3 yaşlıGündəlik Teleqraf

 

ya uğura aparan yollar

 

Gündəlik Teleqrafqəzetinin fəaliyyətə başlamasının 3 ili tamam olur. Bu qəzet 3 il ərzində uğurlu inkişaf yolu keçib, populyarlıq qazanıb nüfuzlu qəzetlərdən birinə çevrilib. Qəzetin bu mərhələyə çatmasında xidmətləri olan əməkdaşları ilə söhbətləşdik.

Gündəlik Teleqrafqəzetinin şef redaktoru Taleh Şahsuvarlı bildirdi ki, çalışdığı mətbnu orqan son illərdə gündəlik çıxan, həm 3 il yaşayan demək olar ki, yeganə qəzetdir: “Çox yaxşı kollektivimiz var. Azərbaycan ictimai rəyə təsir imkanları baxımından qəzetin işini yülsək qiymətləndirmək olar. Ümid edirəm ki, gələcəkdə daha uğurlu fəaliyyət göstərəcəyik. Bizi təbrik edən, sevincimizə qoşulan hər bir kəsə öz təşəkkürümüzü bildiririk”.

Qəzetinin redaktoru Aqil Lətifov media qurumu üçün 3 rəqəminin elə böyük yaş olmadığını deyir. Onun zözlərinə görə, bu qısa müddət ərzində qəzet böyük uğurlar, nailiyyətlər əldə edərək, bu illərə sığmayan inkişaf yolu keçib: “Mən ilk olaraq başda Aynur Camalqızı olmaqla bütün kollektivimizi qəzetimizin üç yaşı münasibəti ilə təbrik edir hər birimizin dörd yaşda daha böyük uğurlarla addımlamağımızı arzulayıram. Üç yaş uşaq yaşıdır. Bu yaşda uşaq təzə-təzə danışmağı öyrənir. Uşaqla müqayisə apardığımda isə bizim artıq tam səlis danışdığımızı, özümüzü tam mənada peşəkarcasına ifadə etdiyimizi əminliklə söyləyə bilərəm. Həqiqətən, bu qısa zaman kəsimində qəzetimiz özünəməxsus yer tuta bilib. Deyərdim ki, bu üç il ərzindəGündəlik Teleqrafdaha böyük illərdə qazanıla biləcək uğurlara sahiblənib. Tam səmimi deyirəm ki, qəzetimiz ötən müddət ərzində ölkənin ən populyar qəzetlərindən birinə çevrilib. Sevindirici haldır ki, peşəkar bir komanda ilə formalaşdırılanGündəlik Teleqrafailəsi obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə daim sadiq qalıb. Qəzetimiz zamanın nəbzini tutmaqla yanaşı toxunduğu aktual mövzulara peşəkar yanaşma ortaya qoyub. Sanballı araşdırma yazıların davamlı dərc edilməsi, mövzulara obyektiv yanaşma peşəkar kollektivimizin böyük zəhmətinin bəhrəsidir. Məhz bu zəhmət sayəsindəGündəlik Teleqrafçap nəşrləri arasında öz dəst-xətti ilə seçilərək, özünə güclü oxucu auditoriyası formalaşdırmağı bacarıb. Qələmə aldığımız yazıların nüfuz dairəsi, günü-gündən artan oxucu sayımız, eləcə ötən illərlə müqayisədə abunəçilərimizin sayının çoxalması bizə - qəzetimizə olan maraqdan, güvəndən, eləcə , peşəkarlara verilən qiymətdən xəbər verir. Məhz bu, bizikollektivimizi daha da ruhlandırır görəcəyimiz işlərin hələ çox olmasına, bu istiqamətdə yorulmaz fəaliyyətə səsləyir. Mən qəzetimizə uzun ömür, daha böyük uğurlar arzulayır, bütün əməkdaşlarımızın gələcək fəaliyyətində müvəffəqiyyətlər diləyirəm. Allah yolumuzu açıq etsin! Kollektiv arasında sağlam mühitə, sevgiyə, qarşılıqlı hörmətə baxdıqda gələcək uğurları indidən görmək mümkündür. Ad gününüz (günümüz) mübarək teleqrafçılar!”.

Gündəlik Teleqraf”ın müxbiri Naibə Qurbanovaçox sevindiricidir ki, cəmi 3 yaşı olanGündəlik Teleqraf”ın iki ilə yaxındır bir səhifəsinin müəllifi mənəm. İki illik fasilədən sonra yenidən işə qayıtmaq, ələlxüsüs da yeni çıxan bir qəzetdə işə başlamaq çox məsuliyyətli idi mənim üçün”,-deyə vurğuladı: “Amma çox sevinirəm ki, o inamı doğrulda bildim. Peşəkarlarla işləməyin məsuliyyəti, çətinliyi olsa da, maraqlıdır. Mətbuatda çoxlarının müəllimi sayılan hazırda isə çalışdığım sosial-iqtisadiyyat şöbəsinin redaktoru Qurban Yaquboğlunu razı salmaq çətin məsələdir. Amma onun köməyi, peşəkarlığı hər çətin məqamda köməyə gəlir. O cümlədən şef redaktor Taleh Şahsuvarlının, Teleqraf.com saytının redaktoru Zahid Nurəliyevin sayəsində ölkənin sayılıb seçilən kütləvi informasiya vasitələri sırasında olmaqdan qürur duyuruq.

Bundan sonra da hələ neçə-neçə üç illiklər beləGündəlik Teleqraf”da çalışmadqan. ancaq zövq ala bilərəm. Öncə bütün oxucularımızı, sonra isə başdaTeleqraf Holdinq”in rəhbəri Aynur Camal olmaqla bütün kollektivimizi təbrik edirəm”.

Qəzetin əməkdaşı Nemət Orucov dedi ki, Azərbaycanda qəzet buraxmaq, böyük bir kollektiv formalaşdırmaq elə , asan məsələ deyil: ““Gündəlik Teleqrafqəzeti artıq yaxşı bir jurnalist komandası formalaşdıra bilib, nəşrinin üçüncü il dönümünü qeyd edir. Hesab edirəm ki, normal, Azərbaycan reallıqlarına uyğun qəzet çıxara bilirik. Eləcə qəzetdə bütün siyasi qüvvələrə yer ayrılır. Əlbəttə, bəzən informasiyalar hansısa partiyanın ya təşkilatın xoşuna gəlməyə bilər. Ancaq bizim işimiz xəbəri yaymaq, baş verənləri təhlil etməkdir. Biz daha çox durumun mənzərəsini cəmiyyətə təqdim edirik, onun şərhi ilə məşğul olmuruq. Əlbəttə, analitik məqalələr olur. Hesab edirəm ki, bu müddətdə normal qəzet ortaya qoya bilmişik. Artıq siyasət ictimai fəaliyyətlə məşğul olan insanlarımızın belə bir qəzetdən xəbəri var, gündəlik cari fəaliyyətlərində qəzetə baxırlar. Bir çox qəzetlər bizim xəbərlərə istinad edirlər, özləri üçün mövzu çıxarırlar. Düşünürəm ki, qəzet artıq reysə düşüb artıq özünün dəsti-xəttini müəyyən edib. İnanıram ki, gələcəkdə daha keyfiyyətli maraqlı, həmçinin əhatəli media orqanı kimi etibar qazana biləcəyik. Hesab edirəm ki, Azərbaycanda internet saytları qədər çox olsa da, onlar qəzetin yerini verə bilməzlər. Mən sadəcə olaraq insanlarımızın daha çox oxumasını, qəzetə meyllənməsini vacib hesab edirəm. Düşünürəm ki, bütün nəşrlər daha çox oxucu kütləsi formalaşdırmaqda, daha çox qəzet satmaqda maraqlı olmalıdır. Bu, ümumilikdə cəmiyyətimizin intellektual səviyyəsinin qalxmasına müsbət təsir edərdi. Təəssüf ki, indi qəzet oxuyanların çevrəsi çox dardır. Gündəlik Teleqrafda məhz daha yaxşı əhatəli oxucu kütləsi formalaşdırmaq niyyətindədir. Hər halda ölkəmizdə qəzetlər, nəşrlər qədər çox olsa, bir o qədər yaxşıdır. Mən bu qəzetdə indiyə qədər əməyi olan bundan sonra olacaq bütün əməkdaşlara uğur arzulayıram. Qəzet cəmiyyətin güzgüsüdür. Kollektivi də təbrik edirəm”.

“Gündəlik Teleqraf”ın sosial sahə üzrə müxbiri Sevil Hilalqızı qəzet fəaliyyətə başladığı dövrdən burada işləyir: “Hesab edirəm ki, sosial sahə üzrə qəzetimiz cəmiyyətlə səsləşən mövzuların ictimailəşməsində, sosial sahədə baş verən nöqsanları işıqlandırmaqda və bu nöqsanların aradan qaldırılmasında mütəxəssislərin faydalı fikirlərinin yayılmasında xidmətləri var. Kollektivimiz mehribandır. Qəzetimizin gənc yazarı Nərgiz Cavadzadənin kollektivimizin bir araya gəlib maraqlı tədbirlər keçirməsində xüsusi rolu var. "Gündəlik Teleqraf"a və teleqraf.com-a 100 il ömür arzulayıram, 100-dən sonrasını gələcək gösətərər”.

Qəzetin əməkdaşı Hacı Zeynalov da “Gündəlik Teleqraf”da 3 ildir çalışır: “Bu illər ərzində qəzetin rəhbərliyinin və kollektivin inamını qazanmışam. Yeni yaranan qəzetdə jurnalsitlər işə başlamağa tərəddüd edirlər. Amma “Gündəlik Teleqraf” qəzetinin rəhbərliyi tərəfindən təklif alanda tərəddüd etmədən işə başladım. Bu gün “Gündəlik Teleqraf”da işləməyimə görə, peşman deyiləm. Çünki qəzet siradan bir qəzet olmadı. Son üç il ərzində qəzetdə sözümüzü deməyi bacarmışıq. Oxucu kütləsi qazanmışıq. Mən bu qəzetin 10, 100 illik yubileyini görmək istəyirəm. Qəzetdə mənim işim kriminal xəbərlər və məhkəmə zallarından maraqlı reportajlar hazırlamaqdan ibarətdir. Bu sahələrdə baş verən xəbərləri birinci oxucuya çatdırmağı öz qarşıma məqsəd qoymuşam. Belə də davam edəcək”.

Digər əməkdaş Nərgiz Ehlamqızı: “3 il bundan öncə qəzetimizin ilk nömrəsi üçün çox həyəcanla iş gedirdi. Fevralın sonundan planlaşdırmalar, layihələr ətrafında müzakirələr aparılırdı. Qəzet bazarına yeni qəzet gəlirdi, həm də iddialı. Kollektivdə bir çox jurnalistlər uzun illər birgə çalışsa da, redaksiya heyətində mənim kimi gənclər də vardı. Artıq 2015-ci ildir. Qəzetimiz yaşca böyüdü, buradakı gənclər də təcrübəcə. Jurnalistikaya yeni gələnlər arasında tez-tez redaksiya dəyişmək dəbdədir. Amma mən 3 ildir ki, doğma qəzetimdəyəm. Sevinirəm ki, “Gündəlik Teleqraf” qaldırdığı mövzularla çox vaxt saytları qabaqlamağı bacarır. Bizim həm də Teleqraf.com saytımız fəaliyyətdədir. Kollektiv səylə çalışır ki, həm saytımızın operativliyi təmin olunsun, həm də qəzetimiz ciddi mövzulara toxunsun. Bizi oxuyan, teleqrafçılara inanan oxucularımıza minnətdarıq. Kollektivimizlə yanaşı oxucularımızı da təbrik edirəm!”.

Qəzetin əməkdaşı Nərmin Muradova deyir ki, “Gündəlik Teleqraf”da ilk növbədə əziz və doğma kollektiv çalışır: “Bu kollektivə 2013-cü ilin fevral ayının 1-də qatıldım və artıq iki ildir ki, burda çalışıram. Qəzet yaranan gündən dəyərini ortaya qoymağı bacardı və bu gün də eyni templə davam edirik. Oxucu üçün maraqlı və rəngarəngliyimizi saxlaya bilmişik. Kollektiv olaraq bütün sahələrdə günün aktual mövzularını, problemləri işıqlandırmağa, araşdırmağa, reportajlara meylli olmağımıza, nəticəyə yönəlik yazılara üstünlük veririk. Bunun üçün kollektivin hər bir əməkdaşı səylə çalışır. Qəzetimizin “Brifinq” layihəsi isə öz fərqliliyi ilə seçilir. Hətta deyərdim ki, bizdən sonra bu layihəni fərqli formada həyata keçirənlər var. Özüm mədəniyyət müxbiri kimi şou və qalmaqallardan uzaq mədəniyyətlə bağlı ciddi yazılara önəm verirəm. Oxucularımız sırasında mədəniyyət sahəsinin tanınmışları da az deyil. Biz hər zaman sayt bolluğunun diqqətdən kənarda saxladığı mədəniyyət xadimlərinin sənətinə yer ayırmağa çalışmışıq. Və sevinirəm ki, bununla onların etimadını qazanmışıq. İşdən başımız açılan kimi isə özümüz üçün mehriban ortamlar yaradırıq. Doğum günlərimizi birgə qeyd edirik, söhbətləşirik, “balıq keyfi”nin dadını çıxarırıq. Çünki işin çoxluğundan hərdən redaksiya daxilində belə bir-birimizi görə bilmədiyimiz, söhbət edə bilmədiyimizi günlər çox olur... Bunu xüsusi qeyd edəcəm, mənim üçün “Gündəlik Teleqraf” anamla, anamın iki il ərzində hər gün sevərək oxuduğu qəzet olmağımızla assosiasiya olunur. O yazılarımın qəzetdə ilk oxucusu, ilk tənqidçimdir. Davam edək, davam edək, davam edək...Uğurlarımız bol, işimiz səmərəli olsun. Hamımızı və oxucularımızı təbrik edirəm...”.

Qəzetin əməkdaşı Səxavət Həmidli bildirdi ki, bu günlər “Teleqraf Holding” üçün əlamətdardır: “Məhz, 2012-ci ilin martın 1-də Azərbaycan mətbuatında yeni bir qəzet fəaliyyətə başladı. Qeyd edim ki, Azərbaycanda yeni qəzet təsis etmək daha çox ötən əsrin 90-cı illəri üçün xarakterik idi. Sonrakı illərdə ölkədə internetin inkişafı media cameəsinə mənsub şəxslərin daha çox saytlar təsis etməsinə gətirib çıxarmışdı. İlk baxışda belə təəssürat yaranırdı ki, “qəzet erası” öz yerini internet jurnalistikasına verir. Ancaq təvazökarlıqdan bir qədər uzaq olsa da, deməliyəm ki, “Gündəlik Teleqraf” qəzetinin nəşrə başlaması bu təəssüratı alt-üst etdi. Mən “Teleqraf Holding”də çalışmağa “Gündəlik Teleqraf” qəzeti nəşrə başladıqdan az sonra – 2012-ci ilin mayın 15-də başlamışam. Bunu ona görə deyirəm ki, həmin vaxt kənardan qəzetin necə ajiotaj doğurduğunu, hər nömrəsinin dərhal satıldığını müşahidə etmək imkanlarım olub. Mən indi də vaxtaşırı kənardan qərəzsiz oxucu gözü ilə qəzetimizə baxmağa çalışıram və obrazlı desək, gördüyüm mənzərə ürəyimi açır”. S.Həmid deyir ki, çalışdığı holdingdə hər zaman sağlam atmosfer mövcud olub: “Məncə bu məsələdə “Teleqraf Holding”in rəhbəri, hörmətli Aynur xanımın şəxsi keyfiyyətlərinin yüksək olması öz sözünü deyir. Tanıyanlar bilir ki, o çox mədəni və kübar bir insandır, sakit, həlim xasiyyətlidir. Hətta hansısa işçinin nöqsanı olsa belə, bunu sakit, asta tərzdə deyir. Ümumiyyətlə, Aynur xanım mənim çox sevdiyim Anton Pavloviç Çexovun dünya şöhrətli “6 nömrəli palata” povestinin qəhrəmanı, baş həkim Andrey Yefimıç Ragin kimi felin əmr formasından istifadə etməyi sanki özünə qadağan edib. Dəfələrlə müşahidə etmişəm; Aynur xanım işçilərinə hansısa tapşırıq verəndə bunu elə formada deyir ki, sanki tapşırığı verən şəxs səninlə eyni statusu daşıyan iş yoldaşındır. İndi özünüz deyin, belə bir müəssisədə işləməkdən kim zövq almaz?”

Biz də “Xalq Cəbhəsi” qəzeti olaraq “Gündəlik Teleqraf”a uğurlar arzulayırıq...

 

Əli

Xalq Cəbhəsi.- 2015.- 3 mart.- S7.