Torpaq çərşənbəsi
Su, Od
və Yelin başlıca məqsədi torpağı
oyatmaqdır
Axırıncı
çərşənbəni torpaq ünsürü ilə əlaqələndirən
professor Azad Nəbiyev yazırdı: “İlin axır çərşənbəsi
ilin əziz günlərindəndir. Xalq
arasında onunla bağlı çoxlu bədii nümunələr
yaşamaqdadır. Axır çərşənbə
bəzən yanlış olaraq Yellə bağlı izah edilir,
onların yeri təhrif edilərək dəyişdirilir.
Lakin diqqətli müşahidə göstərir
ki, Novruz torpağın oyanması, yeni əkin
mövsümünün başlanması ilə səciyyələnir.
Torpaqdan əvvəl oyanan Su, Od (istilik) və
Yelin başlıca məqsədi – torpağı oyatmaqdır. Axırıncı çərşənbədə
torpaq oyandığına görə onun yer və torpaqla əlaqələndirilməsi
həqiqətə daha uyğundur. Teoloyi
düzümlə mərasim və etiqad silsilələrindəki
sıralanma qanunauyğunluqları da nəzərdən
qaçırılmamalıdır”.
İlin sonuncu çərşənbəsinin torpaqla
bağlanılmasına göstərilən cəhdlərin
kökündə dayanan psixoloyi səbəbləri
torpağın insanın real yaşayışında
oynadığı mühüm rolda axtarmaq lazımdır. Belə ki, 4
yaradılış ünsüründən maddi olaraq ən
çox gözə görünəni, təmasında olub,
gündəlik güzəranımızın, həyatımızın,
dolanışığımızın təminatçısı
kimi gördüyümüz torpaqdır. O torpaq ki, yer
üzünün üçdə bir hissəsini təşkil
edən quru sahəsidir və insan maddi baxımdan Vətən
deyib üstündə oturub qərarlaşıb. Onu Vətən timsalında özününküləşdirib,
«Torpaqdan ray olmaz» - deyib dünya durduqca bu amal uğrunda
yaşamış insan hətta torpaq uğrunda şəhidliyi
belə özünə şərəf hesab edib. “Əcdadlarımızın mədfəni,
övladlarımızın məskəni” dediyimiz (A.Səhhət)
Vətənin maddi daşıyıcısı torpaq həm
dünyadan gedənlərimiz üçün həm də
dirilərimiz üçün zəruri əhəmiyyətə
malikdir. Qırğız
yazıçısı Çingiz Aytmatovun «Dəniz kənarıyla
qaçan Alabaş» əsərinin məğzində –
mayasında isə insana psixoloyi baxımdan quru sahəsinin –
torpağın nə dərəcədə hava-su kimi vacib
lazım olduğu ideyası aşılanır. Bir sözlə, torraq ünsürü cəmiyyətin
və bütün varlıq aləminin üstündə
yaşadığı zəmindir ki, torpaqsız yer üzü
başdan-başa xaosa burunmuş olardı. Hətta dini və mifoloyi mənbələrdə də
insanın, cəmi mövcudatın torraqdan yaradılıb xəlq
olunması inamı var ki, bu da psixoloyi amil kimi sonuncu çərşənbəni
torpaqla bağlamağa vadar edən səbəblərdəndir.
“Qarabağ: folklor da bir tarixdir” toplusunda getmiş və
demək olar ki, həmin məzmunu Kəmalə Osmanovanın
da öz kitabına daxil etmiş olduğu “İnsanın
yaranması” adlı mifə diqqət edək.
Allah öncə insanı yaratmaq istəyib. Mələklərdən
birini torpaq dalınca yerə göndərir. Torpaq qışqırır, hay-küy salır.
Mələk qaçır. Sonra
başqa mələklər göndərir. Torpaq yenə də qışqırır. Axırda Allah Əzrayılı
çağırıb deyir ki, “Yerə en və torpaqdan bir az
gətir gəl”. Əzrayıl deyir:
- Qurban
olum, axı bir belə mələklər gedib torpaqdan
götürə bilməyib. Torpaq vahimə
çıxardır ki, məndən götürməyin,
yaralamayın məni.
Allah-təala
əmr edir ki, mən sənə deyirəm:
- Get
götür gəl.
Əzrayıl torpağın üstünə enir. Torpaq vahimə
qaldırıb çığırır:
- Yox, mənə
toxunma, məni yaralama.
Əzrayıl
deyir:
- Səndən
aparıramsa, sənin özünə qaytaracağam.
Ona görə deyirlər ki, insan torraqdan yaranıb,
torpağa da qismət olacaq. Əzrayılın
sözlərini eşidən torpaq rahatlıq tarır.
Torpaq burada insaniləşdirilib – canlı formada təsvir
edilib, torpağın yaradıcı gücü göstərilib. Həm də
burda bir cümlədəki “səndən ararıramsa sənin
özünə qaytaracağam” fikrinin müqabilində
torpağın razılaşması – sakitlik tapıb ram
olması inancı və bu inanca nisbətdə yaranmış
izahedici xarakterli atalar sözümüz olan “ona görə
deyirlər ki, insan torpaqdan yaranıb, torpağa da qismət
olacaq” deyimi həm də maddi-cismani həyatın da qaralı
– təkrarlanan dövrə əsasında qurulduğu
ideyasını ortaya qoymuş olur. Başqa
sözlə, zaman məfhumunun qaralılığı –
dövrəviliyi fəsillərin bir-birlərini əvəzləməsi
və s.-nin timsalında məlum idi, burada isə məkan
anlayışı ifadə edən torrağın (torpaq
ünsürünün, torpaqdan yaranan canlıların və
insanın özünün həyatının da) torpaqdan
yaranıb torpağa qayıtması əsasında təkrarlanan-zəncirvari
həlqə şəklində olduğunu göstərir.
Dindəki “axır-məhşər günü”
də bu mifoloji mətndən doğan fikrin başqa bir
formadakı təsdiqidir. Deməli,
yaradıcı stixiya kimi torpaq canlıları özündən
yaradır, həyata bəxş edir və son nəticədə
yenidən özünə qaytarıb, ölüm şəklinə
salır. Doğulma və ölüm
(ölüb-dirilmə) həyatın iki üzünün əksi
olub, biri digərinin mövcudatı üçün əsas
verir. Bu dünyanın da (kosmik aləmin),
o dünyanın (xaotik dünyanın) xüsusiyyətlərini
torraq ünsürü özündə ehtiva edir və
ilaxır çərşənbələrdən biri olmaqla da
özündə dirilik tapmanı – kosmik məkanı
reallaşdırır. Elə “ərlə
arvadın torrağı bir yerdən götürülüb
(yoğurulub)” məsəlimizin də alt qatında bu kimi mifik
düşüncə əksini tapıb ki, əks cinslərin
birliyinin rəmzi həyatı doğurur, yeni
yaradılışa əsas verir. Ərlə
arvadın torpaqlarının bir yerdən yoğrulmaları
hesabına onlar ailə cütlüyü yaradır və
övladlar – uşaqlar (artım mənbəyi kimi) dünyaya gəlirlər
ki, bu da mayasında torpaq ünsürünün
dayandığı bu faktın da həyatı, - yeni
doğulmanı özlüyündə
simvollaşdırdığını aydın göstərir.
Tədqiqatçı
Xeybər Göyyallı son çərşənbə hesab
etdiyi torpaq ünsürü ilə bağlı fikirlərini belə
şərh edir: “Xalqımızın empirik təfəkkürünə
görə, ilin sonuncu çərşənbəsi torpaq
çərşənbəsidir. Bu inamda bulunan
xalq son dərəcə haqlıdır. Təbiətin
digər komronentlərinə nisbətən torpaq qış
yuxusundan gec oyanır.
Torpaq planetin ən böyük və zəruri komponentidir. Digər komponentlər
torpağın üstündə yerləşir və onun
qoynunda intişar tapır. Torpağın
oyanışı ilə ilin təzələnməsi əyaniləşir.
Digər üç ünsürün (su, od
yel) dirçəlişi ilin təzələnməsini hələ
tam ortaya qoya bilmir. Torpağın
oyanışı bütövlükdə təbiəti
cana-qana gətirir. Bu səbəbdən
xalq bu çərşənbəyə “İlaxır çərşənbə”,
“Torraq çərşənbəsi”, “Yer çərşənbəsi”
deyib. Torpağa gəlmiş hərarət
suda və havada duyulur. Donmuş
torpağın canı-qanı isinir. Dirçəlmiş
torpaq şumlanır, əkinə hazırlanır. Torpağın oyanmasına insanlar daha çox
sevinir. Əcdadlarımız inanıblar
ki, torpağın dirçəlişi suya, oda və yelə
daha çox hərarət bəxş edib. Xalqın bu inamı onun mifik düşüncəsində
əbədiləşdirilib”. Göründüyü
kimi, müəllif axırıncı çərşənbəni
torpaqla bağlamaqda “təbiətin digər komronentlərinə
nisbətən torpağın qış yuxusundan gec
oyanmasını” səbəb göstərir və bu aspektdən
yanaşmaqla da bu ətrafdakı fikirlərini inkişaf elətdirir.
Tədqiqatçı Sevinc Qasımova isə bu mərasimdəki
mifik və real elementlərin vəhdətindən
çıxış edərək yazır ki, «Torraq çərşənbəsindəki
torpaq ruhu torpağın sahibi olan əyədir. Bu çərşənbədə
torpağa qulluq edilməsi onun sahibi olan torpaq əyəsinə
hörmət, ehtiram göstərilməsi deməkdir. İnsanlar bunun müqabilində xeyir-bərəkət,
bol məhsul diləyirlər”. Bu, o deməkdir ki,
insanların torpağa qulluq göstərməsi iki rlanda
özünü doğruldur: torpağın sahibi, əyəsi
sayılan torraq ruhuna nəvaziş, xidmət göstərilir
və bunun əvəzində torpaq ruhu da insanları maddi nemətlər
bolluğu ilə mükafatlandırıb, onların bolluq,
firavanlıq içərisində yaşamalarına təminat
yaradır. Bu da insanların ərzaq-qida sayəsində
fiziki baxımdan özlərində güc, eneryi
toplamalarına zəmin yaradıb, onların yeni qüvvə
ilə yeni həyata atılmalarını gerçəkləşdirir.
Botanika dərsliyində
torpağa belə bir tərif verilib: “Yerin bitki bitən üst
münbit qatına torpaq deyilir». Deməli, Yer
sözü ümumilikdə bütün Yer planetini – quru sahəsini
özündə ehtiva etdiyi halda, torpaq ifadəsi yalnız
yerin bir neçə santimetrlik hissəsi olan üst təbəqəsini
bildirir. İnsanlar da Yer adlı nəhəng bir orqanizmin
yalnız cüzi bir hissəsinə – torpaq səthi deyilən
üst qatına (üst qatda, üstün qatda yerləşən
yer ruhuna, torpaq ruhuna) xidmət göstərməklə Yer
(Torpaq) ruhunun könlünü öz işgüzar, əməksevər
əlləri ilə oxşayıb-sığallayır, əvəzində
isə münbit qatdan özləri üçün, həyat,
yaşayış səviyyələrinin yüksəldilmələri
üçün məhsul bolluğuna rəvac verirlər. Amma
bütün bunların başlanması üçünsə
gərəkdir ki, təbiətin digər bir yaradıcı
ünsürü olan od əvvəlcə
öz istisini torpağın canına yaysın, bununla
ölmüş-donmuş torpaq dirilsin, cana gəlsin. Elə bu
məqama da xüsusi diqqət çəkdiyindəndir ki, tədqiqatçı
K.Osmanova yazır:
“Torpaq çərşənbəsində əkinin
bünövrəsini ağsaqqallar qoyardı. Kişilər
bir müddət şumun üstünə oturub deyərdilər
ki, altım isinmədi. Torpaq çərşənbəsində
gərək torpaq qızsın. Qışda
istilik enir alt qata, torpağın dərin qatlarına gedir, amma
yazbaşı gələndə, torpaq çərşənbəsindən
sonra üstə çıxır. Ona
görə kişilər şumluqda oturanda onu
üşüdürsə, deməli, toxum əkmək olmaz.
Amma şum onu üşütmürsə, otura bilirsə, deməli,
torpaqda hərarət var, əkmək olar. Əkilsə,
məhsul verəcək”.
Deməli,
qışda alt qata – yerin dərin qatlarına gedib yatmış
istilik (od ünsürü) Torpaq çərşənbəsində
yerin üst münbit qatına - torpaq təbəqəsinə
çıxıb, torpağı təzədən
canlandırır, yatmış (ölmüş) torpaq yenidən
oyanır - dirilir və bu dirilmə ilə həm
özünü dirildir, həm də üstündə qərar
tutmuş bütün canlılara yeni həyat – dirilik bəxş
etməklə öz missiyasını həyata
keçirmiş olur. Bəli, Torpaq çərşənbəsi
həm torpağın özünün dirilik tapması, həm
də bir yaradıcı ünsür olmaqla torpaq
stixiyasının bütün ətraf aləmə dirilik –
yeni can verməsi deməkdir.
Torpaq çərşənbəmiz mübarək olsun!
Şakir
Əlifoğlu,
araşdırmaçı
Xalq Cəbhəsi.-
2015.- 17 mart.- S14.