Azərbaycan diasporu və
dünya mediası ilə iş prinsipi
Azərbaycan diasporu indiyədək uzun inkişaf yolu
keçib, onun fəaliyyəti nəticəsində bir
sıra uğurlara da imza atılıb. Diaspor təşkilatlarının
sayı da az deyil. Amma say keyfiyyət
göstəricisi deyil və uğurlara rəğmən həll
edilməsi zəruri olan kifayət qədər ciddi problemlər
var.
Əvvəlcə
qeyd edək ki, Azərbaycan kimi ərazisi işğalda olan və
yerləşdiyi coğrafi məkana görə, burada
marağı olan böyük dövlətlərin ciddi təzyiqlərinə
məruz qalan dövlətlərin güclü diaspora
ehtiyacı var. Ümumiyyətlə, güclü diaspor
anlayışı nədir, diasporun güclü olması
üçün nə lazımdır, əsas komponentlər nədən
ibarətdir? Təbii ki, başqa ölkələrdə
yaşayan azərbaycanlılar həmin cəmiyyətlərə
inteqrasiya olmalı, dili mükəmməl bilməli və daha
çox intellektual sahələrdə fəaliyyət göstərməlidirlər.
Bizim təhlil edəcəyimiz müzakirə
mövzusu isə bu deyil. Qeyd etdiyimiz məsələlər
üçün uzun illər lazımdır və xaricdə
yaşayan ikinci nəsil azərbaycanlıların bu mərhələyə
çata biləcəyi daha çox inandırıcı
görünür.
Bəs hazırda nə etməliyik? O halda indiki real sosial baza və
şərtlərlə fəaliyyət göstərən
diaspor təşkilatlarımız effektiv fəaliyyət
göstərmək üçün ilk növbədə
yaşadıqları ölkələrin mediası ilə
sıx əlaqələr qurmalıdırlar. Bunu
bacarmayan, jurnalistləri keçirdikləri tədbirə gətirə
bilməyən təşkilatların işini uğurlu, fəaliyyətini
ciddi hesab etmək olmaz. Deməli belə təşkilatlar
zəiflər kateqoriyasına aiddirlər. Təssüf
ki, bunların sayı az deyil.
Uzun illər
boyu formalaşan mənfi ənənə
Bir məsələni xüsusi qeyd etmək zəruridir. Eyni taktiki fəaliyyət
nəticəsində illər uzunu mənfi ənənə
formalaşıb. Yəni xaricdə keçirilən tədbirlərə
daha çox adam toplamaq. Təbii
ki, tədbirləimizə daha çox insanın
qatılması çox yaxşıdır. Amma bir şərtlə ki, bu insanlar həmin ölkənin
vətəndaşlarlı və ya ümumilikdə digər
millətlərin nümayəndələri olsun. Amma bizdə uzun illərdir davam edən ənənə
necədir? Tutaq ki, Qarabağ, Xocalı
soyqırımı və ya Azərbaycanla bağlı hər
hansı bir mövzuda keçirilən tədbirə yalnız
azərbaycanlılar, ən yaxşı halda isə Türkiyə
türkləri qatılırlar. Yəni bir sıra
hallarda Azərbaycanın problemlərini bilən
soydaşlarımızdan savayı tədbirə heç kim gəlmir. Təbii ki, belə
tədbirlər heç kimə lazım deyil. Bu kimi addımlar boş yerə xərclənən
maliyə deməkdir. “Zal dolu olsun” prinsipini
reallaşdırmaq üçün kifayət qədər
ciddi işlərin görülməsinə yetən maliyyə
vəsaiti xərclənir. Həmin tədbirə
Azərbaycandan çoxsaylı insanlar gedir ki, bu qədər
insana maliyyə xərcləmək turist səfərindən
başqa bir şey deyil. Bu tədbirlərə
Azərbaycandan azsaylı insanların qatılması
laızmdır ki, maliyyə xərci cüzi olsun. Bura
Diasporla İş üzr Dövlə Komitəsinin əlaqədar
əməkdaşı, çıxışçılar və
media nümayəndələrindən savayı heç kim daxil edilməməlidir. Qısa bir test edək.
Tutaq ki, bir tədbirə Azərbaycandan Almaniyaya
20 nəfər aparılır. Bu 20 nəfərin
təyyarə biletləri, otel və qida xərcləri təqribən
25 min manata qədər vəsait deməkdir. 25 min manat xərcləyirik və 20 nəfər
Avropaya turist səfəri edir, nəticədə biz heç nə
qazanmırıq. Amma bunun əvəzində
hər hansı bir Avropa ölkəsinin hər hansı bir mətu
otrqanında, əyalət nəşrlərində belə
kiçik həcmli bir yazı dərc etdirsək müsbət
nəticə baxmından nə qədər böyük bir fərqin
şahidi olarıq. Onu da nəzərinizə
çadıraq ki, Avropa ölkələrində 150 min tirajla
nəşr olunan əyalət qəzetləri fəaliyyət
göstərir və bunun da böyük əksəriyyəti
abunə yolu ilə yayılır. 150 min tirajlıq mətbu
orqanda nəşr olunan Azərbaycanla bağlı
yazını 5 min nəfər oxuyursa deməli bu, “zal dolu
olsun” prinsipi ilə keçirilən tədbirlərdən 5
min dəfə əhəmiyyətli sayılır.
İşi
bilən jurnalistlərlə daha sıx əməkdaşlıq
vacibdir
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət
komitəsi Azərbaycanda diaspor üzrə yazan jurnalistlərlə
daha sıx əməkdaşlıq etməldir. Azərbaycanda barmaqla
sayılacaq qədər diaspor işini bilən, Avropada,
Amerikada və digər yerlərdə fəaliyyət göstərən
azərbaycanlılarla şəxsi əlaqələri olan və
onların əksəriyyətini şəxsən tanıyan
jurnalistlər var. Məsələn, Komitənin xaricdə
yaşayan hr hansı bir diapsor təşkilatının rəhbəri
və ya diaspor fəalı ilə rəsmi əməkdaşlıq
münasibəti varsa, jurnalsitlərin onlarla
formalaşmış şəxsi münasibətləri var.
Deməli həm də jurnalistlər kimin nəyə qadir
olduğunu daha yaxşı bilirlər. Və ya elə diaspor təşkilatı
və ya onun rəhbər ola bilər ki, Azərbaycanda
özünü tanıtmaq istəyir, amma ortada ciddi fəaliyyəti
yoxdur. Belə məsələlərdə də
Komitə jurnalistlərə tövsiyyə verə bilər.
Bu üzdən daha sıx
qarşılıqlı əməkdaşlıq uğurlu
kadrların seçilməsinə şərait yaradar ki, bunun
nəticəsində həyata keçirilən layihələrə
daha düzgün formada maliyyə yardımı edilə bilər.
Belə olduqda isə həmin maliyyənin daha
ciddi effektiv nəticələrə sərf olunduğunu
müşahidə edə bilərik. Xarici media ilə
iş prinsipində Diaspor Jurnalistləri Birliyinin (DJB) müsbət
fəaliyyəti var. Bu təşkilatın “0” büdcə ilə
həyata keçirdiyi layihələr nəticəsində bir
sıra ölkə mediasında Azərbaycanla bağlı
yazıların nəşr edilməsinə nail olunub.
DJB bu
ötən il ərzində 6 ölkənin
8 mediasında Azərbaycan, eləcə də Qarabağ həqiqətləri
ilə bağlı məqalələr dərc etdirib.
Pakistanın
“DNA” informasiya agentliyində və “Centreline” jurnalında
Xocalı faciəsi ilə bağlı məqalə, Litva
Respublikasının məşhur “slaptai.lt” internet
portalında ermənilərin Azərbaycan xalqına
qarşı törətdiyi 31 Mart soyqırımdan bəhs edən
məqalə, Pakistanın dövlət qəzeti “Daily
Parliament Times”da da “Erməni vandalizminə qarşı Azərbaycan
tolerantlığı” adlı məqalə,
Gürcüstanın “İberiana2” elmi saytında “Ermənilər
qondarma erməni soyqırımının yalan olduğunu
etiraf edirlər” adlı yazı dərc olunub. Bundan
başqa Almaniyada nəşr olunan “Bakış” jurnalında,
Türkiyənin “sporajans.com.tr” saytında, İtaliyanın məşhur
“Capitolino Flaş” (Paytaxt İşığı) qəzetində
yazılar dərc olunub.
Bu il yanvarın 22-də isə Avstraliyanın beynəlxalq
“Ancient-origins.net” (Qədim mənşələr) saytında
Azərbaycan ərazisindəki Alban məbədləri
haqqında məqalə dərc edilib. Bu ənənə
davam etdirilir.
Kadrların
seçimi böyük önəm daşıyır
Ümumiyyətlə, gəlin görək xarici media ilə
əlaqələri olan nə qədər təşkilatımız
var? Belə təşkilatlar və ya diaspor fəallarının
sayı çox azdır. Çox təəssüf ki,
xarici media ilə iş zəifdir. Diasporla
İş üzrə Dövlət Komitəsi əlaqələri
geniş, mediaya, dövlət qurumlarına, parlamentə
çıxış imkanı olan soydaşlarımızla
işləməyə üstünlük verməlidir.
Onu da nəzərinizə çatdıraq ki, son zamanlar az da olsa belə tədbirlərin şahidi
oluruq. Məsələn, 2015-ci il
yanvarın 28-də Macarıstanın paytaxtı Budapeştdə
Soyqırım Həqiqtələrinin Tanıdılması
İctimai Birliyinin "Qardaşlıq" Macar – Azəri Birgə
Cəmiyyəti ilə birgə təşkil etdiyi, bizim də
qatıldığımız “Xocalı soyqırımına
beynəlxalq hüquqi baxış və əsassız erməni
iddiaları” adlı konfrans keçirildi. Tədbirə
3 Macarıstan televiziyası, 7 qəzet və İnformasiya
agentliklərinin əməkdaşları
qatılmışdılar. Tədbir həmin
KİV-lərdə geniş şəkildə yayıldı.
Konfrans iştirakçılarının 90 faizi
isə macarlar idi. Macarları tədbirə dəvət
edən, orada geniş əlaqələrə malik olan Macar – Azəri
Birgə Cəmiyyətinin sədri
Ramiz Əmirli idi. Ramiz Əmirli “hələlik mənim rəhbərlik
etdiyim "Qardaşlıq" cəmiyyəti Komitə ilə
birgə tədbir keçirməyib. Biz, nəinki,
Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanı
sevən hər bir şəxslə işbirliyi qurmağa
hazırıq”,-deyə bildirdi: “Nəzərinizə
çatdırım ki, biz, cəmiyyət olaraq həmişə
xarici mətbuatı izləyirik. Buna məcburuq.
Macarısatanla bərabər Avropanın digər
ölkələrində ölkəmiz haqda yazilar da çap
etdiririk. Buna çox ehtiyac var. Əlbəəttə
ki, biz, daha da güclənməliyik. Bunun
ücün dövlətimizin, Diasporla İş üzrə
Dövlət Komitəsinin kölgəsini həmişə
üzərimizdə hiss etməliyik. Dövlətimizi
layiqincə təmsil edən hər bir cəmiyyətə, vətəndaşa
dəstək vermək lazimdir. Diaspor işi o zaman daha
effektli ola bilər ki, bu iş həmin
ölkələrdə uzun müddət yaşayan, həmin
millətin dilini- sirrini bilən, orada müxtəlif təbəqələrdə,
eyni zamanda, mediada dostluq əlaqələri qurmağı
bacaran insanlarla aparılsın”.
Digər geniş əlaqələri olan
soydaşlarımızdan biri Hollandiyada yaşayan Vüqar
Abbasovdur.
Vuqar Abbasov Azərbaycan, Hollandiya və Beynəlxalq Jurnalistlər
Birliyinin üzvüdür, holland dilini bilir, holland
mediasında dəfələrlə yazıları dərc
olunub, holland millət vəkilləri, bələdiyyə sədrləri
və digər təşkilatlarla əlaqələri var. Amma təəssüf
ki, Diaporla İş üzrə Dövlət Komitəsi bu
şəxslə də əməkdaşlıq etmir. Vuqar
Abbasov bildirdi ki, Diasporla İş Üzrə Dövlət
Komitəsində şəxsən tanıdığı və
hörmət etdiyi insanlar da çalışır:
“İşgüzar baxımdan isə komitə ilə heç
bir bağlılığımız yoxdur. Öncələr
də mətbuatda bizim olmayan əlaqələrimiz barədə
dəfələrlə yazmışam və dəyişən
heç bir şey yoxdur. Ancaq buna görə
kimisə, konkret komitəni itiham etmək fikrindən
çox-çox uzağam”. Onun sözlərinə
görə, Niderlandda və eləcə də digər ölkələrdə
mətbuatla işin nə dərəcədə əhəmiyyətli
olduğunu təsəvvür etmək o qədər də
çətin deyil: “Burda insanlar mətbuatı gündəlik
izləyirlər və bir çox halda bir qəzeti bir
neçə adam oxuyur. Sadə
niderlandlıların bir çoxunun belə bir adətləri
var ki, özləri qəzetləri oxuduqdan sonra
qonşularına, yaxud digər tanıdıqlarına verirlər
və bu da o deməkdir ki, qəzet əslində öz
tirajından daha artıq insana çatmış olur. Müasir dövrümüzdə mediyanın insanlara
rolu danılmazdır. Niderlandda hətta
mediyanın vasitəsi ilə siyasətçilərə
yaxşı mənada təsir belə etmək
mümkündür. Mətbuatın
qaldırdığı hər hansı bir məsələyə,
siyasətçilərə ünvanladığı suallara
yerli siyasət adamları çox nadir halda biganə qalarlar və
hətta deyərdim ki, qalmırlar. Mən
bunu şəxsi təcürübəmdən deyirəm.
Niderlandın ən böyük partiyası olan PvdA – nın sədrindən tutmuş hər hansı
bir bələdiyyənin üzvünə qədər suallar
göndərdiyim vaxtlar olub və demək olar ki, heç bir
vaxt suallarım cavabsız qalmayıb. Zaman-zaman
bir çox oxucularımız mənim Niderland siyasətçiləri
ilə hazırladığım müsahibələri Azərbaycan
mətbuatından oxumaq imkanı qazanıblar (yeri gəlimişkən
qeyd edim ki, həmən yazılar həm də yerli Niderland mətbuatında
gedib). Düşünürəm ki,
çalışıb jurnalist dostlarımızın
sayını çoxaltmalıyıq. Əgər
jurnalistlərə həqiqətlərimizi sübut edə bilsək,
onlar bu həqiqətləri siyasətçilərə təqdim
və sübut edə biləcəklər”.
Əli Zülfüqaroğlu
Xalq
Cəbhəsi.- 2015.- 3 mart.- S.9.