılan bu ölkə Yeni Bəyazit, İrəvan və Aleksandropol qəzalarının hissələrindən
təşkil edildi.
Ermənistanın ərazisi
9 min kv. km
idi. Lakin qısa müddət
ərzində təcavüzkar
hərəkətləri nəticəsində
Ermənistanın ərazisi
genişləndirildi. Bu barədə Tiflisdəki
ABŞ konsulu Smit dövlət katibinə
1918-ci il 15 iyul tarixli teleqramında məlumat verərək yazırdı: “Almaniya və Türkiyə tərəfindən tanınmış
yeni Ermənistan dövlətinin ərazisi
12 min kvadrat kilometrə,
sərhədləri isə
Dilicandan sənub-qərbdə
Alagözə, oradan isə Eçmiadzinin cənubundan İrəvanın
şərqinə, oradan
da Sevan gölünə qədərdir”.
Yeni yaradılan
Ararat Respublikasının paytaxtı
olmadığından Erməni
Milli Şurası Azərbaycana müraciət
edərək İrəvan
şəhərinin paytaxt
kimi verilməsini xahiş etdi. Müraciət Azərbaycan Milli Şurasının mayın
29-da Tiflisdə keçirilən
iclasında müzakirə
edildi. Ermənilərin bu xahişi
yerinə yetirildi.
İrəvanı paytaxt kimi aldıqdan sonra da Ermənistan sakitləşmədi. Erməni silahlı
dəstələri azərbaycanlı
əhaliyə qarşı
kütləvi qırğınları
amansızlıqla həyata
keçirməyə başladılar.
İngilis nümayəndəsi
P.Koks Londona göndərdiyi 1918-ci il 30 oktyabr tarixli teleqramında erməni dəstələri
tərəfindən həmin
ilin mart ayında Cənubi Qafqazda 180 azərbaycanlı kəndinin
dağıldığını və azərbaycanlıların
öldürüldüyünü yazırdı.
Sovetləşdirildikdən sonra Gürcüstan Fövqəladə Komissiyasının
rəsmi sənədlərində
də erməni silahlı dəstlərinin
törətdikləri qırğınlar
barədə məlumat
verilərək yazılırdı
ki, Daşnaksütyunun
yad qüvvəni məhv etmək üsulunu təkrar etdi, Kars vilayətində
80 kəndi yer üzündən sildi.
Daşnaksütyunun 30 aylıq hökmranlığı
dövründə Ermənistanda
azərbaycanlı əhalinin
60%-i yer üzündən silindi, bütün türk əhalisi qanundan kənar elan edildi, azərbaycanlı və kürd əhalisini qırmaq yolu ilə ölkənin
erməniləşdirilməsi ideyası həyata keçirildi.
Ermənilərin əcdadlarının Qərbdən Şərqə:
Balkanlardan, yəni Avropadan Asiyaya, Qafqaza, o cümlədən
Azərbaycana miqrasiya prosesi mərhələ-mərhələ
əsrlər boyu davam etmişdir… 387-ci ildə Sasani və Bizans imperiyaları tərəfindən
bölüşdürülərək öz dövlətçiliyini
itirən ermənilərin
Cənub Qafqaza miqrasiya meylləri möhkəmləndi. Ərəb xilafətinin
dəstəyi ilə
704-cü ildə erməni
qriqoryan kilsəsi aqvan kilsəsini özünə tabe etdi.
Erməni
müəllifi V.İşxanyanın
XX yüzilliyin əvvəllərində
yazdığı da onların Cənub Qafqaza son əsrlərdə
gəlməsini bir daha təsdiq edir: “Ermənilərin həqiqi vətəni…Kiçik Asiyadır, yəni Rusiya hüdudlarından kənardadır
və Zaqafqaziyada bir neçə sırf erməni əyalətlərindən başqa
(başlıca olaraq İrəvan quberniyasında)
Qafqaz ərazisinin müxtəlif hissələrinə
ermənilər yalnız
son yüzilliklər ərzində
səpələniblər.”
Albaniyanın vilayəti olan Arsakın əhalisi erməni kilsəsinin təsirinə çox məruz qalmışdı. Rus tarixçisi
İ.P.Petruşevskiyə görə,
“Qarabağ heç bir zaman erməni
mədəni mərkəzlərinə
mənsub olmamışdır.”
O, yazır ki, erməni kilsəsi Albaniyada “Ölkəni erməniləşdirmək aləti
olmuşdur.” Kilsənin bu rolu VIII əsrin başlanğıcından
etiabrən xüsusilə
nəzərə çarpır.
Mütəxəssislərin fikrincə (prof.S.Onullahi, prof.V.Piriyev və b.), Qarabağ sözünə
ilk dəfə Rəşidəddinin
(1247-1318) “Cami-əttəvarix” əsərində rast gəlinir. Qarabağ əhalisinin mütləq
əksəriyyətini təşkil
edən azərbaycanlıların
el arasında adlandıqları
Qarabağ adı heç bir fərmansız-nəsiz əyalətin
hamı tərəfindən
işlədilən adıdır.
Yəni istər Arsax, istər Uti, istərsə də Qarabağ toponimlərinin yaranması sırf azərbaycanlılara məxsus
ifadə olub, onu yabaniləşdirmək,
“özününküləşdirmək”
qeyri-mümkündür. Təsadüfi deyil ki, XVII
əsr səyyahı Övliya Çələbi
Qarabağı “Kiçik
Azərbaycan” adlandırmşıdı.
Hələ I Şah Abbasın
dövründə Qarabağda
yaratdığı kiçik
inzibati idarə sistemi olan məlikliklər
Şimali Azərbaycan
torpaqlarının, o cümlədən
Qarabağın ruslar tərəfindən tutulmasında
dəridən-qabıqdan çıxırdılar.
Belə ki, 1729-cu ilin fevralında məliklər II Pyotra yazırdılar: “Sizin ayaqlarınızın altına
yıxılırıq…əl
tutun.”
Yalan uydurmaqda
ermənilərin mahir
olması söz yoxdur ki, onların
genlərindən irəli
gələn hal idi. Məsələn, 1790-cı ildə onlar “Yekaterinaya yazmışdılar ki, təkcə Şamaxı ətrafında 17 min silahlı
erməni var. Halbuki 1811-ci
ildə Şamaxı xanlığında olan 24
min ailənin yalnız
1500-ü erməni ailəsi
idi. XX əsrdə
2 milyon azərbaycanlını
terror, deportasiyalar, soyqırımları
vasiətsilə məhv
etmişlər. Ümumiyyətlə, ermənilərin qismən
Rusiya imperiyasına
ilk gəlişləri XIII əsrə,
rus çarları Qalitsinin və Uolinski Danilin dövrlərinə təsadüf
edir. Rus-erməni münasibətləri çar Aleksey Mixayloviç
(1645-1676) və xüsusən
də I Pyotrun zamanında daha da istiləşir. Erməni Minas 1714-cü ildə
I Pyotrun yanında olarkən ona çox yaxşı tanış olduğu Qafqazın təbiəti və iqtisadiyyatı barədə
müfəssəl məlumat
verməklə, Xəzər
sahilində kilsə tikməyi, sonra isə hərbi əməliyyatlar zamanı
ondan qala kimi istifadə etmək barədə təkliflər verir. Yalnız P.D.Sisiyanov 1804-cü ildə
Şimali Azərbaycana
16 min aysoriləri dəvət
edir.
Digər bir fakta müraciət
edək. 1806-cı ilin sentybarda Qafqaz ordusunun rus komandanlığına
məlumat çatdırılır
ki, 10 min nəfər Bəyazit ermənisi Azərbaycanın İrəvan
xanlığına köçmək
istəyir. Eyni zamanda
buraya köçən
ermənilər ruslara
bu torpaqları işğal etməkdə
yaxından kömək
edirlər. Danışıqsız ermənilərin rus ordusunun Şimali Azərbaycanı işğal
etməsinə yardımçı
olduğunu general N.Sinyaqin
“ermənilər öz
cəsurluqları və
Rusiyaya sədaqətləri
ilə seçilirdilər”
müşahidəsini belə
ifadə etmişdi.
Azərbaycan türklərinin ərazisinin
ikiyə bölünməsinin
XIX yüzilliyin əvvəllərində
buraya kütləvi surətdə köçürülən
və bir qədər qabaq gəlmə olan ermənilər vasitəçi
amil rolunu oynayırdılar. Belə ki, 1822-ci ildə osmanlı Kars və Ərzurum vilayətinin erməniləri
general A.P.Epmolovdan “rusların
– xilaskarlarımızın yaxınlaşması” barədə
xahiş edirdilər.
1804-1813-cü ildə və
1826-1829-cu illərdə rus-İran
və rus-türk müharibələrində erməni
katolikosu Nerses, erməni əsilli general Mədətov, ordu bölməsinin rəhbərləri
M.Vereiyan, Q.Manuçaryan,
babası XVIII əsrdə
Culfadan Rusiyaya köçmüş rus ordusunun polkovniki X.E.Lazaryev xüsusilə Azərbaycan torpaqlarının
işğalında böyük
fəallıq nümayiş
etdirmişlər. Manuçaryan 4-cü dərəcəli Georgi,
Vladimir və Anna ordenləri
ilə təltif edilmişdi. X.E.Lazaryev soydaşlarının
(erməni) Şimali Azərbaycana köçürülməsində
Türkmənçay müqaviləsinin
XV maddəsinin yerinə
yetirilməsində A.S.Qriboyedovun
demək olar köməkçisi rolunu
ifadə etmişdi.
Aydındır ki,
1805-ci il mayın 14-də Sisianovla
İbrahimxəlil xan arasında bağlanan Kürəkçay müqaviləsində
əsas etnik üstünlük
yalnız azərbaycanlılara aid olduğu üçün
də onlarla imzalandı. Yəni bu vaxt Qarabağda
erməni icması barədə söhbət
olmamışdı. Onlar yalnız və yalnız bu diyara yenicə köçürülürdü.
1828-ci ildə İrəvan və Naxçıvan
xanlıqları ərazisində yeni inzibati bölgü - erməni
vilayəti təşkil edilərkən bu
ərazidə 1110 yaşayış məntəqəsindən
yalnız 62-si erməni kəndi idi.
Əli
Xalq Cəbhəsi.- 2015.- 23 iyun.-
S.13.