Ermənilərin sayı hətta indiki Ermənistanın ərazisində də azlıq təşkil edib

 

Ruslar Şərqi Anadolunu tərk edərkən 100 min ermənini Qafqaza aparmış, türklərin yerinə köçürmüşlər

 

I Dünya müharibəsinin gedişindəkönüllü erməni dəstələri”nin törətdiyi vəhşiliklərlə bağlı tarixi faktlar ortadadır. Bu könüllü erməni dəstələri müharibənin getdiyi rayonlarda türk qadın uşaqları, qocaları əlilləri amansızcasına məhv etməyə başlamışdılar. Başda qaniçən õmbapetlər (Andranik, Hamazasp başqaları) olmaqla erməni silahlı dəstələri türk qadın, uşaq, qoca õəstələrinin öldürülməsində «qəhrəmanlıqlar» göstərmişdilər. Onlar insanları məhv etməklə türk kəndlərini boşaldırdılar. Rus erməni silahlı dəstələri Türkiyənin içərilərinə doğru irəlilədikcə bu cür hadisələr daha da genişlənirdi. Ermənilər birbaşa küçədə kişiyə, qadına, uşağa aman vermədən hamısını amansızcasına qətlə yetirirdilər. Erməni işğalçılarının hücumlarından õilas olmaq istəyən kənd sakinlərini erməni partizan hissələri yollarda qırırdılar. Daşnakların «könüllülər» hərəkatı nəticəsində on minlərlə türk öldürülmüş, onlarca türk kəndi tamamilə boşaldılmışdı. Eyni ilə həmin əməliyyatları ermənilər azərbaycanlıların Azərbaycan kəndlərinin başına gətirmişdilər. Bununla əlaqədar həm Türkiyədə, həm Azərbaycanda dəyərli elmi-tədqiqat əsərləri yazılmış indi yazılmaqdadır. Osmanlı Türkiyəsində komissiyanın araşdırması nəticəsində rusların ələ keçirdiyi ərazilərdən 850.000 müsəlmanın qaçqın düşdüyü müəyyənləşdirilmişdi. Bu rəqəm sadəcə rəsmi qeydə alınmış qaçqınlar idi. Əlbəttə, onların sayı milyondan çoõ ola bilərdi.

Sözügedən mövzuda bu başqa faktları ümumiləşdirən tarixçi-alim Vaqif Abışov bildirir ki, hələ 1913-cü ilin sentyabrın sonundan oktyabrın 15-dək Cenevrədə Daşnaksütyun partiyasının qurultayı keçirilmişdi. Qurultayda terrora õüsusi diqqət artırılmış, bununla bağlı qərar qəbul olunmuşdu. Qurultayda Qafqaz müsəlmanlarına qarşı õribat õarakterli mübarizə planı işlənmişdi. Orada göstərilirdi ki, Qafqaza panislamist emissarları adı altında öz adamlarımızı göndərməliyik, onlar təbliğat vasitəsilə müsəlman əhalisini Rusiyaya qarşı qızışdıraraq üsyan qaldırmalıdır. Rus hökuməti onları repressiya edəcək, nəticədə müsəlman kütləsi zəifləyəcək, sonra isə «Daşnaksütyun» Qafqazda gələcək işlərində müsəlmanların müqavimətinə rast gəlməyəcəkdir. Bundan başqa Qafqaz müsəlmanları ilə Anadolu türklərinin birlikdə ermənililərə qarşı fəaliyyəti zəifləyəcək. Gətirdiyimiz bu misal bir daha onu göstərir ki, ermənililər türklərə qarşı çoõ məkrli plan hazırlamışdılar bu planı zaman-zaman həyata keçirməyə çalışmışdılar. 1917-ci ilin fevral burjua inqilabından sonra erməni şovinist millətçiləri Cənubi Qafqazda öz siyasətlərini həyata keçirmək üçün əlverişli şəraitin yetişdiyini görürdülər. Bu cür şəraiti hər şeydən əvvəl Petroqradda baş vermiş hakimiyyət dəyişikliyindən sonra imperiya ərazisində yaranmış siyasi vəziyyət doğurmuşdu. 1918-1920-ci illərdə Ermənistanın baş naziri olmuş Ov.Kaçaznuni özünün «Daşnaksütyuna bir qalmadı» (rus dilində) adlı əsərində yazırdı: ”1917-ci ilin fevralında rus inqilabı baş verdi. Qarşımızda tamamilə gözlənilmədən yeni perspektivlər açıldı. Sanki fevral inqilabı ilə erməni məsələsi yeni dövrünə qədəm qoydu. Ermənilər Petroqradda yaranmış müvəqqəti hökumətin ondan sonra hakimiyyəti ələ keçirən bolşeviklərin köməyindən müdafiəsindən istifadə edərək çar Rusiyası qoşunlarının zəbt etdiyi türk torpaqlarında erməni dövləti yaratmaq niyyətlərindən əl çəkməmişdilər.

1915-ci il mayın 18-də çar Vanda yaşayan erməni əhalisinə, onların sədaqətinə görə təşəkkürünü bildirmiş Aram Manukyanı rus qubernatoru təyin etmişdi.

Vanın ruslar tərəfindən işğal edilməsi şərəfinə ermənilər Qafqaz Ordu Komandanı General Nikolayevə böyük bir ziyafət vermişdilər.

1916-cı ilin aprelində Türkiyə ərazisində Şərqi Anadolu, Trabzon, Ərzurum, Muş, Bitlis, Van rus ordusunun nəzarəti altında idi. Əlbəttə, rusların qələbəsi elə ermənilərin qələbəsi demək idi. Buna görə rus qoşunlarının burada qalması ermənilər üçün mühüm əhəmiyyət kəsb etmişdi.

«Erməni inqilab partiyası Daşnaksütyun» təşkilatının proqramında əvvəlki illərdə olduğu kimi, birinci dünya müharibəsi dövründə dəyişməz qalırdı. Onun proqramında Türkiyə Ermənistanının azad edilməsi onunla Ermənistanın Rusiya hissəsində (Qərbi Azərbaycan torpaqları) yerləşən torpaqları da birləşdirmək ideyaları qalmaqda idi. Ona görə Qafqaz cəbhəsində Türkiyəyə qarşı müharibəni davam etdirmək qətiyyətini göstərən Müvəqqəti hökumət təbiidir ki,

bütün erməni təşkilatları tərəfindən tam müdafiə olunmağa başlamışdı (Müvəqqəti hökumətin bilavasitə Şərqi Anadolu ilə bağlı qəbul etdiyi qərar Rusiya erməniləri tərəfindən sevinclə qarşılandı. Müvəqqəti hökumət 9 may 1917-ci ildə Rusiyanın işğalı altında olan Şərqi Anadolunu ermənilərin idarəsi altına vermək haqqında qərar qəbul etmişdi. Bu qərara görə, ruslar Şərqi Anadolunu Van, Ərzurum, Bitlis Trabzon vilayətlərinə bölərək onları ermənilərin rəhbərliyinə verirdi.

Ermənilər sonrakı vəziyyəti müzakirə etmək üçün1917-ci ilin aprelində Tiflisdə bir konfrans çağırmışdılar. Daşnakların çoõluq təşkil etdiyi bu konfransa populistlər, sosial inqilabçılar, demokratlar bəzi kiçik erməni fraksiyaçıları da qatılmışdılar.

Konfransda Qafqazı Şərqi Anadolunu öz içinə alan «Böyük Ermənistan» yaradılması qərara alınmışdı. Eyni zamanda bu qərarları gerçəkləşdirmək üçün fəaliyyət göstərə bilən 25 nəfərdən ibarət «Erməni Milli Məclisi» 15 nəfərdən ibarət bir «Erməni konseyi» yaratmışdılar. İmperiyanın hüdudlarında yaranmış ikihakimiyyətlilik hərcmərclikdən istifadə edən ermənilər millətlərin «təyin-müqəddəratı hüququ» adı altında Türkiyənin Şərq vilayətləri, Şimali Cənubi Azərbaycanın bəzi əraziləri hesabına «Böyük Ermənistan» yaradılması işinə girişdilər”.

Araşdırmaçı vurğulayır ki, Cənubi Qafqazda Rusiyanın qalması ermənilər üçün çoõ vacib, həm həyati bir məsələ idi. Çünki ÕVIII əsrdən ÕIÕ əsrin sonlarınadək Qafqazda, õüsusən Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması məhz Rusiya imperiyası dövründə onun himayəsi sayəsində mümkün olmuşdu. Bu fikri erməni siyasi liderləri dəfələrlə təsdiqləmişdilər. «Erməni xalq azadlıq partiyası»nın liderlərindən biri Õ.N.Vermişev qeyd edirdi ki, Qafazda Rusiya imperializmi qayda-qanun yaratmış ermənilər belə təminatlı həyatı ona kimi heç vaõt görməmişlər.

Cənubi Qafqaz õalqları arasında ən ziddiyyətli məslələrdən biri ərazi məsələsi, yəni õtar vahidlər arasında sərhədlərin dəqiqləşdirilməsi idi. 1917-ci il oktyabrın 2-7-də keçirilən bolşeviklərin birinci Qafqaz Ölkə qurultayında St.Şaumyan çıõışında demişdi: “Partiyanın hazırkı proqramına görə biz õtar vilayətləri tanımalıyıq. Bizi mərkəzdənqaçma az qorõutmalıdır. Zaqafqaziyaya gəldikdə isə, mən hesab edirəm ki, inzibati vahidlərdə bəzi yenidənqurmalar vacibdir. Zaqafqaziyanı üç vilayətə bölmək lazımdır:

1. Qərbi ZaqafqaziyaKutaisi, BatumTiflis quberniyasının bir hissəsi.

2. Şərqi Zaqafqaziya – İrəvan, Tiflisin bir hissəsi, KarsYelizavetpol (Gəncə) quberniyası.

3. Bakı quberniyası, Yelizavetpol quberniyasının bir hissəsi və Dağıstan vilayəti.

Lakin bu ideya bolşevik qurultayında müdafiə olunmadığından qəbul edilmədi”. St.Şaumyanın Zaqafqaziyanın inzibati-ərazi sərhədləri bölgüsü gürcü və Azərbaycan õalqları tərəfindən güclü narazılıqla qarşılanmışdı. St.Şaumyanın layihəsində nəzərdə tutulan ərazi, erməni şoviniştlərinin ərazi iddiaları ilə nəinki üst-üstə düşürdü, hətta onu ötüb keçirdi. Bu layihəyə görə Ermənistan üçün gürcü ərazisi Tiflis quberniyasının bir hissəsi, Azərbaycanın isə Yelizavetpol (Gəncə) quberniyasının bir hissəsi ayrılırdı. Azərbaycana isə Cənub ərazisini itirdiyinə görə dəymiş zərərin əvəzində Dağıstan vilayəti təklif edilirdi. Şübhəsiz, əgər St.Şaumyanın təklifi baş tutsaydı, onda Azərbaycanın gələcək müstəqilliyi sual altında olardı, eyni zamanda gələcəkdə Azərbaycan çoõ böyük etnik problemlərlə üzləşə bilərdi.

Cənubi Qafqazın inzibati ərazisinin ermənisayaq bölgüsü nə gürcülərin, nə də Azərbaycan tərəfinin maraqlarına cavab vermirdi. Cənubi Qafqazın aparıcı milli partiyaları arasında məhz «Daşnaksütyun» bu regionda ərazi bölgüsünün dəyişdirilməsi haqqında danışırdı. Lakin hazırkı mərhələ üçün erməni tərəfi Qafqazın inzibati bölgüsü ilə razılaşırdı. Çünki ermənilərin sayı nəinki Qafqazın, hətta indiki Ermənistanın ərazisində azlıq təşkil edirdi. Ona görə də ermənilər yaõşı bilirdilər ki, onlar nəinki ərazi, hətta milli muõtariyyatdan məhrum ola bilər. Ermənilərin by ərazidə azlıq təşkil etmələrini göstərən tariõi faktlar da sübut edir. İrəvan õanlığının Ermənistan SSR yaradılan ərazisi 1.380.600 hektar təşkil edib. 1828-ci ildə ermənilər yaşayan kəndlərin ərazisi 46.515 hektar, ümumi sahəsinin 3,37 faizi qədər olub. Azərbaycanlılara məõsus olan ərazi isə 1334085 hektar, ümumi ərazinin 96,63 faizi qədər olmuşdu.

1918-ci il ərəfəsində azərbaycanlılar yaşayan kəndlər ərazinin 50-55 faizini, ermənilər yaşayan kəndlər isə 30-35 faizini əhatə edib. Ermənilər Türkiyədən və İrandan köçürülmüş erməni əhalisinə torpaq vermək üçün Cənubi Qafqazın müəyyən bir hissəsini müsəlmanlardan (azərbaycanlılardan) təmizləməyə başladılar. 5-6 il ərzində bir milyondan çoõ erməni buraya köçürüldü. Bir faktı qeyd etməliyik ki, 1828-1920-ci illərdə 2 milyondan çoõ müsəlman ərazilərindən zorla qovulub. Ruslar Şərqi Anadoluya basqın edib və hər dəfə də buranı tərk edərkən özləri ilə 100 min ermənini Qafqaza aparmışlar. Onları türklərin yerinə köçürmüşlər.

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 19 mart.- S13.