M.Ə.Rəsulzadənin əsərlərindən
ibarət 5 cildliyin nəşri başa çatıb
Azərbaycan Prezidentinin
"Məhəmməd Əmin Rəsulzadənin
130 illik yubileyinin keçirilməsi haqqında"
Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli ictimai-siyasi və dövlət xadimi,
istedadlı
alim,
jurnalist və
publisist Məhəmməd Əmin Rəsulzadənin əsərlərindən ibarət 5 cildlik işıq üzü görüb. Nazirliyin məlumatına
əsasən, əsərləri
professor Şirməmməd Hüseynov araşdırıb
toplamış, ərəb
əlifbasından latın əlifbasına
çevirmiş və
lüğəti tərtib
etmişdir. I cildə
M.Ə. Rəsulzadənin 1903-1909-cu illərdə "Şərqi-Rus",
"Hümmət", "Dəvət", "İrşad",
"Təkamül", "Yoldaş", "Tərəqqi"
qəzetlərində, "Füyuzat", "Volna"
jurnallarında çıxan
280-ə yaxın yazısı
daxil edilmişdir.
II cilddə görkəmli
xadimin 1909-1914-cü illərdə
Tehran, İstanbul və
Bakıda qələmə
aldığı, dövri
mətbuatda və ayrıca kitabça halında dərc olunmuş 140-a yaxın əsəri toplanmışdır. III cilddə görkəmli
şəxsiyyətin1915-1916-cı illərdə
qələmə aldığı,
dövri mətbuatda yayınlanmış 200-ə yaxın
əsəri yer almışdır.
IV cildə M.Ə. Rəsulzadənin
1917-ci ilin yanvar -
1918-ci ilin aprelinə qədərki mürəkkəb
və gərgin, işıqlı və faciəli dövrdəki yazıları, qurultay, yığıncaq və mitinqlərdəki nitq və çıxışlarının,
məruzələrinin mətbuatda
dərc olunmuş mətnləri daxil edilmişdir. V cilddə
M.Ə. Rəsulzadənin 1918-ci il fevral
- 1920-ci il aprel aylarında mətbuatda və rəsmi sənədlərdə yayınlanmış
100-dən artıq əsəri
toplanmışdır.
Hər cild 500 nüsxə tirajla "Təhsil" nəşriyyatında
çap olunmuşdur,
Nazirliyin tabeçiliyində
olan kütləvi kitabxanalar və digər aidiyyəti qurumlar arasında bölüşdürüləcəkdir. Həmçinin, tezliklə kitabı Nazirliyin www.bakubookfair.com saytında
"Elektron kitabxana"
bölməsində də
oxumaq mümkün olacaq.
Tural
Xalq Cəbhəsi.- 2015.- 6 mart.- S15.