Milli Teatr Günü
Azərbaycan Prezidentinin "Milli
Teatr Günü"nün
təsis edilməsi haqqında 1 mart 2013-cü il tarixli sərəncamından sonra
bu əlamətdar tarix artıq daha böyük təntənə ilə qeyd edilir. Martın 10-da peşəkar milli teatrımızın yaranmasının
142-ci ildönümündə Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında gerçəkləşən
mərasim də bunun göstəricisi oldu. Mərasimdə çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev teatr ictimaiyyətini, sənətsevərləri bayram
günü münasibətilə
təbrik etdi, 142 illik zəngin tarixə malik Azərbaycan peşəkar
teatrının yeni inkişaf mərhələsinə
qədəm qoyduğunu
dedi: "Bu gün milli teatrımız dünya teatr meydanında özünə
layiqli yer tutmaqdadır. Ölkəmiz
beynəlxalq teatr konfransına, festival və
toplantılara ev sahibliyi edərək bu mənada da özü sözünü
deyir. Bu gün
elə bir beynəlxalq teatr qurumu yoxdur ki,
Azərbaycan orada təmsil olunmasın".
Milli teatrımızın nümunələrinin
bir çox ölkələrin səhnələrində
uğurlu quruluş həllini tapdığını
deyən Əbülfəs
Qarayev bildirdi ki, məhz bunun
sayəsində teatr xadimlərimiz, öz təcrübələrini bölüşməklə
yanaşı, dünyada
gedən teatr prosesinə də nüfuz etmək imkanı qazanırlar:
"Müxtəlif ölkələrdə
Azərbaycan teatrının
gənc təmsilçiləri
təhsil alır, ustad dərslərində iştirak edir. Biz sevinirik ki,
teatrlarımız öz
daxili mühitlərindən
kənara çıxaraq
beynəlxalq təcrübəni
də uğurla tətbiq edirlər. Azərbaycanda səhnəyə qoyulan bir sıra
tamaşalara xaricdən
rejissorlar, rəssamlar,
bəstəkarlar, artistlər
dəvət olunarlar və bu zəmində
maraqlı, uğurlu layihələrə imza atılır".
Nazir Azərbaycan
mədəniyyətinin müxtəlif
sahələrində çalışan
insanların əməyinin
hər zaman dəyərləndirildiyini diqqətə
çatdırdı. Bildirildi ki,
milli mədəniyyətimizin
qorunması, zənginləşdirilməsi
və tərəqqisinə
xidmət edən, teatr, kino, musiqi,
təsviri sənət
sahələrində xüsusi
nailiyyətlər qazanan
istedadlı şəxslərin
bədii axtarışlarını
dəstəkləmək və
yaradıcılıq fəaliyyətləri
üçün zəmin
yaratmaq məqsədilə
2007-ci ildə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
"Zirvə" təsis
edilib. Bu mükafatın, habelə nazirliyin "Fəxri mədəniyyət işçisi"
döş nişanının
belə əlamətdar
gündə sahiblərinə
təqdim olunması mədəniyyətimizin tərəqqisində
töhfələri olmuş
insanların əməyinə
verilən qiymətdir.
Sonra teatr sahəsində çalışan
20-dək şəxsə "Fəxri mədəniyyət
işçisi" döş
nişanı təqdim
edildi. Həmçinin nazirliyin "Zirvə"
mükafatının 7 nominasiya
üzrə laureatları
elan edildi. "Milli sərvət" nominasiyasında Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə,
"Musiqi" nominasiyasında
Xalq artisti, dirijor Yalçın Adıgözəlov, "Teatr"
nominasiyasında Şəki
Dövlət Dram Teatrı,
"Kino" nominasiyasında "Nabat" bədii filminin yaradıcı qrupu, "Təsviri sənət" nominasiyası
üzrə Teymur və Mahmud Rüstəmov
qardaşları, "Debüt"
nominasiyasında Əməkdar
artist Şövqi Hüseynov,
"Azərbaycan mədəniyyətinə
dəyərli töhfə"
nominasiyasında "YARAT" Müasir İncəsənət
Məkanının təsisçisi
və rəhbəri
Aida Mahmudova "Zirvə"
mükafatı ilə
təltif olundu. Qaliblərə mükafatın rəmzi
simvolu, diplom və pul mükafatı
verildi.
Mərasimdə Dövlət Pantomima Teatrı aktyorlarının
ifasında təqdim edilən səhnəciklər
maraqla qarşılandı. Tədbir
iştirakçıları peşəkar teatrımızın
142 illiyə həsr olunmuş sərgi ilə də tanış oldular.
Tural
Xalq Cəbhəsi.- 2015.- 12 mart.-
S15