“Soyqırımı xalq yaddaşında”

 

Beynəlxalq elmi konfrans keçirildi

 

 

Martın 2-də AMEA-nın Əsas binasında “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” Komissiyasının və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Soyqırımı xalq yaddaşında” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. AMEA-nın məlumatına əsasən, əvvəlcə foyedə AMEA əməkdaşlarının soyqırımlara həsr olunmuş rəsm əsərlərinin sərgisi nümayiş etdirildi. Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə əsrlər boyu ermənilər tərəfindən xalqımıza qarşı planlı şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətindən, onların törətdikləri qırğınlardan danışdı, erməni saxtakarlığının ifşasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, konfransın məqsədi tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımları öyrənən və araşdıran elm adamlarını bir araya gətirmək, onların fikirlərini Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaqdır.

AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli qərarı ilə yaradılmış “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının fəaliyyəti barədə də məlumat verən akademik Akif Əlizadə bildirdi ki, xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməlidir.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli soyqırımı tədqiqatları ilə bağlı görülən işlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, AMEA azərbaycanlılara qarşı soyqırımları tarixini yenidən və əsaslı şəkildə öyrənməyi humanitarictimai elmlərimizin mühüm vəzifələrindən biri hesab edir. “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” adlı nüfuzlu alimləri birləşdirən xüsusi komissiyanın yaradılması həmin vəzifələrin həyata keçirilməsi sahəsində atılan mühüm addımlardandır.

İsa Həbibbəyli bildirdi ki, AR Prezidenti İlham Əliyevin bütövlükdə Ermənistanın təcavüzünün aradan qaldırılması və informasiya müharibəsində Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi üçün gördüyü işlər ciddi nəticələr verməkdədir. Ümumiyyətlə, ölkəmiz bu faciə ilə bağlı həqiqətləri dünyaya çatdırıb və hüquqi sənədlərin qəbul edilməsinə nail olub. Bu istiqamətdə işlərin davam etdirilməsi Azərbaycanın Ermənistan üzərində ideoloji qələbə qazanmasına və mühüm nəticələrin əldə edilməsinə gətirib çıxaracaq.

Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarında dağıdılmış, eyni zamanda, ermənilərin özününküləşdirməyə cəhd göstərdikləri tarixi-mədəni abidələrimiz barədə məlumat verən akademik qeyd etdi ki, ermənilərin törətdikləri bu vəhşiliklər dünyaya çatdırılmalıdır. Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırımı siyasəti, soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi, repressiyadeportasiyaya məruz qalmasından danışdı, bütün bu həqiqətləri üzə çıxaran faktların aşkarlanaraq geniş ictimaiyyətə çatdırılması istiqamətində aparılan işləri diqqətə çatdırdı.

Tədbirdə çıxış edən Türkiyənin İpek Universitetinin İnsanxalqlar fakültəsinin dekanı, professor Kamal Çiçək, Fransanın Avrasiya Araşdırmaları Mərkəzinin əməkdaşı Maksim Geyn, Özbəkistandan olan yazıçı-publisist Şuxrat Salamov və başqaları erməni saxtakarlığının ifşa edilməsində bu cür tədbirlərin əhəmiyyətini qeyd etdilər, bu faciəyə beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməsinin zəruriliyini vurğuladılar. Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirdi. İclaslarda “1905-ci il soyqırımları xalq yaddaşında və tarixi qaynaqlarda”, “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və erməni-türk qarşıdurmaları”, “Erməni-Osmanlı münasibətləri və soyqırım məsələləri”, “UrmiyaSalmasda erməni quldurlarının törətdiyi qətliamlar”, “Sumqayıt hadisələri”, “Qarabağ müharibəsi və soyqırımlar”, “Xocalı” və s. mövzularda məruzələr dinlənildi.

 

Tərlan

Xalq Cəbhəsi.- 2015.- 3 mart.- S..15.