İşğal olunmuş ərazilərdə
ağır ekoloji durum
Bölgənin flora və
faunasına ciddi ziyan dəyib
I yazı
1988-94-cü
illər ərzində Ermənistanın hərbi təcavüzü
nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunub. İşğal olunmuş ərazilərdə 460
növdən çox yabanı ağac və kol bitkiləri
bitir. Bunlardan 70-i endemik növ olub,
dünyanın heç bir yerində təbii halda bitmir.
Qaracöhrə, ayıfındığı, Araz
palıdı, yalanqoz, şərq çinarı, adi nar,
meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və
s. növ ağaclar işğal olunmuş ərazidə məhv
edilərək dünya florasının xəzinəsindən
silinmək üzrədir.
Həyata
keçirilən məqsədyönlü tədbirlər nəticəsində
xüsusi mühafizə olunan təbiət ərazilərinin
sahəsi hazırda 890 min hektara
çatdırılmışdı ki, bunun da 42997 hektarı
erməni işğalçılarının tapdağı
altındadır. Bəsitçay Dövlət Təbiət
Qoruğu, Arazboyu Dövlət Təbiət
yasaqlığı, Qaragöl Dövlət Təbiət
Qoruğu, Laçın rayon Dövlət Təbiət
yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət
yasaqlığı və Daşaltı Dövlət Təbiət
yasaqlığının ərazilərində olan qiymətli
ağac və biomüxtəlifliyin digər növləri bu
gün də talan edilir.
İşğal
olunmuş rayonlarda 247352 hektar meşə sahəsi, o cümlədən
13197,5 ha qiymətli meşə sahələri,
152 ədəd təbiət abidəsi və 5 ədəd
geoloji obyekt qalıb. Hazırda işğal
olunmuş ərazilərdə məskunlaşmış ermənilər
böyük əhəmiyyətə malik olan bu təbiət
abidələrinin əksəriyyətini məhv ediblər.
Qiymətli ağac növlərindən ibarət 986 hektar
dövlət meşə sahəsi, 710 hektar kolxoz meşələri,
560 hektar yol, su, kanal kənarı, mədəni meşələr
işğal altında qalıb, ərazidə törədilən
yanğınlar nəticəsində bölgənin flora və
faunasına ciddi ziyan dəyib. Ağdam şəhərində
yaşı 150-250 ilədək olan 6 ədəd, Şelli,
Seyidli, Sarıhacılı, Əliağalı kəndlərində
yaşı 200-250 il olan 8 ədəd, Boyəhmədli kəndi
ətrafında yaşı 400 ilə çatan 71 ədəd
təbiət abidəsi kimi qorunan,
pasportlaşdırılmış Şərq
çinarları məhv edilib.
Avropada yeganə təbii çinar meşəsi
Kiçik Qafqazın qərb hissəsində - Zəngilan rayonundadır. Bəsitçay
vadisində 117 hektar sahəni əhatə edir. Onun 107 hektarı Bəsitçay Dövlət təbiət
qoruğuna məxsusdur. Qoruq 1974-cü ildə
mərhum akademik Həsən Əliyevin təşəbbüsü
ilə yaradılıb. Meşənin
uzunluğu 15 km, eni isə 150-200 metrə çatır. Təəssüf ki, belə bir çinar meşəsi
20 ildir ki, erməni işğalçılarının əlindədir.
Əsrlərin yadigarı olan çinar
ağacları ermənilər tərəfindən
qırılır və məhv edilir.
Zəngilan rayonunun Rəzdərə kəndində
çinar meşəsinin yerləşdiyi ərazidə ermənilər
ağac emalı sexi açıblar. Sex fasiləsiz olaraq
işlədilir, mebel materialı istehsal olunur. Ətrafda olan çinar, qoz, palıd
ağaclarını ucdan tutma qırıb istifadə edirlər.
Ermənilər qırılan ağacların
kökünü itirmək üçün onun kökünə
partlayıcı maddə qoyub dağıdır. Sonra isə yandırır beləliklə də cinayətlərinin
izini itirməyə çalışırlar. Ərazidə saxlanılan mal-qaraya cavan pöhrələr
yedizdirilir, toxumdan əmələ gələn cücərtilər
məhv edilir. Belə faktlar isə ekoloji
terrordan başqa bir şey deyil.
Daha bir fakt. Zəngilan rayonunun Muğanlı kəndində
100 miliyon dollar dəyərində yeni ağac emalı zavodu
tikilib. Onun istifadəçiləri
İsfahan erməniləridir. Guya bu zavodun əsas
xammal bazası Araz çayından axıb keçən
ağaclardır. Halbuki zavodun istifadəyə
verilməsinin başlıca məqsədi Zəngilanın və
ətrafdakı digər işğal edilmiş rayonların
meşələrinin kökünün kəsilməsidir.
Əlbəttə ki, başlıca zərbə
yenə də ağacların şahı olan çinarlara dəyir.
Bu barədə bir neçə dəfə beynəlxalq
konfranslarda məsələ qaldırılıb. Çünki Bəsitçay vadisindəki
çinar meşəsi təkcə Azərbaycana deyil,
bütün Avropa təbiətinə məxsus olan nadir incidir.
Kəlbəcər rayonunda “Qırmızı kitab”a daxil
edilmiş 968 hektar ərazini əhatə edən
ayıfındığı ağacları da kütləvi
şəkildə qırılaraq xaricə satılır. Rayon ərazisində
4 mindən artıq müxtəlif növ bitki vardır ki,
bunlardan 200-ə qədəri dərman bitkiləri olmaqla, onlar
da xarici şirkətlər tərəfindən kütləvi
şəkildə talan olunaraq xaricə daşınır.
Bu isə bitkilərin həmin ərazilərdə
kökünün kəsilməsinə səbəb olur.
Azərbaycan
Respublikası xarici işlər nazirinin müavini X.Xələfovun
imzası ilə Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə daxil olmuş 17 dekabr 2003-cü il
tarixli 4/21-332/03 ¹-li məktubda bildirilir ki, son zamanlar
Tehranın bir sıra ticarət mərkəzlərində Ermənistanda
istehsal olunan «Cermuk» mineral suyu satışa
çıxarılıb.
Araşdırmalar
nəticəsində məlum olub ki, adı çəkilən
mineral su Ermənistanın «Cermuk» şirkətlər qrupu tərəfindən
Azərbaycan Respublikasının işğal altında olan Kəlbəcər
rayonu ərazisindəki “İstisu”dan doldurularaq qablaşdırılır,
doldurulmuş qabların üzərində isə Ermənistanın
turizm zonası kimi tanınan Cermuk yaşayış məntəqəsinin
ərazisindəki bulaqlardan doldurulması barədə fars
dilində məlumat və kimyəvi tərkibi yazılır.
Məlum
olduğu kimi Şuşa şəhəri
dünya mədəniyyətinin incilərindən biridir. Bu şəhərin mədəniyyət və təbiət
abidələri artıq məhv edilib. “Ağzı
yastı” kaha adlanan yerin qabağından Topxana meşəsinin
qoruq zonasında, meşənin lap hündür yerində
geniş düzənlik açılıb və orada meşə
sahəsi qırılaraq tikintilər inşa edilib. “Haça yal” adlanan sahədə uzun illər mədəni
formada əkilərək becərilmiş 2000 ədədədək
palıd ağacı ermənilər tərəfindən
doğranaraq aparılıb. Digər təbiət abidəsi
Qarqar çayının sol sahilində, Şuşa şəhərindən
cənubda yerləşən, uzunluğu 114 m olan, əhəng
daşları Titan əsrinə aid edilən “Xan
mağarası” da xüsusi mühafizə olunan təbiət ərazilərinə
aid idi. Şuşa və Əsgəran ərazisində
nadir təbiət komplekslərini qorumaq üçün
1988-ci ildə təşkil edilən Daşaltı Dövlət
Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə
edirdi. 1992-ci ildən işğal
altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib.
Şuşa
regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin
rəisi İ. Q. Ələkbərovun verdiyi məlumata görə:
“Əldə olunmuş video kasetlərdən və peyk vasitəsilə
aparılmış çəkilişlərdən müəyyən
edilib ki, Şuşa şəhərinin “Cıdır
düzü” adlanan qoruq ərazisində, çöl qala
adlanan ərazi ətrafında Xəlifəli, Qaybalı və
Daşaltı kəndlərinin ərazilərində olan
meşələr və ağaclar qırılaraq qışda
yandırmaq üçün oduncaq kimi istifadə etmişlər.
Bu göstərilənlər ermənilərin
yaşadıqları mənzillərin eyvanında qalaq-qalaq
yığılmış, doğranılmış
oduncaqların görüntüləri ilə tamamilə təsdiq
olunub. Bundan başqa Şuşa şəhərinin
yuxarı hissəsində “dörd yol” adlanan yerdən
yuxarı “Laçın” küçəsinin sağ və sol
hissələrində 70-80 ədəd müxtəlif növ
iri diametrli ağacların kəsilmiş köküstü
kötüklərinin qalıqları aydın
görünür.
Şəhərin A. Qaraşov küçəsi boyunca
1-2 ağac istisna olmaqla illər uzunu qulluq edilmiş müxtəlif
növ ağacların küçə boyu
qırıldığı video kasetdən aydın
görünür. Şəhərin H.Hacıyev adına
4 ¹ li orta məktəbin qarşısında yol boyu 50-60 ədəd
çoxillik iri diametrli qovaq ağaclarının tamamilə
qırıldığı aşkar görünür.
Şuşanın
Cıdır düzündə, “Ağzı yastı” kaha
adlanan yerin qarşısında topxana meşə qoruğu zonasında,
meşənin lap hündür yerində geniş düzənlik
açılmış, orada müxtəlif adda qiymətli
ağaclar qırılmış tikinti işləri
aparılmışdır ki, bu da video kasetdə aydın
görünür ki, bu da dövlət tərəfindən
qorunan qoruqların mühafizəsi qaydalarına tamamilə
ziddir. Şəhərin yuxarı hissəsində
kino-teatrın qarşısında küçə boyunca iri
diametrli dekorativ ağacların kəsildiyi həmin
ağacların gövdələri görünür ki, burada
yaşayan ermənilərin kəsilmiş ağaclardan oduncaq
kimi istifadə etmələri danılmaz faktdır. Bundan başqa şəhərin Haça Yal adlanan
meşə sahəsində ermənilərin 1500-2000-ə
yaxın palıd ağaclarını əsirlikdə olanlara
qırdıraraq Xankəndinə aparmaları faktı da var.
14 iyun
2006-cı il tarixdə ermənilərin Xocavənd rayonunun
“Qaraca çalan” və “Nərgiz təpə” adlanan hissələrində
yanğın törətmələri faktı ilə əlaqədar
hadisə yerində video çəkilişlər
aparılmaqla müəyyən edilib ki, ermənilərin
törətdikləri vəhşilik nəticəsində 15000
hektara qədər torpaq sahəsi yanğına məruz
qalıb, yanğın zamanı torpağın üst qatı
və bitki örtüyü tamamilə məhv edilib. Orada olan fauna və floradan əsər-əlamət
qalmamış, ərazidə olan ağaclar yanaraq külə
dönüblər.”
Zəngin biomüxtəlifliyə malik Azərbaycan təbiətinin
bir parçası olan Laçın rayonunda yerləşən
Qaragöl Dövlət Təbiət Qoruğunda isə ətraf
mühitə vurulan ziyanın məbləği
ölçüyə gəlməz dərəcədədir. Ümumi sahəsi
240 hektar olan Qoruq indi ermənilər tərəfindən talan
edilməkdədir. Qaragöl və onun əhatəsindəki
ərazilərin tamamilə məhv olmaq təhlükəsi
yaranıb.
Burada ermənilər tərəfindən fasiləsiz
ovlandığı üçün heyvan və
quşların sayının xeyli azaldığı, bir
çox növlərin tamam məhv edilməsi müşahidə
edilib. Yasaqlığın ərazisində
Hacışamlı meşəsində dünyada ən qiymətli
növ olan qırmızı palıd (qızıl palıd)
ağacları var. Azərbaycanda yalnız həmin
yasaqlıqda yayılan bu ağacın materialından qiymətli
mebel və xüsusən konyak spirti saxlamaq üçün
çəlləklər düzəldilməsində istifadə
edilir. Indi qırmızı palıd və
diğər növlər ermənilər tərəfindən
vəhşicəsinə qırılaraq Fransaya, qoz
ağacları isə qırılaraq mebel istehsalında istifadə
məqsədi ilə İrana satılır.
Azərbaycanın işğal olunmuş ərazilərində
ekoloji əhəmiyyətə malik bir çox göllər
böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə
irili-xırdalı 7 relikt göl: Kəlbəcər və
Laçın rayonlarının yaylaqlarında Böyük
Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl,
Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə
rayon ərazisində (Tərtərin qolu olan
Torağaçayda) Qaragöl kimi şirin su ehtiyatları bu
gün də işğal altındadır….
Əli
Xalq Cəbhəsi.-
2015.- 12 mart.- S13.