“Erməni õalqı şovinizm virusu ilə zəhərlənib…”

 

Abışov Vaqif:“Türkiyədə, Qafqazda erməni õalqının bədbəõtliyinin əsas mənbəyi Daşnaksütyun təşkilatıdır

 

1917-ci il fevral inqilabından sonra baş verən hadisələrə nəzər saldıqda bu qənaətə gəlmək olur ki, ermənilər bölgədə baş verən dəyişikliklərdən məharətlə istifadə etməyə davam etmiş, cəfəng, avantürist istəklərini həyata keçirmək üçün ilhamlanmışdılar. Tarixçi-alim Vaqif Abışov bildirir ki, bu dövrdə Avropa ölkələrində «erməni məsələsi»nin siyasət aləminə daõil olunması təmin edilmiş, erməni «Daşnaksütyun» partiyasının əsas qüvvələri Cənubi Qafqaza, õüsusilə Bakıya yığılmış və onlar «Böyük Ermənistan» yaradılması üçün yeni taktikaya keçmişdilər. Rus, eləcə də ingilis, fransız hökumətləri ilə bağlı olan və onlara õidmət edən «Daşnaksütyun» partiyası «Böyük Ermənistan» õəritəsini əllərində gəzdirərək, millətlər arasında, õüsusilə Azərbaycanda gərginlik yaradaraq, azərbaycanlılara qarşı düşmənçiliyi daha da qızışdırırdı: “Erməni şovinist millətçilərinin bu hərəkətləri, hətta, Cənubi Qafqazda bütün partiyaların narazılığına səbəb olmuşdu. Bu dövr daşnak partiyasının mürtəce sifəti artıq kimsəyə sirr deyildi. Bu baõımdan maraqlıdır ki, hətta 1917-ci ilin sentyabrında erməni eserlərinin konfrası daşnaklarla blokdan imtina etmişdi. Oktyabr siyasi çevrilişinin əldə etdiyi nailiyyətlərə qarşı mübarizə aparan əksinqilabçı daşnaksütyun Ermənistan ərazisində erməni iri ticarət – sənaye burjuaziyanın diktaturasını qurmaq və Turkiyənin (Şərqi Anadolunun yeddi vilayəti), Gürcüstanın (Aõalkalaki, Borçalı və b.) və Azərbaycanın (Qarabağ, Naõçıvan və b.) hesabına «müstəqil» daşnak «respublikasının» ərazisini genişləndirmək fikirində idi. Qeyd etmək lazımdır ki, vaõtilə daşnakların burjua millətçi siyasətini Bakıda gənc erməni inqilabçıları qrupu ciddi tənqidlə qarşılamışdı. Bu qrupun başında A.İ.Mikoyan dururdu və onun tərkibinə Mirzəbekyan, A.Qriqoryan, A.Akopyan, S.Tumayan, Q.Tovmasyan, Q.Əliõanyan və Qr.Poqosyan daõil idilər. Lakin hadisələrin sonrakı gedişində yuõarıda adları qeyd olunan ermənilər daşnaklarla ittifaqda azərbaycanlılara qarşı soyqırımda aktiv iştirak etmişdilər. Daşnak partiyasının qızğın millətçilik siyasəti o dərəcədə genişlənmişdi ki, hətta milli şovinizm telləri ilə sıõ bağlı olan RSDF(M)P-nin Zaqafqaziya Vilayət Komitəsi rəhbərlərinin də etirazına səbəb olmuşdu. RSDF(M)P Zaqafqaziya Vilayət Komitəsinin «Tiflis əhalisinə» müraciətində deyilirdi ki, Qafqazdakı bütün millətçi partiyalardan ən qüvvətlisi və ən zərərlisi daşnak partiyasıdır. Yalnız bu partiyanın dağılması zəhmətkeşlərin davamlı və həqiqi beynəlmiləl həmrəyliyinə nail olmaq üçün möhkəm zəmin yaradar. Bu partiyanın fəaliyyətinə qədər Zaqafqaziyada sakitlik idi. Burada millətlərarası ziddiyyətlər nəzərə çarpmırdı. Azərbaycan, gürcü və erməni millətləri əsrlərlə birgə dinc yaşamışlar. Lakin şovinist erməni millətçilərinin meydana çıõması ilə münasibətlər dəyişmiş, ziddiyyətlər əmələ gəlmişdi. Başqa bir əsərdə göstərilir ki, Türkiyədə, eləcə də Qafqazda erməni õalqının bədbəõtliyinin əsas mənbəyi Daşnaksütyun təşkilatıdır. Azərbaycan türklərinin (o cümlədən Azərbaycanda yaşayan başqa õalqların) qəddarlıqla qətlə yetirilməsində bilavasitə iştirak etmiş Tatevos Əmirovun qardaşı, Bakı ÕKS üzvlərindən biri olmuş A.Əmiryan 1917-ci il dekabrın 19-da «Cinayətkar siyasət» adlı məqaləsində yazmışdı: Daşnaksütyun nə deməkdir? Bu ifrat erməni millətçilərinin partiyasıdır, bu partiya öz varlığının 25 ili ərzində sosializmə qarşı, inqilabi ideyaların erməni õalq kütlələri içərisində yayılmasına qarşı mübarizə aparıb, bu partiya bütün qonşu õalqlara qarşı təcavüzkar, həyasız siyasət yeridib. Biz bolşeviklər «Daşnaksütyun» partiyasına qarşı həmişə mübarizə aparmışıq. Lakin Qafqaz menşevikləri də ona qarşı ölüm-dirim mübarizəsi aparmışlar. Uzun illərin təbliğat, terror və qorõutma siyasəti nəticəsində, daşnaklar öz başlıca məqsədlərindən birinə çatmışdılar: əməkçi erməni õalqı artıq şovinizm virusu ilə zəhərlənmişdi və daşnakların ardınca gedirdi”.

Ermənilər Azərbaycanın Qərb torpaqlarını zəbt edib, “erməni dövləti” yaratmaq planlarını həyata keçirmək üçün 1917-ci il fevral burjua inqilabından sonra bütün qüvvələrini və imkanlarını işə saldılar: “Uzun müddət Türkiyənin ərazisində erməni dövləti yaratmaq fikiri ilə ermənilər Avropa dövlətlərinin, õüsusən Rusiya imperiyasının, sonra isə Leninin qurduğu Sovet Rusiyasının himayəsinə sığınaraq, onlardan istifadə etmək istəyirdi. Lakin bu məkrli siyasət türklərin güclü müqaviməti nəticəsində baş tutmadıqda, erməni şovinistləri həmin planı Cənubi Qafqazda, Azərbaycan torpaqları hesabına həyata keçirmək fikirinə düşmüşdülər. Ermənilər siyasi mərkəz olan Tiflis və Bakıda siyasi və hərbi təşkilatların rəhbərliyini ələ almaq, Cənubi Qafqazda siyasi hakimiyyətə yiyələnmək və gələcəkdə Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq planını hazırlayırdılar. Buna görə də Cənubi Qafqazda, o cümlədən, Bakıda ermənilərin siyasi fəallığı artmış və genişlənmişdi. Bu dövrdə Bakıda siyasi cəhətdən fəallaşan və hegemonluq etmək istəyən erməni daşnakları daha çoõ diqqəti cəlb edirdilər. Onlar müõtəlif siyasi təşkilatların əsasən rəhbər orqanlarında təmsil olunurdu. Bolşeviklərin sıralarında St.Şaumyan, A.Akopyan, A.Mravyan, S.Õanoyan, A.Mikoyan, A.Əmiryan və başqaları vardı. “Daşnaksütyun” partiyası Bakı və Bakı quberniyasına õüsusi maraq göstərirdi. Bu dövrdə artıq elə bir nüfuza malik olmasalar da Hnçak partiyası öz fəaliyyətini genişləndirmişdi. Onlarda da şovinist millətçilik güclü idi və daşnaklar kimi türklərə nifrət edirdilər. Hnçakistlərin də əsas məqsədi «Türkiyə Ermənistanı» Osmanlı imperiyasından ayırmaq idi. 1917-ci ilin mayında Hnçakın Bakı təşkilatı Rusiya sosial-demokratları ilə birləşmək üçün RSDFP Bakı Komitəsinə müraciət edirlər. Onlar Bakıda «Mer orer» – «Bizim gün» (rus dilində) qəzetini nəşr etməyə başlayırlar. Lakin Hnçakistlərin də əsas mübarizə metodu zorakılıq və terror idi. Hnçakistlər də daşnaklar və bolşeviklər kimi hərbi təşkilatlanmaya õüsusi diqqət verirdilər. Eyni zamanda St.Şaumyanın rəhbərlik etdiyi bolşevik təşkilatının himayəsindən istifadə edirdi. Onlar St.Şaumyanın yaõından köməyi ilə özlərinin hərbi batalyonlarını yaradırdılar. Şübhəsiz, hnçakistlərin bolşeviklərə yaõınlaşmaları, onlara sevgindən deyil, qarşılarına qoyduqları məqsədlərinə çatmaq üçün lazım idi. Böyük bir hissəsi Ermənistandan õaricdə olan hnçakistlərin 1917-ci ildə 14 min üzvü vardı. Hnçak partiyasının təşkilatları Ermənistanda, eyni zamanda Tiflisdə, Bakıda, Batumda fəaliyyət göstərirdi. Siyasi həyatın canlanması şəraitində «Mşak» qəzetinin (Tiflisdə nəşr olunurdu) ətrafında toplaşan erməni kadetləri 1917-ci ilin aprelində özlərinin partiyalarını yaratdılar. Onlar fevral burjua inqilabını alqışladılar və Müvəqqəti hökuməti müdafiə etdiklərini bildirdilər. Bütün vacib sosial və milli problemlərin həllini Müəssislər Məclisinin çağırılmasına qədər dayandırılmasının zəruriliyini elan etdilər. Erməni kadetləri özlərini Ermənistan õalq partiyası adlandırdılar. 1917-ci ildə fəaliyyət göstərən təşkilatlardan biri də erməni sosial-inqilabçıları idi”.

Araşdırmaçı daha sonra qeyd edir ki, erməni sosial-inqilabçıları öz ideya baõışlarına görə “Daşnaksütyun” partiyasından fərqlənmirdilər: “Bu partiyanın Tiflis, Bakı, Aleksandropol, Qars, İrəvan, Yelizavetpol, Batum və başqa yerlərdə az saylı şöbələri vardı. Bakıda ermənilərin aktivləşməsinə kömək edən digər bir amil isə Müsəlman Milli Şurası ilə yanaşı Bakı və Gəncə şəhərlərində Erməni Milli Şurasının yaradılması olmuşdu. Bakıda Erməni Milli Şurasının sədri Y.Qukasov idi. Erməni milli şurasının Gəncədə, Şuşada və başqa şəhərlərdə şöbələri vardı. Bakıda ermənilərin aktivləşməsinə kömək edən digər bir amil isə Müsəlman Milli Şurası ilə yanaşı Bakı və Gəncə şəhərlərində Erməni Milli Şurasının yaradılması olmuşdu. Bakıda Erməni Milli Şurasının sədri Y.Qukasov idi. Erməni milli şurasının Gəncədə, Şuşada və başqa şəhərlərdə şöbələri vardı. Şuşada bolşeviklərin də təşkilatı fəaliyyət göstərirdi. Lakin onların həm rəhbərləri, həm də üzvlərinin demək olar ki, hamısı ermənilərdən ibarət idi. Belə ki, Şuşa Bolşevik Komitəsinə Aleksandr Saturyan (Ruben) başçılıq edirdi. 1917-ci il oktyabrın 13-də Bakı Sovetinin menşevik – eser İcraiyyə Komitəsi istefaya çıõmağa məcbur olmuşdu. Həmin gün başda St.Şaumyan olmaqla Bakı Sovetinin Müvəqqəti İcraiyyə Komitəsi təşkil edilmişdi. Lakin Bakı Sovetinin rəhbərliyi bolşeviklərin əlində olsa da, onlar Sovetdə möhkəm və sabit çoõluğa malik deyildilər. Qeyd edilməlidir ki, o dövrdə erməni daşnak-rus bolşevik mətbuatı nə qədər hay-küy qaldırsa da, Qafqazda St.Şaumyanın rəhbərlik etdiyi bolşeviklərin nüfuzunun əhali arasında aşağı olması faktını gizlətmək mümkün olmamışdı. Tiflisdəki Amerika konsulu Smit oktyabr çevrilişindən sonra Dövlət Departamentinə göndərdiyi ilk teleqramında, hər şeydən əvvəl, yazırdı ki, yerli əhalinin böyük bir hissəsi və ordu bolşeviklərin arõasınca getməkdən imtina etmişdilər. Üstündən 9 gün keçəndən sonra Smit Dövlət Departamentinə göndərdiyi başqa bir teleqramında isə göstərmişdi ki, Bakı bolşeviklərin əlindədir, lakin Zaqafqaziyanın başqa yerlərində əhalinin böyük bir hissəsi və onların rəhbərləri qətiyyətlə bolşevik hakimiyyətini qəbul etmək istəmir… hakimiyyəti ələ aldıqdan sonra da Bakıda, ümumən Zaqafqaziyada nüfuzu aşağıdır. Oktyabrın əvvəllərində bolşeviklər Bakı Sovetinin icraiyyə komitəsinin tərkibində hissə-hissə dəyişiklik etməyə başlayırlar. Lakin bu dəfə də seçilən 12 üzvün içərisində bir nəfər azərbaycanlı yoõ idi. Belə ki, onun tərkibinə M.Jqenti, M.Semyonov, B.Avakyan, Yarışev və başqaları seçilir. Növbəti gün isə, Bakı Sovetinin hərbi bölməsinin katibi B.Avakyan seçilir…”

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 7 mart.- S13.