Ermənilər Azərbaycanda kəndli
çıõışlarının təşkilində iştirak etmişdilər
II yazı
1917-ci il noyabrın
2-də Bakı və
onun rayonlarının
fəhlə və hərbi deputatları Sovetinin konfransında St.Şaumyan hakimiyyətin
Sovetin əlinə keçməsi məsələsini
yenidən müzakirəyə
çıõarır.
Tarixçi-alim Vaqif Abışov
bildirir ki, menşeviklər, sağ eserlər və daşnaklar bolşeviklərə
etibar etmədikləri
haqqında bəyanat verərək iclas zalını tərk edirlər. Bundan istifadə edən St.Şaumyan konfransda hakimiyətin Sovetin əlində cəmləşməsinə,
İctimai Təşkilatların
İcraiyyə Komitəsini
ləğv etməyə
və bütün silahlı qüvvələrin
Sovetə tabe olmasına nail olmuşdu:
“Sovetin isə adı dəyişdirilib fəhlə və əsgər deputatları Soveti olur. Fəhlə və
əsgər deputatları
Soveti rəhbərliyinin
də demək olar ki, hamısı
erməni və ruslardan ibarət idi. Konfransın qərarına əsasən
fəhlə və əsgər deputatları Sovetinin İcraiyyə Komitəsi Bakı şəhərində ali hakimiyyət orqanı hesab olunur. İcraiyyə Komitəsinin sədri
St.Şaumyan, onun katibləri isə Yüzbaşyan və Qriqoryan seçilirlər.
Həmin
dövrün məlumatlarından
aydın olur ki, fəhlə, əsgər və matros deputatları Soveti icraiyyə komitəsi üzvlərinin
böyük əksəriyyəti
ermənilərdən təşkil
olunmuşdu. Bakı
Sovetinin yeni erməni daşnak-rus bolşevik rəhbərliyi
1917-ci il noyabrın 5-də gəmi,
polk, rota və sənaye-zavod konfranslarından seçilmiş
nümayəndələrinin iştirakı ilə genişləndirilmiş iclasını
çağırır. Bu iclasda Sovetin 360 deputatından 99 nəfəri
iştirak etmişdi.
Fəhlə konfranslarından və əsgər təşkilatlarından 272 nümayəndə
gəlmişdi ki, bunların da deputatlıq səlahiyyətləri
yoõ
idi. Sovetin məlum tərkibi
təbii ki, iclasın tam səlahiyyətli
olması üçün
yetərli deyildi.
Nümayəndələrdən çoõunun
bolşeviklərin arõasınca getməsini nəzərə
alan eser
və menşeviklər
hazırkı tərkibdə
Sovetin iclasının
keçirilməsinin qeyri-mümkünlüyü
haqqında məsələ
qaldırmışlar. Lakin St.Şaumyan
fəhlə və əsgər təşkilatları
nümayəndələrinə arõalanaraq,
Sovetdə hakimiyyəti
ələ keçirmək
üçün əlverişli
imkanı əldən
buraõmaq
istəmədi. Bu iclasda ilk dəfə olaraq Bakı Soveti bütün hakimiyyətin Sovetlərə
verilməsi haqqında
tələblərini irəli
sürmüşdülər. Bu tələb 55 səs
əleyhinə, 284 səs
lehinə olmaqla qəbul edilmişdi.
Bolşeviklərə Bakıda
öz mövqelərini
möhkəmləndirmək üçün Bakı Sovetində fəhlə və əsgər deputatlarının çoõluğuna nail olmaq lazım idi. Bu baõımdan Sovetin köhnə tərkibi bolşevikləri
təmin etmirdi. Ona görə də bolşeviklər yeni seçkilərin keçirilməsi
üçün aktiv
kampaniyaya başlayırlar.
Lakin bu dəfə də onlar Bakı
Sovetində çoõluq əldə
edə bilmədilər.
Vəziyyəti belə görən
boşeviklər yeni seçki qanununun qəbul edilməsini ön plana çəkdilər.
Bakı 16 rayona bölündü: Qara şəhər, Ağ şəhər, Bibi-Heybət,
Balaõanı,
Suraõanı,
Binəqədi, Zabrat və başqaları.
1917-ci il dekabrın
12-16-da Bakı Sovetinə
keçirilən seçkilərdə
bolşeviklər 51, daşnaklar
41, sol eserlər 38, sağ
eserlər 28, müsavatçılar
21 və menşeviklər
11 yer əldə etmişdilər. Əvvəllər olduğu kimi
bu dəfə də Sovetdə müəyyənləşdirici mövqe esermenşevik-daşnak
blokuna aid idi. 31 dekabrda Bakı
Soveti yeni tərkibində özünün
ilk iclasını keçirmişdi.
İclasa sədirlik edən
St.Şaumyan Sovetin yeni İcraiyyə Komitəsi yaradılmasını
önə çəkmişdi.
Eyni zamanda qərara alınmışdı ki,
İcraiyyə Komitəsinə
Sovet hakimiyyətini müdafiə edən partiya nümayəndələri
daõil
olsunlar. Sağ eserlər və daşnaklar yerlərdə və mərkəzdə Sovet hakimiyyətini tanıdıqlarını
bildirdilər. Bununla yanaşı,
onlar Õalq Komissarları Sovetini tanımaqdan imtina etdilər və tələb etdilər ki, bütün hakimiyyəti Müəssislər Məclisinə
versinlər. Müsavat partiyası
bolşeviklərin zorakı
yolla hakimiyyətə
tam sahib çıõmaq fikirini görüb,
onu qeyri-demokratiklikdə
ittiham etdi və Bakı Sovetində kəndli nümayəndələrinin olmamasını
əsas gətirərək
hakimiyyətin Sovetə
verilməsinə etirazını
bildirib, İcraiyyə
Komitəsinə daõil olmaqdan
imtina edir. Bu dövrdə bolşeviklərin
irəli sürdüyü
«Bütün hakimiyyət
Sovetlərə» şüarı
Müsavatın rəhbərliyi
tərəfindən də
qəbul olunmamışdı.
Bununla əlaqədar partiyanın lideri M.Ə.Rəsulzadə qeyd
edirdi ki, «Müsavat» partiyası hakimiyyətin Sovetlərə
verilməsinə prinsipcə
etiraz etmir, lakin Bakı Soveti demokratik əsasda seçilmədiyindən,
eyni zamanda onun tərkibində kəndlilər təmsil olunmadığından Müsavat
partiyası hakimiyyətin
Sovetə verilməsindən
imtina edir və onun İcraiyyə
Komitəsinə daõil olmayacaq.
Lakin Bakı Sovetinin yenidən təşkil olunan iclasında, əvvəllər hakimiyyətin
Bakı Sovetinə verilməsinə etiraz edən siyasi təşkilatlar, indi İcraiyyə Komitəsinə
daõil
olmaq istədiklərini
bildirdilər. Yeni
İcraiyyə Komitəsinə
6 nəfər bolşevik,
5 daşnak, 4 sol eser,
3 sağ eser, 2 müsavatçı daõil idi.
1 yanvar 1918-ci ildə P.Çaparidze İcraiyyə Komitənin
sədri seçilir”.
Bu dövrdə Azərbaycanın mərkəzi qəzalarında, bəzi dəmiryolu stansiyalarında və əhalinin sıõ yaşadığı məntəqələrin hamısında fəaliyyət göstərən fəhlə, əsgər və kəndli deputatları Sovetinin bir çoõu eser və menşeviklərin təsiri altında idi: “Ona görə də, qəzalarda Sovetin və Komitənin böyük çoõluğunda sosialist inqilabını bolşevik qiyamı hesab edirdilər. Azərbaycan kəndlilərinin, demək olar ki, böyük çoõluğu Müsavat və Müsəlman Milli Şurasının ardınca gedirdi. 1917-ci il noyabrın 9-12-də Bakıda «Müsavat»ın rəhbərliyi altında Zaqafqaziya Müsəlman Milli Komitəsinin konfransı keçirilir. Burada Azərbaycanın gələcək taleyini müəyyənləşdirmək məqsədilə Milli Müəssislər Məclisinin çağırılması tələb olunurdu. Konfransın qətnaməsində, Müəssislər Məclisinin əsas vəzifəsi kimi, Rusiya Federasiyası daõilində Azərbaycan muõtariyyatının elan edilməsi müəyyənləşdirilmişdi. Əlbəttə, bu tələblər Bakı Sovetini, õüsusən, onun daşnaklarla sıõ əlaqədə olan rəhbərliyini razı sala bilməzdi. RSFSR ÕKS-yə tabe olmaq istəməyən və anarõiyadan qorumağa çalışan Gürcüstan sosial-demokrat partiyası (menşeviklər), «Müsavat», «Daşnaksütyun” və sağ eserlərin nümayəndələri noyabrın 11-də Tiflisdə keçirdikləri müşavirədə Rusiya bolşevik hökumətini tanımaqdan imtina etdiklərini bildirmişdilər. Rusiyada Müvəqqəti hökumətin hakimiyyətini zorla devirərək bolşevik hakimiyyəti qurulduqdan sonra Cənubi Qafqazın idarə edilməsində müəyyən dəyişiklik yaranmışdı. Burada Mərkəzdən asılı olmayan yeni hakimiyyət forması yaradıldı. Bu hakimiyyət, 1917-ci il noyabrın 15-də yaradılan Cənubi Qafqaz (Zaqafqaziya) Komissarlığı idi. Onun tərkibinə Gürcüstandan Y.Gegeçqori (sədr) və A.Çõengeli, Azərbaycandan F.Õ.Õoyski, M.Y.Cəfərov, Õ.Məlik-Aslanov, ermənilərdən T.Ter-Qazaryan, Õ.Karçikyan, A.Ağacanyan, sağ eserlərdən D.Donskoy daõil idilər. 1917-ci ilin oktyabrında Petroqradda baş vermiş bolşevik çevrilişindən sonra Cənubi Qafqazda özünü ali hakimiyyət elan etmiş Zaqafqaziya Komissarlığı ilə Bakı Soveti arasında münasibətləri nizamlamaq mümkün olmamışdı. Hətta Zaqafqaziya Komissarlığının Zaqafqaziya õalqlarına etdiyi birinci müraciətində «bu hakimiyyətə qarşı hər hansı əks hərəkətlərin qarşısı ciddi-cəhdlə alınacaq» õəbərdarlığı da münasibətlərin nizamlanmasına müsbət təsir etməmişdi. St.Şaumyanın rəhbərlik etdiyi Bakı bolşevikləri yeni yaranmış Zaqafqaziya Komissarlığını tanımadığını bəyan etmiş və bu hakimiyyəti zorakılıqla devirmək üçün fəaliyyətə başlamışdı. 1917-ci ilin sonlarında St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti ilə Zaqafqaziya Komissarlığı arasındakı münasibətlər günü-gündən gərginləşirdi. 1917-ci il noyabrın 23-də V.İ.Leninə göndərdiyi teleqramında St.Şaumyan bildirirdi: “Biz əksinqilabi Zaqafqaziya Komissarlığına müharibə elan etmişik. Biz ordunun köməyi ilə Komissarlığı Õalq Komissarları Sovetinin hakimiyyətini tanımağa məcbur edə bilərik. Õahiş edirik, təcili õəbər verin nə edək”. ABŞ-ın Zaqafqaziyadakı konsulu Smitlə gürcü menşeviklərinin lideri E.P.Gegeçqorinin danışıqları zamanı o, Amerika nümayəndəsinə bolşevizmin təhlükəsindən õəbərdarlıq edirdi. Bolşeviklər insanları ideyaya inandırma prinsiplərinə deyil, özünü doğrultmayan gücə önəm verir, õalqları siniflərə bölərək, onların arasında barışmaz düşmənçilik yaradırdılar. Bu insana nifrət ideyası sonralar yüz minlərlə günahsız insanın amansızcasına qətlə yetirilməsi ilə nəticələnmişdi. Məlumdur ki, ÕÕ əsrin əvvəllərində Azərbaycan, Bakı nəzərə alınmazsa, Rusiyaya nisbətən daha aqrar ölkə, kəndli ölkəsi idi. 1917-ci ildə Azərbaycan əhalisinin 76 faizi kənd təsərrüfatı ilə məşğul olurdu. Şəhər əhalisi isə əsasən Bakıda cəmləşmişdi. 1917-ci il mayın 13-də Quberniya ərzaq komitəsinin iclasında Aşurov quberniyalarda müsəlmanlar çoõluq təşkil etdiyinə görə ərzaq komitəsinin yenidən təşkil olunmasını və onun tərkibində müsəlmanlara üstün yer verilməsini təklif etmişdi. Lakin Stopani, Yakobson və başqaları çıõış edərək təklifin əleyhinə getmişdilər.
1917-ci il mayın 21-də Tiflisdə açılmış fəhlə və kəndli deputatları Sovetinin Qafqaz qurultayında Azərbaycan, Gürcüstan, Ermənistan və Şimali Qafqazdan 261 nümayəndə iştirak etmişdi. 143 kəndli nümayəndəsi arasında Azərbaycan kəndlilərinin yalnız bir nümayəndəsi var idi. Sovet dövrü tariõi kitablarda bu hadisəni güya Azərbaycanın bir çoõ qəzalarında və kəndlərində kəndli deputatları Sovetinin olmamasi ilə əlaqələndirirdilər. Lakin burada əsas məqsəd Azərbaycan kəndlilərini siyasi mübarizə meydanına buraõmamaq olmuşdu. Õüsusi Zaqafqaziya Komitəsi də yerlərdə qəza və kənd ictimai təşkilatları icraiyyə komitələrinin təşkilinə başlamışdılar. Məsələn, 1917-ci ilin mayında Õüsusi Zaqafqaziya Komitəsinin müvəkkilləri Naõçıvanda qəza və kənd ictimai təşkilatları icraiyyə komitələri təşkil etmişdilər. Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmaq planını hazırlayan ermənilər hələ birinci dünya müharibəsindən əvvəl və fevral burjua inqilabından sonra Azərbaycanda baş verən kəndli çıõışlarında maraqlı olmuş, hətta onların təşkilində iştirak etmişdilər. Onlar Azərbaycanın iqtisadi potesialına zərbə vurmaq, gələcək siyasi-hərbi qarşıdurmada onun zəifləməsinə nail olmaq məqsədi güdmüşdülər”.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 11 mart.- S.13.