Erməni kilsəsi Daşnaksütyunun müdafiəçisi rolunda

 

24 aprelin “erməni genosidi” günü kimi qeyd edilməsi ilk dəfə Beyrutdakı erməni kilsəsi tərəfindən irəli sürülüb və Daşnaksütyun tərəfindən daim gundəmdə saxlanıllb, kütləviləşdirilib. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, erməni xalqının tarixi ardıcıl olaraq bu sayaq erməni kilsə “tarixçilərinin” - keşişlərinin cızma-qaralarına istinadən yazılıb. Bu tip “tarixcilərin” fikirlərinin elmi həqiqətlərlə heç bir əlaqəsi yoxdur və erməni tarixi sadəcə olaraq uydurmalar yığnağından başqa bir şey deyil. Saxta erməni tarixi faktlar və həqiqət qarşısında laldır...

Ümumiyyətlə, Azərbaycanın son iki yüzillik tarixinə dair işıq üzü görmüş kitabların ermənilərlə bağlı hansı səhifəsini açırsansa aç, erməni kilsələrinin böyük-kiçikliyindən, yerləşmə yerindən asılı olmayaraq onun ancaq Azərbaycana və Azərbaycan xalqına qarşı cinayətkar hərəkətlərindən bəhs edən yazılar oxuyursan. Türkün qatı düşməninə çevrilmiş erməni-daşnak faşizminin mərkəzində erməni kilsələrinin özünü və müştərək oyununu görürsən. Araşdırmaçı Ə.Əroğul deyir ki, “Erməni kilsələrinin zaman-zaman siyasiləşmiş bir təşkilata çevrilməsini, tək Allahlığın, Allaha duaların və dini mənəviyyatın təbliğindən çox siyasətlə, cinayətkar əməllərlə məşğul olmasını, onun iç üzündəki naqislikləri açan kifayət qədər faktlarla rastlaşırsan. Kilsələrdə saxta pullar kəsilməsi, kilsələrin silah-sursat anbarlarına çevrilməsi, kilsələrin siyasi partiyaların, daha doğrusu, Daşnaksutyunun görüş və yığıncaq yerləri olması, bir çox terror və mövcud hakimiyyət orqanlarının rəhbərlərinə qarşı sui-qəsdlərə dair hazırlıq planlarının müzakirəyə qoyulduğu yerlər kimi fəaliyyət göstərmələrinin şahidi olursan. Bütün bunlar ondan irəli gəlir ki, çar Rusiyasının himayəsi altında yaradılan Daşnaksutyun partiyası rüşeym halında kilsələrin ana bətnində yetişib. Daşnaksutyun kilsələrin xeyir-duası ilə həyata vəsiqə alıb. Odur ki, erməni kilsələri daim şovinist ziyalıları yetişdirib Daşnaksutyun partiyasının sıralarına kadrlar ötürən ehtiyat mərkəz qismində özünü büruzə verib. Ücmuəzzin kilsəsi başda olmaqla bütün erməni kilsələri qatı şovinist gücləri öz ətrafında toplayır. Özu isə arxa planda, daha doğrusu, pərdə arxasında iblisanə oyunbazlıqlar edən bir mərkəzə çevrilir. XX əsrin birinci soyqırımını törədən erməni-daşnak faşistlərinin qətliamın ən qızğın dövründə öz qurultaylarını 1907-ci ildə Ücmuəzzin kilsəsində keçirmələri, “Vahimə” adlı təşkilat yaratmaları erməni kilsəsinin Azərbaycan türklərinin qətliamında erməni-daşnak faşistləri ilə müştərək iştirakını sübut edən faktların yüzdən biridir. Erməni din xadimlərinin bir çox nümayəndələri bilavasitə təcavüz aktlarında, etnik təmizləmə və Azərbaycan türklərinin soyqırımı hadisələrində iştirak ediblər. 1905-1907, 1918-1920 və 1988-1994-cü illərdəki qətliamlarda, 1948-1953-cu ilin deportasiyasında erməni kilsələrinin özlərini erməni-daşnak faşizminin təbliğat mərkəzi kimi göstərməsi kimsəyə sirr deyil. Ümumiyyətlə, ermənilərin bütün üsyankar və davakar hərəkətlərini istiqamətləndirən, çətin anlarda kömək əlini uzadan, onlara dayaq duran, rəhbərlik edən və maddi yardım göstərən tərəflərdən biri də həmişə kilsə nümayəndələri və onun başında oturan katolikoslar olublar. 1914-cu ildə Ücmüəzzin katolikosu Gevork rus çarının qəbulunda olarkən çara müraciətində ermənilərin qurtuluşunun Türkiyədən ayrılmaq, çar himayəsinə keçmək və müstəqil bir erməni dövləti qurmaqla mümkün ola biləcəyini söyləmişdi. XIX əsrin II yarısından başlayaraq illərlə davam edən bir inadkarlıqla, başda Rusiya olmaqla İngiltərə, Fransa və digər super dövlətlər erməniləri dəstələyərək və silahlandıraraq kilsələrin gücündən və imkanlarından maksimum istifadə etmişdilər”.

Kilsələrin və kilsə nəzarətində olan məktəblərin bir qayda olaraq silah-sursat anbarlarına çevrilməsini göz önünə gətirin: “Hətta erməni kilsələri 1948-1953-cu illərdə Ermənistan SSR-dən azərbaycanlıların öz tarixi torpaqlarından deportasiya edilməsində də xüsusi rol oynamışdı. Katolikos seçkiləri ilə bağlı 1945-ci ilin aprelində Stalinin erməni katolikosu Çörəkçiyanı qəbul etməsi, bu zaman xaricdə yaşayan ermənilərin Ermənistana repatriasiya məsələləri barədə danışıqlar aparılıb. 1943-cü ilin Tehran səfərində də İrandakı erməni kilsələrinin və diasporlarının da bu məsələ ilə əlaqədar Stalinin saqqızını oğurlamalarının da az təsiri olmamışdı. İş o yerə catdırılmışdı ki, Stalin 1945-ci ilin kominternində türkləri Avropadan cıxaracağından, SSRİ ilə Türkiyənin sərhədləri məsələsindən danışmışdı.

Xaricdə yaşayan 360 min ermənini Ermənistana köçürməyə hazır olduqları barədə yalan məlumatlara ayaq verilmişdi. Məhz bu görüşlərdən və təsirlərdən sonra SSRİ XKS 1945-ci il noyabr ayının 21-də ermənilərin xaricdən Ermənistan SSR-ə qaytarılmasına və ya köçürülməsinə dair qərar, SSRİ AS RH isə sovet sərhədindən ölkəyə daxil olan hər hansı erməniyə sovet vətəndaşlığı verilməsi barədə səsnəd qəbul edib. Hər halda bu çirkin oyunların nəticəsi olaraq 1948-1953-cu illərdə azərbaycanlılar cinayətkarcasına Ermənistan SSR-dən deportasiya edilmiş, əvəzində isə Ermənistana xaricdə yaşayan 90 min erməni repatriasiya olunmuşdu. “Qarabağ Komitəsi”nin liderləri Ayrikyan, Manucaryan, Silva Kaputikyan kimi daşnak elementləri də Ermənistana mühacirət etmişlər”.

Başqa bir nüans: Marşal İona Antoneskinin şəxsi dostu olan və əli çox mətləbləri həll etməyə catan Qarapet Balcanyanın katolikos seçilməsi ilə yanaşı Daşnaksütyunun fəallaşması, baş qaldırması təsadüfi deyil. Daşnaksutyun katolikos seçilən Qarapet Balcanyanın verdiyi təkan və etdiyi köməkdən bəhrələnərək fəallaşmışdı. Ümumiyyətlə, həmişə erməni kilsəsi Daşnaksütyunun müdafiəçisi və müttəfiqi rolunda çıxış edib. Onlar xristianlıqdan uzaqdırlar. Bir sözlə, erməni kilsələrinin nümayəndələri körpəlikdən daşnak tərbiyəsində böyüyür və yetişirlər. Bu gün onların əksəriyyəti üzdə olmasa da, qəlbən daşnaksutyun partiyasının biletlərini sinələrində, ürəklərinin başında gəzdirirlər…

Diqqət cəkən daha bir məqama nəzər yetirin. Xankəndində 10 mart 1988-ci il tarixdə bir qrup daşnak separatçısı piket keçirir və Dağlıq Qarabağın Ermənistana birləşməsi məsələsini Sov.İKP-nin XIX konfransı qarşısında qaldırılması tələbini irəli surur. 13 mart 1988-ci il tarixdə isə (cəmi 3 gün sonra) ABŞ-da fəaliyyət gostərən Ali erməni kilsəsi rəhbərliyinin çağırışı ilə Nyu-Yorkda ermənilərin Qarabağ ermənilərini müdafiə edən mitinqi keçirilir...”

Araşdırmaçı bir hadisəyə diqqət çəkir: “II Vazgen İrəvanın Teatr meydanındakı mitinqlərdə çıxışında demişdi ki, Qarabağı Ermənistana birləşdirmək üçün lazım gəlsə, 3 milyon ermənini qurban verməyə hazırıq. II Vazgenin davası Qarabağ ermənilərini xoşbəxt görmək deyildi, Qarabağ torpağını Ermənistana birləşdirmək davası idi. Üçmüəzzinin təşkilatcılığı ilə erməni kilsələri 1987-ci ildə tez “Qarabağ həmrəylik komitəsi” yaratdılar. Bütün yerli kilsələrdə özəklərini təşkil etdilər. Daşnaksütyun partiyası ilə bir cəbhədə çıxış edirlər. Bəs Üçmüəzzinin “Ararat” qəzetində Arximandrit Karapetin “Sulh yox, ancaq qılınc!” müraciətinə nə deyəsən?! Müqəddəslik erməni-daşnak faşistlərinin xaç atası rolunda çıxış edən kilsələr üçün mənasız şeydir. Erməni-daşnak faşistlərinə qoşulan xaç ata üçün müqəddəs bir şey varsa, o da türkü qırmaqdır.

Erməni xislətinin, erməni xarakterinin ana xətti tarix boyu güclü tərəfə yıxılmaq olub. Daşnaksütyun partiyasının kilsə ətrafında sarmaşıq tək xaç üstə sarınmış yumaqdan maya tutması qaçılmazdır, danılmazdır. Erməni-daşnak faşistləri hər zaman bu nüvə ətrafında fırlandığını, kilsələrdən güc aldığını numayiş etdirən əməl sahibi olublar. Bunu biz də hər zaman müşahidə etmişik. Kilsə xadimləri bütün tarix boyu erməni dilini, ədəbiyyatını, olmayan, lakin qonşulardan əxz etdikləri adət-ənənələri özününküləşdirərək ildən-ilə, nəsildən-nəslə ötürən mühafizəkara dönüblər. Bir qayda olaraq kilsələr ölən daşnak terrorçusuna yas tuturlar. Daim onu yad edirlər. Həmişə həbs cəzasına məhkum edilən daşnak terrorçularının, insan qatillərinin mudafiəsinə qalxırlar. Daşnaksütyun partiyasının keçirdiyi tədbirlərdə yaxından iştirak edirlər, başda otururlar. Erməni-daşnak terrorlarının həyata keçirilməsinə xeyir-dua verirlər. Həmişə erməni xalqını fəlakətə aparan, faciədən-faciəyə sürükləyən daşnak təbliğatının, erməni-daşnak faşistləri tərəfindən etnik münaqişələrin, ədavətlərin törədilməsində Daşnaksutyunla qoşa addımlar atırlar. Bir sözlə, kilsələr daşnakların hami-tərbiyəçisi, müdafiəcisi və müttəfiqi qismində çıxış edirlər. Faşizm Daşnaksutyun partiyasının təbiətində, onun mahiyyətindədir. Bunu eləcə onun I qurultayda (1892) qəbul etdiyi proqram sənədindəki fundamental, təməl prinsiplər təsdiq edir. Silahlı üsyanlara hazırlıq, inqilabi cağırışlar və təbliğat, erməniləri silahlandırmaq və dayaq dəstələrini nizami ordu şəklində təşkilatlandırmaq, terror və talanlarla məqsədə çatmaq kimi vəzifələri partiya fəaliyyətinin prioriteti sayırdı. Daşnaksütyun hələ yaranmağını, yaradıldığını öz xalqına bəyan etdiyi gündən (1890) qan-qan deyirdi. Öz fəaliyyəti ilə siyasi və iqtisadi müstəqilliyə nail olmaq üçün Türkiyə ermənilərini silahlı üsyana səsləyirdi. Partiyanın ilk mətbu orqanı olan “Draşok” qəzeti yazırdı: “Partiyanın ilk üç ildə müəyyən bir proqramı olmamışdı. Məqsədləri ancaq və ancaq üsyanlar etmək yolu ilə Türkiyə Ermənistanı üçün siyasi və iqtisadi hürriyyət qazanmaq olmuşdu. Komitənin təşkilatlara verdiyi ilk əmr də məhz bu məqsədə xidmət edirdi: “Hər cür şəraitdə türkləri və kürdləri qırmalı, məqsədimizə xəyanət edən erməniləri heç zaman bağışlamamalı və onlardan qisas almalı”.

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 4 mart.- S13.